• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

285 məktəbdə “Kiçik Akademiya” fəaliyyət göstərir

Bakı şəhərində yerləşən ümumi təhsil müəssisələrində “Kiçik Akademiya”ların fəaliyyəti təkmilləşdirilir.   Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 285 ümumi təhsil məktəbində “Kiçik Akademiya” fəaliyyət göstərir. 22 məktəbdə isə "Kiçik Akademiya”ların yaradılması nəzərdə tutulub.   “Kiçik Akademiya”ların təşkil olunmasında əsas məqsəd yuxarı sinif şagirdlərinin elmi axtarışlara sövq edilməsi, onların müasir tədqiqat metodlarına yiyələnməsi, ali təhsil müəssisələri ilə ümumi təhsil müəssisələri arasında əlaqələrin genişləndirilməsindən ibarətdir.   "Kiçik Akademiya” yaradıcılıq və elmi-tədqiqat işlərinə maraq göstərən, bu sahədə potensial imkanları ilə fərqlənən istedadlı şagirdlərin üzvlüyü əsasında təhsil müəssisələrində yaradılan ictimai birlikdir. "Kiçik Akademiya”lar istedadlı şagirdlərin aşkarlanaraq üzə çıxarılmasında önəmli rol oynayır.    Bu akademiyalara üzvlük könüllü olaraq həyata keçirilir. Marağı və istedadı olan bütün şagirdlər təhsil aldıqları məktəbdə fəaliyyət göstərən “Kiçik Akademiya”ya üzv ola bilərlər. “Kiçik Akademiya”ya üzv olan şagirdlərin elmi konfranslara, olimpiadalara və digər tədbirlərə qatılmaq, şagirdlər arasında elmi bilikləri təbliğ etmək kimi vəzifələri var.    "Kiçik Akademiya”nın tərkibində humanitar, təbiət, fizika-riyaziyyat, texniki, sosial-iqtisadi və digər elmi istiqamətlər üzrə bölmələr fəaliyyət göstərir. “Kiçik Akademiya” daxilində hansı bölmənin fəaliyyət göstərməsi məktəblərin seçimi əsasında müəyyən olunur.

Təhsil Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin birgə məlumatı

Təhsil işçilərinin vaksinasiyasına başlanılıb   3 mart 2021-ci il tarixindən “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq ümumi təhsil müəssisələrinin pedaqoji və texniki heyəti üçün vaksinasiya prosesinə başlanılıb. İlkin olaraq yaşı 50 və daha yuxarı olan pedaqoji və texniki heyətin vaksinasiyasına start verilib.   Bu məqsədlə Bakı şəhərində yerləşən ümumtəhsil məktəblərində 10 peyvənd məntəqəsi yaradılıb. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən peyvənd məntəqələri kompüter avadanlıqları ilə təchiz olunub və data kart vasitəsilə internetə çıxış təmin olunub.   Qeyd edək ki, koronavirus pandemiyası şəraitində normal tədris mühitinin davam etdirilməsi üçün pedaqoji və texniki heyətin vaksinasiya prosesində iştirakı zəruridir.

Ali təhsil müəssisələrinin akkreditasiyası davam edir

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin təşkilatçılığı ilə Gəncə Dövlət Universiteti və Azərbaycan Texnologiya Universitetinin akkreditasiya qiymətləndirilməsi davam edir. Ölkədə yaranmış sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq, sözügedən ali təhsil müəssisələrinin akkreditasiya qiymətləndirilməsi təqdim edilən “Özünütəhlil hesabatları” və ona əlavə olunan sənədlər əsasında məsafədən həyata keçirilir. Adıçəkilən təhsil müəssisələri ilə onlayn formatda təşkil olunmuş akkreditasiya qiymətləndirilməsinin müsahibə mərhələsi başa çatıb. Müvafiq Akkreditasiya Komissiyaları tərəfindən qiymətləndirmə nəticəsi olan Yekun Hesabatlar hazırlanaraq akkreditasiyaya dair yekun qərarın verilməsi üçün Təhsil Nazirliyinin Akkreditasiya Şurasının müzakirəsinə çıxarılması planlaşdırılır. Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları”na əsasən Akkreditasiya Şurası akkreditasiyanın nəticələrinə dair qərar qəbul etmək səlahiyyətinə malik olan orqandır.  

Harvardlı alim “Yeni Çağırışlar”da qonaq olacaq

8 mart saat 19:00-da “Yeni çağırışlar” onlayn müzakirə proqramının növbəti buraxılışı yayımlanacaq. Bu buraxılışda Harvard Universitetində Dəyişiklik üzrə liderlik qrupunun qurucusu, dünyaca tanınmış təhsil tədqiqatçısı, alim və yazıçı Toni Vaqner qonaq olacaq. Proqramı qeyd edilən tarixdə Təhsil Nazirliyinin rəsmi “Facebook” səhifəsi üzərindən canlı izləyə bilərsiniz. Təhsil Nazirliyinin dəstəyi və T-Network təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə davam edən “Yeni çağırışlar”da beynəlxalq qiymətləndirmə proqramlarında qabaqcıl olan ölkələrin təhsilinin uğur təcrübəsi, təhsildə yenilik, dəyişiklik və liderlik, qeyri-ənənəvi təhsil haqqında danışılacaq. Toni Vaqner “Bill & Melinda Gates” Fondunun baş məsləhətçisi olub. 20 ildən çox müddətdə Harvard Universitetində müxtəlif vəzifələrdə çalışıb. Qurucusu olduğu Dəyişiklik üzrə liderlik qrupuna 10 ildən çox rəhbərlik edib. Bundan əvvəl Harvard İnnovasiya Laboratoriyasında mütəxəssis işləyib.  Beynəlxalq qurumlardan əsas çıxış (keynote) üçün dəvət alan Toni Vaqner bestseller sayılan “Qlobal nailiyyət boşluğu” (Global Achievement Gap) kitabının müəllifi olmaq üzrə 18 dilə tərcümə edilən “Yenilikçilərin yaradılması: Dünyanı dəyişdirəcək gənclərin hazırlanması” (Creating Innovators: The Making of Young People Who Will Change The World), o cümlədən “Qəlblə öyrənmək: Qeyri-ənənəvi təhsil” (Learning By Heart: An Unconventional Education), “Məktəblər necə dəyişir?” (How schools change?) kitablarının müəllifidir. O, həmçinin “Uşaqlarımızı innovasiya dövrünə hazırlamaq” (Preparing Our Kids for The Innovation Era) kitabının həmmüəllifidir. Dünyaca tanınmış film prodüseri Robert Compton ilə birlikdə “Finlandiya fenomeni: Dünyanın ən təəccüblü məktəb sisteminin içində” (The Finland Phenomenon: Inside The World’s Most Surprising School System) adlı 60 dəqiqəlik sənədli filmin yaradıcısıdır.  Qeyd edək ki, sözügedən proqramın əvvəlki qonaqları dünyaca məşhur "Khan Academy"nin qurucusu və CEO-su Sal Khan, Nobel Sülh mükafatçısı, professor Məhəmməd Yunus, tanınmış təhsil tədqiqatçısı və yazıçı Dr. Özgür Bolat, dünyaca məşhur finlandiyalı professor Pasi Sahlberg olub. "Yeni çağırışlar” müzakirə proqramı haqqında ətraflı məlumatla T-network-un "Facebook" səhifəsindən ( https://www.facebook.com/tnetwork.az) tanış ola bilərsiniz.  

VI-IX sinif şagirdləri arasında onlayn respublika kuboku keçiriləcək

Martın 14-də “Ağıllı şəhər-Bakı” layihəsi çərçivəsində VI-IX sinif şagirdləri arasında “Nə?Harada?Nə zaman?” intellektual oyunu üzrə onlayn respublika kuboku keçiriləcək.   Azərbaycanın bütün bölgələrini əhatə edən yarış iki mərhələdən ibarətdir. Birinci zona seçimi mərhələsində uğur qazanan komandalar final mərhələsində iştirak hüququ əldə edəcək. Birinci mərhələdə iştirak üçün 500-ə yaxın komanda müraciət edib. Müraciət edənlər sırasında Gəncə-Qazax məktəbliləri çoxluq (150 müraciət) təşkil edir.   Yekunda qaliblər kubok, medal və hədiyyələrlə təltif ediləcək.   Qeyd edək ki, respublika kuboku Təhsil Nazirliyinin təşkilatçılığı və “Kapital Bank”ın dəstəyi ilə keçirilir.

Respublika fənn olimpiadalarının yarımfinal turu keçiriləcək

Fənn olimpiadalarının respublika mərhələsinin yarımfinal turunun keçiriləcəyi tarixlər açıqlanıb.   Belə ki, martın 8-də informatika fənni, martın 10-da isə digər fənlər (Azərbaycan dili və ədəbiyyat, tarix, coğrafiya, riyaziyyat, fizika, kimya, biologiya) üzrə respublika mərhələsinin yarımfinal turu keçiriləcək. Bu mərhələyə qeydiyyat https://www.olimpiada.edu.az/ saytı vasitəsi ilə elektron formada həyata keçirilib.   Olimpiadaların yarımfinal turu mövcud pandemiya şəraitinə uyğun olaraq, ölkə üzrə 37 mərkəzdə təşkil ediləcək. Ümumilikdə, 6205 şagird bu mərhələdə iştirak hüququ qazanıb.   Qeyd edək ki, olimpiadaların təşkilində məqsəd istedadlı uşaqların aşkar edilməsi, şagirdlərdə müvafiq fənlərə olan marağın artırılması, onların  sağlam rəqabət prinsipləri əsasında öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə şərait yaradılmasından ibarətdir.   Respublika fənn olimpiadaları “Kapital Bank”ın baş sponsorluğu ilə keçirilir.  

"Sabahın alimləri” X respublika müsabiqəsinin bağlanış mərasimi

Martın 2-də “Sabahın alimləri” X respublika müsabiqəsinin onlayn bağlanış mərasimi keçirilib.    Tədbirdə təhsil naziri Emin Əmrullayev,  Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İradə Hüseynova, gənclər və idman nazirinin müavini Fərhad Hacıyev, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin şöbə müdiri  İndira Hacıyeva,  Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə, Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov və müsabiqənin qalibləri iştirak ediblər. Mərasimdə çıxış edən təhsil naziri Emin Əmrullayev bütün qalibləri təbrik edib, hər birinə fəaliyyətlərində uğurlar arzulayıb. Nazir “Sabahın alimləri” müsabiqəsinin əhəmiyyətindən söz açaraq müsabiqənin şagirdlərin gələcək inkişaf və karyerasına müsbət təsir göstərdiyini qeyd edib.    Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti  İradə Hüseynova, gənclər və idman nazirinin müavini Fərhad Hacıyev, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə də öz növbəsində qalib şagirdləri təbrik edərək, onlara gələcək işlərində uğurlar arzulayıblar.   Bildirilib ki, cari ildə 14 şəhər və rayonun ümumtəhsil məktəbində təhsil alan 208 şagird 123 elmi  layihə ilə Elmi Ekspertiza Komissiyasının qərarına əsasən, müsabiqədə iştirak etmək hüququ qazanıb. Bu layihələrdən 37-i fərdi, 86-ı isə kollektiv işlənilmiş layihə olub.  Müsabiqəyə buraxılan layihələrlə Bakı şəhəri üzrə 55 faiz, Sumqayıt şəhəri üzrə 18 faiz,  Şirvan şəhəri  üzrə 10 faiz, həmçinin Naxçıvan Muxtar Respublikası və 10 rayon ümumtəhsil məktəbinin IX-XI sinif şagirdləri iştirak edib.  Şagirdlər müsabiqəyə riyaziyyat - 14, fizika, astronomiya -16, kimya - 8, biologiya - 16, tibb və sağlamlıq - 12, ekologiya, ətraf mühitin idarəolunması - 20, kompüter elmləri – 10, mühəndislik – 17 layihə ilə qatılıb.  Layihələrin qiymətləndirilməsini həyata keçirmək məqsədi ilə alimlərdən ibarət Münsiflər heyəti yaradılıb. Münsiflər heyətinin qərarına görə, müxtəlif kateqoriyalar üzrə I, II və III yerlərə 48 layihə üzrə 81 şagird, o cümlədən I yerə 8 layihə üzrə 13 şagird, II yerə 16 layihə üzrə 27 şagird, III yerə 24 layihə üzrə 41 şagird layiq görülüb.   Qaliblər sırasından İSEF- Mühəndislik Sərgisində ölkəmizi təmsil etmək üçün  isə 7 layihə  seçilib.   “Sabahın alimləri” respublika müsabiqəsinin iştirakçılarına hər il olduğu kimi bu il də ABŞ-ın müxtəlif beynəlxalq fondlar, assosiasiyalar və cəmiyyətlərinin Xüsusi Mükafatları verilib. Bu mükafatlar seçilmiş istiqamətlər üzrə 11 layihəyə (17 şagirdə) təqdim olunub.    Qaliblərə müsabiqənin təşkilatçıları adından diplom, medal və hədiyyələr təqdim ediləcək, yer tutmayan finalçılara isə müsabiqənin sertifikatları veriləcək.    Qeyd edək ki, Təhsil Nazirliyinin əsas təşkilatçılığı ilə 2012-ci ildən etibarən keçirilən müsabiqəyə ölkə miqyasında maraq ildən-ilə artır. Müsabiqə Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Gənclər və İdman Nazirliyi, Heydər Əliyev Mərkəzi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə keçirilir.   

Peşə təhsili üzrə teledərslərin 2 mart cədvəli

Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə "ARB Günəş" telekanalında yayımlanan peşə teledərslərinin 2 mart tarixi üçün cədvəlini təqdim edirik. Dərslər saat 18:10-da yayımlanacaq.     Qeyd edək ki, teledərsləri Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəsmi "Youtube" (https://bit.ly/2WYaWU9) kanalı ilə yanaşı, "Facebook" (https://bit.ly/34erIjf) səhifəsindən və Təhsil Nazirliyinin videodərslər portalından (https://video.edu.az/) izləmək mümkündür.

UNESCO-nun İpək Yolu Proqramı tədqiqat müsabiqəsi elan edir

UNESCO-nun İpək Yolu Proqramı “Silk Roads Youth Research Grant” qrant layihəsi çərçivəsində tədqiqat müsabiqəsi elan edir.   Yaşı 35-dək olan gənc tədqiqatçılar İpək Yolu ortaq irsi ilə əlaqədar olaraq müəyyən edilmiş mövzular üzrə tədqiqat layihəsi təqdim edə bilərlər.   Müsabiqədə iştirak etmək istəyən namizədlər üçün son müraciət tarixi 18 aprel 2021-ci ildir.   Müsabiqə barədə ətraflı məlumatla elan vasitəsilə tanış ola bilərsiniz. 

Vətən müharibəsi iştirakçılarının ailə üzvləri işə qəbul olunub

Şəhid və qazi ailəsi üzvlərinin sosial müdafiəsinin, məşğulluğunun təmin edilməsi məqsədilə cari ilin 28 yanvar tarixindən etibarən Təhsil Nazirliyi sisteminə daxil olan dövlət ümumi təhsil müəssisələrində müvafiq vakansiyalara işə qəbul prosesi dayandırılıb və həmin kateqoriyadan olan şəxslərə üstünlük verilməsi üçün tədbirlər həyata keçirilib.   Belə ki, fevral ayında Təhsil Nazirliyinə şəhid, qazi və Vətən müharibəsi iştirakçılarının ailə üzvləri tərəfindən işə qəbulla əlaqədar 183 müraciət daxil olub, müraciətlər araşdırıldıqdan və vakant yerlərlə bağlı həmin şəxslərlə əlaqə saxlanılaraq rəylər alındıqdan sonra 87 müraciət müsbət həllini tapıb.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı