• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Satınalma müqaviləsinin bağlanılması barədə bildiriş

Təhsil Nazirliyinin aparatı üçün qum şitinin və yanğınsöndürən balonların alınması, eləcə də mövcud yanğınsöndürən balonların təkrar doldurulması işinin satın satın alınması ilə əlaqədar keçirilmiş kotirovkalar sorğusunda iştirak edən iddiaçıların təklifləri qiymətləndirilib. Kotirovka sorğusunun nəticələri haqqında Tender komissiyasının yekun protokoluna əsasən “Az Fire Safety” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan edilib və həmin təşkilat ilə 28 avqust  2018-ci il tarixində satınalma müqaviləsi bağlanılıb.

Satınalma müqaviləsinin bağlanıllması barədə bildiriş

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin balansında olan nəqliyyat vasitələri üçün sürtkü materiallarının və ehtiyat hissələrinin alınması, eləcə də təmir işləri və müxtəlif xidmətlərin satın alınması ilə əlaqədar keçirilmiş kotirovkalar sorğusunda iştirak edən iddiaçıların təklifləri qiymətləndirilib. Kotirovka sorğusunun nəticələri haqqında tender komissiyasının yekun protokoluna əsasən “Avtoservis 555”  Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan edilib və həmin təşkilat ilə 16 avqust 2018-ci il tarixində satınalma müqaviləsi bağlanılıb.

Açıq tender elanı

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN 4 SAYLI ƏRAZİ MALİYYƏ HESABLAŞMA MƏRKƏZİ AÇIQ TENDERƏ DƏVƏT EDİR:   Tender 1 lot üzrə keçirilir: lot 1 - Yanacağın (odunun) satın alınması   Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Oğuz şəhəri, Xətai küç. 29 ünvanından alabilərlər (Əlaqələndirici şəxs: Mayıl Kərimov 070 610 24 99).   İştirak haqqı lot 1 - 50 manat   İştirak haqqı heç bir halda geri qaytarılmır. İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər: 1. Tenderdə iştirak etmək üçün yazılı müraciət; 2. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi; 3. Tender təklifi (zərflərin açıldığ ıtarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır); 4. Tender təklifi dəyərinin 1 % -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır); 5. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;  6. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti; 7. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı; 8. İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri; 9. İddiaçılar müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;   Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə  tərcümə olunmalıdır). Tender proseduru «Dövlət satınalmaları haqqında» qanunauyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 24.08.2018-ci il  tarixində saat 17:00-a qədər, tender təklifi  və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 31.08.2018-ci il tarixində saat 17:00-a qədər Oğuz şəhəri Xətai küç.29 ünvanına təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların təklifləri 04.09.2018-ci il tarixində saat 11:00-da Oğuz şəhəri, Xətai küçəsi 29 ünvanında açılacaqdır. İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.   TENDER KOMİSSİYASI

Azərbaycan Respublikası Təhsil Nazirliyi İnsan resursları şöbəsində vakant olan müdir vəzifəsinin tutulması ilə bağlı daxili müsahibə elan edir

Müsahibədə barəsində müsahibə elan edilən vəzifələrin təsnifatından ən çoxu iki  təsnifat aşağı inzibati vəzifədə qulluq keçən və ixtisas dərəcəsinə malik olan  Azərbaycan Respublikası Təhsil Nazirliyinin dövlət qulluqçuları iştirak edə bilərlər. Müsahibədə iştirak etmək üçün aşağıdakı  sənədlər təqdim edilməlidir: ∙ ərizə; ∙ əmək kitabçasının surəti; ∙ ali təhsil haqqında diplomun surəti (xarici dövlətlərin ali təhsil müəssisələrində təhsil almış şəxslərin ali təhsil haqqənda sənədnin və həmin sənədin qanunvericiliyə uyğun olaraq təsdiq edilməsi  haqqında  müvafiq şəhadətnamənin surəti ili birlikdə) və ya müvafiq ixtisas üzrə yenidənhazırlanma təhsilindən keçmə haqqında müvafiq sənədin surəti (ali təhsil haqqında sənədin surəti ili birlikdə); ∙ kadr uçotunun şəxsi vərəqəsinin surəti (bütün bölmələr üzrə məlumatlar tam olmalı və hazırkı dövrü əks etdirməlidir); ∙ bir ədəd ağ  fonda rəngli foto şəkil (4×6); ∙ son bir ildə intizam tənbehi tədbirinin tətbiq edilməməsi barədə arayış Müsahibədə iştirak etmək üçün ərizələrin qəbulu  31 iyul 2018-ci il tarixdən 14 avqust 2018-ci il tarixdə saat 18:00-dək Azərbaycan Respublikası Təhsil Nazirliyində aparılır. Ərizələr şəxsən (bazar ertəsi-cümə günləri saat 09:00-dan 13:00-dək və 14:00-dan 18:00-dək), yaxud poçt vasitəsilə təqdim edilə bilər. Müsahibə zamanı müsahibədə iştirak edən dövlət qulluqçusunun bilik səviyyəsi, peşə hazırlığı, ümumi dünyagörüşü, barəsində müsahibə elan edilən vəzifə üçün zəruri olan şəxsi keyfiyyətləri yoxlanılmaqla müvafiq vəzifəyə uyğunluğu müəyyən edilir. Müsahibədə ixtisas dərəcəsi, xidməti fəaliyyətin qiymətləndirilməsi, müvafiq vəzifənin tələblərinə uyğun olaraq təkrar hazırlıq keçməsi və ixtisasın artırılması da nəzərə alınır. Müsahibəyə dair ətraflı məlumat almaq üçün Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət edə bilərsiniz. Telefonlar: 599-11-55 (dax: 52-28)   Təhsil Nazirliyi İnsan resursları şöbəsi, müdir Vəzifənin kodu: Ştat vahidinin sayı: 1 İş yerinin ünvanı: Bakı  şəhəri, Xətai prospekti 49 İnzibati vəzifənin təsnifatı: 4-cü təsnifat Vəzifə maaşı:   980  manat   Qulluq funksiyaları: - səlahiyyətləri daxilində dövlət təhsil siyasətinin həyata keçirilməsində və təhsil qanunvericiliyinin icrasının təmin edilməsində  iştirak; - Təhsil Nazirliyi sisteminə daxil olan  təhsil müəssisələrində insan resurslarının idarəolunmasına və bu sahədə strateji istiqamətlərin  müəyyənləşdirilməsi və tətbiqinə nəzarətin olunması; - Dövlət qulluğu haqqında” Azərbaycan   Respublikasının Qanununa uyğun olaraq Təhsil Nazirliyi sistemi üzrə 2-7-ci təsnifat inzibati vəzifə tutan dövlət qulluqçuları ilə əmək münasibətlərini tənzimlənməsi, onların xidməti fəaliyyətinin qiymətləndirilməsi, vakant   yerlər barədə məlumatların hazırlanmasına nəzarət; - təhsilverənlərin peşəkarlığının yüksəldilməsinə xidmət edən Innovativ  təlim metodlarını və təhsilin məzmunun səmərəli mənimsənilməsini təmin edən, səriştəli  kadrların formalaşdırılması üçün tədbirlərin həyata keçirilməsi, sahə üzrə vahid inkişaf strategiyasının formalaşdırılmasında iştirak; -Təhsil Nazirliyi sisteminə daxil olan  ümumi təhsil müəssisələrinə pedaqoji kadrların işə qəbulunun, onların yerdəyişməsinin  təşkili və keçirilməsinə nəzarət; - təhsil müəssisələrində çalışan pedaqoji kadrların bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinə nəzarətin edilməsi; - nomenklaturaya uyğun rəhbər və pedaqoji kadrların seçilib yerləşdirilməsi işinin təşkili; - kadr məsələləri üzrə normativ hüquqi aktların hazırlanması; -sistemə daxil olan müəssisə və təşkilatlarda kadrlarla aparılan işə rəhbərlik və nəzarətin həyata keçirilməsi; - kadr siyasətinin mövcud qanunvericiliyə və direktiv sənədlərə müvafiq olaraq həyata keçirilməsinə nəzarət; - təhsil müəssisələrində kadrlara olan  tələbatın müəyyənləşdirilməsi işinin təşkilinə, onların toplanaraq təhlil edilməsi və müsabiqəyə çıxarılmasına nəzarət; -təhsil sistemi üzrə nomenklaturaya və qanunvericiliyə  uyğun vəzifəyə təyin və azad olunması qaydalarının müəyyənləşdirilməsi; - kadr sənədləşmələrinin aparılmasında əmək qanunvericiliyinin düzgün tətbiqi ilə bağlı reqlamentlərin verilməsi, onlara yerlərdə əməl olunması işinə nəzarət; -Nazirliyə daxil olan layihə və proqramların təhlil edilməsi, müvafiq rəy və təkliflərin verilməsi; -şöbəyə daxil olan ərizə, təklif və şikayətlərin araşdırılması və vaxtında cavablandırılması işinə nəzarət; - yerli təhsili idarəetmə orqanları və təhsil müəssisələri tərəfindən kadr məsələləri ilə bağlı mövcud qanunvericiliyin yerinə yetirilməsinə təşkilati-metodik rəhbərliyin və nəzarətin həyata keçirilməsi;   Vəzifənin tutulması şərtləri: təhsil:Təhsil ixtisasları qrupu üzrə: Azərbaycan dili və ədəbiyyatı müəllimliyi, dil və ədəbiyyat müəllimliyi (dillər üzrə), fizika müəllimliyi, riyaziyyat və informatika müəllimliyi, riyaziyyat müəllimliyi, biologiya müəllimliyi, kimya müəllimliyi, kimya və biologiya müəllimliyi, tarix müəllimliyi, tarix və coğrafiya müəllimliyi, coğrafiya müəllimliyi, informatika müəllimliyi, ibtidai sinif müəllimliyi, Humanitar və social ixtisaslar qrupu üzrə: Filologiya (dillər üzrə), fəlsəfə, jurnalistika, tarix, psixologiya, sosiologiya, hüquqşünaslıq, beynəlxalq münasibətlər; təhsilin təşkili və idarə olunması ixtisası üzrə ali təhsil: staj: rəhbər vəzifələrdə  üzrə 3 ildən az olmamaqla 7 il iş stajı:kompüter: MS WINDOWS, MS OFFİCE, İNTERNET və s. (orta-yüksək səviyyədə); xarici dil: rus dili (orta-yüksək səviyyədə), ingilis dili (orta səviyyədə)

“Dövlət ümumtəhsil müəssisələrində çalışan təhsilverənlərin əlavə təhsili üzrə təlimlərin satın alınması”na dair açıq tender elanı

Satın alınmaya dair bidlriş

Bakı Şəhəri üzrə Təhsil İdarəsi balansında olan nəqliyyat vasitələri üçün  sürtkü materiallarının və ehtiyat hissələrinin alınması, eləcə də təmir işləri və müxtəlif xidmətlərin kotirovkalar sorğusu üsulu ilə satın alınmasını həyata keçirir. Maraqlanan təşkilatlar (012) 441-63-89 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər. Kotirovkalar sorğusunda iştirak etmək üçün sənədlər 30 iyul 2018-ci il  saat 18:00-dək qəbul olunur. Ünvan: AZ 1007, Bakı şəhəri, Nəsimi rayonu, Xan Şuşinski 17

Açıq tender elanı

Kotirovka sorğusunun nəticələri haqqında bidiriş

Azərbaycan Respublikası Təhsil Nazirliyinin aparatının balansında olan xidməti minik avtomobilləri üçün sürtkü materiallarının, ehtiyat hissələrinin və digər nəqliyyat xidmətlərinin satın satın alınması ilə əlaqədar keçirilmiş kotirovkalar sorğusunda iştirak edən iddiaçıların təklifləri qiymətləndirilib. Kotirovka sorğusunun nəticələri haqqında Tender komissiyasının yekun protokoluna əsasən “Aztol Motors” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan edilib və həmin təşkilat ilə 19 iyul 2018-ci il tarixində satınalma müqaviləsi bağlanılıb.

Daxili müsahibələrin nəticələri barədə məlumat

Azərbaycan Respublikasının Təhsil Nazirliyi üzrə daxili müsahibələrin nəticələri barədə məlumat   № Namizədin soyadı, adı Struktur bölmə Namizədin iddia etdiyi vəzifə Müsahibənin keçirilmə tarixi Müsahibənin nəticəsi 1. Əliyeva Vüsalə Firdovsi Tədris resursları şöbəsi Baş məsləhətçi 17.07.2018 18 2. Orucov Ramil Ağamirzə Maliyyə şöbəsi, Maliyyə sektoru Baş məsləhətçi 17.07.2018 Iştirak etməyib 3. Salmanova Maral Saday Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsi, İdman sektoru Baş məsləhətçi 17.07.2018 16,7 4. Bədirxanov Zamin Ədalət Peşə Təhsili üzrə Dövlət Agentliyi,  Peşəyönümü və işəgötürənlərlə əməkdaşlıq şöbəsi Müdir 17.07.2018 17,7 5. Məmmədov Əziz Bəhmən Qazax rayon Təhsil şöbəsi Müdir müavini 17.07.2018 14 6. Cəfərov Vüsal Rizvan Samux rayon Təhsil şöbəsi Müdir müavini 17.07.2018 16 7. Bürcəliyev Rahib Məhəmməd Göyçay rayon Təhsil şöbəsi Müdir müavini 17.07.2018 16 8. Dostuyev Qələmşah Dostu Quba rayon Təhsil şöbəsi Müdir müavini 17.07.2018 14

Daxili müsahibələrin keçirilmə tarixi və vaxtı barədə qrafik

Azərbaycan Respublikasının Təhsil Nazirliyi üzrə 15 may 2018-ci il tarixdə elan edilmiş daxili müsahibələrin keçirilmə tarixi və vaxtı barədə qrafik   № Namizədin soyadı, adı Struktur bölmə Namizədin iddia etdiyi vəzifə Müsahibənin keçirilmə tarixi Müsahibənin keçirilmə vaxtı 1. Əliyeva Vüsalə Firdovsi Tədris resursları şöbəsi Baş məsləhətçi 17.07.2018 10:15 2. Orucov Ramil Ağamirzə Maliyyə şöbəsi, Maliyyə sektoru Baş məsləhətçi 17.07.2018 10:45 3. Salmanova Maral Saday Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsi, İdman sektoru Baş məsləhətçi 17.07.2018 11:30 4. Bədirxanov Zamin Ədalət Peşə Təhsili üzrə Dövlət Agentliyi,  Peşəyönümü və işəgötürənlərlə əməkdaşlıq şöbəsi Müdir 17.07.2018 12:15 5. Məmmədov Əziz Bəhmən Qazax rayon Təhsil şöbəsi Müdir müavini 17.07.2018 14:15 6. Cəfərov Vüsal Rizvan Samux rayon Təhsil şöbəsi Müdir müavini 17.07.2018 15:00 7. Bürcəliyev Rahib Məhəmməd Göyçay rayon Təhsil şöbəsi Müdir müavini 17.07.2018 15:45 8. Dostuyev Qələmşah Dostu Quba rayon Təhsil şöbəsi Müdir müavini 17.07.2018 16:30

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı