• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Ağstafa və Tovuzda məktəb açılışı

Sentyabrın 11-də Ağstafa rayonu, Muğanlı kənd tam orta məktəbinin əsaslı təmir işlərindən sonra açılış mərasimi keçirilib. 

Mərasimdə Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdir müavini Orxan Abbasov, Ağstafa Rayon Təhsil Şöbəsinin müdiri Kamran Abbasov və məktəb direktoru iştirak edib. 

Bildirilib ki, Muğanlı kənd tam orta məktəbinin əsaslı təmir olunmuş binası 624 şagird yerlikdir. 2019-2020-ci tədis ilində məktəbdə 359 şagird və 20 uşaq məktəbəhazırlıq qrupunda təhsil alıb. Şagirdlərin təlim-tərbiyəsi ilə 49 müəllim çalışır. 

Təhsil müəssisəsində müasir sinif otaqları,  fizika-kimya laboratoriyaları, biologiya, texnologiya kabineti var. İdman zalı yenidən qurulub, yeni idman qurğuları ilə təchiz olunub. Akt zalı müasir fomada düzəldilərək 180 yerlik oturacaqla təmin edilib.100 şagird yerlik bufet müasir avadanlıqlarla təchiz edilib, müasir kitabxana yaradılıb.     

Məktəblilər üçün futbol, voleybol, basketbol stadionları da istifadəyə verilib. Məktəb üçün müasir istilik qazanxanası tikilib. Qazla təchiz edilib. 

Açılış mərasimindən sonra qonaqlar məktəbdə yaradılmış hər bir şəraitlə yaxından tanış olublar. 

 

* * *

 

Sentyabrın 11-də Tovuz rayonu, Aşağı Quşçu kənd tam orta məktəbinin əsaslı təmir olunmuş tədris binasının da açılışı baş tutub.

Açılışda Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdir müavini Orxan Abbasov, Tovuz Rayon Təhsil Şöbəsinin müdiri Elmira Mürşüdlü və məktəb direktoru iştirak edib.

Bildirilib ki, məktəb 1176  nəfər şagird yerlikdir. Məktəbdə müasir tipli kitabxana, idman zalı, 100 nəfərlik yeməkxana, avadanlıqlarla təchiz edilmiş  3 laboratoriya, 192 nəfərlik akt zalı, müasir infrastrukturla təchiz edilmiş sinif otaqları, müəllimlər otağı və digər yardımçı otaqlar yeni tədris ilində şagirdlərin istifadəsinə veriləcək. Məktəbdə 850 şagirdin təlim-tərbiyəsi ilə 93 müəllim məşğul olacaq.

Daha sonra qonaqlar məktəbdə əsaslı təmirdən sonra yaradılmış şərait ilə tanış olublar.


5 il əvvəl