• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Mayın 18-də Azərbaycan Hökuməti və Dünya Bankı tərəfindən həyata keçirilən “Dövlət İnvestisiyaları üzrə Kadr Potensialının Gücləndirilməsi Layihəsi” çərçivəsində təşkil olunan təlim kursunun açılış mərasimi keçirilib.

Tədbiri GRBS təlim şirkətinin Beynəlxalq peşəkar kvalifikasiyalar departamentinin direktoru Sübhan Qasımlı açaraq təlim kursunun vəzifələri və iştirak qaydaları haqqında məlumat verib. S.Qasımlı iştirakçıları GRBS şirkətinin beynəlxalq maliyyə hesabatları ilə bağlı nəşr etdiyi təlim vəsaiti ilə tanış edib.
“Dövlət İnvestisiyaları üzrə Kadr Potensialının Gücləndirilməsi Layihəsi”nin  təlimlər üzrə müşaviri Araz Paşayev layihənin və kursun vacibliyini, beynəlxalq əhəmiyyətini qeyd edərək iştirakçılara fəal, səmərəli təlim arzulayıb.
Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsinin müdiri, “Dövlət İnvestisiyaları üzrə Kadr Potensialının Gücləndirilməsi Layihəsi”nin milli əlaqələndiricisi Fərzəli Qədirov, Təhsil Sektorunun İnkişafı üzrə Layihənin Əlaqələndirmə Qrupunun rəhbəri Elvin Rüstəmov layihə haqqında geniş məlumat verib, layihənin məqsədi-benefisiarlar qismində seçilmiş təşkilatlarda institusional dəyişikliklərə nail olunması və ünvanlı təlimlərin təşkili, davamlı təlim sisteminin yaradılması vasitəsilə dövlət investisiyaları üzrə kadr potensialının gücləndirilməsi barədə fikirlərini bildiriblər. Nəzərə çatdırılıb ki, layihə dörd komponentdən-ümumi mövzular üzrə potensial quruculuğu, sektorlar üzrə potensial quruculuğu, potensial quruculuğunu dəstəkləyən fəaliyyətlər və layihənin icrasından ibarətdir.
Qeyd edək ki, layihə dövlət investisiyaları ilə fəaliyyət göstərən strukturların kadr potensialının gücləndirilməsinə yönəlib. Layihənin icraçı agentliyi kimi Azərbaycan Respublikasının Təhsil Nazirliyi seçilib. Layihə 3 noyabr 2009-cu il tarixdən qüvvəyə minib. Layihənin ümumi dəyərini 10 milyon ABŞ dolları təşkil edir ki, bunun da 8 milyonu Dünya Bankı, 2 milyonu isə Azərbaycan Hökuməti tərəfindən ödənilib.
Beynəlxalq Maliyyə Hesabatları Standartları üzrə təlimdə Nəqliyyat Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, «Azəryolservis» ASC, «Azərsu» ASC, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC, Azərbaycan Dövlət Dəmir Yolları QSC, «Azərenerji» ASC və digər dövlət qurumlarının mühasibləri və maliyyə mütəxəssisləri iştirak edəcəklər. Təlim kursu mütəxəssislərin beynəlxalq maliyyə hesabatları standartları üzrə beynəlxalq attestasiyadan keçmələrinə imkan yaradacaq və bu sahədə kadr potensialının gücləndirilməsinə, təşkilatların iş prinsiplərinin təkmilləşdırilməsinə təkan verəcəkdir.


10 il əvvəl