• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Nazir müavini Firudin Qurbanov Sumqayıtda yeni məktəb binasının açılışında iştirak edib

Sentyabrın 20-də Sumqayıt şəhər 1 nömrəli tam orta məktəb üçün yeni tikilmiş tədris binasının açılış mərasimi keçirilib.

 

Açılış mərasimində təhsil nazirinin müavini Firudin Qurbanov, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Sumqayıt şəhər Təhsil İdarəsinin müdiri Arzu Alızadə iştirak edib.

 

 Əvvəlcə qonaqlar ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, daha sonra Heydər Əliyev Mərkəzi ilə tanış olublar.

 

Açılış mərasimində giriş nitqi ilə çıxış edən Sumqayıt şəhər İcra hakimiyyətinin başçısı Zakir Fərəcov Sumqayıt şəhəri üzrə 2020-2021-ci tədris ilində əldə edilən yüksək nəticələri iştirakçıların diqqətinə çatdırıb.

 

Mərasimdə iştirak edən təhsil nazirinin müavini Firudin Qurbanov son illərdə ölkəmizdə məktəb infrastrukturunun yenilənməsində dövlətin diqqət və qayğısından söz açıb. 

 

Bildirilib ki,  yeni tikilmiş məktəb 1800 şagird yerlikdir.  73 sinif otağından ibarət ümumi təhsil müəssisəsində 9 laboratoriya, 2 texnologiya, informatika, gənclərin çağırışaqədərki hazırlığı kabineti, 2 məktəbəhazırlıq otağı, 390 yerlik akt zalı, idman zalı, kitabxana və bufet fəaliyyət göstərəcək. Məktəbdə 112 nəfər pedaqoji işçi fəaliyyət göstərir. Yeni tədris ilində 2500-ə yaxın şagird sözügedən məktəbdə təhsil alacaq.

 

Açılış mərasimindən sonra qonaqlar məktəbdə yaradılmış hər bir şəraitlə yaxından tanış olublar. 


3 il əvvəl