• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

İctimai Şura üzvləri ilə yeni tədris ilinə dair müzakirə aparılıb

Sentyabrın 11-də nazirlik yanında İctimai Şuranın üzvləri ilə videokonfrans keçirilib.

Onlayn görüşdə Təhsil nazirinin müşaviri Elnur Nəsibov, Ümumi və məktəbəqədər təhsil şöbəsinin aparıcı məsləhətçisi Gülarə Xudiyeva, Təhsil İnstitutunun direktor müavini Ülkər Babayeva da iştirak edib. 

Görüşdə xüsusi karantin rejimi dövründə ölkəmizdə fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti qaydaları, eləcə də tədris planları və nümunəvi dərs cədvəlləri barədə geniş fikir mübadiləsi edilib.

Görüşdə yeni tədris ilinin təşkilinə dair keçirilmiş ictimai sorğunun nəticələrinin müzakirəsi də aparılıb. Həmçinin nazirlik yanında İctimai Şuranın fəaliyyətinə dair nəzərdə tutulan işlərlə bağlı bir sıra məsələlər müzakirə edilib və təkliflər dinlənilib.


5 il əvvəl