• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Bakı Dövlət Universitetinin yeni yataqxanasının açılışı olub

Yanvarın 29-da Bakı Dövlət Universitetinin (BDU) əsaslı təmir olunmuş tələbə yataqxanasının açılış mərasimi olub.

 

Təhsil naziri Emin Əmrullayev açılış mərasimində iştirak edib.

 

Qeyd edək ki, ümumi sahəsi 5100 m2 olan beş mərtəbəli yataqxana 220 nəfər tələbə üçün nəzərdə tutulub. Müasir standartlara cavab verən yataqxanada 104 yataq otağı ilə yanaşı, 2 qonaq otağı, oxu zalı, yeməkxana, camaşırxana, istirahət guşəsi, tibb otağı, idman avadanlığı quraşdırılmış sahə var.


3 il əvvəl