• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Peşə təhsili üzrə teledərslərin 2 fevral cədvəli

Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə "ARB Günəş" telekanalında yayımlanan peşə teledərslərinin 2 fevral tarixi üçün cədvəlini təqdim edirik. Dərslər saat 18:10-da yayımlanacaq. Qeyd edək ki, teledərsləri Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəsmi "Youtube" (https://bit.ly/2WYaWU9) kanalı ilə yanaşı, "Facebook" (https://bit.ly/34erIjf) səhifəsindən və Təhsil Nazirliyinin videodərslər portalından (https://video.edu.az/) izləmək mümkündür.

Latviyada 2021-2022-ci tədris ili üzrə təhsil imkanı

Latviya Respublikası Hökuməti 2021-2022-ci tədris ili üzrə Azərbaycan vətəndaşları üçün bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə təqaüd proqramı elan edib.   Təqaüd proqramı Azərbaycan və Latviya arasında təhsil sahəsində əməkdaşlığa dair 2017-ci il iyulun 17-də Riqa şəhərində imzalanmış sazişə uyğun olaraq həyata keçirilir.   Müsabiqədə iştirak etmək istəyən vətəndaşlar üçün son müraciət tarixi aprelin 1-dir. Namizədlərin müraciətləri araşdırıldıqdan sonra  yekun qərar Latviya Dövlət Təhsil İnkişaf Agentliyi (DTİA) tərəfindən veriləcək.   Təqaüd proqramı çərçivəsində təhsilə dair əlavə məlumatlarla elan vasitəsilə tanış ola bilərsiniz.

Məktəbə qayıdan uşaqlar - FOTOLAR

Fevralın 1-dən ölkə üzrə ümumi təhsil müəssisələrində ənənəvi tədris qismən bərpa olunub. Bu gündən məktəbəhazırlıq, icmaəsaslı məktəbəqədər təhsil qrupları və ibtidai siniflərdə təhsil alan uşaqlar tədrisin davamı üçün məktəbə yollanıblar.   Uzun zaman sonra doğma məktəblərinə, eləcə də məktəbdəki dostlarına qovuşan şagirdlərin sevincini əks etdirən fotoları diqqətinizə çatdırırıq.   Qeyd edək ki, ibtidai siniflər üzrə 628 651 şagird, məktəbəhazırlıq qruplarında 103 604 uşaq, həmçinin 50 bölgədə fəaliyyət göstərən 500 icma əsaslı məktəbəqədər təhsil qruplarında isə 9207 uşaq bu gündən ənənəvi tədrisə davam edəcək.

STEAM dərslərinə başlanılır

Fevralın 1-dən "Dərs vaxtı" proqramında  STEAM dərslərinin yayımına start veriləcək.   Təhsil Nazirliyinin dəstəyi ilə həm Azərbaycan, həm də rus bölmələri üçün hazırlanan STEAM dərslərini "Mədəniyyət" kanalından, eyni zamanda, Təhsil Nazirliyinin rəsmi "Youtube" kanalı, rəsmi  "Facebook" səhifəsi, eləcə də videodərslər portalından da (https://video.edu.az/)  izləmək mümkündür.   STEAM dərslərinin yayım vaxtını "Dərs vaxtı"nın hər gün paylaşılan cədvəlindən öyrənə bilərsiniz.   Qeyd edək ki, 2019-2020-ci tədris ilinin əvvəlindən Heydər Əliyev Fondunun dəstəyi ilə tətbiqinə başlanılan STEAM layihəsinin əsas məqsədi respublikanın ümumtəhsil məktəblərində təhsil alan şagirdlərdə XXI əsr bacarıqlarını – kreativlik, tənqidi düşünmə, əməkdaşlığın inkişaf etdirilməsi, müxtəlif proqramlaşdırma dillərini tətbiq etməklə müasir İKT avadanlıqlarından istifadə edə bilmə qabiliyyətlərini yüksəltməkdir.  

Tələbələrin nəzərinə!

Fevralın 1-dən tələbələrin köçürülməsi prosesi başlanılır. Elektron sənəd qəbulu fevralın 7-dək davam edəcək.   Tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələri tələbələrinin, magistratura səviyyəsində təhsilalanların köçürülməsi transfer.edu.az portalı vasitəsilə  həyata keçirilir.   Portala müraciət edən şəxslər köçürülmək istədiyi təhsil müəssisəsini seçmək imkanına malikdir. Bunun üçün təhsilalanlar tələb olunan məlumatları daxil etməklə köçürülmə meyarlarına uyğun gəlib-gəlmədiyini müəyyən edə bilərlər.   Qeyd edək ki, Təhsil Nazirliyi tərəfindən yaradılan transfer.edu.az portalı tələbələrin köçürülməsi prosesinin sadələşdirilməsinə və şəffaflığın təmin olunması məqsədinə xidmət edir. Portal fəaliyyətə başladığı gündən bugünədək 9 mindən çox tələbənin köçürülməsi həyata keçirilib. Portal vasitəsilə tələbə köçürülməsi xidməti ödənişsizdir.   Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, tibb təhsilinin əsas tibb təhsili üzrə təhsilalanların köçürülməsi zamanı ən çox verilən suallar və onların cavabları

Türkiyədə doktorantura təqaüd proqramına sənəd qəbulunun vaxtı uzadılıb

Türkiyənin ali təhsil müəssisələrində 2021-2022-ci tədris ili üçün doktorantura təhsili üzrə təqaüd proqramına sənəd qəbulunun müddəti uzadılıb.   Proqrama son müraciət tarixi 20 fevral 2021-ci il müəyyən edilib.   Sənəd qəbulu barədə ətraflı məlumatla elan vasitəsilə tanış ola bilərsiniz.

"Sağlam Mühit – Sağlam Gələcək" layihəsi üzrə məktəblilər üçün sonuncu cizgi filmi

“Sağlam Mühit – Sağlam Gələcək” layihəsi çərçivəsində məktəblilər üçün sonuncu cizgi filmi “Ekosistem xidmətləri” mövzusunda hazırlanıb. Cizgi filmində ekosistem xidmətlərinin yeni konsepsiyası əks olunaraq “istehsalçı” və “istehlakçı”nın kim olduğu sadə nümunələrlə təsvir edilib.   Animasiya filmi qlobal Dayanıqlı İnkişaf Məqsədlərindən on ikincisi olan “Məsuliyyətli istehlak və istehsal” mövzusu üzərində qurularaq, dayanıqlı istehlak və istehsal, resurs və enerji səmərəliliyinin, dayanıqlı infrastrukturun və “yaşıl” tədbirlərə çıxış imkanının təşviqi ilə hər kəs üçün daha yaxşı həyat keyfiyyətinə nail oluna biləcəyindən bəhs edir.  Mövzunun seçilməsində əsas məqsəd həyat keyfiyyətinin artırılması fonunda resurslardan istifadənin, deqradasiyanın və çirklənmənin azaldılması yolu ilə iqtisadi fəaliyyətlərdən əldə olunmuş rifah dərəcəsini artıraraq daha az resursla daha çox məqsədə daha səmərəli şəkildə nail oluna biləcəyini əks etdirməkdir. Animasiyanın ssenarisi ekologiya üzrə fəlsəfə doktoru Firuzə Sultan-zadə tərəfindən hazırlanıb.   Qeyd edək ki, sözügedən layihə 2016-2020-ci illər üçün Azərbaycan Hökuməti və UNICEF arasında imzalanmış Əməkdaşlıq Proqramı çərçivəsində 2018-2019-cu illər üçün Təhsil proqramı - Dövri Fəaliyyət Planının “Azərbaycanın seçilmiş məktəblərində məktəb əsaslı təlim proqramı vasitəsilə ekoloji maarifləndirmə üzrə bacarıqların gücləndirilməsi” bəndi üzrə artıq dörd ildir ki davam edən silsilə layihələrdən biri kimi icra edilir. Layihənin əsas məqsədi cəmiyyətdə dayanıqlı inkişaf məqsədləri üzrə məlumatlılığın artırılması, ekoloji mədəniyyətin, həmçinin məişətdə iqlim dəyişmələrinin qarşısının alınması üçün davranış tərzinin formalaşdırılmasıdır.   Layihə çərçivəsində bugünədək Bakı və Sumqayıt şəhərləri üzrə 170 ibtidai sinif müəllimi iqlim dəyişmələri, ekosistem xidmətləri, tullantıların utilizasiyası və s. mövzular üzrə təlimləndirilib, layihənin ekspertləri tərəfindən kiçik sinif şagirdlərinin valideynləri üçün “Məişətdə iqlim dəyişmələrinin qarşısının alınması yolları” mövzusunda vebinar keçirilib, həmçinin dayanıqlı inkişaf məqsədlərinə nail olunması barəsində iqlim dəyişmələri və suyun düzgün istifadəsinə dair cizgi filmləri hazırlanıb. Layihə Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilati dəstəyi ilə həyata keçirilir.  

Məktəbdənkənar təhsil müəssisələrində müharibə iştirakçıları ilə görüşlər davam edir

Təhsil Nazirliyi 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə II Qarabağ müharibəsinin iştirakçısı Həsən Abdullayev və qazi Orxan İbrahimli ilə onlayn görüş keçirilib.   Görüşün keçirilməsində məqsəd Vətən müharibəsində şücaət göstərmiş iştirakçı və qaziləri uşaq və gənclərə tanıtmaq, onları vətənə məhəbbət ruhunda tərbiyə etməkdən ibarət olub.   Tədbirdə Vətən müharibəsi iştirakçıları ilə yanaşı 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin rəhbərliyi, pedaqoji heyəti və dərnək üzvləri də iştirak edib.   Qeyd edilib ki, hər iki müharibə iştirakçısı vaxtilə sözügedən mərkəzin yetirmələri olub. Belə ki, Həsən Abdullayev mərkəzin “Çiçəyim" uşaq teatrının, qazi Orxan İbrahimli isə 7 il milli rəqs dərnəyinin üzvü olub.   İştirakçılar müharibədə yadda qalan hadisələrdən bəhs ediblər, dərnək üzvlərini maraqlandıran sualları cavablandırıblar.   Görüş zamanı “Çiçəyim” uşaq teatrının üzvləri tərəfindən “Mənim qəhrəmanın” aksiyası çərçivəsində hazırlanmış videoçarxlar,  hər iki iştirakçıya həsr edilmiş videolar nümayiş olunub.

Bakı Dövlət Universitetinin yeni yataqxanasının açılışı olub

Yanvarın 29-da Bakı Dövlət Universitetinin (BDU) əsaslı təmir olunmuş tələbə yataqxanasının açılış mərasimi olub.   Təhsil naziri Emin Əmrullayev açılış mərasimində iştirak edib.   Qeyd edək ki, ümumi sahəsi 5100 m2 olan beş mərtəbəli yataqxana 220 nəfər tələbə üçün nəzərdə tutulub. Müasir standartlara cavab verən yataqxanada 104 yataq otağı ilə yanaşı, 2 qonaq otağı, oxu zalı, yeməkxana, camaşırxana, istirahət guşəsi, tibb otağı, idman avadanlığı quraşdırılmış sahə var.

Bakı Dövlət Universitetinin Himayəçilər Şurasının növbəti iclası keçirilib

Yanvarın 29-da təhsil naziri Emin Əmrullayevin sədrliyi ilə Bakı Dövlət Universitetinin (BDU) Himayəçilər Şurasının növbəti iclası keçirilib. İclasda Himayəçilər Şurasının üzvləri, universitetin rektoru Elçin Babayev və Təhsil Nazirliyinin əməkdaşları iştirak ediblər. Tədbirdə BDU-da 2020-ci il ərzində görülən işlər, universitetin inkişaf strategiyası və digər məsələlər müzakirə edilib.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı