SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
“Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində vebinarlar yekunlaşıb
"Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində şagird və müəllimlər üçün “Virtual məktəb”də təşkil olunan vebinarlar başa çatıb.
Ümumilikdə iyul-sentyabr aylarında rəqəmsal bacarıqların inkişafı üzrə gündəmdə olan mövzulara dair 7451 müəllim və şagirdin iştirakı ilə 10 vebinar keçirilib.
Təhsil Nazirliyi və beynəlxalq “Alqoritmika” şirkəti ilə birgə “Virtual məktəb”də təşkil olunan vebinarların məqsədi iştirakçıların İT bacarıqlarını inkişaf etdirmək, interaktiv dərslərin təşkili üçün alətləri nümayiş etdirmək, eyni zamanda, şagirdlərin asudə vaxtlarını səmərəli şəkildə keçirmələrinə nail olmaqdır.
Bununla yanaşı, sentyabr ayından etibarən layihənin rəsmi sosial şəbəkələrində şagirdlər arasında məntiqi düşüncəni inkişaf etdirmək, İT sahəsində yenilikləri ictimaiyyətə çatdırmaq, həmçinin faydalı məlumatları bölüşmək məqsədilə layihə çərçivəsində yeni interaktiv rubrikalara start verilib.
Layihəyə dair məlumatlarla sosial şəbəkələrdəki rəsmi səhifələrdən tanış olmaq mümkündür.
5 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl