• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Prezident Sabunçu rayonunda 71 saylı tam orta məktəbdə yaradılan şəraitlə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 21-də paytaxtın Sabunçu rayonunda 71 saylı tam orta məktəbdə aparılan əsaslı təmir və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub.   Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Sabunçu rayonundakı 71 saylı orta məktəbdə aparılan əsaslı təmir işləri barədə Prezident İlham Əliyevə məlumat verdi.   Bildirildi ki, şagird sıxlığı nəzərə alınaraq, təhsil ocağı üçün 864 yerlik, 30 sinif otağından ibarət əlavə korpus da inşa olunub.   Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən hərtərəfli inkişaf konsepsiyasında təhsil sahəsi də prioritet yer tutur. Respublikanın hər yerində, o cümlədən paytaxtda məktəblərin əsaslı təmiri, yenidən qurulması, yeni təhsil ocaqlarının və tədris korpuslarının inşası istiqamətində misilsiz işlər görülür. Bütün bunlar, ilk növbədə, şagirdlərin ən yüksək səviyyədə təhsil alması, elmin sirlərinə daha dərindən yiyələnməsi üçün hərtərəfli imkanlar açır. Bu, eyni zamanda, Azərbaycan dövlətinin gənc nəslin savadlı, bilikli, intellektual səviyyədə yetişməsinə göstərdiyi diqqətin bariz nümunəsidir.   Sabunçu rayonundakı 71 saylı orta məktəbin binası 1980-ci ildə inşa edilib. 1176 şagird yerlik binada sinif otaqları ilə yanaşı, fənn laboratoriyaları, akt və idman zalları da müasir səviyyədə şagirdlərin ixtiyarına veriləcək. Sinif otaqları və laboratoriyalar zəruri tədris avadanlığı ilə təchiz olunub.   https://president.az

Yeni tədris ilinin ilk dərsləri

2021-2022-ci tədris ilində ilk dərslərin həsr olunacağı mövzu müəyyənləşdirilib.   Belə ki, I-XI siniflərdə ilk dərslər “Qarabağ Azərbaycandır!” mövzusuna həsr olunacaq. Bu barədə təhsil naziri Emin Əmrullayevin imzaladığı “2021-2022-ci tədris ilində ümumi təhsilin fəaliyyət istiqamətləri barədə” əmrdə qeyd edilib.   Əmrdə həmçinin rayon (şəhər) təhsil şöbələrinə ənənəvi tədrisə keçidlə əlaqədar ümumi təhsil müəssisələrində rast gəlinə biləcək problemlərin operativ və şəraitə uyğun şəkildə həllinin təmin edilməsi barədə tapşırıq verilib. Həmçinin yerli təhsili idarəetmə qurumlarına ümumi təhsil müəssisələrində sanitar-epidemioloji vəziyyətin nəzarətdə saxlanması, işçilərin qoruyucu maskalardan istifadə etməsi, təhsil müəssisələrində aidiyyəti dövlət qurumları tərəfindən vaxtaşırı dezinfeksiya işlərinin aparılmasının təşkili tapşırılıb.   2021/2022-ci tədris ilində ümumi təhsilin fəaliyyət istiqamətləri barədə Azərbaycan Respublikası Təhsil nazirinin əmri

2021-2022-ci tədris ili üçün peşə təhsili dərsliklərinin çapına başlanılıb

2021-2022-ci tədris ili üzrə tədrisin keyfiyyətinin artırılması, əmək bazarının tələblərinə cavab verən peşə təhsilinin təşkili məqsədilə dərsliklərin çap edilməsinə başlanılıb. Peşə təhsilinin mühəndis-pedaqoji heyəti, həmçinin təhsilalanlar üçün ümumilikdə ümumtəhsil üzrə 33 adda 116 000 ədəd, ixtisas modulları üzrə isə 207 adda 213 350 ədəd dərs vəsaitinin çapı nəzərdə tutulub. İlkin mərhələdə 265 050 ədəd dərs vəsaitinin çapı yekunlaşıb. Növbəti mərhələ üzrə isə 64 300 dərs vəsaitinin çap olunması nəzərdə tutulub.   Nəşr edilən və peşə təhsil müəssisələrinə paylanılması nəzərdə tutulan ixtisas modulları üzrə dərsliklər əsasən turizm, kənd təsərrüfatı, sənaye və avtomobil sahələrini əhatə edir.   Çap edilən dərsliklər turizm istiqaməti üzrə turizm təşkilatçısı, turizm sahəsində iaşə üzrə mütəxəssis, mehmanxana inzibatçısı ixtisaslarını, kənd təsərrüfatı istiqaməti üzrə aqroservis mütəxəssisi, bitkiçilik mütəxəssisi, heyvandarlıq mütəxəssisi, iaşə və xidmət istiqaməti üzrə isə geyim üzrə dizayner, dərzi və bu kimi digər ixtisasları özündə birləşdirir. Həmçinin, yeni tədris ilindən etibarən kənd təsərrüfatı istiqamətində üzümçülük və şərab ustası, meyvə ustası, tərəvəz ustası, arıçılıq, kənd təsərrüfatı məhsullarının istehsalı üzrə fermer və sənaye istiqaməti üzrə mebel ustası ixtisasları üzrə dərsliklərin çapı nəzərdə tutulub.   Qeyd edək ki, 2020-2021-ci tədris ilindən başlayaraq ilk dəfə olaraq peşə təhsili pilləsi üzrə dərsliklərin nəşrinə başlanılıb. Ümumilikdə, peşə təhsil müəssisələri üçün 2020-2021-ci tədris ili üzrə 184 067 ədəd dərs vəsaitinin çapı həyata keçirilib.

Yeni tədris ilində 158 608 şagird I sinfə gedəcək

2021-2022-ci tədris ilində respublikanın ümumi təhsil müəssisələrində ümumilikdə 1 589 829 şagirdin təhsil alacağı proqnozlaşdırılır.   Ümumtəhsil məktəblərinin I sinfində 158 608, IX sinfində 132 881, XI sinfində isə 91 538 şagird təhsil alacaq.   Respublika üzrə ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında 117 176 şagirdin təhsilə cəlb olunacağı gözlənilir. 

Dünya Məktəblilərinin İdman Oyunlarında uğurlu nəticələr əldə edilib

11-19 sentyabr 2021-ci il tarixlərində Serbiyanın Belqrad şəhərində Dünya Məktəblilərinin İdman Oyunları keçirilib. Oyunların sərbəst güləş idman növü üzrə yarışında “Təhsil” Respublika İdman Mərkəzinin Gəncə şəhər 1 nömrəli uşaq-gənclər idman-şahmat məktəbinin idmançıları Sadiq Hüseynov və Camal Abbasov I yerə, Elton Məmmədov, Elgün Məmmədov, Rəvan Rəhimli, İsmayıl Əsədli II yerə, İsa Yusubov və Abdulla İbrahimov III yerə çıxıb.   Qeyd edək ki, Dünya Məktəblilərinin İdman Oyunlarında ölkəmizi təmsil edən komandaların tərkibində Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər idman-şahmat məktəblərindən karate, cüdo və sərbəst güləş idman növləri üzrə 24 idmançı iştirak edib. Onlardan 2 nəfəri qızıl, 7 nəfəri gümüş, 7 nəfəri isə bürünc medal qazanıb.

Təhsil nazirinin növbəti videoqəbulu keçiriləcək

Təhsil naziri Emin Əmrullayev 1 oktyabr 2021-ci il tarixində saat 16:00-da Ağdaş, Ucar, Zərdab, Kürdəmir, Göyçay, İsmayıllı, Şamaxı və Ağsu rayonlarının sakinlərini videobağlantı vasitəsilə qəbul edəcək. Qəbulda həmin rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər.   Qeyd olunan rayonların sakinləri 21-28 sentyabr (saat 18:00-dək) 2021-ci il tarixlərində Təhsil Nazirliyinin Çağrı Mərkəzinin "146-1" nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng etməklə və ya elektron müraciət (https://edu.gov.az/az/contact; https://portal.edu.az) vasitəsilə videoqəbula yazıla bilərlər.   Vətəndaşlar videoqəbulun keçirildiyi otağa qəbula yazılanlar siyahısı və şəxsiyyəti təsdiq edən sənədlər əsasında buraxılacaqlar. Qəbulun keçirildiyi yerdə müvafiq sanitariya-gigiyena normalarına əməl olunmalıdır. Videoqəbulda bir müraciətlə bağlı eyni vaxtda birdən artıq şəxsin iştirakına icazə verilmir.  

“Zəfər dastanı” adlı respublika şeir və mahnı müsabiqəsi keçiriləcək

Sentyabrın 20-dən ümumtəhsil məktəblərinin şagirdləri və məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvləri arasında “Zəfər dastanı” adlı onlayn respublika şeir və mahnı müsabiqəsinə start verilir.   Təhsil Nazirliyinin dəstəyi, Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin təşkilatçılığı ilə keçirilən müsabiqənin məqsədi Vətən müharibəsində xalqımızın qazandığı möhtəşəm qələbənin tarixi əhəmiyyətini uşaq və gənclərə aşılamaq, böyüməkdə olan gənc nəsildə hərbi-vətənpərvərlik ruhunu təbliğ etmək, təhsilalanların nitq mədəniyyətinə, bədii ifaçılığa, şeirə, incəsənətə olan marağını daha da artırmaq və onların yaradıcılıq bacarıqlarının inkişaf etməsinə dəstək olmaqdan ibarətdir.    Müsabiqə şeir və mahnı nominasiyaları üzrə 2 yaş (7-14, 15-20) qrupunda və 2 mərhələdə keçirilir.      Müsabiqə üzrə tələblər aşağıdakılardır: -  Müsabiqəyə iştirakçılar yalnız bir nominasiya üzrə qatıla bilər; - İştirakçı seçdiyi nominasiya üzrə bir ifadan ibarət videogörüntünü müsabiqəyə təqdim etməlidir; - Müsabiqəyə vətənpərvərlik mövzusunda yazılmış şeirlə yanaşı iştirakçının öz yazdığı şeir də təqdim oluna bilər; - Mahnı nominasiyası üzrə müsabiqəyə xalq və bəstəkar mahnıları təqdim olunmalıdır; - Təqdim olunan mahnı və şeirin ifa müddəti 3-4 dəqiqədən çox olmamalıdır; - Müsabiqəyə təqdim olunan mahnı minusla və ya akopella oxuna bilər; - Müsabiqəyə fonoqram qəbul olunmur; - Hər iki nominasiya üzrə iştirakçının videogörüntüsü telefon, planşet və ya kamera ilə çəkilə bilər; - Videogörüntülər aydın və keyfiyyətli olmalıdır; -Təqdim olunan ifadan öncə iştirakçı özü barədə məlumatı (adı, soyadı, ata adı, təvəllüdü, şəhər və rayon,  təhsil aldığı müəssisə, nominasiya üzrə ifa etdiyi mahnı və ya şeirin adını) hazırladığı videogörüntü ilə birgə təqdim etməlidir; - İfa zamanı səhnə mədəniyyəti, aydın intonasiya, düzgün tələffüz, nitqin səlisliyi və ifadəliliyi, jest və mimikalardan, səs tonundan məqsədyönlü istifadə, təqdim etmə bacarığı kimi meyarlar nəzərə alınacaq.    I mərhələ - 20 sentyabr – 28 oktyabr 2021-ci il. İlkin mərhələdə iştirakçılar tərəfindən hazırlanan şeir və mahnıların qəbulu aparılır. Hazırlanan mahnılar video formatda grbye@mk.edu.az elektron poçt ünvanına və ya (+994) 55  539 55 22 telefon nömrəsinə “Whatsapp” vasitəsi ilə göndərilməlidir.   II mərhələ - 29 oktyabr – 6 noyabr 2021-ci il. Münsiflər heyəti tərəfindən işlər qiymətləndirilir və qaliblər müəyyənləşdirilir.   Müsabiqənin qalibləri və fəal iştirakçılar Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin diplom və sertifikatları ilə təltif olunacaqlar.    Qeyd edək ki, müsabiqə ilə bağlı sualı olanlar (+994) 12 568 42 19 və (+994)  55 539 55 22 telefon nömrələri ilə əlaqə yarada bilərlər.

Təhsil işçilərinin 90 faizə yaxını vaksin olunub

Təhsil işçilərinin vaksinasiyası prosesi davam etdirilir. Hazırda ölkə üzrə bütün təhsil işçilərinin 86 faizi COVID-19 əleyhinə vaksinasiyadan keçib.   Ümumi təhsil müəssisələrində çalışan təhsil işçilərinin 90 faizi vaksinasiya prosesində iştirak edib. Bu göstərici Bakı şəhəri üzrə 88, Sumqayıt şəhəri üzrə 92, Gəncə şəhəri üzrə 94, Abşeron rayonu üzrə 89, Yardımlı rayonu üzrə 97, Naftalan şəhəri üzrə 96, Şirvan, Qazax və Tərtər rayonlarının hər biri üzrə 95 faiz təşkil edir.   Məktəbdənkənar təhsil müəssisələrində çalışan təhsil işçilərinin 92 faizi, ali və orta ixtisas təhsili müəssisələrində çalışan təhsil işçilərinin 80 faizi, peşə təhsili müəssisələrində çalışan təhsil işçilərinin 92 faizi artıq vaksinasiya olunub.   Bundan əlavə, ümumi və peşə təhsili müəssisələrində çalışan təhsil işçilərinin 1 faizinin, məktəbdənkənar təhsil müəssisələrinin təhsil işçilərinin 2 faizinin immunitet sertifikatı var.   Qeyd edək ki, yeni tədris ilinin başlanmasınadək təhsil işçilərinin daha çox sayda vaksinasiya prosesinə qoşulması vacib məsələdir. Bütün təhsil müəssisələrində çalışan işçilər özlərinin və ətrafdakıların sağlamlığı üçün vaksinasiya prosesində aktiv iştirak etməlidirlər. Təhsil Nazirliyi olaraq bütün təhsil işçilərini virusdan qorunmaq üçün peyvənd olunmağa və sanitar-gigiyenik normalara əməl etməyə çağırırıq.

Təhsil müəssisələrinin yeni tədris ilinə hazırlığı - Fotolent

Nazir müavini Muxtar Məmmədov Şirvanda yeni tikilmiş məktəbin açılışında iştirak edib

Sentyabrın 20-də Şirvan şəhər  21 nömrəli tam orta məktəb  üçün tikilmiş yeni tədris binasının açılış mərasimi keçirilib.   Açılış mərasimində təhsil nazirinin müavini  Muxtar Məmmədov, Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, icra başçısının müavini Aynur Fərzəliyeva, Şirvan şəhər Təhsil Şöbəsinin müdiri Rövşən Allahverdiyev iştirak edib.   Bildirilib ki, yeni məktəb binası 624 şagird yerlikdir. 26 sinif otağından ibarət ümumi təhsil müəssisəsində 2 laboratoriya, 2 texnologiya, informatika, gənclərin çağırışaqədərki hazırlığı kabineti, məktəbəhazırlıq otağı, 240 yerlik akt zalı, sanitar qovşaqlar, qapalı və açıq  idman zalı , kitabxana və bufet fəaliyyət göstərəcək. Təhsil müəssisəsi müasir istilik və işıqlandırma sistemi ilə təchiz edilib, həyətində kiçik idman meydançası və müasir qazanxana sistemi quraşdırılıb.   2021-2022-ci tədris ilində təhsil müəssisəsində 689 şagird, məktəbəhazırlıq qrupunda isə 77 uşağın təhsil prosesinə cəlb olunması planlaşdırılır. Təhsil müəssisəsində 59 nəfər pedaqoji, 21 nəfər texniki işçi çalışır. Şirvan şəhərində 14 tam orta, 1 ümumi orta, 1 ibtidai olmaqla, ümumilikdə 16 ümumi təhsil müəssisəsi, 1 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir.   Açılış mərasimindən sonra qonaqlar məktəbdə yaradılmış şəraitlə yaxından tanış olublar.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı