SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Yeni tədris ilində 1 574 206 şagirdin təhsil alacağı gözlənilir
2020-2021-ci tədris ilinin əvvəlinə olan proqnoz göstəricilərinə əsasən, yeni tədris ilində respublikanın ümumi təhsil müəssisələrində ümumilikdə 1 574 206 şagirdin təhsil alacağı gözlənilir. Şagirdlərin ümumi sayından 733 279 nəfəri qız, 840 927 nəfəri isə oğlandır. Ümumtəhsil məktəblərinin I sinfində 165 511, IX sinfində 132734, XI sinfində isə 85044 şagirdin təhsil alacağı proqnozlaşdırılır. Proqnoz üzrə 2020-2021-ci tədris ilinin əvvəlinə respublikada 317 ibtidai məktəb, 783 ümumi orta məktəb, 3319 tam orta məktəb, 16 xüsusi tipli məktəb və 5 əyani-qiyabi (axşam) tam orta məktəb, o cümlədən 60 məktəb-lisey, 50 lisey, 15 gimnaziya və 14 inteqrasiya təlimli internat tipli gimnaziya olmaqla, ümumilikdə 4 440 məktəbin fəaliyyət göstərəcəyi gözlənilir. Yeni tədris ilində 121696 uşağın ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında təhsil alacağı proqnozlaşdırılır.
14/09/2020 09:15
"Dərs vaxtı"nın 14 sentyabr cədvəli
"Mədəniyyət", "ARB Günəş" telekanalları və "Təhsil" televiziyasının "Facebook" səhifəsində yayımlanan “Dərs vaxtı” proqramının sentyabrın 14-ü üçün nəzərdə tutulan cədvəlini təqdim edirik. Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. Əziz şagirdlər, unutmayın ki, teledərslər ən yaxşılardan öyrənmək üçün əlavə və unikal imkandır. Qeyd edək ki, “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi "Youtube" kanalı ilə yanaşı, "Facebook" səhifəsindən, videodərslər portalından (https://video.edu.az/), eyni zamanda "Təhsil" televiziyasının "Facebook" səhifəsindən izləmək imkanı əldə edə bilərlər.
13/09/2020 18:27
Ali və orta ixtisas təhsili müəssisələrində tədris prosesinin təşkilinə dair Təlimat təsdiqlənib
“Xüsusi karantin rejimi dövründə ali və orta ixtisas təhsili müəssisələrində tədris prosesinin təşkilinə dair Təlimat” təsdiq edilib. Bu təlimat xüsusi karantin rejimi dövründə ali və orta ixtisas təhsili müəssisələrində (xüsusi təyinatlı ali və orta ixtisas təhsili müəssisələri istisna olmaqla) tədris prosesinin təşkilinə dair əlavə tələbləri tənzimləyir. Təlimatda ali və orta ixtisas təhsili müəssisələrində əyani və qiyabi təhsilalma formalarında tədris prosesinin əyani (ənənəvi) və distant (məsafədən) təşkili məsələlərinə izahat verilib. Sənəddə tədrisin növbəli təşkilinə, əyani və distant dərslərin müddətinə, tələbələrin dərslərdə davamiyyəti məsələsinə və xüsusilə tədrisin distant formada təşkilinə dair məsələlərə aydınlıq gətirilib. Belə ki, təlimata əsasən tədrisin distant təşkili zamanı nəzəri fənlərin tədrisinə üstünlük verilməsi, bu məqsədlə uyğunlaşdırılmış tədris planlarının tətbiq edilməsi nəsərdə tutulur. Təlimatda tədris distant formada təşkil olunan zaman istifadə olunan proqram təminatına dair da tələblər müəyyənləşdirilib. Qeyd edək ki, Təlimata əsasən tədrisin distant təşkili zamanı cari və aralıq qiymətləndirmənin aparılması qaydası, eləcə də imtahan sessiyasının təşkili və dövlət attestasiyasının keçirilməsi qaydaları Təhsil Nazirliyi ilə razılaşdırılmaqla təhsil müəssisəsinin ali idarəetmə orqanı tərəfindən müəyyən ediləcək.
12/09/2020 16:21
Növbəti fənlər üzrə vakansiya seçiminə start verilir
Cari ilin 4, 7, 8 sentyabr tarixlərində tarix, coğrafiya və informatika fənləri üzrə işə qəbul imtahanlarında iştirak etmiş namizədlər üçün vakansiya seçimi mərhələsinə start verilir. Qeyd olunan fənlər üzrə ümumi təhsil müəssisələrinə keçid balı 36 olaraq müəyyənləşdirilib. Namizədlər 13 sentyabr saat 14:00-dan 14 sentyabr saat 23:59-dək şəxsi səhifələrinə daxil olaraq elektron ərizələrində vakansiya seçimi edə biləcəklər. Qeyd edək ki, 4, 7 və 8 sentyabr tarixlərində keçirilmiş müəllimlərin işə qəbulu imtahanları üzrə apellyasiya müraciətlərinə baxılıb və nəticə barədə məlumatlar namizədlərin şəxsi səhifələrinə göndərilib. Təhsil Nazirliyi müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edən bütün namizədlərə uğurlar arzu edir!
12/09/2020 16:05
Mingəçevirdə məktəb açılışı
Sentyabrın 12-də Mingəçevir şəhəri 16 nömrəli tam orta məktəbin əsaslı təmirdən sonra açılış mərasimi keçirilib. Açılışda Təhsil nazirinin müşaviri Elnur Nəsibov, Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov və Mingəçevir Şəhər Təhsil Şöbəsinin müdiri Sahib Məmmədov iştirak edib. Bildirilib ki, məktəb 1176 şagird yerlikdir. Tədris binasında 36 sinif otağı, 6 laboratoriya, 2 texnologiya, informatika, hərbi hazırlıq kabineti və məktəbəhazırlıq otağı var. Məktəbdə 668 şagird, məktəbəhazırlıq qrupunda 45 uşaq təhsil alır. Təhsil müəssisəsinin 59 nəfər pedaqoji, 23 nəfər texniki işçisi var. Açılış mərasimindən sonra qonaqlar məktəbdə yaradılmış şəraitlə yaxından tanış olublar.
12/09/2020 15:45
Tətil dövründə şagirdlər üçün məktəbdənkənar fəaliyyət başa çatıb
Təhsil Nazirliyinin təşəbbüsü ilə “Mədəniyyət” telekanalında yayımlanan “Tətil vaxtı” televiziya proqramına yekun vurulub. Proqramın hazırlanmasında əsas məqsəd koronavirus infeksiyasına görə elan edilmiş karantin rejimi ilə əlaqədar məktəblilərin yay tətili dövründə ev şəraitində asudə vaxtlarını səmərəli keçirməsinə nail olmaq, onların fiziki hazırlığı və yaradıcılıq imkanlarını inkişaf etdirməkdən ibarət olub. "Tətil vaxtı" adı altında 17 veriliş efirdə yayımlanıb. Proqramda məktəbdənkənar təhsil müəssisələrinin məşqçi-müəllim və dərnək rəhbərlərinin iştirakı ilə məktəblilərin fiziki sağlamlıqlarının təmin edilməsi üçün idman məşqləri, yaradıcılıq qabiliyyətlərinin inkişafı üçün rəqs, rəsm, bacarıqlı əllər, bədii qiraət, ifa, biçmə-tikmə və digər istiqamətlər üzrə dərslər təqdim edilib.
12/09/2020 11:48
“Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində vebinarlar yekunlaşıb
"Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində şagird və müəllimlər üçün “Virtual məktəb”də təşkil olunan vebinarlar başa çatıb. Ümumilikdə iyul-sentyabr aylarında rəqəmsal bacarıqların inkişafı üzrə gündəmdə olan mövzulara dair 7451 müəllim və şagirdin iştirakı ilə 10 vebinar keçirilib. Təhsil Nazirliyi və beynəlxalq “Alqoritmika” şirkəti ilə birgə “Virtual məktəb”də təşkil olunan vebinarların məqsədi iştirakçıların İT bacarıqlarını inkişaf etdirmək, interaktiv dərslərin təşkili üçün alətləri nümayiş etdirmək, eyni zamanda, şagirdlərin asudə vaxtlarını səmərəli şəkildə keçirmələrinə nail olmaqdır. Bununla yanaşı, sentyabr ayından etibarən layihənin rəsmi sosial şəbəkələrində şagirdlər arasında məntiqi düşüncəni inkişaf etdirmək, İT sahəsində yenilikləri ictimaiyyətə çatdırmaq, həmçinin faydalı məlumatları bölüşmək məqsədilə layihə çərçivəsində yeni interaktiv rubrikalara start verilib. Layihəyə dair məlumatlarla sosial şəbəkələrdəki rəsmi səhifələrdən tanış olmaq mümkündür.
12/09/2020 10:35
İlkin vakansiya seçimi mərhələsinin nəticələri məlumdur
Cari ilin 8-9 sentyabr tarixlərində keçirilən vakansiya seçimi mərhələsinin nəticələri açıqlanıb. Elektron yerləşdirmənin nəticələri barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib. Nəticələrə əsasən, 2699 namizəd vakant yer tutub. Vakant yer tutmuş namizədlər 16 sentyabr saat 18:00-dək zəruri sənədləri (şəxsiyyəti təsdiq edən sənədin, ali və ya orta ixtisas təhsili haqqında sənəd və ona əlavənin surəti, əmək kitabçasının əsli (olduğu təqdirdə), 4 ədəd fotoşəkil, sağlamlıq haqqında arayış, kadrlar uçotunun şəxsi vərəqəsi, şəxsi səhifədə işə qəbulun nəticəsinə dair çıxarış) aidiyyəti yerli təhsili idarəetmə orqanına təqdim etməlidirlər. Qeyd olunan tarixədək sənədlərini müvafiq yerli təhsili idarəetmə orqanına təqdim etməyən şəxslər tutduğu vakant yerdən imtina etmiş hesab olunacaq. Təhsil Nazirliyi elektron yerləşdirmədə uğur qazanmış namizədləri təbrik edir və müsabiqə iştirak edən bütün namizədlərə uğurlar arzu edir!
12/09/2020 10:09
İctimai Şura üzvləri ilə yeni tədris ilinə dair müzakirə aparılıb
Sentyabrın 11-də nazirlik yanında İctimai Şuranın üzvləri ilə videokonfrans keçirilib. Onlayn görüşdə Təhsil nazirinin müşaviri Elnur Nəsibov, Ümumi və məktəbəqədər təhsil şöbəsinin aparıcı məsləhətçisi Gülarə Xudiyeva, Təhsil İnstitutunun direktor müavini Ülkər Babayeva da iştirak edib. Görüşdə xüsusi karantin rejimi dövründə ölkəmizdə fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti qaydaları, eləcə də tədris planları və nümunəvi dərs cədvəlləri barədə geniş fikir mübadiləsi edilib. Görüşdə yeni tədris ilinin təşkilinə dair keçirilmiş ictimai sorğunun nəticələrinin müzakirəsi də aparılıb. Həmçinin nazirlik yanında İctimai Şuranın fəaliyyətinə dair nəzərdə tutulan işlərlə bağlı bir sıra məsələlər müzakirə edilib və təkliflər dinlənilib.
11/09/2020 17:19
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı