• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Peşə təhsili pilləsi üzrə əyani tədris qismən bərpa olunub

15 fevral tarixindən etibarən peşə təhsili müəssisələrində praktiki məşğələlər üzrə dərslərin əyani formada təşkilinə başlanılıb.

 

Hazırda müəyyən ixtisaslar üzrə istehsalat təlimi və təcrübəsi ilə bağlı dərslərin əyani, ümumtəhsil fənləri və ixtisas modulları üzrə nəzəri dərslərin isə distant formada təşkili həyata keçirilir. İKT və turizm sahəsi üzrə müəyyənləşdirilmiş 9 ixtisas üzrə praktiki məşğələlərin (istehsalat təlimi və təcrübəsi) distant formada tədrisi davam etdirilir. 

 

Ümumilikdə, istehsalat təlimi və təcrübəsi ilə bağlı dərsləri əyani formada təşkil edilən ixtisaslar üzrə təhsil alan tələbələrin sayı 18 860 nəfərdir ki, bu da ümumi tələbə sayının 88 faizinə bərabərdir.

 

İstehsalat təliminin təşkili zamanı təhsil müəssisəsində tələbə sıxlığının qarşısını almaq məqsədilə dərs cədvəllərində müəyyən dəyişikliklər edilib. Tədris planları və dərs cədvəllərinə əsasən, ixtisasdan asılı olaraq istehsalat təlimi dərsləri həftədə 2 dəfə əyani formada təşkil edilir. İstehsalat təcrübəsi dərsləri isə işəgötürən təşkilatlarda xüsusi karantin rejimi üzrə qaydalar və tələblər gözlənilməklə əyani təşkil edilir.

 

Peşə təhsili müəssisələrində təşkil edilən qısamüddətli kurslarda da əyani tədris bərpa edilib. 

 

Qeyd edək ki, peşə təhsili müəssisələrində tədris prosesi Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”na əsasən təşkil edilir. Əyani dərslərin bərpası ötən dövrdə onlayn dərslər və teledərslər zamanı qazanılmış nəzəri bilik və bacarıqların praktiki məşğələlərdə möhkəmləndirilməsi, həmçinin praktiki bacarıq və səriştələrin əldə edilməsinə imkan yaradacaq.


3 il əvvəl