• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

2021-2022-ci tədris ili üçün peşə təhsili dərsliklərinin çapına başlanılıb

2021-2022-ci tədris ili üzrə tədrisin keyfiyyətinin artırılması, əmək bazarının tələblərinə cavab verən peşə təhsilinin təşkili məqsədilə dərsliklərin çap edilməsinə başlanılıb. Peşə təhsilinin mühəndis-pedaqoji heyəti, həmçinin təhsilalanlar üçün ümumilikdə ümumtəhsil üzrə 33 adda 116 000 ədəd, ixtisas modulları üzrə isə 207 adda 213 350 ədəd dərs vəsaitinin çapı nəzərdə tutulub. İlkin mərhələdə 265 050 ədəd dərs vəsaitinin çapı yekunlaşıb. Növbəti mərhələ üzrə isə 64 300 dərs vəsaitinin çap olunması nəzərdə tutulub.

 

Nəşr edilən və peşə təhsil müəssisələrinə paylanılması nəzərdə tutulan ixtisas modulları üzrə dərsliklər əsasən turizm, kənd təsərrüfatı, sənaye və avtomobil sahələrini əhatə edir.

 

Çap edilən dərsliklər turizm istiqaməti üzrə turizm təşkilatçısı, turizm sahəsində iaşə üzrə mütəxəssis, mehmanxana inzibatçısı ixtisaslarını, kənd təsərrüfatı istiqaməti üzrə aqroservis mütəxəssisi, bitkiçilik mütəxəssisi, heyvandarlıq mütəxəssisi, iaşə və xidmət istiqaməti üzrə isə geyim üzrə dizayner, dərzi və bu kimi digər ixtisasları özündə birləşdirir. Həmçinin, yeni tədris ilindən etibarən kənd təsərrüfatı istiqamətində üzümçülük və şərab ustası, meyvə ustası, tərəvəz ustası, arıçılıq, kənd təsərrüfatı məhsullarının istehsalı üzrə fermer və sənaye istiqaməti üzrə mebel ustası ixtisasları üzrə dərsliklərin çapı nəzərdə tutulub.

 

Qeyd edək ki, 2020-2021-ci tədris ilindən başlayaraq ilk dəfə olaraq peşə təhsili pilləsi üzrə dərsliklərin nəşrinə başlanılıb. Ümumilikdə, peşə təhsil müəssisələri üçün 2020-2021-ci tədris ili üzrə 184 067 ədəd dərs vəsaitinin çapı həyata keçirilib.


3 il əvvəl