• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Azərbaycan Respublikası Təhsil Nazirliyi aşağıdakı vəzifələrin tutulması üçün daxili müsahibə elan edir

• Elm, ali və orta ixtisas təhsili şöbəsi, Ali, orta ixtisas və əlavə təhsil sektoru, baş məsləhətçisi • Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsi, Uşaq və gənclərin yaradıcılığı sektoru, aparıcı məsləhətçi   Müsahibədə inzibati vəzifədə Təhsil Nazirliyində qulluq keçən və ixtisas dərəcəsinə malik olan dövlət qulluqçuları iştirak edə bilər. Müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlər təqdim edilməlidir: -  ərizə; -  əmək kitabçasının surəti; - ali təhsil haqqında diplomun surəti (xarici dövlətlərin ali təhsil müəssisələrində təhsil almış şəxslərin ali təhsil haqqında sənədinin və həmin sənədin qanunvericiliyə uyğun olaraq təsdiq edilməsi haqqında müvafiq şəhadətnamənin surəti ilə birlikdə) və ya müvafiq ixtisas üzrə yenidənhazırlanma keçmə haqqında müvafiq sənədin surəti (ali təhsil haqqında diplomun surəti ilə birlikdə) - kadr uçotunun şəxsi vərəqəsinin surəti (bütün bölmələr üzrə məlumatlar tam olmalı və hazırki dövrü əks etdirməlidir); - bir ədəd ağ rəngli fotoşəkil (4x6); - son bir ildə intizam tənbehi tədbirinin tətbiq edilməməsi barədə arayış. Müsahibədə iştirak etmək üçün ərizələrin qəbulu 12 oktyabr 2018-ci il tarixdən 27 oktyabr 2018-ci il tarixdə saat 1800-dək aparılacaq. Ərizələr şəxsən (bazar ertəsi – cümə günləri saat 0900-dan 1300-dək və 1400-dan 1800-dək), yaxud poçt vasitəsi ilə təqdim edilə bilər. Müsahibə zamanı müsahibədə iştirak edən dövlət qulluqçusunun bilik səviyyəsi, peşə hazırlığı, ümumi dünyagörüşü, barəsində müsahibə elan edilən vəzifə üçün zəruri olan şəxsi keyfiyyətləri yoxlanılmaqla müvafiq vəzifəyə uyğunluğu müəyyən edilir. Müsahibədə ixtisas dərəcəsi, müvafiq vəzifənin tələblərinə uyğun olaraq təkrar hazırlıq keçirilməsi və ixtisasın artırılması da nəzərə alınır. Müsahibədə barəsində müsahibə elan edilən vəzifənin təsnifatından ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçən dövlət qulluqçuları iştirak edə bilərlər. "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 29.5-ci maddəsinin ikinci hissəsinə əsasən barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları bir il ərzində müsahibəyə buraxılmırlar. Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir. Müsahibəyə dair ətraflı məlumat almaq üçün Azərbaycan Respublikasının Təhsil Nazirliyi, İnsan resursları şöbəsinə müraciət edilə bilər.   Telefon: 599-11-55 (5228)   Elm, ali və orta ixtisas təhsili şöbəsi, Ali, orta ixtisas və əlavə təhsil sektoru, baş məsləhətçi Ştat vahidinin sayı:1 İş yerinin ünvanı: Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 49 İnzibati vəzifənin təsnifatı: 5-ci təsnifat Vəzifə maaşı: 595 manat Qulluq funksiyaları: Ali və orta ixtisas təhsili sahəsi üzrə normativ hüquqi bazanın yaradılmasında iştirak; ali və orta ixtisas təhsili müəssisələrində təhsil qanunvericiliyinin icrasına və təhsilin dövlət standartlarına riayət olunmasına nəzarət; ali və orta ixtisas təhsili müəssisələrinin fəaliyyətinin əlaqələndirilməsi, onlara tədris-metodiki rəhbərliyin, təlim və tədris prosesinin keyfiyyətinə nəzarətin həyata keçirilməsi; təhsil proqramları və tədris planlarının təhlili və onlara rəylərin verilməsi; ali və orta ixtisas təhsilinə aid olan məsələlər üzrə qərar, əmr, sərəncam, təlimati məktub, kollegiya qərarlarının layihələri, tədris planı, proqramların və digər sənədlərin hazırlanması; ərizə, məktub, şikayətlərin vaxtında icra olunmasının təmin edilməsi, semestr və dövlət imtahanlarının nəticələrinin təhlili, təkliflərin verilməsi və müvafiq yekun sənədlərin hazırlanması; tədris prosesinin təşkili sahəsində təcrübənin ümumiləşdirilməsi və yayılması, konsepsiya və strategiyaların, layihə və proqramların həyata keçirilməsi sahəsində təhsil müəssisələrinə metodiki kömək göstərilməsi; ali və orta ixtisas təhsil müəssisələrinin professor-müəllim heyəti, pedaqoji kadrları haqqında məlumatların toplanması, ümumiləşdirilməsi və təhlili və s. Vəzifənin tutulması şərtləri: təhsil: ali; iş stajı: müvafiq sahə üzrə azı 3 il; kompüter: MS Windows, MS Office, İnternet və s. (orta-yüksək səviyyədə) ; xarici dil: rus dili və ingilis dili (orta-yüksək səviyyədə). Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsi, Uşaq və gənclərin yaradıcılığı sektoru, aparıcı məsləhətçi Ştat vahidinin sayı: 1 İş yerinin ünvanı: Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 49 İnzibati vəzifənin təsnifatı: İnzibati (5) Vəzifə maaşı: 570 manat Qulluq funksiyaları: - təhsil sistemində məktəbdənkənar fəaliyyətin həyata keçirilməsində iştirak; - normativ hüquqi sənədlərin hazırlanmasında iştirak; - yaradıcılıq profilli məktəbdənkənar təhsil müəssisələrinin vəziyyətinin təhlili, fəaliyyətlərinin təkmilləşdirilməsi, maddi-texniki bazanın yaxşılaşdırılması üçün təkliflərin hazırlanması; - Vətəndaşlardan, dövlət orqanlarından, idarə və təşkilatlardan daxil olan müraciət və sorğulara qanunvericiliklə müəyyən olunmuş qaydada və müddətdə baxmaq; - Fəaliyyət sahəsi üzrə müvafiq hesabatların və arayışların hazırlanması; - sərgi, müsabiqə və digər yaradıcılıq tədbirlərinin keçirilməsinin təmin edilməsi. Vəzifənin tutulması şərtləri: təhsil: humanitar və sosial ixtisas istiqamətləri, təhsilin təşkili və idarə olunması ixtisası üzrə ali təhsil; komputer: MS WINDOWS, MS OFFICE, INTERNET və s. (orta-yüksək səviyyədə); xarici dil: xarici dil: rus, ingilis dili (orta səviyyədə).

Kotirovkalar sorğusu üsulu ilə satın alınmaya dair bildiriş

Təhsil Nazirliyinin aparatının balansında olan “Teksan”  markalı kabinli dizel generatorunun texniki servisi işinin kotirovkalar sorğusu üsulu ilə satın alınması həyata keçirilir. Maraqlanan təşkilatlar (012) 599-11-55 (daxili 5252) telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər. Kotirovkalar sorğusunda iştirak etmək üçün sənədlər 11.10.2018-ci il saat 18:00-dək qəbul olunur. Ünvan: AZ 1008, Bakı şəhəri, Xətai prospekti 49.

Almaniyanın “Hertie İdarəçilik Məktəbi”nin doktorantura səviyyəsində 2019-2020-ci tədris ili üzrə təhsil təqaüd proqramı

Ölkə:  Almaniya Federativ Respublikası Ali təhsil müəssisəsi: “Hertie” İdarəçilik Məktəbi Tədris ili: 2019/2020 Təhsil səviyyəsi: Doktorantura Təhsil müddəti: 3 il İxtisas: İdarəçilik Tədris dili: İngilis dili Maliyyələşmə: Təhsil haqqı və 3 illik yaşayış xərci (aylıq 1250 avro) Son müraciət tarixi: 31.01.2019 Proqramda iştirak üçün tələb olunan təhsil səviyyəsi və ixtisas istiqamətləri: iqtisadiyyat, hüquq, siyasi elm, sosiologiya, dövlət idarəçiliyi, menecment üzrə magistratura dərəcəsinə malik olmaq. Ətraflı məlumat: https://www.hertie-school.org/en/docgov/  Müraciət səhifəsi: https://www.hertie-school.org/en/admissions/admissionsdocgov/  Qeyd: Proqramda iştirak üçün sənədlərin qəbulu müvafiq internet səhifələr üzrə elektron qaydada həyata keçirilir.   Əlaqədar şəxslər: Rəvan Süleymanov (0125991155 dax. 5231) Günəş Övsətova  (0125991155 dax. 5265)

Kotirovkalar sorğusu üsulu ilə satın alınmaya dair bildiriş

Təhsil Nazirliyinin aparatı üçün müxtəlif kartric və İKT avadanlıqlarının kotirovkalar sorğusu üsulu ilə satın alınması həyata keçirilir. Maraqlanan təşkilatlar (012) 599-11-55 (daxili 5252) telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər. Kotirovkalar sorğusunda iştirak etmək üçün sənədlər 04.10.2018-ci il saat 18:00-dək qəbul olunur. Ünvan: AZ 1008, Bakı şəhəri, Xətai prospekti 49.

Direktorlar, direktor müavinləri və müəllimləri əhatə edən təlimlərdə iştirak üçün müsabiqənin ikinci mərhələsinə dair elan

Təhsil Nazirliyinin birbaşa tabeliyində olan  (Bakı şəhərində yerləşən) və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəbi, lisey və gimnaziyaların direktorlarını, direktor müavinlərini, müəllimlərini əhatə edən təlimlərdə iştirak üçün müsabiqənin ikinci mərhələsinə başlanılır. İkinci mərhələ oktyabrın 13-də saat 12:00-da S.C.Pişəvəri adına Humanitar fənlər gimnaziyasında (ünvan: Bakı şəhəri, Faiq Yusifov küçəsi 39) həyata keçiriləcək. Namizədlərin saat 10:30-dan etibarən imtahan məkanında olması vacibdir. Müsabiqənin ikinci mərhələsi ilə bağlı əlavə məlumatlar bu mərhələyə keçən namizədlərin elektron poçt ünvanlarına göndəriləcək, eyni zamanda telefon vasitəsi ilə məlumat veriləcək. İkinci mərhələdə namizədlərə 1 saat ərzində kağız formatda 30 test tapşırığı təqdim olunmaqla, onların məntiqi dünyagörüşü qiymətləndiriləcək (sual nümunələri əlavə olunur). Təlimlərin keçirilməsinin məqsədi müasir idarəetmə bilik və bacarığına yiyələnmiş, informasiya texnologiyalarına bələd olan, ölkəmizin təhsil və sosial inkişafına töhfə verə biləcək ümumi təhsil müəssisəsi direktorlarını təkmilləşdirmək və yetişdirməkdir. Təlim prosesində müdavimlər təhsildə keyfiyyətin idarəedilməsi, təhsili idarəetmənin hüquqi əsasları, təhsildə statistika və təhlil, təhsildə maliyyənin idarəolunması və digər mövzular üzrə bilik və bacarıqlarını artırmaq imkanı əldə edəcəklər. Təlimlərdə iştirak etmiş şəxslər Təhsil Nazirliyi tərəfindən təşkil olunacaq yekun qiymətləndirmədə iştirak edəcəklər. Yekun qiymətləndirmədə qənaətbəxş nəticə göstərmiş və hazırda direktor vəzifəsində çalışmayan şəxslər bu vəzifə üzrə vakant yerlərə təyin olunmaq üçün ehtiyat kadr kimi qeydə alınacaqlar.   Sual nümunələri

Direktor, direktor müavinləri və müəllimlər üçün təlimlərin keçirilməsinə dair elan

Azərbaycan Respublikası Təhsil Nazirliyi və Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu Bakı şəhəri üzrə ümumi təhsil müəssisələrinin direktorları və gələcəkdə bu vəzifədə çalışmaq arzusu olan pedaqoji kadrların təlimlərdə iştirakı üçün növbəti müsabiqə elan edir.                 Təlimlər yalnız Təhsil Nazirliyinin birbaşa tabeliyindəki (Bakı şəhərində yerləşən) və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin  tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəbi, lisey və gimnaziyaların direktorlarını, direktor müavinlərini və müəllimlərini əhatə edəcək. Təlimlərin məqsədi müasir idarəetmə bilik və bacarığına yiyələnmiş, informasiya texnologiyalarına bələd, ölkəmizin təhsil və sosial inkişafına töhfə verə biləcək ümumi təhsil müəssisəsi direktorlarını təkmilləşdirmək və yetişdirməkdir.   Təlimdə əhatə ediləcək mövzular: • Təhsildə keyfiyyətin idarəedilməsi; • Təhsili idarəetmənin hüquqi əsasları; • Kompüter və təlim texnologiyaları; • Təhsildə statistika və təhlil; • Təhsilin idarəedilməsi və monitorinqi; • Təhsili idarəetmənin  psixoloji əsasları; • Kurikulum: Nəzəriyyə və tətbiq; • Təhsildə maliyyənin idarəolunması.   Müsabiqədə iştirak üçün minimum tələblər: • Ali pedaqoji təhsil; • 5 (beş) il pedaqoji iş təcrübəsi.   Namizədlərdən gözlənilən digər keyfiyyətlər: • Liderlik bacarığı; • Yüksək motivasiyalılıq; • Səmərəli qərar qəbuletmə bacarığı; • Nəticəyönümlülük; • İKT-dən istifadə bacarığı; • Məntiqi düşüncə bacarığı.   Müraciət qaydası: Yuxarıda qeyd edilmiş tələblərə uyğun gələn namizədlər müraciət məqsədi ilə aşağıda göstərilən linkə daxil olaraq müraciət formasını doldurmalıdırlar: http://bit.ly/2fLf2bw   Müraciət üçün son tarix və saat: 27 sentyabr 2018-сi il saat 18:00.   Seçim qaydaları: I mərhələ: http://bit.ly/2fLf2bw  linki vasitəsilə elektron qeydiyyatın aparılması; II mərhələ: Elektron qeydiyyatdan keçərək müsabiqənin tələblərinə uyğun gələn şəxslərin məntiqi düşüncə bacarıqlarının qiymətləndirilməsi; III mərhələ: Hər iki mərhələdə uğur qazanmış şəxslərin müsahibədə iştirak etməsi.   Yekun qiymətləndirmə: Təlimlərdə iştirak etmiş şəxslər Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təşkil olunacaq yekun qiymətləndirmədə iştirak edəcəklər. Yekun qiymətləndirmədə  qənaətbəxş nəticə göstərmiş və hal-hazırda direktor vəzifəsində çalışmayan şəxslər direktor vəzifəsi üzrə vakant yerlərə təyin olunmaq üçün ehtiyat kadr kimi qeydə alınacaqlar.   Qeyd: Bütün yazışmalar və bildirişlər elektron poçt ünvanı ilə aparılacaq. Bu səbəbdən şəxsi elektron poçt ünvanlarınızdan istifadə etməyiniz və mütəmadi olaraq yoxlamağınız vacibdir.

Azərbaycan Respublikası Təhsil Nazirliyi İnsan resursları şöbəsinin Kadrlar sektorunda vakant olan baş məsləhətçi vəzifəsinin tutulması ilə bağlı daxili müsahibəyə dair elan

Müsahibədə barəsində müsahibə elan edilən vəzifələrin təsnifatından ən çoxu iki  təsnifat aşağı inzibati vəzifədə qulluq keçən və ixtisas dərəcəsinə malik olan  Azərbaycan Respublikası Təhsil Nazirliyinin dövlət qulluqçuları iştirak edə bilərlər. Müsahibədə iştirak etmək üçün aşağıdakı  sənədlər təqdim edilməlidir: ∙ ərizə; ∙ əmək kitabçasının surəti; ∙ ali təhsil haqqında diplomun surəti (xarici dövlətlərin ali təhsil müəssisələrində təhsil almış şəxslərin ali təhsil haqqında sənədin və həmin sənədin qanunvericiliyə uyğun olaraq təsdiq edilməsi  haqqında  müvafiq şəhadətnamənin surəti ili birlikdə) və ya müvafiq ixtisas üzrə yenidənhazırlanma təhsilindən keçmə haqqında müvafiq sənədin surəti (ali təhsil haqqında sənədin surəti ili birlikdə); ∙ kadr uçotunun şəxsi vərəqəsinin surəti (bütün bölmələr üzrə məlumatlar tam olmalı və hazırkı dövrü əks etdirməlidir); ∙ bir ədəd ağ  fonda rəngli foto şəkil (4×6); ∙ son bir ildə intizam tənbehi tədbirinin tətbiq edilməməsi barədə arayış Müsahibədə iştirak etmək üçün ərizələrin qəbulu  14 sentyabr 2018-ci il tarixdən 28 sentyabr 2018-ci il tarixdə saat 18:00-dək Azərbaycan Respublikası Təhsil Nazirliyində aparılır. Ərizələr şəxsən (bazar ertəsi-cümə günləri saat 09:00-dan 13:00-dək və 14:00-dan 18:00-dək), yaxud poçt vasitəsilə təqdim edilə bilər. Müsahibə zamanı müsahibədə iştirak edən dövlət qulluqçusunun bilik səviyyəsi, peşə hazırlığı, ümumi dünyagörüşü, barəsində müsahibə elan edilən vəzifə üçün zəruri olan şəxsi keyfiyyətləri yoxlanılmaqla müvafiq vəzifəyə uyğunluğu müəyyən edilir. Müsahibədə ixtisas dərəcəsi, xidməti fəaliyyətin qiymətləndirilməsi, müvafiq vəzifənin tələblərinə uyğun olaraq təkrar hazırlıq keçməsi və ixtisasın artırılması da nəzərə alınır. Müsahibəyə dair ətraflı məlumat almaq üçün Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət edə bilərsiniz Telefon: 599-11-55 (dax: 52-28)

Satınalma müqaviləsinin bağlanılması barədə bildiriş

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən Bakı şəhəri təhsil işçilərinin ənənəvi sentyabr konfransının keçirilməsi ilə əlaqədar müxtəlif malların, işlərin və xidmətlərin satın alınması üçün keçirilmiş kotirovkalar sorğusunda iştirak edən iddiaçıların təklifləri qiymətləndirilib. Kotirovka sorğusunun nəticələri haqqında tender komissiyasının yekun protokoluna əsasən “Red Komyunikeyşns” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan edilmiş və həmin təşkilat ilə 11 sentyabr 2018-ci il tarixdə satınalma müqaviləsi bağlanıb.

Pakistan Texniki Dəstək Proqramı çərçivəsində 2018/2019-cu tədris ili üzrə təqaüd proqramı

Ölkə: Pakistan   Təhsil səviyyəsi: Bakalavriat, Doktorantura.   İxtisaslar: Mühəndsilik (bakalavriat), Əczaçılıq (doktorantura).   Maliyyələşmə: Müraciət və səyahət xərcləri namizədlər tərəfindən qarşılanır. Təhsil haqqından tam və ya qismən azad olunma, universitetlərin fərdi siyasəti ilə tənzimlənir.   Son müraciət tarixi: 07.09.2018-ci il.   Qeyd: Tələb olunan sənədlər, proqram haqqında əraflı məlumatı və anket formasını aşağıdakı keçidlərdən əldə edə bilərsiniz: - Ətraflı məlumat; - Anket forması   Qeyd:  Namizədlər müvafiq anket forması və digər sənədləri 07.09.2018-ci il tarixində 15:00-dan 17:00-dək Təhsil Nazirliyinin qəbul şöbəsində aidiyyəti şəxsə təqdim etməlisiniz.   Əlaqə şəxslər: Rəvan Süleymanov (0125991155 dax. 5231) Günəş Övsətova  (0125991155 dax. 5265)

Kotirovkalar sorğusu üsulu ilə satın alınmaya dair bildiriş

Bakı Şəhəri üzrə Təhsil İdarəsi Bakı şəhəri təhsil işçilərinin ənənəvi sentyabr konfransının keçirilməsi ilə əlaqədar müxtəlif malların, işlərin və xidmətlərin kotirovkalar sorğusu üsulu ilə satın alınmasını həyata keçirir. Maraqlanan təşkilatlar (012) 441-63-89 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər. Kotirovkalar sorğusunda iştirak etmək üçün sənədlər 05 sentyabr 2018-ci il saat 18:00-dək qəbul olunur. Ünvan: AZ 1007, Bakı şəhəri, Nəsimi rayonu, Xan Şuşinski 17

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı