• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

2014-cü ildə Təhsil Nazirliyinin İnformasiya şöbəsinin Vətəndaşlarla iş bölməsinə 154226 müraciət daxil olub.

Belə ki, Telefon Məlumat Mərkəzində 60856 zəng (2013-cü illə müqayisədə 4,7 dəfə çox) və Kommutator xidmətində 35000-ə yaxın zəng qəbul edilib. Vətəndaşların Qəbulu Mərkəzində isə 58370 vətəndaşa xidmət göstərilib. Vətəndaşlar əsasən, ali təhsil (8668 müraciət), beynəlxalq əməkdaşlıq və xaricdə təhsil (7883 müraciət), ümumi təhsil (8054 müraciət), orta ixtisas və ilk peşə-ixtisas təhsili (1544 müraciət), eləcə də digər məsələlərlə (32221 müraciət) bağlı müraciət edib.
Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlər əsasən, sorğu xarakterli olub. Onların əksəriyyəti dərhal cavablandırılıb və operativ həll edilib. 11848 vətəndaş sorğusuna uyğun olaraq, elektron qaydada Təhsil Nazirliyinin müvafiq məsul şəxslərinin qəbuluna yazılıb. Əlavə olaraq, vəzifəli şəxslərin qəbuluna yazılmaq üçün elektron poçt vasitəsilə 531 müraciət, teleqram və məktub vasitəsilə 167 müraciət daxil olub. Vətəndaşların Qəbulu Mərkəzində 13359 sənəd (6275 ərizə, 6139 məktub, 945 digər sənəd) qəbul olunub və qeydiyyata alınıb. Şikayətlərin qeydiyyatı proqramında isə 404 müraciət qeydiyyata alınıb və araşdırılması üçün müvafiq şöbələrə, idarələrə, sektorlara göndərilib.


10 il əvvəl