• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

15 azərbaycanlı “Türkiye Bursları” çərçivəsində doktorantura səviyyəsi üzrə təqaüd qazanıb

23 fevral 2021-ci il tarixində Təhsil Nazirliyi ilə Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Xaricdə yaşayan və Əqrəba İcmaları Baş İdarəsi arasında imzalanmış Niyyət Məktubu çərçivəsində 15 azərbaycanlı 2021-2022-ci tədris ili üzrə “Türkiye Bursları” çərçivəsində Türkiyənin müxtəlif nüfuzlu universitetlərində doktorantura səviyyəsi üzrə təqaüdlü təhsil almaq imkanı qazanıb. Təqaüdə layiq görülən 15 nəfər iqtisadiyyat, tibb, kompüter elmləri, mühəndislik və təbiət elmləri ixtisas istiqamətləri üzrə “Ankara Universitesi”, “Bursa Uludağ Universitesi”, “İstanbul Üniversitesi”, “Ege Üniversitesi”, “Yıldız Teknik Üniversitesi”, “Gazi Üniversitesi” və digər universitetlərdə təhsil alacaqlar.

 

Qeyd edək ki, müvafiq təqaüd proqramı barədə elan 16 yanvar 2021-ci il tarixində verilib.


3 il əvvəl