SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Apellyasiya Şurasının növbəti iclası
Martın 5-də təhsil nazirinin müavini, Nazirliyin Apellyasiya Şurasının sədri Firudin Qurbanovun rəhbərliyi ilə şuranın növbəti iclası keçirilib.
“Microsoft Teams” platforması üzərindən keçirilən iclasda Qax Rayon Təhsil Şöbəsində məsləhətçi vəzifəsinə və Şamaxı Rayon Təhsil Şöbəsində aparıcı məsləhətçi vəzifəsinə namizəd Elturan Qasımovun, Sabirabad Rayon Təhsil Şöbəsində aparıcı məsləhətçi vəzifəsinə namizəd Şükufə Məmmədovanın, Gədəbəy Rayon Təhsil Şöbəsində aparıcı məsləhətçi vəzifəsinə namizəd İlkin Abbasovun, Tovuz Rayon Təhsil Şöbəsində məsləhətçi vəzifəsinə namizəd İslam Məmmədlinin, Ucar Rayon Təhsil şöbəsində məsləhətçi vəzifəsinə namizəd Zaur Rüstəmovun müsahibə nəticələri ilə əlaqədar şikayətlərinə baxılıb.
İclasda müsahibə komissiyaları üzvlərinin təqdim etdiyi məlumat və videogörüntülər əsasında şikayətlər araşdırılıb. 4 nəfərin şikayətinin təmin olunması, iki vəzifə üzrə isə şikayətin təmin edilməməsi barədə Şura tərəfindən qərar qəbul olunub.
3 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
2 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
2 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
2 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
2 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
2 il əvvəl