SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Oktyabrın 27-də təhsil naziri Misir Mərdanov Amerika Birləşmiş Ştatlarının “PH international” təşkilatının ölkə üzrə direktoru cənab Keri Kosbi və təşkilatın icraçı direktoru xanım Ənn Martin ilə görüşüb.
Oktyabrın 27-də təhsil naziri Misir Mərdanov Amerika Birləşmiş Ştatlarının “PH international” təşkilatının ölkə üzrə direktoru cənab Keri Kosbi və təşkilatın icraçı direktoru xanım Ənn Martin ilə görüşüb. Qonaqları salamlayan Misir Mərdanov qeyd olunan təşkilatın Azərbaycan təhsil sistemində informasiya kommunikasiya texnologiyalarının tətbiqi sahəsində həyata keçirdiyi proqram və layihələrdən danışıb. Ölkəmizin inkişaf etdiyini, təhsilə qoyulan sərmayənin gündən-günə artdığını vurğulayan nazir bildirib ki, yeni texnologiyalardan istifadə edərək müəllimlərin İKT bacarığını artırmaq, məktəblərin internetə çıxışını təmin etmək bu gün təhsil sistemində əsas istiqamətlərdəndir. Səmimi qəbul üçün minnətdarlığını bildirən xanım Ənn Martin ölkəmizə ikinci dəfə gəldiyini, Azərbaycan barədə lazımi biliyə malik olduğunu qeyd edib. Ənn Martin Azərbaycanda yeni bir proqram üzərində işləməyi qərara aldıqlarını diqqətə çatdıraraq bildirib ki, yeni proqram internetdə müasir texnologiyaları şagirdlərə öyrədəcək. Eyni zamanda, cənab Keri Kosbi də proqramın şagirdlərə amerikalı mütəxəssisin öyrədəcəyini qeyd edərək, hələlik bu layihəni bir neçə məktəblərdə tətbiq etmək fikrində olduqlarını və YUNİSEF-lə birgə işləyəcəklərini vurğulayıb. Onu da qeyd edək ki, proqram Amerika Dövlət Departamenti tərəfindən maliyyələşdirilir. Proqram çərçivəsində layihədə iştirak edəcək azərbaycanlı uşaqların ABŞ-a dəvət olunması, eləcə də Amerikalı şagirdlərin ölkəmizə gəlməsi nəzərdə tutulur. Görüşdə müvafiq proqramın tətbiqi üzrə işin daha da inkişaf etdirilməsi və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
08/07/2015 16:52
24 oktyabr BMT günü münasibətilə ayın 23-də “BMT uşaqların gözü ilə” inşa müsabiqəsinin qalibləri üçün bələdçi tur təşkil edilib.
24 oktyabr BMT günü münasibətilə ayın 23-də “BMT uşaqların gözü ilə” inşa müsabiqəsinin qalibləri üçün bələdçi tur təşkil edilib. Tədbiri BMT-nin İctimai İnformasiya Departamentliyi və Təhsil Nazirliyi “Azərbaycan Respublikası dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)”nın həyata keçirilməsi və idarəolunması üzrə işçi qrupu birlikdə keçirib. Xətai rayonundakı 3 saylı uşaq evi, Yeni Günəşli qəsəbəsindəki 2 saylı uşaq evi və SOS Uşaq Kəndinin sakinləri üçün təşkil edilmiş sessiyadakı “BMT uşaqların gözü ilə” inşa müsabiqəsində 14 uşaq qalib gəlib. Bələdçi tur zamanı uşaqlar BMT-nin müxtəlif agentlik və proqramları ilə tanış olub. Beynəlxalq Əmək Təşkilatı, BMT-nin Əhali Fondu, Ümumdünya Səhiyyə Təşkilatı, Ümumdünya Ərzaq Proqramı, İnsan Hüquqları üzrə Ali Komissarın ofisi, BMT-nin İnkişaf Proqramının əməkdaşları uşaqlara BMT-nin qlobal və ölkəmizdəki fəaliyyəti barədə məlumat veriblər. BMT İctimai İnformasiya Departamentinin Azərbaycandakı nümayəndəsi xanım Envera Selimoviç və Dövlət Proqramı üzrə işçi qrupun rəhbəri Məlahət Hacıyeva qalibləri təbrik edərək bildiriblər ki, təhsil onların gələcək həyatlarında mühüm amildir. Müsabiqənin qaliblərinə BMT-nin müxtəlif fond və agentlikləri tərəfindən hazırlanmış hədiyyələr verilib, eyni zamanda uşaqlara təhsil naziri Misir Mərdanovun və xanım Envera Selimoviçin imzaladığı sertifikatlar təqdim olunub. Uşaqlar BMT-nin Azərbaycandakı Rrezident Əlaqələndiricisi cənab Bruno Pueza ilə də görüşublər. Cənab Pueza Birləşmiş Millətlər Təşkilatının məqsədi barədə ətraflı məlumat verərək bildirib ki, BMT məhz gələcək nəslin rifahı üçün çalışır. Sonra uşaqlara BMT İctimai İnformasiya Departamentinin fəaliyyəti barədə film nümayiş etdirilib. Uşaqlar da özləri və yaşadıqları uşaq evləri barədə məlumat verib, rəqs, şer və mahnılardan ibarət proqram təqdim ediblər.
08/07/2015 16:52
Oktyabrın 21-də Azərbaycan Dövlət Pedaqoji Universitetində ali məktəb tələbələrinin XIII respublika fənn olimpiadasının açılış mərasimi keçirilib.
Oktyabrın 21-də Azərbaycan Dövlət Pedaqoji Universitetində ali məktəb tələbələrinin XIII respublika fənn olimpiadasının açılış mərasimi keçirilib. Tanınmış alimlərin, ayrı-ayrı fənlər üzrə münsiflər heyətinin üzvlərinin, olimpiadanın yekun turunun iştirakçılarının, Təhsil Nazirliyinin Elm şöbəsinin və KİV nümayəndələrinin iştirak etdiyi mərasimi Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov açıb. Misir Mərdanov müstəqillik qazandıqdan sonra ənənəvi olaraq hər il keçirilən bu tədbirin tələbələrin müxtəlif fənlərə marağını artırmağa, həmin fənlər üzrə hazırlıq səviyyəsini nümayiş etdirməyə, eyni zamanda istedadlı gənclərin aşkar edilməsi üçün şərait yaratmağa kömək olduğunu bildirib. Ölkəmizdə istedadlı gənclərin inkişafına dövlət tərəfindən daim böyük diqqət və qayğı göstərildiyini qeyd edən Misir Mərdanov tədbir iştirakçılarına ölkə Prezidentinin təsdiq etdiyi “Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)” və “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” haqqında ətraflı məlumat verib. Nazir ali məktəb tələbələrinin respublika fənn olimpiadasının həmin proqramlar çərçivəsində həyata keçirilən ən önəmli tədbirlərdən biri olduğunu vurğulayıb. Məlumat üçün qeyd edək ki, əvvəlki illərdən fərqli olaraq, ali məktəb tələbələrinin bu bilik yarışı 10 fənn üzrə (riyaziyyat, fizika, kimya, informatika, Azərbaycan dili, Azərbaycan tarixi, Azərbaycan coğrafiyası, ingilis dili, fransız dilli və alman dili) keçirilir. Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkil etdiyi olimpiadanın yekun turunda iştirak etmək hüququnu 28 ali məktəbdən 448 tələbə qazanıb. Bu tələbələr arasında Bakı ilə yanaşı, Sumqayıt, Naxçıvan, Lənkəran, Gəncə və Mingəçevir şəhərlərinin ali məktəblərində təhsil alan tələbələr də var. Tədbirdə çıxış edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Yusif Məmmədov və təhsil nazirinin müavini İradə Hüseynova tələbələri olimpiadanın I turunu uğurla başa vurmaları münasibəti ilə təbrik edərək onlara yekun turda yüksək səviyyəli bilik və bacarıq nümayiş etdirməyi arzulayıblar. Olimpiada iştirakçıları da onlara göstərilən dövlət qayğısına görə minnətdarlıqlarını bildirib və öz müəllimlərinin etimadını doğruldacaqlarına söz veriblər.
08/07/2015 16:52
Oktyabrın 21-də Respublika Elmi Pedaqoji Kitabxanasının 25 illiyi münasibətilə tədbir keçirilib.
Oktyabrın 21-də Respublika Elmi Pedaqoji Kitabxanasının 25 illiyi münasibətilə tədbir keçirilib. İlk əvvəl iştirakçılar kitabxana ilə tanış olub. Sonra tədbiri açan Respublika Elmi Pedaqoji Kitabxanasının direktoru Tamilla İsmixanova görülən işlər barədə məlumat verib, problemləri diqqətə çatdırıb. Təhsil naziri Misir Mərdanov tədbirdə çıxış edərək bildirib ki, təhsil sahəsində kitabxanaların rolu əvəzsizdir. Nazir qeyd edib ki, ölkəmizin təhsil müəssisələrində kitab və dövri ədəbiyyat fondlarına malik olan kitabxanalar fəaliyyət göstərir ki, onların bir qismi yeni yaradılıb və müasir informasiya - kommunikasiya texnologiyaları ilə təchiz olunub. Misir Mərdanov kitabxana işinin təşkili, maddi texniki bazanın möhkəmlənməsi sahəsində müəyyən çətinliklərə də toxunaraq vurğulayıb ki, bu sahədəki çatışmamazlıqlar dövlətimizin diqqət mərkəzindədir. Sonda Misir Mərdanov kitabxananın bir qrup əməkdaşına Təhsil Nazirliyinin “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı və Fəxri Fərmanını təqdim edib.
08/07/2015 16:52
Oktyabrın 18-də Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda “Gənc istedad” jurnalının ilk nömrəsinin təqdimatı, eləcə də Bakı və Sumqayıt şəhərlərində fəaliyyət göstərən orta ümumtəhsil məktəblərinin direktorları üçün informasiya-kommunikasiya texnologiyaları (İKT) üzrə ixtisasartırma kurslarının yekunlaşdırılması və müvafiq sertifikatların verilməsi mərasimi keçirilib.
Oktyabrın 18-də Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda “Gənc istedad” jurnalının ilk nömrəsinin təqdimatı, eləcə də Bakı və Sumqayıt şəhərlərində fəaliyyət göstərən orta ümumtəhsil məktəblərinin direktorları üçün informasiya-kommunikasiya texnologiyaları (İKT) üzrə ixtisasartırma kurslarının yekunlaşdırılması və müvafiq sertifikatların verilməsi mərasimi keçirilib. Təqdimat mərasimində çıxış edən Misir Mərdanov Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramının (2006-2010-cu illər)” əhəmiyyətini vurğulayıb və jurnalın müvafiq proqrama uyğun olaraq təsis edildiyini bildirib. Son illərdə təhsilimizin inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən, nailiyyətlərdən bəhs edən Misir Mərdanov, eyni zamanda, “Gənc istedad” jurnalının ilk nömrəsinin çapdan çıxması münasibətilə pedaqoji ictimaiyyəti və oxucuları təbrik edib. Jurnalda “Heydər Əliyev ideyaları müasir təhsil quruculuğunun əsasıdır”, “İstedadın aşkar edilməsi və inkişafı”, “İntellektin inkişafına təsir edən amillər” və digər mövzularda maraqlı məqalələr, istedadlı uşaqlar (gənclər) barədə məlumatlar və s. verilib. Sonra Bakı və Sumqayıt şəhərlərində fəaliyyət göstərən orta ümumtəhsil məktəblərinin direktorları üçün İKT üzrə keçirilən ixtisasartırma kursunun yekun tədbiri olub. Təhsil naziri Misir Mərdanov tədbirdə çıxış edərək bildirib ki, treninqlərdə 300-dən çox məktəb direktoru iştirak edib. Bu gün onların 108-nə birinci dərəcəli sertifikat təqdim edildiyini qeyd edən nazir eyni zamanda 50-dən çox məktəb direktorunun treninqlərdən keçə bilmədiyini vurğulayıb. Misir Mərdanov bildirib ki, sertifikat ala bilməyən məktəb direktorlarının özlərini bir daha sınaqdan keçirmələrinə imkan veriləcək. Məktəb direktorlarının sadəcə olaraq operator səviyyəsində kompüterdən istifadə etməyi bacarmalı olduqlarını vurğulayan nazir bildirib ki, yaxın gələcəkdə ölkəmizin bütün bölgələrində yalnız məktəb direktorları deyil, onların müavinləri, sinif rəhbərləri və bütün müəllimlərin İKT bacarıqlarına yiyələnməsinə şərait yaradılacaq.
08/07/2015 16:52
Oktyabrın 17-də mərkəzləşdirilmiş qaydada keçiriləcək yoxlama imtahanı ilə bağlı bölgələrə ezam olunan koordinatorlarla müşavirə keçirilib.
Oktyabrın 17-də mərkəzləşdirilmiş qaydada keçiriləcək yoxlama imtahanı ilə bağlı bölgələrə ezam olunan koordinatorlarla müşavirə keçirilib. Müşavirəni təhsil naziri Misir Mərdanov açaraq 2008-2009-cu dərs ilində respublikanın bütün orta ümumtəhsil məktəblərində buraxılış imtahanlarının mərkəzləşdirilmiş qaydada keçiriləcəyini qeyd edib. Nazir artıq ölkəmizin bölgələrində həmin məsələ ilə bağlı geniş hazırlıq və təşkilati işlərin aparılmasının vacib olduğunu, bu işdə kifayət qədər təcrübəsi olan ayrı-ayrı mütəxəssislərin, təhsil işçilərinin respublikamızın bölgələrinə ezam edilməsinin nəzərdə tutulduğunu bildirib. Misir Mərdanov koordinatorlar üçün ümumi bir təlimatın hazırlandığını vurğulayıb. Koordinatorların ezam olunduqları rayon və şəhərlərdə görəcəkləri işlərdən söz açan nazir, mərkəzləşdirilmiş qaydada keçiriləcək yoxlama və buraxılış imtahanları ilə bağlı yerlərdə əhalinin lazımi səviyyədə məlumatlandırılması, müəllim, şagird və valideynlər arasında izahat verilməsinin vacibliyini qeyd edib. Misir Mərdanov həmin məsələ ilə əlaqədar müşavirədə iştirak edən şəhər və rayon təhsil müəssisələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verib, digər həlli vacib məsələlərə də toxunaraq öz fikir və mülahizələrini söyləyib, bəzi məqamlara aydınlıq gətirib.
08/07/2015 16:52
Oktyabrın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə təltif olunmuş təhsil işçilərinə Dövlət mükafatı və medalların təqdim olunması mərasimi keçirilib.
Oktyabrın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə təltif olunmuş təhsil işçilərinə Dövlət mükafatı və medalların təqdim olunması mərasimi keçirilib. Bakının 20 saylı orta məktəbində keçirilən tədbirdə təhsil naziri Misir Mərdanov çıxış edərək ölkəmizdə təhsilə və təhsil işçilərinə göstərilən diqqət və qayğıdan danışıb, bu il müvafiq Prezident sərəncamları ilə 200-dən çox müəllimin müxtəlif mükafatlara layiq görüldüyünü bildirib. Nazir dövlətimizin başçısı İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində dinamik inkişaf edən Azərbaycanın dünya ölkələri arasında layiqli yer tutduğunu söyləyib. Misir Mərdanov, eyni zamanda təhsil sahəsində qarşıda duran vəzifələri diqqətə çatdırıb, müəllimlərə yeni nailiyyətlər arzulayıb. Sonra 180-dən çox təhsil işçisinə müxtəlif Dövlət mükafatları və medallar təqdim olunub.
08/07/2015 16:52
Oktyabrın 17-də təhsil naziri Misir Mərdanov Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfirliyinin İctimaiyyətlə əlaqə şöbəsinin müdiri Terri Devidsonla görüşüb.
Oktyabrın 17-də təhsil naziri Misir Mərdanov Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfirliyinin İctimaiyyətlə əlaqə şöbəsinin müdiri Terri Devidsonla görüşüb. Görüşdə ABŞ Dövlət Departamenti tərəfindən təşkil olunan “Fulbrayt” proqramı çərçivəsində qeyd olunan ölkədə təhsil alacaq azərbaycanlı gənclər barədə söhbət aparılıb. Terri Devidson bildirib ki, “Fulbrayt” proqramı çərçivəsində 63 azərbaycanlı gənc ərizə ilə səfirliyə müraciət edib, son mərhələ üçün 10 nəfər seçilib. Onlar ABŞ-ın ən yüksək universitetlərində təhsil almağa göndəriləcək, 5 il ərzində Amerikada təhsil aldıqdan sonra Azərbaycana qayıdacaqlar. Terri Devidson eyni zamanda qeyd olunan proqram çərçivəsində 2 amerikalı alimin, 3 ingilis dili üzrə mütəxəssisin Azərbaycanda çalışdığını, amerikalı tələbələrin də tədqiqat aparmaq üçün ölkəmizə gəldiklərini bildirib. Misir Mərdanov “Fulbrayt” proqramının azərbaycanlı gənclər üçün əhəmiyyətindən danışıb. Nazir bildirib ki, Azərbaycan dövləti öz vətəndaşlarının yüksək təhsil almasına daim çalışır. Misir Mərdanov eyni zamanda orta məktəblərdə ingilis dilinin daha geniş öyrənilməsi məsələsinə toxunaraq bildirib ki, gələcəkdə bu işi daha da təkmilləşdirmək üçün birgə görüşlərin keçirilməsi, yeni layihələrin hazırlanması labüddür. Görüşdə oktyabrın 24-də Bakıda keçiriləcək təhsil sərgisi barədə də danışılıb. Qeyd olunub ki, bu sərgidə ABŞ-ın 19 universitetinin fəaliyyəti barədə məlumat veriləcək.
08/07/2015 16:52
Oktyabrın 7-dən 11-dək Təhsil Nazirliyi və UNİSEF-in birgə təşəbbüsü ilə Erkən uşaqlıq dövrünün inkişafı üzrə “Diplomat” oteldə 5 günlük seminar keçirilib.
Oktyabrın 7-dən 11-dək Təhsil Nazirliyi və UNİSEF-in birgə təşəbbüsü ilə Erkən uşaqlıq dövrünün inkişafı üzrə “Diplomat” oteldə 5 günlük seminar keçirilib. Məqsəd Erkən uşaqlıq dövrünün inkişafı üzrə Milli Standartların hazırlanması istiqamətində valideynlərin maarifləndirilməsi, müəllimlərin təlimi, qeyd olunan iş üzrə proqramların dəstəklənməsindən ibarət olub. UNİSEF-in beynəlxalq məsləhətçisi Maya Xerxeulidze seminara rəhbərlik edib. Seminarda təhsil və səhiyyə nazirliklərinin əməkdaşları, UNESCO və QHT- in nümayəndələri, şəhər və kənd rayonları üzrə təhsil işçiləri, eyni zamanda icma nümayəndələri iştirak edib. Seminarda ekspert, müəllim və valideynlərdən ibarət 20 nəfərlik işçi qrupunun yaradılması planlaşdırılıb.
08/07/2015 16:52
Oktyabrın 10-da təhsil naziri Misir Mərdanov Misir Ərəb Respublikasının ölkəmizə yeni təyin olunmuş səfiri Sabir Əbdülqədir Mənsurla görüşüb.
Oktyabrın 10-da təhsil naziri Misir Mərdanov Misir Ərəb Respublikasının ölkəmizə yeni təyin olunmuş səfiri Sabir Əbdülqədir Mənsurla görüşüb. Misir Mərdanov səfir Sabir Əbdülqədir Mənsura fəaliyyətində uğurlar arzulayaraq bildirib ki, Misir Ərəb Respublikası ilə Azərbaycan arasında təhsil sahəsində əməkdaşlıq daim inkişaf edir. Nazir qeyd edib ki, onlarla azərbaycanlı tələbə Misir Ərəb Respublikasının ail məktəblərində təhsil alır, eyni zamanda misirli tələbələrin də bizim ölkədə sayı artmaqdadır. İki ölkənin ali təhsil müəssisələri arasında qarşılıqlı əlaqələrin də mövcud olduğunu vurğulayan nazir ölkəmizin orta ümumtəhsil məktəblərində, eləcə də BDU-nun şərqşünaslıq fakültəsində ərəb dilinin tədrisinin gücləndirilməsinin zəruriliyini vurğulayıb. Səfir Sabir Əbdülqədir Mənsur yeni təyin olunduğu dövrdə ilk görüşünün təhsil naziri ilə başladığını, ölkələr arasında təhsil sahəsində əlaqələrin onlar üçün də önəmli olduğunu qeyd edib. Səfir hər il ölkəmizə bakalavr, magistr, doktorluq təhsillərini davam etdirmək üçün gələn gənclərin sayının artdığını vurğulayıb, eyni zamanda Azərbaycan Dövlət Neft Akademiyasının filialının Misirdə açılmasına çalışacaqlarını qeyd edib. Görüşdə tərəflər gələcəkdə birgə əməkdaşlığın yüksələn xətlə daha da inkişaf edəcəyinə əminliklərini bildiriblər.
08/07/2015 16:52
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı