• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Təhsil naziri gənc müəllimlərlə görüşüb

Fevralın 2-də təhsil naziri Emin Əmrullayev gənc müəllimlərlə onlayn formatda görüş keçirib.

 

2 Fevral – Gənclər Günü münasibətilə təşkil edilən görüşdə ölkəmizin ümumi təhsil müəssisələrində fəaliyyət göstərən bir qrup gənc müəllim iştirak edib.

 

Təhsil naziri 2 Fevral - Gənclər Gününün tarixinə toxunaraq bildirib ki, əsası ümummilli liderimiz tərəfindən qoyulan dövlət gənclər siyasətinin nəticəsidir ki, bu gün ölkəmizdə idarəetmə bacarığı ilə seçilən intellektual, dünyagörüşlü yeni nəsil yetişib. Bu siyasi kurs ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Nazir qeyd edib ki, gənclərimiz 44 günlük Vətən müharibəsində də qəhrəmanlıq və igidlik nümunəsi göstərdi, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında sıx birləşərək torpaqlarımızı işğaldan azad etdi. 

 

Emin Əmrullayev son illər gənclər arasında müəllim peşəsinə marağın artdığını vurğulayaraq gənc müəllimlərin təhsilimizin inkişafındakı rolundan söz açıb və qeyd edib ki, bu gün ölkəmizin ümumi təhsil müəssisələrində 141 749 müəllim çalışır ki, onlardan 38 272 nəfəri 35 yaşadək olan gənc müəllimdir. 

 

Nazir sonda gənc müəllimləri 2 Fevral - Gənclər Günü münasibətilə təbrik edib, onların hər birinə Azərbaycanın sabahı, uğurlu gələcəyi naminə fəaliyyətlərində uğurlar arzulayıb.

 

Daha sonra görüşdə iştirak edən gənc müəllimlər fikirlərini bölüşüb və təhsilin inkişafına verə biləcəkləri töhfədən danışıblar.
 


3 il əvvəl