SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
“Tələbələr arasında könüllülüyün təbliği və tələbə-könüllülər hərəkatının inkişafı” mövzusunda qrant müsabiqəsi
Tələbələr arasında könüllülüyün təbliği, tələbə-könüllülərin vahid məlumat bazasının yaradılması, onların dünyagörüşünün genişləndirilməsi, maraq dairələri üzrə klubların yaradılması, müvafiq təlim kurslarının təşkil olunması və s. işlərin təşkili məqsədi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi “Tələbələr arasında könüllülüyün təbliği və tələbə-könüllülər hərəkatının inkişafı” layihəsinin 2018-ci ildə inkişafı üçün qrant müsabiqəsini elan edir.
Müsabiqədə iştirak:
Müsabiqədə Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hüquqi şəxslər iştirak edə bilərlər.
Müsabiqədə iştiraka dair tələblər:
Bakı şəhəri və eyni zamanda regionlarda yerləşən ali və orta ixtisas təhsil müəsissələrində tələbə-könüllülərlə işin təşkili və inkişaf etdirilməsi sahəsində ən azı 3 illik təcrübəyə malik olmalıdır.
Təqdim ediləcək layihələr ali və orta ixtisas təhsil müəssisələrində təhsil alan tələbə-könüllülərlə işi əhatə etməlidirlər.
Layihələrin təqdim edilməsi:
Layihə təklifləri 20 iyun 2018-ci ilədək Azərbaycan Respublikası Təhsil Nazirliyinə elektron poçt konullu2018@edu.gov.az vasitəsilə təqdim olunmalıdır. Müraciət zamanı təşkilatlar aşağıdakı sənədləri təqdim etməlidir:
• Layihə təklifi (Əlavə 1);
• Layihənin xərclər smetası (Əlavə 2);
• Layihənin icra planı (Əlavə 3);
• QHT-nin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin surəti;
• Təşkilatın Nizamnaməsinin surəti;
• Təşkilatın Dövlət Reyestrindən Çıxarışının surəti;
• Təşkilatın VÖEN-nin surəti;
• Təşkilatın fəaliyyəti haqqında qısa məlumat;
• Layihəyə rəhbərlik edəcək şəxsin və əsas əməkdaşların tərcümeyi-halı (CV).
Qiymətləndirmə meyarları:
1. Qurumun təcrübəsi;
2. Layihənin icrasına dair dəqiq ifadə edilmiş və əsaslandırılmış təsvirin olması;
3. Layihənin icrasına cəlb ediləcək mütəxəssislərin oxşar məqsədli layihələrdə iştirak təcrübəsi;
4. Qrant layihəsi üçün tələb olunan maliyyələşdirilmənin məbləğinin məntiqli və reallığa uyğun olaraq ciddi şəkildə əsaslandırılması;
5. Layihənin səmərəliliyi və layihənin icrası ilə bağlı risklərin qiymətləndirilməsi.
Müsabiqənin müddəti:
Layihələrin qəbulu 12 iyun 2018-ci il tarixdən başlayır və 20 iyun 2018-ci il tarixdə başa çatır.
Layihələrin qəbulu üçün son tarix:
20 iyun 2018-ci il, saat 18:00.