• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

“Bərbər” ixtisası üzrə sertifikatlar təqdim edilib

Təhsildə Keyfiyyət Təminatı Agentliyində karantin rejiminin tələblərinə uyğun olaraq “Bərbər” ixtisası üzrə sertifikatlar təqdim edilib. Müvafiq sertifikatlar sözügedən ixtisas üzrə qeyri-formal və informal yollarla əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübələrin qiymətləndirilməsinə dair keçirilən imtahanlardan yüksək nəticə əldə etmiş ərizəçilərə verilib.


Agentliyin təşkilatçılığı ilə keçirilən tədbirdə  Qiymətləndirmə Komissiyasının üzvləri Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin nümayəndəsi Fuad Mehdizadə, “D.İ.” Studionun rəhbəri Dmitriy İskakov, “SHER Academy”nin rəhbəri Rövşən İsmayılov və Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin istehsalat təlimi müəllimi Mərziyə İsmayılova və ərizəçilər iştirak edib.


Tədbirdə videotəqdimat nümayiş olunaraq, qeyri-formal və informal təhsilin tanınması üzrə “Bərbər” ixtisasının müvafiq modulları üzrə keçirilmiş imtahan nəticələri barədə ətraflı məlumat verilib.


Qeyd edək ki, cari ilin 15 fevral tarixində Agentliyin təşəbbüsü və “Beauttech” MMC-nin təşkilati dəstəyi ilə “Bərbər” ixtisası üzrə qeyri-formal və informal yollarla əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübələrin qiymətləndirilməsi həyata keçirilib.


3 il əvvəl