SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Azərbaycan Respublikası Təhsil Nazirliyi İnsan resursları şöbəsində vakant olan müdir vəzifəsinin tutulması ilə bağlı daxili müsahibə elan edir
Müsahibədə barəsində müsahibə elan edilən vəzifələrin təsnifatından ən çoxu iki təsnifat aşağı inzibati vəzifədə qulluq keçən və ixtisas dərəcəsinə malik olan Azərbaycan Respublikası Təhsil Nazirliyinin dövlət qulluqçuları iştirak edə bilərlər.
Müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlər təqdim edilməlidir:
∙ ərizə;
∙ əmək kitabçasının surəti;
∙ ali təhsil haqqında diplomun surəti (xarici dövlətlərin ali təhsil müəssisələrində təhsil almış şəxslərin ali təhsil haqqənda sənədnin və həmin sənədin qanunvericiliyə uyğun olaraq təsdiq edilməsi haqqında müvafiq şəhadətnamənin surəti ili birlikdə) və ya müvafiq ixtisas üzrə yenidənhazırlanma təhsilindən keçmə haqqında müvafiq sənədin surəti (ali təhsil haqqında sənədin surəti ili birlikdə);
∙ kadr uçotunun şəxsi vərəqəsinin surəti (bütün bölmələr üzrə məlumatlar tam olmalı və hazırkı dövrü əks etdirməlidir);
∙ bir ədəd ağ fonda rəngli foto şəkil (4×6);
∙ son bir ildə intizam tənbehi tədbirinin tətbiq edilməməsi barədə arayış
Müsahibədə iştirak etmək üçün ərizələrin qəbulu 31 iyul 2018-ci il tarixdən 14 avqust 2018-ci il tarixdə saat 18:00-dək Azərbaycan Respublikası Təhsil Nazirliyində aparılır. Ərizələr şəxsən (bazar ertəsi-cümə günləri saat 09:00-dan 13:00-dək və 14:00-dan 18:00-dək), yaxud poçt vasitəsilə təqdim edilə bilər.
Müsahibə zamanı müsahibədə iştirak edən dövlət qulluqçusunun bilik səviyyəsi, peşə hazırlığı, ümumi dünyagörüşü, barəsində müsahibə elan edilən vəzifə üçün zəruri olan şəxsi keyfiyyətləri yoxlanılmaqla müvafiq vəzifəyə uyğunluğu müəyyən edilir. Müsahibədə ixtisas dərəcəsi, xidməti fəaliyyətin qiymətləndirilməsi, müvafiq vəzifənin tələblərinə uyğun olaraq təkrar hazırlıq keçməsi və ixtisasın artırılması da nəzərə alınır.
Müsahibəyə dair ətraflı məlumat almaq üçün Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət edə bilərsiniz.
Telefonlar: 599-11-55 (dax: 52-28)
Təhsil Nazirliyi İnsan resursları şöbəsi, müdir
Vəzifənin kodu:
Ştat vahidinin sayı: 1
İş yerinin ünvanı: Bakı şəhəri, Xətai prospekti 49
İnzibati vəzifənin təsnifatı: 4-cü təsnifat
Vəzifə maaşı: 980 manat
Qulluq funksiyaları:
- səlahiyyətləri daxilində dövlət təhsil siyasətinin həyata keçirilməsində və təhsil qanunvericiliyinin icrasının təmin edilməsində iştirak;
- Təhsil Nazirliyi sisteminə daxil olan təhsil müəssisələrində insan resurslarının idarəolunmasına və bu sahədə strateji istiqamətlərin müəyyənləşdirilməsi və tətbiqinə nəzarətin olunması;
- Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Təhsil Nazirliyi sistemi üzrə 2-7-ci təsnifat inzibati vəzifə tutan dövlət qulluqçuları ilə əmək münasibətlərini tənzimlənməsi, onların xidməti fəaliyyətinin qiymətləndirilməsi, vakant yerlər barədə məlumatların hazırlanmasına nəzarət;
- təhsilverənlərin peşəkarlığının yüksəldilməsinə xidmət edən Innovativ təlim metodlarını və təhsilin məzmunun səmərəli mənimsənilməsini təmin edən, səriştəli kadrların formalaşdırılması üçün tədbirlərin həyata keçirilməsi, sahə üzrə vahid inkişaf strategiyasının formalaşdırılmasında iştirak;
-Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə pedaqoji kadrların işə qəbulunun, onların yerdəyişməsinin təşkili və keçirilməsinə nəzarət;
- təhsil müəssisələrində çalışan pedaqoji kadrların bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinə nəzarətin edilməsi;
- nomenklaturaya uyğun rəhbər və pedaqoji kadrların seçilib yerləşdirilməsi işinin təşkili;
- kadr məsələləri üzrə normativ hüquqi aktların hazırlanması;
-sistemə daxil olan müəssisə və təşkilatlarda kadrlarla aparılan işə rəhbərlik və nəzarətin həyata keçirilməsi;
- kadr siyasətinin mövcud qanunvericiliyə və direktiv sənədlərə müvafiq olaraq həyata keçirilməsinə nəzarət;
- təhsil müəssisələrində kadrlara olan tələbatın müəyyənləşdirilməsi işinin təşkilinə, onların toplanaraq təhlil edilməsi və müsabiqəyə çıxarılmasına nəzarət;
-təhsil sistemi üzrə nomenklaturaya və qanunvericiliyə uyğun vəzifəyə təyin və azad olunması qaydalarının müəyyənləşdirilməsi;
- kadr sənədləşmələrinin aparılmasında əmək qanunvericiliyinin düzgün tətbiqi ilə bağlı reqlamentlərin verilməsi, onlara yerlərdə əməl olunması işinə nəzarət;
-Nazirliyə daxil olan layihə və proqramların təhlil edilməsi, müvafiq rəy və təkliflərin verilməsi;
-şöbəyə daxil olan ərizə, təklif və şikayətlərin araşdırılması və vaxtında cavablandırılması işinə nəzarət;
- yerli təhsili idarəetmə orqanları və təhsil müəssisələri tərəfindən kadr məsələləri ilə bağlı mövcud qanunvericiliyin yerinə yetirilməsinə təşkilati-metodik rəhbərliyin və nəzarətin həyata keçirilməsi;
Vəzifənin tutulması şərtləri: təhsil:Təhsil ixtisasları qrupu üzrə: Azərbaycan dili və ədəbiyyatı müəllimliyi, dil və ədəbiyyat müəllimliyi (dillər üzrə), fizika müəllimliyi, riyaziyyat və informatika müəllimliyi, riyaziyyat müəllimliyi, biologiya müəllimliyi, kimya müəllimliyi, kimya və biologiya müəllimliyi, tarix müəllimliyi, tarix və coğrafiya müəllimliyi, coğrafiya müəllimliyi, informatika müəllimliyi, ibtidai sinif müəllimliyi, Humanitar və social ixtisaslar qrupu üzrə: Filologiya (dillər üzrə), fəlsəfə, jurnalistika, tarix, psixologiya, sosiologiya, hüquqşünaslıq, beynəlxalq münasibətlər; təhsilin təşkili və idarə olunması ixtisası üzrə ali təhsil: staj: rəhbər vəzifələrdə üzrə 3 ildən az olmamaqla 7 il iş stajı:kompüter: MS WINDOWS, MS OFFİCE, İNTERNET və s. (orta-yüksək səviyyədə); xarici dil: rus dili (orta-yüksək səviyyədə), ingilis dili (orta səviyyədə)