• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

İyulun 10-da təhsil naziri Mikayıl Cabbarov Təhsil Nazirliyi nəzdində fəaliyyət göstərən idman məktəblərindən “Bakı 2015” I Avropa Oyunlarında uğur qazanmış idmançılarla görüşüb.

Görüş iştirakçılarını salamlayan nazir qeyd edib ki, tarixdə ilk dəfə ölkəmizdə keçirilmiş “Bakı 2015” I Avropa Oyunlarına Azərbaycanın ev sahibliyi etməsi hamımızda böyük qürur hissi doğurub. Azərbaycan Respublikası Prezidentinin böyük diqqət və qayğısı, I Avropa Oyunları Təşkilat Komitəsinin rəhbəri Mehriban xanım Əliyevanın yüksək təşkilatcılıq bacarığı nəticəsində qısa müddət ərzində müasir tələblərə cavab verən müxtəlif idman obyektlərinin tikilib istifadəyə verilməsi, tələb olunan infrastrukturun yaradılması, digər hazırlıq işlərinin görülməsi Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsinə zəmin yaradıb.  I Avropa Oyunları ərəfəsində ölkəmizdə aparılan təşviqat kompaniyası çərçivəsində Təhsil Nazirliyi tərəfindən təşkil olunan kütləvi idman tədbirlərinə diqqət çəkən Mikayıl Cabbarov bildirib ki, müvafiq yarışlar I Avropa Oyunlarının proqramına daxil olan idman növlərinin məktəblilər arasında təbliği, məktəblilərin sağlam həyat tərzinə cəlb olunması, şagirdlərin vətənpərvərlik ruhunda tərbiyə edilməsində bədən tərbiyəsinin və idmanın rolunun artırılması məqsədilə keçirilib. Təsadüfi deyil ki, I Avropa Oyunlarında ölkəmizi təmsil edən idmançılardan 24 nəfəri Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər idman məktəblərinin yetirmələri və həmin məktəblərdə çalışan məşqçi-müəllimlərdir. Onlar 7 idman növü üzrə (atletika, akrobatika gimnastikası,badminton, qılıncoynatma, sambo, sərbəst güləş, stolüstü tennis) mübarizə aparıbar. Qürurverici haldır ki, Azərbaycan idmançıları I Avropa Oyunlarında yüksək nailiyyətlər əldə edərək Avropanın Almaniya, Böyük Britaniya, Fransa, İtaliya kimi ölkələrini geridə qoyub, 21 qızıl, 15 gümüş, 20 bürünc olmaqla, ümumilikdə 56 medal qazanaraq, ölkəmizin bayrağını yüksəklərə qaldırıb, ikinci yeri tutmağa nail olub. Avropa Oyunlarının təşkili və keçirilməsində Təhsil Nazirliyinin təşkilatçılığı ilə 17 ali məktəb və 15 kollecdən 14 minə yaxın tələbə könüllü kimi iştirak edib və müstəsna xidmətlər göstərib. Bütün bunlar nəzərə alınaraq, Təhsil Nazirliyi tərəfindən ali təhsil müəssisələri və kolleclərə təşəkkür məktubları göndərilib. Təhsil naziri deyib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi, könüllülər ölkəmizin bir daha böyük potensiala, insan kapitalına malik olduğunu göstərdilər. Tələbə-könüllülərin fəaliyyətinə I Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva tərəfindən də yüksək qiymət verilib. Könüllülər arasında SABAH qruplarının tələbələrinin uğurlu fəaliyyəti də qeyd olunmalıdır. Cari ilin martından fəaliyyətə başlayan “SABAH-ın könüllüsü” proqramı çərçivəsində Təhsil Nazirliyinin SABAH qruplarındakı könüllülərin “Bakı 2015” I Avropa Oyunlarına dəstəyini nümayiş etdirmək məqsədilə silsilə tədbirlər keçirilib. Könüllülər Avropa Oyunlarının keçirildiyi müddətdə idmançılara və rəsmi şəxslərə kömək edib, tamaşaçılara, əcnəbi qonaqlara, turistlərə və media nümayəndələrinə dəstək göstəriblər. Nazir bildirib ki, I Avropa Oyunlarının təcrübəsini, könüllülərin iştirakını nəzərə alaraq, 5 dekabr 2015-ci il tarixdə-Beynəlxalq könüllülər günündə tələbə-könüllülərin Respublika Forumunun keçirilməsi nəzərdə tutulub. Forumun məqsədi tələbə-könüllülərin təşkilatlanması, beynəlxalq miqyaslı kütləvi tədbirlərin təşkili və keçirilməsində tələbələrin fəal iştirakının təmin olunması, onların bacarıqlarının inkişaf etdirilməsindən ibarətdir. Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən məktəbdənkənar təhsil müəssisələrinin uğurlarından söhbət açan nazir “Bakı 2015” I Avropa Oyunlarında həmin məktəblərin yetirmələrindən olan Amil Qasımovun Sambo idman növü üzrə II, Hacı Əliyevin Sərbəst güləş idman növü üzrə III, Eldar Səfərovun idman gimnastikası üzrə komanda yarışında III yeri tutduğunu nəzərə çatdırıb. İdmançıları təbrik edən Mikayıl Cabbarov onların idman karyeralarında daha parlaq uğurlar qazanacaqlarına ümidvar olduğunu bildirib. “Bakı 2015” I Avropa Oyunlarının əhəmiyyəti haqqında fikirlərini bildirən təhsil nazirinin müavini Firudin Qurbanov ölkəmizdə mövcud olan yüksək səviyyəli idman infrastrukturunun istənilən beynəlxalq yarışı keçirməyə imkan verdiyini nəzərə çatdırıb. Bütün bunlar ölkəmizdə idmana göstərilən dövlət qayğısı və dövlət başçısının şəxsi dəstəyi sayəsində reallaşdırılıb. Azərbaycan Dövlət İqtisad Universitetinin prorektoru Səadət Qəndilova I Avropa Oyunlarında uğur qazanmış idmançıları təbrik edib, tələbə-könüllülərin fəaliyyətini yüksək dəyərləndirib. Sonra hər üç idmançıya Təhsil Nazirliyi tərəfindən Fəxri fərman və qiymətli hədiyyələr təqdim olunub. İdmançılar görüşə və göstərilən diqqətə görə minnətdarlıqlarını ifadə edib, növbəti möhtəşəm idman yarışlarında da ölkəmizi layiqincə təmsil edəcəklərini bildiriblər. Daha sonra təhsil naziri Mikayıl Cabbarov Təhsil Nazirliyinin, ali təhsil müəssisələrinin, kolleclərin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin və Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən məktəbdənkənar təhsil müəssisələrinin I Avropa Oyunlarında fəal iştirak etmiş bir qrup əməkdaşını Fəxri fərmanla təltif edib. Ölkəmizin idman tarixinə qızıl hərflərlə yazılan bu möhtəşəm idman tədbirinin uğurla yekunlaşması üçün verdiyi töhfəyə görə hər kəsə təşəkkürünü bildirən nazir qazanılmış təcrübənin dəyərli olduğunu vurğulayıb.

İyulun 10-da Təhsil Nazirliyində Junior Achievement Azərbaycan təşkilatının həyata keçirdiyi Beynəlxalq Qlobal Biznes Yarışının finalına vəsiqə qazanmış tələbə və şagirdlərlə görüş keçirilib.

Təhsil naziri Misir Mərdanov tədbiri giriş sözü ilə açaraq iştirakçıları salamlayıb. Azərbaycan məktəblilərinin Beynəlxalq Qlobal Biznes Yarışlarında uğurla çıxış etməsini yüksək dəyərləndirən təhsil naziri ölkəmizdə 2000-ci ildən fəaliyyətə başlayan Junior Achievement Azərbaycan təşkilatının ötən illər ərzində ölkəmizin 26 bölgəsində minlərlə şagirdə və 300-dən artıq müəllimə təlim keçdiyini qeyd edib. Misir Mərdanov Təhsil Nazirliyinin bu işi dəstəklədiyini diqqətə çatdıraraq proqramın təşkilatçılarına öz təşəkkürünü bildirib, müvafiq istiqamətdə tədbirlərin davam etdirilməsinin əhəmiyyətini vurğulayıb. Nazir eyni zamanda qeyd olunan yarışın finalına vəsiqə qazanmış Azərbaycan Dövlət Neft Akademiyasını və Bakının 95 saylı məktəbini təmsil edən tələbə və şagirdləri təbrik edib, onlara son mərhələdə də uğurla çıxış etməyi arzulayıb.  Sonra nazir sözü Junior Achievement Azərbaycan təşkilatının icraçı direktoru Vüsal Xanlarova verib. V.Xanlarov “Məktəblərdə iqtisadiyyatın tədrisi proqramı” mövzusunda təqdimat-məruzə edib. Proqramın mahiyyəti, vəzifələri, həyata keçirilən layihələr barədə məlumat verən V.Xanlarov qeyd edib ki, burada əsas məqsəd yuxarı sinif şagirdlərinə iqtisadiyyat və biznesin inkişafı üzrə nəzəri və praktiki biliklər öyrətmək, onlarda işə hazırlıq, maliyyə savadı, sahibkarlıq bacarıqlarını inkişaf etdirməkdir. İcraçı direktor bildirib ki, ölkəmizdə Beynəlxalq Qlobal Biznes Yarışı StatoilHydro Azərbaycan, ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD), Chevron Xəzər, Baker McKenzie, Amerika Ticarət Palatası və Bakcell tərəfindən maliyyələşdirilən, Junior Achievement Azərbaycan təşkilatının həyata keçirdiyi “Məktəblərdə iqtisadiyyatın tədrisi proqramı” çərçivəsində təşkil olunur və yarışın final görüşü cari ilin 16-20 avqust tarixlərində Braziliyanın San Paolo şəhərində baş tutacaq. Tədbirdə iştirak edən bir sıra beynəlxalq təşkilatların rəhbərləri bu layihəni birgə qazanılan uğur adlandıraraq müvafiq istiqamətdə fəaliyyətin və əməkdaşlığın davamlı olacağına inamlarını ifadə ediblər. Sonda yarışın final mərhələsinə vəsiqə qazanan qaliblərə sertifikatlar təqdim olunub.

Sentyabrın 5-də "Gülüstan" sarayında rəhbər təhsil işçilərinin ənənəvi respublika konfransı keçirilib.

       Konfransda Baş nazirin müavini Elçin Əfəndiyev, Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov, Prezident Administrasiyası humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə, xarici işlər nazirinin müavini, Azərbaycan Diplomatik Akademiyasının rektoru Hafiz Paşayev, Yeni Azərbaycan Partiyası sədrinin müavini - icra katibi Əli Əhmədov, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, deputatlar, nazirlik və dövlət komitələrinin nümayəndələri, Azərbaycanda fəaliyyət göstərən beynəlxalq qurumların təmsilçiləri, ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərləri, rayon və şəhər təhsil şöbələrinin müdirləri iştirak ediblər.        İştirakçılar əvvəlcə Azərbaycan təhsilinin nailiyyətlərindən bəhs edən kitab sərgisinə baxıblar.        Aparıcıları uşaq parlamentinin üzvləri olan konfransda məktəblilərin ifasında Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib, təhsil sahəsində dövlət siyasətini əks etdirən videoçarx nümayiş etdirilib.        "2008-2009-cu dərs ilinin yekunları və 2009-2010-cu dərs ilində qarşıda duran vəzifələr" mövzusunda məruzə ilə çıxış edən təhsil naziri Misir Mərdanov ölkəmizdə təhsilin inkişafı üçün hərtərəfli şərait yaradıldığını vurğulayaraq bildirib ki, son illər respublikanın təhsil sistemində davamlı inkişafa yönəlmiş əsaslı infrastruktur dəyişikliklərinin baş verməsi, inkişafyönümlü proqram və layihələrin həyata keçirilməsi dövlətimizin başçısının təhsilə müntəzəm diqqət və qayğısı sayəsində mümkün olub. Ölkə Prezidentinin bu yaxınlarda imzaladığı "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələri qaliblərinin mükafatlandırılması haqqında Sərəncamından söz açan Misir Mərdanov qeyd edib ki, dövlətimizin başçısı cari ildə də təhsil sahəsini diqqət mərkəzində saxlayıb, bir neçə istiqamət üzrə dövlət proqramları təsdiq edilib. Nazir deyib ki, dünyanı cənginə almış iqtisadi böhrana baxmayaraq Azərbaycan hökuməti təhsilin inkişafına əvvəlki illə müqayisədə 238 milyon manat çox vəsait ayırıb, 2008-2009-cu illərdə 247 nəfər təhsil işçisi müxtəlif fəxri adlara, o cümlədən 154 nəfər "Azərbaycan Respublikasının əməkdar müəllimi" adına layiq görülüb.        Ötən il YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ilk dəfə ölkəmizdə keçirilən "Dünyada savadlılığın dəstəklənməsi" mövzusunda YUNESKO-nun regional konfransından söz açan nazir tədbirdə dünyanın 150-dən çox ölkəsini təmsil edən ekspertlərin iştirak etdiyini bildirib.        "Təhsil haqqında" Qanunun qəbul olunmasından, məktəbəqədər təhsildən, orta təhsilin vəziyyətindən, məktəb tikintisindən, Azərbaycan məktəblilərinin beynəlxalq olimpiadalarda qazandığı uğurlardan, məktəblərin infrastrukturunun yeniləşdirilməsi və təhsilin inkişafı sahəsində Heydər Əliyev Fondunun xidmətlərindən, xüsusi istedada malik uşaqların yaradıcılıq potensialının inkişafı naminə görülən işlərdən, vahid məktəbli formasının tətbiqindən, tədris ocaqlarının dərsliklərlə təminatıdan, məktəblərdə İKT-nin tətbiqi ilə bağlı həyata keçirilən kompleks tədbirlərdən, azərbaycanlı gəncılərin xaricdə təhsil almasına göstərilən dövlət qayğısından və digər vacib məsələlərdən geniş şəkildə bəhs edən nazir çıxışını təhsil sisteminin ayrı –ayrı sahələrinə dair konkret rəqəmlərlə əsaslandırıb.        Daha sonra çıxış edən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın təqaüdçüsü, Mərkəzi Bankın departament direktoru Emin Hüseynov, Nərimanov rayonundakı 182 nömrəli körpələr evi-uşaq bağcasının müdiri Ulduz Məmmədova, Bakı şəhər 6 nömrəli məktəb-liseyinin ibtidai sinif müəllimi Gülşən Orucova, "Azərbaycanda peşə təhsilinin təkmilləşdirilməsi" layihəsinin eksperti Fuad Dərgahlı, texnika elmləri doktoru Sübhan Namazov, 23 nömrəli orta məktəbin müəllimi Solmaz Abdullayeva Azərbaycan təhsilinin keçdiyi inkişaf yoluna nəzər salıb, mövcud problemlər, qarşıda duran vəzifələr haqqında fikirlərini bildirib, təklif və tövsiyyələrini nəzərə çatdırıblar.        Sonda 2008-2009-cu dərs ilində ilk dəfə keçirilmiş "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələrinin qaliblərindən bəhs edən "İlk 50 ən yaxşı məktəb, 100 ən yaxşı müəllim" kitabı nominantlara təqdim edilib.

“2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” və 2010-cu ilin Təhsil Nazirliyi tərəfindən “Təhsildə İKT ili” elan olunması çərçivəsində “Elektron təhsil” Respublika müsabiqəsi keçirilir.

“2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” və 2010-cu ilin Təhsil Nazirliyi tərəfindən “Təhsildə İKT ili” elan olunması çərçivəsində “Elektron təhsil” Respublika müsabiqəsi keçirilir. Müsabiqəyə 494 layihə təqdim olunub. “Elektron təhsil” Respublika müsabiqəsi Microsoft Azərbaycan, Intel korporasiyasının “Gələcək üçün təhsil” proqramı, AZEDUNET, Ultra, Azerfon-Vodafone, HP və “Mədəd” təşkilatları tərəfindən dəstəklənir. Müsabiqə “Müasir məktəbdə elektron tədris resursları” və “Təhsildə internet texnologiyaları” istiqamətləri üzrə təşkil edilib. “Müasir məktəbdə elektron tədris resursları” istiqamətinin “Fənlərin tədrisində informasiya texnologiyalarından istifadə üzrə ən yaxşı metodika” nominasiyası üzrə 168, “İbtidai təhsil sistemində informasiya texnologiyalarından istifadə üzrə ən yaxşı metodika” nominasiyası üzrə 106, “Elektron tədris vəsaitlərindən istifadə edilməklə qurulan tədris prosesinin ən yaxşı modeli” nominasiyası üzrə isə 177 layihə təqdim olunub. “Təhsildə internet texnologiyaları” istiqamətinin “Təhsildə internet resursları” nominasiyası üzrə 30, “Müəllimlərin bloqları” nominasiyası üzrə isə 13 layihə verilib. Məlumat üçün qeyd edək ki, müsabiqənin keçirilməsində əsas məqsəd elektron tədris resurslarından, internet texnologiyalardan tədris prosesində istifadəni genişləndirmək, bu sahədə təhsil ictimaiyyətini məlumatlandırmaq, tədris məqsədləri üçün internetdən istifadənin yeni formalarını üzə çıxarmaq, informasiya texnologiyalarından fəal istifadə edən müəllimləri həvəsləndirməkdən ibarətdir. Müsabiqəyə təqdim edilən layihələr üzrə iki mərhələdə keçirilən səsverməni peşəkarlardan və mütəxəssislərdən ibarət olmaqla Təhsil Nazirliyi tərəfindən müəyyən olunan Münsiflər Heyəti aparacaq, 5 nominasiyanın hər biri üzrə qalib gələnlərə noutbuk, netbuk və digər xüsusi mükafatlar veriləcək.

Mayın 18-də Azərbaycan Hökuməti və Dünya Bankı tərəfindən həyata keçirilən “Dövlət İnvestisiyaları üzrə Kadr Potensialının Gücləndirilməsi Layihəsi” çərçivəsində təşkil olunan təlim kursunun açılış mərasimi keçirilib.

Tədbiri GRBS təlim şirkətinin Beynəlxalq peşəkar kvalifikasiyalar departamentinin direktoru Sübhan Qasımlı açaraq təlim kursunun vəzifələri və iştirak qaydaları haqqında məlumat verib. S.Qasımlı iştirakçıları GRBS şirkətinin beynəlxalq maliyyə hesabatları ilə bağlı nəşr etdiyi təlim vəsaiti ilə tanış edib. “Dövlət İnvestisiyaları üzrə Kadr Potensialının Gücləndirilməsi Layihəsi”nin  təlimlər üzrə müşaviri Araz Paşayev layihənin və kursun vacibliyini, beynəlxalq əhəmiyyətini qeyd edərək iştirakçılara fəal, səmərəli təlim arzulayıb. Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsinin müdiri, “Dövlət İnvestisiyaları üzrə Kadr Potensialının Gücləndirilməsi Layihəsi”nin milli əlaqələndiricisi Fərzəli Qədirov, Təhsil Sektorunun İnkişafı üzrə Layihənin Əlaqələndirmə Qrupunun rəhbəri Elvin Rüstəmov layihə haqqında geniş məlumat verib, layihənin məqsədi-benefisiarlar qismində seçilmiş təşkilatlarda institusional dəyişikliklərə nail olunması və ünvanlı təlimlərin təşkili, davamlı təlim sisteminin yaradılması vasitəsilə dövlət investisiyaları üzrə kadr potensialının gücləndirilməsi barədə fikirlərini bildiriblər. Nəzərə çatdırılıb ki, layihə dörd komponentdən-ümumi mövzular üzrə potensial quruculuğu, sektorlar üzrə potensial quruculuğu, potensial quruculuğunu dəstəkləyən fəaliyyətlər və layihənin icrasından ibarətdir. Qeyd edək ki, layihə dövlət investisiyaları ilə fəaliyyət göstərən strukturların kadr potensialının gücləndirilməsinə yönəlib. Layihənin icraçı agentliyi kimi Azərbaycan Respublikasının Təhsil Nazirliyi seçilib. Layihə 3 noyabr 2009-cu il tarixdən qüvvəyə minib. Layihənin ümumi dəyərini 10 milyon ABŞ dolları təşkil edir ki, bunun da 8 milyonu Dünya Bankı, 2 milyonu isə Azərbaycan Hökuməti tərəfindən ödənilib. Beynəlxalq Maliyyə Hesabatları Standartları üzrə təlimdə Nəqliyyat Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, «Azəryolservis» ASC, «Azərsu» ASC, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC, Azərbaycan Dövlət Dəmir Yolları QSC, «Azərenerji» ASC və digər dövlət qurumlarının mühasibləri və maliyyə mütəxəssisləri iştirak edəcəklər. Təlim kursu mütəxəssislərin beynəlxalq maliyyə hesabatları standartları üzrə beynəlxalq attestasiyadan keçmələrinə imkan yaradacaq və bu sahədə kadr potensialının gücləndirilməsinə, təşkilatların iş prinsiplərinin təkmilləşdırilməsinə təkan verəcəkdir.

2009-2010-cu tədris ilində ölkəmizin orta ümumtəhsil məktəblərinin buraxılış (XI, XII) siniflərində 104037 şagird təhsil alır.

Müqayisə üçün qeyd edək ki, bu göstərici 2007-ci ildə 116812, 2008-ci ildə 117535, ötən il isə 113186 nəfər olub. Ümumtəhsil məktəblərinin XII sinfini başa vuran şagirdlər 2007-ci ildə 524, 2008-ci ildə 311, 2009-cu ildə 637 nəfər olduğu halda, bu il onların sayı 720 nəfər təşkil edir. 2009-2010-cu dərs ilində I sinif şagirdlərinin sayı 118581 nəfər olub. Bu göstərici 2007-ci ildə 117921, 2008-ci ildə isə 119600 nəfər təşkil edib. 2010-2011-ci tədris ilində isə ümumtəhsil məktəblərinin I sinfinə 123844 şagirdin qəbul olunacağı proqnozlaşdırılır. Bu il Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisələrində 95145 tələbə təhsil alır. Onlardan 88023 nəfər bakalavr, 7122 nəfər magistr pilləsində oxuyur. Təhsil Nazirliyinin tabeliyindəki ali məktəblərin son kurslarında 22814 nəfər tələbə təhsil alır ki, onların da 20062 nəfərini bakalavriatlar, 2752 nəfərini isə magistrlər təşkil edir. Özəl ali təhsil müəssisələrində oxuyan 21878 tələbədən 21260-ı bakalavriat, 618-i isə magistrdir. Onlardan son kurslarda 6297 nəfər bakalavriat, 269 nəfər magistr təhsil alır.

Mayın 19-da Əl Oyunları Sarayında Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə “Təhsil, Zaman və Biz” adlı sərgi keçirilib.

İlk dəfə belə geniş şəkildə keçirilən sərgidə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil, məktəbəqədər və məktəbdənkənar təhsil müəssisələrinin nailiyyətləri 44 müxtəlif bölmə üzrə nümayiş etdirilib. Sərginin açılış mərasimində Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov, Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Səttar Mehbalıyev, Milli Məclisin sədr müavini Bahar Muradova, Ombudsman Elmira Süleymanova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva iştirak ediblər. Qonaqları və sərgi iştirakçılarını salamlayan Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş təhsil islahatlarının ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini nəzərə çatdırıb. Son illərdə Heydər Əliyev Fondunun təhsil sahəsinin inkişafına verdiyi layiqli töhfələrdən söz açan N.Rzaquliyeva belə tədbirlərin gələcəyimiz olan uşaqların hərtərəfli inkişafında mühüm əhəmiyyətə malik olduğunu bildirib. Sonra məktəblilər mahnı və rəqslər ifa ediblər. Qonaqlar sərgidə nümayiş olunan işlərlə tanış olublar. Media nümayəndələrinin suallarını cavablandıran təhsil naziri Misir Mərdanov ilk təşəbbüs olan sərginin yaxşı təşkil olunduğunu bildirib. Nazir uyğun tədbirlərin davamlı xarakter almasının, daha çox təhsil ocaqlarını əhatə etməsinin mümkünlüyünü nəzərə çatdırıb.

İyulun 24-də Təhsil Nazirliyində “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində dünyanın nüfuzlu ali məktəblərinə qəbul olunan tələbələrlə görüş keçirilib.

Görüşü giriş sözü ilə təhsil nazirinin müavini Elmar Qasımov açaraq qeyd edib ki, ölkə Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” 2007-ci ildən etibarən Təhsil Nazirliyi tərəfindən uğurla həyata keçirilməkdədir. E.Qasımov mühüm əhəmiyyətə malik olan bu proqramın Azərbaycan gənclərinin müasir tələblər səviyyəsində ali təhsil almaları üçün lazımi şəraitin yaradılmasına, istedadlı gənclərin dünyanın aparıcı ölkələrində prioritet ixtisaslar üzrə təhsil almaq imkanlarının genişləndirilməsi prosesinin mütəşəkkilliyinin və səmərəliliyinin artırılmasına xidmət etdiyini diqqətə çatdırıb. Təhsil nazirinin müavini hələ ötən əsrin 70-80-ci illərində ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə azərbaycanlı gənclərin keçmiş SSRİ-nin ən nüfuzlu ali məktəblərinə təhsil almağa göndərildiyini və həmin siyasətin bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edib, dövlət başçısının təhsil sahəsinə xüsusi diqqət və qayğı ilə yanaşdığını vurğulayıb. E.Qasımov 2007-2008-ci tədris ilində Dövlət Proqramı çərçivəsində xaricdə təhsil alan 7 nəfərin artıq məzun olaraq Azərbaycana dönüb iş fəaliyyətinə başlaması, ölkəmizdə ehtiyac duyulan ixtisaslar üzrə 2008-2009-cu tədris ilində dünyanın yüksək reytinqə malik olan 81 ali məktəbində təhsilin müxtəlif pillələrində 186 nəfər azərbaycanlı gəncin təhsil alması və başa çatan tədris ilində onlardan 35 nəfərinin məzun olacağı barədə görüş iştirakçılarına məlumat verib. Nazir müavini həmçinin 2009-2010-cu tədris ilində Dövlət Proqramı çərçivəsində təhsil alacaq gənclərin sayının iki dəfə artırılmasının nəzərdə tutulduğunu, gənclərin xaricdə təhsilinin təşkilində Təhsil Nazirliyi ilə birgə İqtisadi İnkişaf Nazirliyi və Dövlət Neft Fondu tərəfindən lazımi tədbirlər görüldüyünü də diqqətə çatdırıb. Çıxışının sonunda E. Qasımov tələbələrə təhsil aldıqları ölkələrdə respublikamızı layiqincə təmsil etməyi tövsiyə edib, onları azərbaycançılıq ideyalarının, Azərbaycan həqiqətlərinin dünyada yayılması işində fəal olmağa səsləyib, gənclərin təhsildə uğur qazanacaqlarına əminliyini bildirib. Görüşdə iştirak edən İqtisadi İnkişaf Nazirliyi və Dövlət Neft Fondunun nümayəndələri dünyanın nüfuzlu ali məktəblərində təhsil almaq imkanı qazanan tələbələrə, onların valideynlərinə xoş arzularını çatdırıb və ölkəmizin gələcək inkişafında layiqli kadr kimi onların mühüm rol oynayacağından söz açıblar. Sonda xarici ölkələrin ali məktəblərindən məzun olmuş və Dövlət Proqramı çərçivəsində qəbul edilmiş tələbələr yaradılan şəraitə görə dövlətimizin başçısına təşəkkür edib və bu etimadı doğrultmağa çalışacaqlarını bildiriblər.

Mayın 20-də təhsil naziri Misir Mərdanov Misir Ərəb Respublikasının ali təhsil nazirinin birinci müavini Məhəmməd Cabir Əbu Ali, bu ölkənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Sabir Əbdülqədir Mənsur və Misir Mədəniyyət Mərkəzinin direktoru Adel Darvişlə görüşüb.

Qonaqları səmimi salamlayan təhsil naziri öncə Misirlə Azərbaycan arasındakı hərtərəfli əlaqələrdən söz açaraq təhsil sahəsində mövcud olan geniş əməkdaşlıq istiqamətlərindən danışıb. Nazir bildirib ki, qədim tarixi köklərə malik olan Azərbaycan-Misir əlaqələri başqa sahələrdə olduğu kimi, təhsil sahəsində də yüksələn xətt üzrə inkişaf etməkdədir. Misir Ərəb Respublikası ilə təhsil əlaqələrinin müxtəlif istiqamətlər üzrə aparıldığını qeyd edən nazir tələbə mübadiləsi məsələsinə də toxunub. Misir Mərdanov bildirib ki, hazırda ölkəmizin ali məktəblərində 29 nəfər Misir Ərəb Respublikasının vətəndaşı təhsil alır, onlardan 26-sı magistratura və aspirantura səviyyələrində dövlət xətti ilə oxuyur. Eyni zamanda nazir Misir tərəfinin 2010-2011-ci tədris ilində daha 11 vətəndaşının Azərbaycanda dövlət xətti üzrə təhsil alması təklifi ilə Təhsil Nazirliyinə müraciət etdiyini diqqətə çatdırıb. Misir Mərdanov məlumat verib ki, bu ölkənin ali məktəblərində 21 azərbaycanlı tələbə təhsil alır. Nazir ali təhsil müəssisələri arasında qurulan əməkdaşlıqdan da söz açıb,  bir müddət öncə əldə edilən müvafiq razılaşmaya əsasən Azərbaycan Dövlət Neft Akademiyasının Misir Ərəb Respublikasında filialının açılması üzrə məsələyə də toxunub. Misir Mərdanov iki ölkə arasındakı əlaqələrdə təhsil sahəsinin böyük rolu olduğunu önə çəkərək Misir Ərəb Respublikasının ali təhsil nazirinin birinci müavinin Azərbaycana səfərinin bu əməkdaşlığın daha da genişləndirilməsinə öz töhfəsini verəcəyini əminliklə vurğulayıb. Səmimi qəbul üçün minnətdarlığını bildirən səfir Sabir Əbdülqədir Mənsur ölkələr arasındakı ikitərəfli təhsil əlaqələrinin səmərəliliyinin artırılması və daha da inkişaf etdirilməsi baxımından görülən işləri qeyd edib, tələbə mübadiləsinin genişləndirilməsi və bu istiqamətdə nəzərdə tutulan məsələlərdən danışıb. Ali təhsil nazirinin birinci müavini Məhəmməd Cabir Əbu Ali çıxış edərək, öncə Misir Ərəb Respublikasının ali təhsil nazirinin səmimi salamlarını çatdırıb. Məhəmməd Cabir Əbu Ali ötən gün Azərbaycanın ali məktəb rektorları ilə görüşdə müzakirə olunan istiqamətlərə diqqət çəkib, bu görüşün əməkdaşlıq üzrə yüksək əhəmiyyəti olduğunu vurğulayıb. Daha sonra qonaq Azərbaycan Dövlət Neft Akademiyasının Misirin Süveyş Kanalı Universitetinin nəzdində filialının açılmasının nəzərdə tutulduğundan, bununla bağlı görüləcək işlərdən söz açıb. Ali təhsil nazirinin birinci müavini Misir - Azərbaycan ali təhsil əlaqələrinin, tələbə mübadiləsinin inkişaf etdirilməsinin önəmli olduğunu bildirib. Çıxışının sonunda Məhəmməd Cabir Əbu Ali Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndə heyətini öz ölkəsinə rəsmi səfərə dəvət edib. Misir Mədəniyyət Mərkəzinin direktoru Adel Darviş Təhsil Nazirliyi tərəfindən göstərilən dəstək üçün təşəkkürünü bildirib və mövcud əməkdaşlığın genişlənəcəyinə ümidvar olduğunu qeyd edib. Səmimi və qarşılıqlı anlaşma şəraitində keçən görüşdə tərəflər təhsil sahəsində əlaqələrin inkişafı üzrə digər məsələlər ətrafında da müzakirələr aparıblar.

Mayın 20-də təhsil naziri Misir Mərdanov “Ümumtəhsil məktəblərində “Son zəng” tədbirinin keçirilməsi haqqında” əmr imzalayıb.

Əmrə əsasən “Son zəng” tədbiri 31 may 2010-cu il tarixdə saat 10:00-dan başlayaraq üç saat müddətində yalnız təhsil müəssisəsinin ərazisində keçiriləcək. Əmrdə ölkəmizin ümumtəhsil məktəblərində təşkil olunan “Son zəng” tədbirində valideyn komitələri, valideyn-müəllim assosiasiyaları və ictimaiyyət nümayəndələrinin iştirakının təmin edilməsi nəzərdə tutulub. Eyni zamanda əmrdə  Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon (şəhər) təhsil şöbələrinə “Son zəng”in məzmunlu keçirilməsi ilə bağlı təşkilati işlərin vaxtında başa çatdırılması, şagirdlərin təhlükəsizliyinin təmin edilməsi  məqsədilə zəruri tədbirlərin görülməsinə dair tapşırıqlar verilib.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı