• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

İyunun 21-də “Park İnn” mehmanxanasında “Elektron Təhsil” Respublika müsabiqəsinin yekunları ilə bağlı mərasim keçirilib.

Mərasim iştirakçılarını salamlayan təhsil naziri Misir Mərdanov bildirib ki, “Təhsildə İnternet texnologiyaları" və “Müasir məktəbdə elektron tədris resursları” istiqamətləri üzrə təşkil olunmuş müsabiqədə beş nominasiya üzrə qaliblər müəyyənləşdirilib. Təhsil Nazirliyinin təşəbbüsünü qəbul edib bu müsabiqəyə dəstək verən insanlara, şirkətlərə Azərbaycanın pedaqoji ictimaiyyəti adından təşəkkürünü bildirən nazir müsabiqənin əsas məqsədləri barədə məlumat verib. Misir Mərdanov qeyd edib ki, Microsoft Azərbaycan, Intel korporasiyasının “Gələcək üçün təhsil” proqramı, AZEDUNET, Ultra, Azerfon-Vodafone, HP, Mədəd təşkilatlarının dəstəklədiyi müsabiqənin məqsədi elektron tədris resurslarından, internet texnologiyalarından tədris prosesində istifadənin miqyasını genişləndirmək və informasiya texnologiyalarından fəal istifadə edən müəllimləri həvəsləndirməkdən ibarətdir. Müsabiqəyə Bakıdan 850, Sumqayıtdan 125, regionlardakı məktəblərdən isə 500 nəfər müəllimin qatıldığını nəzərə çatdıran təhsil naziri bölgələr arasında Quba, Gəncə, Qazax, Zaqatala müəllimlərinin daha yüksək fəallıq göstərdiklərini vurğulayıb. Sonda müsabiqədə beş nominasiyanın hər biri üzrə qalib gəlmiş şəxslərə noutbuklar, digər hədiyyə və mükafatlar təqdim olunub.

İyunun 21-də Təhsil Nazirliyində “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqələrinin nəticələrinə dair Təşkilat Komitəsinin yekun iclası keçirilib.

Təhsil naziri Misir Mərdanov iclası giriş sözü ilə açaraq 3 il ərzində təşkil olunan bu müsabiqəyə sənəd təqdim edənlərin sayının getdikcə artdığını və müvafiq istiqamət üzrə görülən işləri xüsusi qeyd edib. Müsabiqənin əsas məqsədinin ən yaxşı müəllim və məktəblərin üzə çıxarılması olduğunu, bu prosesdə obyektivliyin və şəffaflığın qorunmasının əsas şərt kimi diqqətdə saxlanıldığını vurğulayan Misir Mərdanov bu işin həyata keçirilməsində xüsusi əməyi olan Təşkilat Komitəsinin hər bir üzvünə təşəkkürünü bildirib. Sonra təhsil naziri 2010-cu ildə keçirilmiş “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqələrinin yekununa dair arayışı iclas iştirakçılarının nəzərinə çatdırıb. Nazir bildirib ki, “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsində iştirak üçün ölkəmizin əksər bölgələrini təmsil edən 123 məktəb Təşkilat Komitəsinə müraciət edib. Bu il də iştirakçılar arasında Bakı şəhəri məktəblərinin üstünlük təşkil etdiyini, 123 məktəbdən 49-nun (57 %) paytaxt məktəbləri olduğunu və Təhsil Nazirliyi nəzdindəki ümumi təhsil müəssisələrindən yalnız Respublika incəsənət gimnaziyasının iştirak etdiyini qeyd edib. Nazir qalan 73 məktəbin isə 34 kənd rayonunu (65 məktəb) və 3 şəhəri (8 məktəb) təmsil etdiyini açıqlayıb.  Arayışda o da qeyd olunub ki, müsabiqədə iştirak üçün İsmayıllı, Yevlax, Ağstafa, Ağsu rayonlarının hər birindən 4, Sumqayıt və Şirvan şəhərlərinin, Cəlilabad, Tovuz, Masallı, Hacıqabul, Kürdəmir, Quba rayonlarının hər birindən 3, Gəncə şəhərinin, Qubadlı, Qazax, Qəbələ, Göyçay, Neftçala, Ucar, Saatlı rayonlarının hər birindən 2, 17 rayondan (Şamaxı, Qax, Şəmkir, Samux, Beyləqan, Lənkəran, Xaçmaz, Salyan, Şəki, Bərdə, Ağcabədi, Abşeron, Goranboy, Göygöl, Qusar, İmişli, Sabirabad) 1 məktəb müraciət edib. 123 məktəbin təqdim etdiyi sənədlər ekspertizadan keçirildikdən sonra 96 məktəb müsabiqənin II mərhələsinə buraxılıb. Bunlardan 47-si Bakı şəhərinin, 4-ü İsmayıllı rayonunun, hər birindən 3 olmaqla Sumqayıt və Şirvan şəhərlərinin, Quba, Hacıqabul, Ağstafa rayonlarının, hər birindən 2 olmaqla Gəncə şəhəri, Tovuz, Qəbələ, Ucar, Qazax, Kürdəmir, Qubadlı rayonlarının və hər birindən 1 olmaqla 15 rayonun (Şamaxı, Qax, Şəmkir, Yevlax, Lənkəran, Salyan, Masallı, Göyçay, Bərdə, Goranboy, Neftçala, Qusar, İmişli, Saatlı, Cəlilabad) məktəbləri və Respublika incəsənət gimnaziyası olub. Ekspertizadan keçdiyi halda, direktorları müəyyən nöqsanlara görə cəza aldıqları üçün Bakı şəhəri 94 və 151 nömrəli məktəblərin müsabiqənin II mərhələsində iştirakı Təşkilat Komitəsi tərəfindən məqsədəmüvafiq bilinmədiyindən  II mərhələyə 94 məktəb buraxılıb. Misir Mərdanov digər məsələlərdən də söz açaraq vurğulayıb ki, müsabiqənin hər 3 mərhələsinin yekununa əsasən, 47 məktəb qalib hesab edilib. Qeyd olunanlarla yanaşı, nazir ölkəmizin bir sıra şəhər və rayonlarının məktəblərinin bu müsabiqədə iştirak etməməsini və ya zəif iştirak etdiyini təəssüf doğuran hal kimi dəyərləndirib.  Təhsil naziri Misir Mərdanov daha sonra “Ən yaxşı müəllim” müsabiqəsinin yekunu barədə məlumat verərək bildirib ki, bu müsabiqədə iştirak üçün 460 nəfər müəllim sənəd təqdim edib, müsabiqə şərtlərinə uyğun gəlmədiyi üçün 9 nəfərin sənədləri qəbul edilməyib və 451 nəfərin sənədləri ekspertizadan keçirilib. Qeyd olunub ki, sənədləri ekspertizadan keçirilən müəllimlərin 206-sı (45.68%) Bakı şəhərinin, 51-i (11.31%) Sumqayıt şəhərinin məktəblərindən, 40-ı (8.87%) Təhsil Nazirliyinin nəzdindəki müəssisələrdən, 16-sı İsmayıllı rayonundan, 10-u Gəncə şəhərindən, 9-u Bərdə rayonundan, 7-si Göyçay rayonundan, hər birindən 6 nəfər olmaqla Lənkəran, Qazax, Xaçmaz rayonlarından, hər birindən 4 nəfər olmaqla Şirvan şəhəri, Ağstafa, Göygöl, Kürdəmir, Quba, Şamaxı, Yevlax rayonlarından, hər birindən 3 nəfər olmaqla Mingəçevir şəhəri, Abşeron, Cəlilabad, İmişli, Qax, Qəbələ, Qubadlı, Qusar, Samux, Tovuz, Ucar, Zaqatala rayonlarından, hər birindən 2 nəfər olmaqla Ağcabədi, Ağsu, Füzuli, Goranboy, Hacıqabul, Salyan, Şəmkir, Siyəzən rayonlarından, hər birindən 1 nəfər olmaqla Beyləqan, Şabran, Gədəbəy, Laçın, Masallı, Neftçala, Sabirabad, Tərtər, Xızı rayonlarından, eləcə də 3 nəfər Beynəlxalq ümumtəhsil özəl məktəbindən, 2 nəfər Bakı Slavyan Universiteti nəzdindəki humanitar liseydən olub. Bildirilib ki, ümumilikdə Təhsil Nazirliyi və ali məktəblərin nəzdindəki, habelə özəl məktəblər istisna olunmaqla müsabiqədə ölkənin 45 rayon və şəhərini 406 müəllim təmsil edib. Bu müsabiqəyə sənəd təqdim etməyən rayonların adlarını xüsusi qeyd edən təhsil naziri Misir Mərdanov əlavə edib ki, ekspertizanın nəticələrinə görə 203 nəfər növbəti mərhələdə iştirak etmək hüququ qazanıb, onlardan 3 nəfər obyektiv səbəblərdən müsabiqənin II mərhələsində iştirak edə bilməyib. O da bildirilib ki, müsabiqənin III mərhələsində üzrlü səbəbdən iki nəfər iştirak etmədiyindən yekun mərhələdə 198 müəllimin təqdimatı dinlənilib. Təhsil naziri müsabiqənin sonunda hər üç mərhələnin balları əsasında müəllimlərə yekun bal müəyyən edildiyini və ən yüksək nəticə göstərən 95 nəfər müəllimin qaliblər sırasına daxil olunduğunu vurğulayıb. İclasda təhsil naziri Misir Mərdanov 2011-ci ildə keçiriləcək “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqəsinə dair təkliflərini və bununla bağlı bir sıra məsələləri diqqətə çatdırıb, ekspert komissiyalarının işinin daha da təkmilləşdirilməsinin, hər bir fənn üzrə sınaq dərslərinin yalnız bir komissiya tərəfindən dinlənilməsinin məqsədəuyğunluğunu qeyd edib.

Orta təhsil səviyyəsi üzrə (XI sinif) buraxılış imtahanlarının nəticələri yekunlaşdırılıb.

İmtahan aparılan fənlər üzrə şagirdlərin attestatına yazılacaq yekun qiymətləri barədə məlumatlar 21 iyun 2010-cu il tarixində saat 17.00 radələrində Təhsil Nazirliyinin internet saytının (www.edu.gov.az) imtahan bölməsində yerləşdiriləcək. Şagirdlər attestat qiymətləri ilə yanaşı, alacaqları attestatların seriya və nömrələrini görə biləcəklər. Əsas təhsil səviyyəsi üzrə (IX sinif) buraxılış imtahanlarının nəticələrinə görə imtahan fənləri üzrə şagirdlərin şəhadətnaməsinə yazılacaq qiymətlər haqqında məlumatlar 23 iyun 2010-cu il tarixində Təhsil Nazirliyinin internet saytında (www.edu.gov.az)  yerləşdiriləcək.  Məlumat üçün qeyd edək ki, imtahanın nəticələri ilə bağlı ərizə və şikayətlər şagirdin təhsil aldığı şəhər və rayon təhsil şöbələrində qəbul ediləcək. O cümlədən, Bakı şəhərində təhsil almış şagirdlər Bakı Şəhəri üzrə Təhsil İdarəsinə, Gəncə şəhərində təhsil almış şagirdlər Gəncə Şəhər Təhsil İdarəsinə, Abşeron rayonunda təhsil almış şagirdlər Abşeron rayon Təhsil Şöbəsinə və s. müraciət edəcəklər. Yerlərdə imtahanla bağlı ərizə və şikayətlərin qəbulu 26 iyun 2010-cu il tarixədək davam edəcəkdir.

İyunun 12-də “Gülüstan” sarayında ölkə Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı”nın illik fəaliyyətinə həsr olunmuş “Müasir tədris texnologiyaları” mövzusunda konfrans keçirilib.

Tədbirdə Prezident Administrasiyası Humanitar siyasət şöbəsinin müdiri Fatma Abdullazadə, təhsil naziri Misir Mərdanov, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, təhsil nazirinin müavinləri, millət vəkilləri, ali məktəblərin rektorları, təhsil ictimaiyyətinin nümayəndələri, ölkənin informasiya-kommunikasiya texnologiyaları sektorunda çalışan qurumların rəhbərləri və müxtəlif beynəlxalq təşkilatların nümayəndələri iştirak edib. Konfransda ölkənin təhsil siyasətində tətbiq edilən müasir təlim texnologiyalarından bəhs edən film nümayiş etdirilib. Təhsil Nazirliyinin Təhsil sisteminin informasiyalaşdırılması idarəsinin rəisi Samir Məmmədov Dövlət Proqramı çərçivəsində bir il müddətində görülmüş işlər və qarşıda duran vəzifələr haqqında geniş məruzə-təqdimatla çıxış edib. Konfrans iştirakçıları Dövlət Proqramı çərçivəsində ayrı-ayrı istiqamətlər üzrə tədbirlərin reallaşdırılmasında yaxından iştirak edən AZEDUNET, Mədəd Humanitar təşkilatları, ULTRA və Microsoft şirkətləri, İntel korporasiyası rəhbərlərinin təqdimatları ilə tanış olublar. Sonra çıxış üçün söz təhsil naziri Misir Mərdanova verilib. Tədbir iştirakçılarını salamlayan nazir öz çıxışında ölkənin təhsil sisteminin informasiyalaşdırılması sahəsində irəliləyiş olduğunu vurğulayıb. Dövlət Proqramı çərçivəsində bir il ərzində xüsusi əhəmiyyətə malik tədbirlərin həyata keçirilməsindən bəhs edən nazir yaxın gələcəkdə bu işdə daha böyük uğurların qazanılacağına inandığını bildirib. Konfransda çıxış edənlər Dövlət Proqramının icrası istiqamətində görülmüş işləri yüksək qiymətləndiriblər.

İyunun 22-də Təhsil Nazirliyində ümumtəhsil məktəblərinin fənn proqramları müəllifləri ilə görüş keçirilib.

Görüş iştirakçılarını salamlayan təhsil naziri Misir Mərdanov 2011-2012-ci tədris ilinə ümumtəhsil məktəblərinin VII-XI sinifləri üçün 27 adda dərsliyin hazırlanması və tender yolu ilə çapının nəzərdə tutulduğunu bildirib. Bu fənlər üzrə əsasən 2000-2006-cı illərdə hazırlanmış tədris proqramlarının orta məktəb müəllimlərindən ibarət ekspert qrupları tərəfindən təhlil olunduğunu söyləyən nazir ötən dövrdə həmin fənn proqramları əsasında hazırlanan və çap edilən dərsliklərin məzmununda daha çox proqramdan irəli gələn qüsurlara təsadüf edildiyini nəzərə çatdırıb. Bəzən dərsliklərdə tədris olunan mövzuların müvafiq ardıcıllıqla verilməməsi, elmdə mübahisə doğuran məsələlərin yer alması, elmin yeni nailiyyətlərinin əksini tapmaması, iqtisadi həyatda baş verən dəyişikliklərin nəzərə alınmaması və mövzuların öyrənilməsinə ayrılmış saatların düzgün bölünməməsindən söz açan Misir Mərdanov bu kimi halların pedaqoji kollektivlərin haqlı narazılığına səbəb olduğunu qeyd edib. Təhsil naziri bütün bunları nəzərə alaraq 2011-2012-ci tədris ilinə hazırlanması və tender yolu ilə çapı nəzərdə tutulan 27 adda dərsliyin fənn proqramlarında orta məktəb müəllimlərinin rəyləri nəzərə alınmaqla dəyişikliklərin aparılmasının zəruriliyini bildirib. Bu istiqamətdə səmərəli nəticələrə nail olmaq üçün bir sıra təklif və tövsiyələrini səsləndirən nazir yeni fənn proqramları hazırlandıqdan sonra onların müvafıq mütəxəssis və müəllimlərin iştirakı ilə müzakirə edilməsinin əhəmiyyətli olacağını vurğulayıb. Sonra mövzu ətrafında müzakirələr aparılıb, ümumtəhsil məktəblərinin fənn proqramları müəlliflərinin məsələ ilə bağlı fikirləri dinlənilib.

İyunun 22-də Təhsil Nazirliyində ölkəmizin ümumtəhsil məktəblərinin XI siniflərində keçirilmiş buraxılış imtahanlarının nəticələrinə həsr olunmuş mətbuat konfransı olub.

Təhsil naziri Misir Mərdanov konfransı giriş sözü ilə açaraq ölkəmizin ümumtəhsil məktəblərinin XI siniflərində keçirilən buraxılış imtahanlarının nəticələri ilə media nümayəndələrini tanış edib. Nazir bildirib ki, imtahanlarda ölkə üzrə ümumilikdə 88815 nəfər (96,54%) iştirak edib. Onlardan 74832 nəfəri (84,26%) müvəffəq qiymət alıb. Nazir əvvəlki illərlə müqayisədə müvəffəq qiymət alanların sayının çoxaldığını də diqqətə çatdırıb. Bakı şəhəri üzrə imtahanlarda 24933, Sumqayıt şəhəri üzrə isə 4083 şagirdin imtahan verdiyini qeyd edən təhsil naziri eyni zamanda 14 minə yaxın XI sinif şagirdinin bir və ya bir neçə fəndən “qeyri-kafi” qiymət aldığını da açıqlayıb. Misir Mərdanov Təhsil Nazirliyinin internet saytında orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının nəticələri ilə yanaşı şagirdlərə verilən attestatların seriya və nömrələrinin də göstərildiyini qeyd edib. Nazir, həmçinin, artıq Bakı və Sumqayıt şəhərlərində attestatların verilməsinə başlanıldığını vurğulayıb. Daha sonra Misir Mərdanov cari dərs ilində müxtəlif fənn olimpiadalarının və beynəlxalq səviyyəli idman yarışlarının qalibi olan 51 və xəstəliyə görə isə 570 nəfərin buraxılış imtahanlarından azad olunduğunu nəzərə çatdırıb. Nazir apelyasiya komissiyasının iyunun 26-dək Bakıdakı 276 saylı məktəbdə fəaliyyət göstərəcəyini də qeyd edib. Təhsil naziri Misir Mərdanov iyunun 23-də əsas və orta təhsil səviyyəsi üzrə eksternat qaydasında keçiriləcək buraxılış imtahanlarında 103 şagirdin, habelə bu il üzürlü səbəbdən buraxılış imtahanlarında iştirak etməyən 13 şagirdin iştirak edəcəyi barədə məlumat verib. Mətbuat konfransında o da qeyd olunub ki, ötən tədris illərində mərkəzləşdirilmiş qaydada keçirilmiş buraxılış imtahanlarında bir və bir neçə fəndən “qeyri-kafi” qiymət almış şagirdlərdən 8586 nəfəri imtahan vermək üçün müraciət edib və onların 6413 nəfəri (74,69%) orta təhsil kursu üzrə təkrar buraxılış imtahanlarında iştirak edib, onlardan 3852 nəfər (60,07%) müvəffəq, 2173 nəfər (25,31%) isə “qeyri-kafi” qiymət alıb. Nazir ölkəmizin təhsil sistemində məktəbdaxili, milli və beynəlxalq qiymətləndirmə proqramlarının həyata keçirilməsindən bəhs edərək qiymətləndirmə siyasətinin təkmilləşdirilməsinin, bu sahədə treninqlərin təşkil olunmasının məqsədəuyğunluğunu vurğulayıb. Mətbuat konfransının sonunda təhsil naziri Misir Mərdanov media nümayəndələrinin çoxsaylı suallarını cavablandırıb.

İyunun 11-də Məlumat və Resurs Mərkəzinin rəsmi açılışı olub.

Bu münasibətlə keçirilən təntənəli mərasimdə təhsil naziri Misir Mərdanov, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, Prezident Adminstrasiyası Humanitar siyasət şöbəsi müdirinin müavini Məhərrəm Əhmədov, Nazirlər Kabineti şöbə müdirinin müavini Qurban Əmirov, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, təhsil nazirinin müavinləri, nazirliyin şöbə və struktur bölmə rəhbərləri və İKT ilə bağlı ölkəmizdə fəaliyyət göstərən şirkətlərin təmsilçiləri iştirak edib. Təhsil naziri Misir Mərdanov, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov rəmzi açılış bildirən qırmızı lenti kəsərək mərasim iştirakçılarını açılış münasibəti ilə təbrik ediblər. Sonra yüksək səviyyədə təmir olunmuş ikimərtəbəli binada yerləşən mərkəzlə tanışlıq başlayıb. Qonaqlar mərkəzi gəzərək server otağına, konfrans zalına, təlim mərkəzinə baxıblar. Təhsil Nazirliyi Təhsil sisteminin informasiyalaşdırma idarəsinin rəisi Samir Məmmədov nazirə və mərasim iştirakçılarına mərkəz haqqında məlumat verib. Məlumatdan aydın olub ki, “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində yaradılmış Məlumat və Resurs Mərkəzi (DATA) ölkəmizdə təhsil sektorunun informasiyalaşdırılmasında mühüm yer tutur. Dünyanın aparıcı şirkətlərinin təqdim etdiyi müasir texnologiyaların tətbiqi ilə yaradılan Mərkəzin funksiyası olduqca genişdir və ən müasir texnologi standartlara cavab verir. Mərkəz Azərbaycan təhsil şəbəkəsində internetə “giriş və çıxış nöqtəsi” olmaqla yanaşı, həm də bu sahəyə aid informasiya resurslarının toplanacağı yerdir. Mərkəzdə xüsusi təhlükəsizlik qəfəsi qurulub, bütün avadanlıqların 24 saat və rezervli çalışması üçün hər cür texniki imkan yaradılıb. Mərkəzin yaradılmasında “ULTRA” şirkəti və AZEDUNET təşkilatı yaxından iştirak edib.Intel, HP, Microsoft, Cisco şirkətlərinin Azərbaycanda rəsmi tərəfdaşı olan “ULTRA” şirkəti tərəfindən Mərkəzdə avadanlıq yerləşdirilib, təhlükəsizlik sistemi və Azərbaycan təhsil şəbəkəsinin verilənlər bazasını yerləşdirmək üçün ən müasir İntel platformalı HP dörd nüvəli serverlər quraşdırılıb. Bu serverlər eyni zamanda milyonlarla əməliyyatları həyata keçirmək gücünə malikdir. Burada Azərbaycanda analoqu olmayan ən yeni fiziki təhlükəsizlik sistemləri quraşdırılıb ki, bu da toplanılacaq məlumatlara kənar müdaxilələrin qarşısını alacaqdır. Mərkəzdə quraşdırılmış texnologiya video-konfranslar keçirməyə imkan verəcək.Bu texnologiya Mərkəzin konfrans zalından Azərbaycan təhsil şəbəkəsinə qoşulmuş bütün məktəblərinə eyni zamanda mühazirə və ya açıq dərslər keçirməyə imkan yaradacaq. Mərkəzdə həmçinin tədris elektron resursları yerləşdiriləcək. Bu resurslar İKT-nin təhsildə tətbiqini daha effektiv etməklə yanaşı, tədrisin keyfiyyətini də qaldırmağa imkan verəcək. Mərkəzin serverində Azərbaycan məktəblərinin elektron xəritəsi də yerləşdirilib. İnternet vasitəsilə ictimaiyyət üçün açıq olan bu resursdan məktəblər haqqında bütün zəruri məlumatlar əldə etmək mümkündür. Tədbirdə videotelefoniya sistemi mərkəzinə baxış zamanı tədbir iştirakçılarına məlumat verilib ki, DATA Mərkəzi ilə bu mərkəzə qoşulmuş 10 məktəb arasında videotelefon əlaqəsi yaratmaq mümkündür. Bakı Avropa liseyi və “İntellekt” məktəb-liseyi ilə canlı videobağlantı yaradılıb. Təhsil naziri Misir Mərdanov həmin təhsil ocaqlarının rəhbərlər ilə diaoloq aparıb. Sonra Məlumat və Resurs Mərkəzinin konfrans zalnda jurnalistlər üçün brifinq keçirilib.

Ölkəmizdə “Dünyaya baxış” humanitar təşkilatının dəstəyi ilə “Gənclərin məşğulluq şəbəkəsinin yaradılması” layihəsi həyata keçirilir.

İyunun 1-dən fəaliyyətə başlayan layihənin əsas məqsədi gənclərin işsizlik problemini öyrənərək texniki peşə təhsili sahəsində müasir tələblərə cavab verən yeni dövlət standartları və tədris proqramlarının tərtib olunmasından ibarətdir. Layihənin peşə təhsilində islahatlar komponenti çərçivəsində Təhsil Nazirliyi tərəfindən əlaqələndirilməklə peşə məktəblərinin müəllimləri, yerli və beynəlxalq məsləhətçiləri əhatə edən işçi qrupu yaradılacaq. İşçi qrup tərəfindən texniki peşə təhsili sisteminin hazırkı durumu araşdırılması, yaxın gələcəkdə bu sistemin məzmununun təkmilləşdirilməsi, peşə təhsilinin ictimai statusunun dəyişdirilməsi üçün konkret addımların atılması nəzərdə tutulub. İyunun 5-də Təhsil Nazirliyi “Dünyaya baxış” humanitar təşkilatı ilə birlikdə Y. Rüstəmov adına 16 saylı Bakı Peşə Liseyi və 14 nömrəli Bakı Peşə Məktəbində “Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə dövlət proqramı (2007-2012-ci illər)”nın tələblərinə uyğun olaraq texniki-peşə təhsilinin məzmununun təkmilləşdirilməsi istiqamətində yeni dövlət standartlarına uyğun kurikulumların hazırlanması məqsədilə istehsalat təlim ustaları və ixtisas fənn müəllimləri ilə birgə seminar kecirib. Görüşdə Təhsil Nazirliyinin Texniki-peşə təhsili şöbəsinin aparıcı məsləhətçisi Elxan Cəfərov və “Dünyaya baxış” humanitar təşkilatının dəstəyi ilə “Gənclərin məşğulluq şəbəkəsinin yaradılması” layihəsinin rəhbəri Zülfiyyə Mustafayeva mövcud problemlər və onların həll edilməsi məqsədilə peşə kurikulumları hazırlayan işçi qruplarının yaradılması, onların vəzifələri, görəcəkləri işlərin istiqamətləri haqqında təqdimat ediblər. Sonra peşə təhsilinin mövcud məqsədinə bir daha nəzər salınıb, geniş müzakirələr aparılıb. Təlim prosesinə yeni yanaşmaları müəyyənləşdirmək, şagirdin, məktəbin və cəmiyyətin ehtiyaclarına uyğun olan məsələləri öyrənmək, aşkar olunmuş problemlərin aradan qaldırılması istiqamətlərində işlərin aparılmasını davam etdirmək məqsədi ilə “Elektrik qaz qaynaqçısı” və “Təmirci, çilingər–qaynaqçı” peşələri üzrə işci qrupları yaradılıb. İşçi qruplarının məqsədyönlü fəaliyyəti ücün ayda iki dəfə görüşərək zəruri məsələlər haqqında müzakirələr aparmaq qərara alınıb.

İyunun 25-də Füzuli rayonunun Horadiz şəhərində Azərbaycan Mətbuat Şurası və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə “Təhsil və mətbuat” mövzusunda regional konfrans keçirilmişdir.

Milli mətbuatın 135 illiyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində keçirilən konfransda təhsil naziri Misir Mərdanov, Milli Məclisin deputatı Aqil Abbas, respublikanın aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri, Ağdam, Ağcabədi, Beyləqan, Xocavənd, Biləsuvar, Cəbrayıl, Bərdə və Laçın rayonlarının təhsil şöbələrinin müdirləri iştirak etmişlər. Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev parkına gələrək ümummilli liderin abidəsi önünə çiçək dəstələri qoymuş, xatirəsinə ehtiramlarını bildirmişlər. Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Nəbi Muxtarov tədbiri açaraq iştirakçıları salamlamış və konfransın Horadiz şəhərində keçirilməsinə görə təşkilatçılara minnətdarlığını bildirmişdir. Təhsil naziri Misir Mərdanov diqqəti müzakirə edilən məsələnin əhəmiyyətinə çəkərək, təhsil sistemində baş verən yeniliklər barədə məlumatların obyektiv surətdə ictimaiyyətə çatdırılmasının vacibliyini vurğulamışdır. Mətbuat Şurasının sədri Əflatun Amaşov tədbirin işğaldan azad olunmuş ərazidə keçirilməsinin əhəmiyyətini yüksək qiymətləndirmişdir. İctimai televiziyanın Yayım Şurasının sədri Cahangir Məmmədli, “Ayna” qəzetinin baş redaktoru Elçin Şıxlı, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, Milli Məclisin deputatı Aqil Abbas, Bərdə rayon təhsil şöbəsinin müdiri Rahilə İsmayılova, Füzuli rayon təhsil şöbəsinin müdiri Hafiz Tahirov konfransda çıxış etmiş, təhsil müəssisələri ilə media qurumları arasında qarşılıqlı münasibətlər mövzusu ətrafında müzakirələr aparılmışdır. Çıxışlarda təhsildən yazan jurnalistlərin ixtisaslarının artırılması, “reket” qəzetlərlə mübarizə, bəzi mətbuat orqanlarında müəllim nüfuzuna xələl gətirən materialların dərc olunması və bunun ictimaiyyətə təsiri, jurnalistika fakültələrinə qəbul zamanı qabiliyyət imtahanlarının verilməsi, jurnalistika fakültələrində təhsil alan tələbələrin ixtisaslaşdırılması, təhsil və media münasibətlərindən bəhs olunmuşdur. Konfransda iştirak edən Milli Məclisin sədr müavini Bahar Muradova sonda çıxış edərək, Azərbaycan jurnalistikasının bugünkü durumu, ölkədə söz və kütləvi informasiya vasitələri azadlığından, ümummilli lider Heydər Əliyevin müstəqil mətbuata verdiyi önəmdən danışmış, KİV-lərdə dərc olunan yazılarda obyektivliyin və həqiqətin əks olunmasının vacibliyini vurğulamışdır. Sonra tədbir iştirakçıları Zobucuq qəsəbəsindəki orta məktəb və uşaq baxçasında yaradılmış şəraitlə tanış olmuşlar.   AzərTAc.

Bu günə qədər 20 minə yaxın müəllim təhsildə informasiya-kommunikasiya texnologiyalarının (İKT) tətbiqi üzrə treninqlərdə iştirak edib.

Bu treninqlər “Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təchizatı Proqramı (2005-2007)” və “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində reallaşdırılır. Təlimlər dünyada qəbul olunmuş metodlar əsasında yaradılmış Skulz Onlayn- “Müəllimlərin peşəkarlıq səviyyəsinin təkmilləşdirilməsi” və İntel - “Gələcək üçün Təhsil” təlim vəsaitləri əsasında keçirilir. Təlimlərin əsas məqsədi müəllimlərin informasiya-kommunikasiya texnologiyalarından səmərəli şəkildə istifadə etməklə XXI əsrin təhsil metodlarına yiyələnməsinə və bu metodların tədrisdə tətbiqinə nail olmaqdan ibarətdir. Təlimlərin ilkin mərhələsində ABŞ-dan və digər ölkələrdən müvafiq təlim vəsaitlərinin yaradıcıları ölkəmizə dəvət olunub. Onlar tərəfindən təlimlərin keçirilməsi üçün təlimçi heyət hazırlanıb. Hazırda ölkə üzrə 150-yə yaxın təlimçi fəaliyyət göstərir. Dövlət büdcəsi hesabına keçirilən treninqlərin digər əsas məqsədi gündəlik pedaqoji fəaliyyət çərçivəsində kompüterdən, proqram təminatından və müvafiq avadanlıqlardan istifadə etməklə tədrisin daha effektiv təşkilinə nail olmaqdır. Treninqlərin effektivliyinin qiymətləndirilməsi beynəlxalq səviyyədə də öz əksini tapıb. Belə ki, 2009-cu ilin martında Vyanada keçirilən İnnovativ müəllimlərin Avropa Forumunda ilk dəfə iştirak edən Azərbaycan müəllimlərinin işləri 60 layihə arasında ilk onluğa daxil olub. Onların təqdim etdiyi layihələr Xorvatiya və Bolqarıstan nümayəndə heyətləri tərəfindən xüsusi maraqla qarşılanıb. Müvafiq razılığa əsasən 2009-2010-cu tədris ilində Azərbaycan müəllimlərinin layihələri həmin ölkələrin ümumtəhsil məktəblərində istifadə olunacaqdır. Qeyd edək ki, "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində həyata keçirilən “Elektron məktəb” pilot layihəsində iştirak edən 20 məktəbin müəllimləri İKT-nin tədrisdə tətbiqi üzrə daha dərin biliklərə yiyələnirlər. “Elektron məktəb” konsepsiyası əsasında həmin məktəblərdə əlavə olaraq təhsil portalının ayrılmaz bir hissəsi olan elektron cədvəl, elektron qiymət jurnalı və digər elektron resurslar geniş tətbiq ediləcəkdir. Treninqlər bütün bu resurslarla işləmək üçün praktik bacarıqların aşılanmasına yönəlib. Sonrakı mərhələdə Azərbaycan Təhsil Şəbəkəsinə qoşulan 200 məktəbin müəllimləri də təhsil portalının resurslarından istifadə edəcək və həmin tədris ocaqlarının müəllimləri xüsusi treninqlərə cəlb olunacaqdır. Ümumiyyətlə, “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı”nın əsas məqsədi təhsil sektorunda İKT-nin praktik tətbiqi üzrə alətlər yaratmaq və müəllim kollektivlərinə həmin alətlərdən gündəlik tədrisdə istifadə üçün biliklər verməkdir. Məlumdur ki, müasir dövrdə yalnız informasiya-kommunikasiya texnologiyalarından istifadə etməyi bacaran müəllimlər vasitəsilə təhsil sahəsində inkişafa müvəffəq olmaq mümkündür. Bunun üçün müəllimlər treninqlər vasitəsilə İKT-nin tədrisdə tətbiqi vərdişlərinə dərindən yiyələnməlidirlər. Treninqlərdən keçmiş bütün müəllimlər İKT-dən istifadə bacarıqlarını eyni səviyyədə mənimsəmirlər. Treninqlərdən keçən müəllimlər həm elektron tədris resurslarını hazırlaya bilməli, həm də şagirdlərə informasiya texnologiyalarının yeni imkanlarından istifadə etməyi öyrətməlidirlər. Treninqlərdən sonra təşkil olunan sınaqlar orta hesabla “normadan yuxarı” bir səviyyəni göstərsə də, yaşlı müəllimlərin bir hissəsi İKT-nin tətbiqi üzrə biliklərə yiyələnməkdə çətinlik çəkirlər. Praktika göstərir ki, cavan müəllimlər yeni bilikləri daha effektiv əxz edirlər. Lakin təqdirəlayiq haldır ki, yaşlı nəslin nümayəndələri də İKT bilikləri sahəsindəki boşluğu doldurmağa səy göstərirlər. Çünki müasir təhsil sistemi müəllimlərdən İKT sahəsində yüksək bilik səviyyəsi tələb edir və sözsüz ki, tədricən bütün müəllimlər həmin tələblərə cavab verməlidirlər. Dövlət Proqramına müvafiq olaraq müəllimlərin təlimi prosesinə məktəb direktorlarının da cəlb edilməsi çox mühüm amildir. Yeniliklərə daha həssas yanaşan məktəb direktorları məktəbin bütün müəllim heyətinin müvafiq treninqlərə cəlb olunması üçün müraciət edirlər. Lakin bəzi hallarda direktorlar bu məsələyə etinasız yanaşırlar. Odur ki, Təhsil Nazirliyi müəllimlər üçün treninqlərlə yanaşı, məktəb direktorları və rayon təhsil şöbələrinin əməkdaşları üçün nəzərdə tutulmuş xüsusi treninqlərin keçirilməsinə başlayıb. Treninqin iştirakçılarına təhsildə informasiya texnologiyalarının imkanları haqqında ümumi məlumat verilir, tədris prosesində İKT-nin tətbiqinin üstün cəhətləri izah olunur. Təcrübə göstərir ki, bir məktəbdə 2-3 müəllim tədrisdə informasiya texnologiyalarının tətbiqinə başlayırsa, həmin təhsil ocağının digər müəllimləri də müvafiq bilikləri əldə etməyə çalışırlar.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı