SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
"Dərs vaxtı"nın 9 sentyabr cədvəli
"Mədəniyyət" və "ARB Günəş" telekanallarında yayımlanan "Dərs vaxtı" proqramının 8 sentyabr cədvəlini təqdim edirik. Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. Əziz şagirdlər, unutmayın ki, teledərslər ən yaxşılardan öyrənmək üçün əlavə və unikal imkandır.
08/09/2020 19:57
Şagirdlərimiz ABŞ-ın nüfuzlu ISEF müsabiqəsinin finalçıları olublar
“Sabahın alimləri” IX Respublika müsabiqəsinin qalibləri sırasından seçilmiş şagirdlərimiz onlayn şəkildə keçirilən Beynəlxalq Elm və Mühəndislik Sərgisində (İSEF – İnternational Science and Engineering Fair) müvəffəqiyyət əldə ediblər. Pandemiya ilə əlaqədar onlayn baş tutan müsabiqə üçün yaradılmış saytda iştirakçılara öz tədqiqat işlərinə dair videotəqdimat və fotoları yerləşdirmək şansı verilib. Müsabiqənin münsiflərinə isə məsafədən həmin işləri nəzərdən keçirmək və onları qiymətləndirmək imkanı yaradılıb. "Sabahın alimləri” Respublika müsabiqəsinin Elmi Ekspertiza Komitəsinin sədri və İSEF müsabiqəsinin Beynəlxalq münsifi Samir Orucovun rəhbərliyi ilə Azərbaycanı təmsil edən şagirdlərimiz- Emil Rüstəmlinin “Fraktal nəzəriyyəsinin kompüter qrafikasında tətbiqi”, Aylin Sadıxova və Sila Sunanın “Günəş enerjisi ilə qidalanan çoxsaylı məhsul sistemi”, Məryəm Hacıyeva və Nigar Alşanovanın “Baykal başlıq otu dərman bitkisində nanodərmanın sintezi və onların antioksidant, antibakterial aktivliyi” və Ruslan Bayramovun “Deep Learning-lə bitkilərin xəstəliklərinin aşkarlanması” adlı layihələri münsiflər tərəfindən yüksək qiymətləndirilib və onlar finalçı medallarına layiq görülüblər. Həmin medallar "FedEx" beynəlxalq poçt vasitəsilə Azərbaycana gətirildikdən sonra qaliblərə təqdim olunacaq. Qeyd edək ki, müsabiqədə 56 dövlətdən 1030 layihə ilə 1255 nəfər iştirak edib. 1958-ci ildən etibarən ABŞ-da keçirilən Beynəlxalq Elm və Mühəndislik Sərgisində hər il 70-80 ölkədən IX – XI sinif şagirdlərindən ibarət komandalar iştirak edir. 2012-ci ildən etibarən “Sabahın alimləri” Respublika müsabiqəsinin qaliblərindən ibarət komanda İSEF-də Azərbaycanı uğurla təmsil edir.
08/09/2020 16:45
Müəllimlərin işə qəbulu üzrə vakansiya seçiminə start verilib
08/09/2020 16:12
“Postpandemiya dövründə birlik” layihəsi çərçivəsində təlimlər
“Postpandemiya dövründə birlik” adlı layihə çərçivəsində təlimlər davam etdirilir. Layihə çərçivəsində pandemiyadan sonrakı həyat tərzi, təhsil və karyera mövzularını əhatə edən təlimlər keçirilib. Keçirilən üç təlim sessiyası Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Tural Hümbətov və Azərbaycan İnsan Resursları Assosiasiyasının idarə heyətinin üzvü və Beynəlxalq Əmək Təşkilatı,Birləşmiş Millətlər Təşkilatlarının İnkişaf Proqramının təlimçisi Saleh Həsənovun iştirakı ilə baş tutub. Təlimlərdə ümumilikdə 380-dən çox tələbə-könüllü iştirak edib. Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi təşkilatçılığı ilə həyata keçirilir. Layihənin məqsədi “COVID-19” pandemiyası ilə bağlı tələbə-könüllülər arasında maarifləndirmə işlərinin aparılması, onların həyat keyfiyyətlərini yüksəltmək, karyerada uğur qazanmaq, bilik və bacarıqlardan düzgün istifadə etməyə şərait yaratmaqdır.
08/09/2020 14:45
Namizədlərin elektron yerləşdirilməsi zamanı nəzərə alınacaq meyarlar
Müəllimlərin işə qəbulu üzrə vakansiya seçimi başa çatdıqdan sonra keçid balını toplamış namizədlərin yerləşdirilməsi elektron şəkildə, ərizələrində qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə həyata keçiriləcək. İmtahan nəticəsi və seçdiyi vakant yer eyni olan iki və ya daha çox namizədin elektron yerləşdirilməsi zamanı 5 meyar üzrə müəyyən olunmuş əmsallar mərhələli şəkildə həmin namizədlərin imtahan nəticəsinin kəsr hissəsinə əlavə ediləcək. Belə ki, yalnız yuxarıda qeyd olunan hallarda namizədlərin imtahan nəticəsinə ilk növbədə ixtisas balı, daha sonra isə mərhələli şəkildə təhsil göstəricisi, təhsil haqqında sənədi, pedaqoji stajı və yaşayış yerinə uyğun olaraq əmsal tətbiq ediləcək. Aşağıdakı infoqrafikada sözügedən meyarların tətbiqi barədə ətraflı məlumat əldə etmək mümkündür.
08/09/2020 13:01
İkili diplom proqramı üzrə sənəd qəbulunun müddəti uzadılıb
Koreya Respublikasının İNHA ali təhsil müəssisəsi ilə Bakı Mühəndislik Universitetinin mühəndislik ixtisas istiqaməti üzrə ikili diplom proqramı çərçivəsində 2020-2021-ci tədris ili üzrə bakalavriat səviyyəsinə sənəd qəbulunun müddəti uzadılıb. Sənəd qəbulu 10 sentyabr saat 12:00-dək davam edəcək. Qeyd edək ki, bakalavriat səviyyəsində təhsil dörd il müddətində və ingilis dilində aparılacaq. Tələbələrə sonuncu il üzrə İNHA-dakı təhsil ili üçün əlavə olaraq koreya dili tədris ediləcək. İkili diplom proqramı ilə bağlı əlavə məlumatla elan vasitəsilə tanış ola bilərsiniz.
08/09/2020 12:02
Virtual məktəbdə yeni qeydiyyatlar 14 sentyabrdan mümkün olacaq
Sentyabrın 8-dən etibarən “Virtual məktəb”də qeydiyyat prosesi müvəqqəti olaraq dayandırılır. Qeydiyyatın dayandırılması yeni tədris ilinin başlanması ilə əlaqədar profilaktik işlərin aparılması məqsədi daşıyır. Qeydiyyat sistemi sentyabrın 14-dən etibarən yenidən aktivləşəcək. Qeyd edək ki, bu müddət ərzində qeydiyyatdan keçmiş və “Virtual məktəb” platformasında artıq mövcud istifadəçi profili olan müəllim və şagirdlər sistemdən istifadə edə biləcəklər.
08/09/2020 11:30
Müəllimlərin işə qəbulu imtahanlarının sonuncu günü
Sentyabrın 8-də tarix və coğrafiya müəllimi olmaq istəyən namizədlər üçün işə qəbul imtahanları keçirilir. İmtahanlarda 1952 namizədin iştirakı nəzərdə tutulub. Bununla da müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsi başa çatır. Təhsil Nazirliyi müəllimlərin işə qəbulu imtahanlarında iştirak edən bütün namizədlərə uğurlar arzu edir!
08/09/2020 08:55
"Dərs vaxtı"nın 8 sentyabr cədvəli
"Mədəniyyət" və "ARB Günəş" telekanallarında yayımlanan "Dərs vaxtı" proqramının 8 sentyabr cədvəlini təqdim edirik. Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. Əziz şagirdlər, unutmayın ki, teledərslər ən yaxşılardan öyrənmək üçün əlavə və unikal imkandır.
07/09/2020 19:40
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı