• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Azərbaycanda dövlət siyasətinin təməlində əhalinin sosial rifahının yaxşılaşdırılması dayanır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, dövlət qurumlarının rəhbərləri şəhər və rayonlarda ictimaiyyət nümayəndələri ilə görüşlər keçirirlər. Fevralın 5-də təhsil naziri Mikayıl Cabbarov Beyləqanda ictimaiyyət nümayəndələri ilə görüşüb. Görüşdən əvvəl ümummilli lider Heydər Əliyevin Beyləqan şəhərinin mərkəzində ucaldılmış abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülüb. Mədəniyyət sarayında keçirilən görüşdə rayonun idarə, müəssisə və təşkilatlarının, hüquq mühafizə orqanlarının rəhbərləri, sahibkarlar və ictimaiyyət nümayəndələri iştirak ediblər. Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayev görüşdə çıxış edərək, son illərdə rayonda görülən işlərdən, müxtəlif sahələrdə, o cümlədən aqrar sektorda əldə olunan uğurlardan danışıb. Bildirib ki, Prezident İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına göstərdiyi diqqət və qayğı nəticəsində Beyləqanda geniş quruculuq işləri aparılıb, infrastruktur layihələri həyata keçirilib, yeni iş yerləri açılıb. Qeyd edilib ki, Beyləqanda heyvandarlığın, taxılçılığın və pambıqçılığın inkişafı üçün geniş imkanlar var. Görüşdə çıxış edən təhsil naziri Mikayıl Cabbarov bildirib ki, Prezidentin tapşırığı ilə bölgələrdə keçirilən görüşlərin əsas məqsədi sakinləri dinləmək, onların fikir və təkliflərini öyrənmək, qaldırılan məsələlərin həllinə nail olmaqdır. Əsasını ulu öndər Heydər Əliyevin qoyduğu və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən sosial-iqtisadi siyasətdən danışan nazir diqqətə çatdırıb ki, müharibə şəraitində yaşamasına, bir milyondan çox qaçqın və məcburi köçkünün olmasına baxmayaraq, Azərbaycanda bütün sahələrdə tərəqqiyə nail olunub. Paytaxtla yanaşı, bölgələr də inkişaf edib. Üç minə yaxın məktəb, yüzlərlə xəstəxana tikilib, minlərlə kilometr yol çəkilib, infrastruktur layihələri həyata keçirilib, geniş quruculuq işləri aparılıb. Bütün bunlar sübut edir ki, Azərbaycanda aparılan dövlət siyasətinin təməlində məhz əhalinin sosial rifahının yaxşılaşdırılması dayanır. Qeyd olunub ki, ərzaq təhlükəsizliyinin təmin edilməsi, kənd təsərrüfatı məhsullarının istehsalının artırılması üçün torpaqlardan səmərəli istifadə xüsusi önəm daşıyır. Bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi vacib şərtdir. Təhsil naziri ictimaiyyət nümayəndələrini müzakirələrdə fəal olmağa, problemlərin həlli, rayonun potensialından dolğun istifadə edilməsi üçün təkliflər verməyə çağırıb. İctimaiyyət nümayəndələri və sahibkarlar göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirib, pambıqçılığın inkişafı, pambıq istehsalçılarına subsidiyaların verilməsi, qış otlaq torpaqlarından icarəyə götürülmüş sahələrin əkin dövriyyəsinin 30-40 faizə çatdırılması, uyğunlaşdırılmış binalarda fəaliyyət göstərən məktəblər üçün yeni binaların tikilməsi və əsaslı təmiri ilə bağlı təkliflər irəli sürüblər. Nazir qaldırılan məsələlərin araşdırılacağını və lazımi tədbirlər görüləcəyini bildirib. Görüşdə Milli Məclisin deputatları Çingiz Qənizadə və Şahin İsmayılov iştirak ediblər.   AZƏRTAC

“Elmi kiçik əyləncələrə qurban vermək olmaz” – “Uğur formulu”

Təhsil Nazirliyi və Lent.az informasiya agentliyinin birgə layihəsi . "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” təqaüdçülərini tanıdan “Gəncliyin uğur formulu” layihəsinin qonağı Kanadanın Toronto Universitetinin tələbəsi Nicat Əhmədzadədir  N.Əhmədzadə Kanadanın Toronto Universitetində iqtisadiyyat ixtisası üzrə bakalavriat səviyyəsində təhsilini davam etdirir.  - Xaricdə təhsil sizə nə verir? Ümidlərinizi doğruldurmu?  - Xarici ölkədə təhsil almağım mənə bir çox üstünlüklər qazandırır. Dünyanın ən yaxşı universitetlərindən birində oxumaq qürurverici olmaqla yanaşı, həm də məsuliyyətlidir. Həmçinin, yaxşı təhsil almaq və ixtisası dərindən öyrənmək zövqvericidir. Ümidləri doğrultmaq məsələsinə gəldikdə isə, deyə bilərəm ki, “artıqlaması ilə”. Belə ki, tanınmış professorlardan dərs almaq sadəcə çox gözəl və möhtəşəm bir hissdir.  - İxtisasınızla bağlı ilk mərhələdə hansı kitabları seçmisiniz?  - İlk semestrdə götürdüyüm dərslərin hamısı ixtisas fənləri olduğundan elə həmin fənlərin dərs kitablarını əsas material kimi istifadə etmişəm. Bundan əlavə, onlayn resursların da ilk aylarda çox köməyi dəyib. İndi də bəzən ehtiyac olanda istifadə edirəm. Əsasən, dünyaca məşhur khanacademy-ni (https://www.khanacademy.org/) ixtisasından asılı olmayaraq bütün tələbələrə məsləhət görərdim. Ümid edirəm ki, gələcəkdə ixtisasım haqda dərin biliyə sahib olduqdan sonra maraq dairəmi  genişləndirərək ixtisasımla əlaqəli daha çox ədəbiyyat oxuya biləcəyəm.  - Fərqli ölkə və təhsil mühitini gördükdən sonra əvvəl oxuduğunuz ali məktəbdə nəyin dəyişməsini arzulayardınız?  - Əslində hesab etmirəm ki, hazırda oxuduğum Toronto Universiteti və 1 il təhsil aldığım Qafqaz Universiteti arasında sırf təhsil baxımından böyük fərq var. Bu səbəbdən bura yeni gələndə də bu barədə düşünmüş və niyə dünya reytinqində və universitetlərin uğurları arasında bu qədər fərq yarandığını araşdırmağa çalışmışdım. Sonda bu nəticəyə gəldim ki, əsas məsələ təhsil sistemi ilə əlaqəlidir.  Bizim təhsil sistemində əzbərçilik mühüm yer tutur, ancaq aparıcı universitetlərdə dərsi başa düşmək əsasdır. Məsələn, riyaziyyat imtahanı zamanı son vərəqdə bütün düsturlar yazılır, ancaq əsas məsələ hansı düsturun necə istifadə olunmasını bilməkdən ibarətdir. İnanın ki, dərsi tam başa düşməyən tələbə o düsturlara baxsa da, məsələləri həll edə bilmir.  Növbəti məsələ isə tələbə həyatıdır. Burda bütün gününü universitetdə keçirməyə şərait var. Universitet tələbələrə tam sərbəstlik verir. Bizim universitetlərdə böyük bəla olan “qayıb” anlayışı burda yoxdur. Niyə də olsun? Tələbə imtahan verəcək sonunda.  Düşünürəm ki, müəllimlərin əsas vəzifələrindən biri tələbəyə kömək etməkdir. Bəzi hallarda kobud davranmaq və ya özünü tələbədən üstün tutmaq sadəcə mənasızdır. Əsl müəllim kömək istəyəndə və ya nə isə soruşanda səmimi davranır, kömək etməyə çalışır.  Müəllim-tələbə münasibətlərində hər hansı neqativ hal isə tədris mühitinə mənfi təsir göstərir, tələbələr universiteti sevmirlər və həvəslənmirlər. Belə olduqda isə yüksək akademik göstəricidən söhbət gedə bilməz.  Bu fikirləri deməklə mən universitetlərimizi pisləmək istəmirəm. Sadəcə olaraq bəzi kiçik problemlər aradan qaldırılmalıdır.  - Təhsil aldığınız ölkəyə Azərbaycanla bağlı hansı materialları aparmısınız?  - Düzünü deyim ki, bura Azərbaycanla bağlı gətirdiyim yalnız ölkəmə bağlılığım və doğma Vətənə olan hisslərimdir. Məncə elə əsas olan da budur. Mən məhz şəxsi biliklərim və ölkəmizin zəngin tarixi-mədəni potensialına istinad etməyim sayəsində burda bir çox tələbəyə Azərbaycanı tanıtmışam. Etnik mənşəyimizdən tutmuş, sərhədlərimizə, coğrafiyamıza və problemlərimizə qədər danışmışam, bacardığım qədər Vətənimi təbliğ etmişəm. Məncə xarici ölkədəki hər bir soydaşımızın da başlıca vəzifəsi bu olmalıdır.  - Azərbaycan gənclərinə, ölkəmizdəki dostlarınıza, həmyaşıdlarınıza nə demək istərdiniz?  - Məncə tam aydındır ki, indi elm dövrüdür. Belə ki, yalnız elmlə ölkəmizi dünyada tanıda, Azərbaycanın inkişafına töhfə verə bilərik. Mən çox təəssüflənirəm ki, bizim dünyaca məşhur alimlərimiz, yazıçılarımız barmaqla sayıla biləcək qədərdir. Axı nə üçün kiçik ölkə Sent Lüsiyadan (Derek Uolkot), Nigeriyadan (Vole Şoyinka), ya da Belarusdan (Svetlana Aleksyeviç) ədəbiyyat üzrə Nobel mükafatçısı var, ancaq Azərbaycandan yox!? Banqladeşli iqtisadçı Nobel sülh mükafatı laureatı Məhəmməd Yunus da başqa bir misaldır. Yəni, bir sözlə, gənclərimizə və dostlarıma elmi sevməyi, onu kiçik əyləncələrə görə qurban verməməyi məsləhət görürəm. Əgər bu sahədə istedadınız varsa, məhv olmasına imkan verməyin. Bəlkə də məhz iradə zəifliyinə görə, heç özləri də bilmədən neçə-neçə istedad məhv olur. Sonda fikrimi Məhəmməd peyğəmbərin sözü ilə yekunlaşdırmaq istərdim: “Elm Çində belə olsa, arxasınca gedin”.  - Oxuduğunuz ali məktəbdə müəllim-tələbə münasibəti necədir?  - Qeyd etdiyim kimi, burda müəllim-tələbə münasibətləri ideala yaxındır. Müəllimlər maksimum dərəcədə tələbəyə köməkçi olmağa çalışırlar. Sırf bunun üçün “office hour”lar mövcuddur.  - Universitetdə əcnəbi tələbələrə münasibətdən razısınızmı?  - Mən bura gəlməzdən əvvəl bilmirdim ki, Ontario əyalətinin və ümumiyyətlə Kanadanın cənubunun böyük hissəsini 1970-80-cı illərdə bura gəlmiş immiqrantlar təşkil edir. Yaşadığım şəhərdə yerli kanadalı tapmaq müşkülə çevrilib. Burda bir çox millətlərin nümayəndəsini bir arada görmək olar. Belə ki, öz vətəndaşlarının əcnəbi olduğu şəhərdə əcnəbi tələbə olmaq elə də çətin olmur. Hətta deyərdim ki, o qədər çinli və hindistanlı var ki, kanadalıya ən çox elə biz - azərbaycanlı tələbələr bənzəyirik.  - Xarici ölkədən Azərbaycan təhsilini necə görürsünüz?  - Əvvəldə qeyd etdiyim kimi, sırf təhsil cəhətdən bizim geridə olduğumuzu sanmıram. Elə bir dövrdə yaşayırıq ki, hər bir informasiyanı onlayn rejimdə ala bilərik. Elə burdaki dərslikləri də onlayn tapmaq, oxumaq və öyrənmək olar. Hətta bəzi portallarda dərsi başa salan videolar da var. Bir sözlə, istənilən informasiya əlçatmaz deyil. Təhsilimizdə də böyük problemlər yoxdur. Sadəcə bəzi müəllimlərin kobudluğu düzəlsə və tələbəyə daha çox yardımçı olmağa çalışsalar, həmçinin, təsisat olaraq universitetdə tələbəyə kömək edilsə, (məsələn, Torontoda kitabxana 24 saat açıqdır) daha yüksək səviyyəyə çatacağımıza və daha intellektual gələcəyimizin olacağına əminəm.  - Çətinlikləriniz varmı?  - Kanada mənim ölkəmizdən ilk çıxışımdır. Nəzərə alsaq ki,  Azərbaycan və Kanada mədəniyyəti, həyat tərzi fərqlidir, əlbəttə ki, müəyyən adaptasiya problemləri olurdu. Həmçinin, buraya dərslər başlayandan bir qədər gec gəlməyim də müəyyən çətinliklər yaratdı. Ancaq əlbəttə ki, bütün bunlar ilk ay ərzində aradan qalxdı.  - Asudə vaxtınızda nə ilə məşğul olursunuz?  - Asudə vaxtlarımı əsasən universitet kitabxanasında keçirməyi sevirəm. Həmçinin, filmləri, idman proqramlarını və ölkəmizdə keçirilən intellektual yarışları izləyirəm. Çünki özüm də Azərbaycanda intellektual yarışlarda uğurlu iştirakçılardan biri olmuşam. Lent.az

Mərkəzlərin inkişaf perspektivlərinə həsr olunmuş seminar

Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi, Gənc Turistlər və Diyarşünaslıq Mərkəzinin təşəbbüsü ilə Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası, WWF, GIZ, BDU, ENPİ FLEG və “EkoSfera” SEC ekspertləri tərəfindən “Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən ekoloji tərbiyə və təcrübəçilik, turizm və diyarşünaslıq mərkəzlərinin inkişafı perspektivləri” mövzusunda seminar keçirilib. Respublikamızda fəaliyyət göstərən Ekoloji tərbiyə və təcrübəçilik və Gənc turistlər və diyarşünaslıq mərkəzləri direktorlarının iştirakı ilə AMEA-nın Mərkəzi Elmi Kitabxanasında keçirilmiş seminar beynəlxalq və yerli təcrübə əsasında fasiləsiz ekoloji təhsilin təşkili, bu sahədə strateji fəaliyyət istiqamətləri, birgə əməkdaşlıq, təcrübə mübadiləsi, ekoloji təhsil və turizm sahəsində yeni təlim üsullarının tətbiqi və müxtəlif layihələrin müzakirəsinə həsr edilib. Təhsil Nazirliyinin Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik, Turizm və Diyarşünaslıq Mərkəzinin direktoru Firuzə Sultan-zadə tədbir iştirakçılarını salamlayaraq seminarın işinə uğurlar arzulayıb. Ekoloji təhsil sahəsində görülmüş işlər barədə, ekosistem xidmətləri, biomüxtəlifliyin qorunması, meşə ekosistemlərinin mühafizəsi və bərpası ilə bağlı təqdimatlarda gələcək inkişaf strategiyasının əsas hədəfləri haqqında ətraflı məlumat verilib. Ekoloji və turizm mərkəzlərinin respublika şəbəkəsinin yaradılması perspektivləri, ali və orta təhsil müəssisələrində ekologiyanın əlaqəli tədrisi haqqında fikirlər səsləndirilib. Pedaqoji kadrlarla ekoloji mövzuların tədrisi,  kütləvi tədbirlərin keçirilməsi, ətraf mühitin mühafizəsi, uşaq turizmi sahəsində dövlət qurumları və ictimai təşkilatlarla əlaqələrin genişləndirilməsi kimi məsələlər ətrafında geniş müzakirələr aparılıb, mərkəz rəhbərləri ilə xüsusi tapşırıqlar üzrə qrup işləri təşkil olunub.  

“Olimpiya Hərəkatı” proqramı çərçivəsində növbəti təlim-məşq

Bakıda “Olimpiya Hərəkatı”nın velosiped idman növü üzrə rayon birinciliklərinə yekun vurularaq final mərhələsinə hazırlıq məqsədilə təlim-məşq keçirilib. Təlim-məşq zamanı Bakı şəhərinin 12 rayon komandasının 60 nəfərdən ibarət idmançı və müəllim heyəti iştirak edib. Tədbirin əsas məqsədi məktəblilərin Bakı şəhər birinciliyinin final mərhələsinə vəsiqə qazanmış gənc idmançılara finalda daha yaxşı nəticə göstərməyə köməklik etməkdən ibarətdir. Təlim-məşq Azərbaycan Velosiped İdmanı Federasiyası, Respublika Təhsil İdman Mərkəzi, proqramın ulduz idmançısı Aqşin İsmayılovun iştirakı və birbaşa dəstəyi ilə keçirilib. Tədbirin ümumi təlimatlandırıcı hissəsindən sonra komandalar qruplara ayrılıb. Aqşın İsmayılov və Azərbaycan Velosiped İdmanı Federasiyasının peşəkar məşqçiləri məkətbəlilərə start zamanı vacib olan əməllər, hərəkət zamanı sürətin tənzimlənməsi, döngələrdə hərəkətin təhlükəsizliyi və bu kimi digər mövzularda faydalı məlumatlar veriblər. Nəzəri sessiyanın ardınca federasiyadan dəvət olunmuş peşəkar idmançılar bütün hərəkətləri əyani şəkildə nümayiş etdiriblər. Daha sonra komandalar məşqçilərin nəzarəti və təlimatı ilə bu hərəkətləri təkrar edib. Fasilə zamanı milli komandanın üzvləri və Aqşin İsmayılovun iştirakı ilə məktəblilər üçün master-klass təşkil olunub. Azərbaycan Velosiped İdmanı Federasiyasının baş katibi Fərhad Əliyev təlim-məşq haqqında fikirlərini bildirib və velosiped idman növünün "Olimpiya Hərəkatı" proqramına daxil olunmasının əhəmiyyətindən bəhs edib. Proqramın ulduz idmançısı Aqşin İsmayilov "Olimpiya Hərəkatı"nın gənclər arasında maraq oyatdığını, velosiped sürməyə həvəskar kimi başlayan uşaqlar üçün bu proqramın faydalı olduğunu nəzərə çatdırıb. Qeyd edək ki, “Olimpiya Hərəkatı” proqramı Beynəlxalq Olimpiya Komitəsinin və Olimpiya Oyunlarının Ümumdünya tərəfdaşı olan “Coca-Cola” şirkəti, Azərbaycan Milli Olimpiya Komitəsi (MOK), Gənclər və İdman Nazirliyi, həmçinin Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilir. Proqram çərçivəsində təşkil olunmuş rayon birinciliklərinə Bakı şəhərindəki 290-dan çox ümumi təhsil məktəbində təhsil alan şagirdlər cəlb edilib. Bu mərhələdə milli idman federasiyalarının dəstəyi ilə 4 idman növü üzrə (basketbol 3x3, badminton, yüngül atletika və veloidman) keçirilmiş şən, inklüziv və təhlükəsiz idman yarışlarına 10 minə yaxın (30 faizi qızlar) məktəbli qatılıb. Məktəblilərin Bakı birinciliyi Yay Olimpiya Oyunlarının proqramına daxil olan idman növləri üzrə beynəlxalq idman federasiyalarının təsdiq etdiyi qaydalar və “Olimpiya sistemi” əsasında keçiriləcək. Yarışlara “Bakı 2015” I Avropa Oyunlarının keçirildiyi idman arenalarının birində təşkil olunacaq final və idman festivalı ilə yekun vurulacaq.

Yanvar ayında Təhsil Nazirliyinin Vətəndaşlarla iş bölməsinə 15 985 müraciət daxil olub

Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146) daxil olan zənglər və Vətəndaşların Qəbulu Mərkəzində 2016-cı ilin yanvar ayında vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb. Qeyd olunan müddət ərzində 15 985 müraciət daxil olub. Statistikaya əsasən, Telefon Məlumat Mərkəzinə 12 515 zəng (2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 19 dəfə çox, 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 5,1 dəfə çox, 2015-ci il ilin müvafiq dövrü ilə müqayisədə isə 2,9 dəfə çox) daxil olub.   Vətəndaşların Qəbulu Mərkəzində isə bu dövrdə 3 470 vətəndaşa xidmət göstərilib. Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. Vətəndaşların Qəbulu Mərkəzində 1 144 sənəd (753 məktub, 322 ərizə, 69 digər sənəd) qəbul olunub və qeydiyyata alınıb. Daxil olan müraciətlərdən daha çox ali təhsil sənədlərinin (diplomların) tanınması (nostrifikasiya), müəllimlərin işə qəbulu və yerdəyişməsi, yerli ali təhsil müəssisələrinə köçürülməsi və bərpası, təhsil haqqından azad olunması, ümumi təhsil müəssisələrində şagirdlərin yerdəyişməsi ilə bağlı məsələlər əksini tapıb. Qeyd edək ki, Telefon Məlumat Mərkəzinə ötən ay ərzində ən çox həftənin cümə (2 867 zəng) və cümə axşamı (2 791 zəng) günləri, əsasən, saat 10:00-dan 12:30-dək və 14:00-dan 16:00-dək müraciət olunub. Vətəndaşların Qəbulu Mərkəzinə isə ən çox həftənin cümə (861 müraciət) və cümə axşamı (755 müraciət) günləri, əsasən, saat 10:00-dan 12:00-dək və 14:00-dan 16:00-dək müraciət edilib.

Təhsil Nazirliyinin Qəbul Portalı istifadəyə verilib

Fevralın 4-də Təhsil Nazirliyinin Qəbul Portalının təqdimat mərasimi keçirilib. Təhsil Nazirliyinə və tabe qurumlara müraciət edən vətəndaşların vəzifəli şəxslər tərəfindən qəbulunun asanlaşdırılması, qəbula yazılma prosesinin təkmilləşdirilməsi, müraciətlərə baxılmasının sürətləndirilməsi və keyfiyyətinin yüksəldilməsi, eyni zamanda məlumatların ümumiləşdirilməsi üçün Vahid Qəbul Portalı yaradılıb. Qəbul Portalının yaradılması Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Dövlət orqanlarında elektron xidmətlərin göstərilməsi haqqında” fərmanından və “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanunundan irəli gələn vəzifələrin icrası işinin səmərəliliyinin artırılması məqsədlərinə xidmət edir. Bu portal vasitəsilə Təhsil Nazirliyinin daxilində və tabeliyində olan qurumlarda vətəndaşların qəbullara yazılması, yönləndirilməsi, prosesin müşahidəsi, SMS göndəriş sistemi vasitəsilə qəbulun keçirilmə vaxtı barədə məlumatlandırılması və vətəndaş məmnunluğunun öyrənilməsi təşkil edilir. Portala daxil olan müraciətlərin statistikası aparılaraq təhlil edilir və toplanan statistik məlumatlar əsasında müvafiq hesabatlar hazırlanır. Portaldan səmərəli istifadəni təmin etmək üçün Təhsil Nazirliyinin və tabe qurumların aidiyyəti əməkdaşları üçün təlimlər keçirilib.  

Macarıstanda ali təhsil üçün sənəd qəbulu

“Azərbaycan Respublikası Təhsil Nazirliyi və Macarıstan İnsan Resursları Nazirliyi arasında 2015-2017-ci illər üzrə İş Proqramı” çərçivəsində Macarıstanda bu ölkənin büdcəsi hesabına təhsil üçün sənəd qəbulu elan edilir. Proqrama əsasən, tam bakalavriat və magistratura üzrə kənd təsərrüfatı, su idarəetməsi, təbiət elmləri, davamlı inkişaf, tibb elmləri, turizm, mühəndislik, informasiya texnologiyaları, texnologiyalar, iqtisadiyyat, biznes və idarəetmə elmləri, doktorantura təhsili üzrə istənilən maraq dairəsi çərçivəsində təqaüdlər təklif edilir. Ayrılan kvota çərçivəsində təhsil ödənişsizdir. Universitet yataqxanasında yaşayış, tibbi sığorta, aylıq təqaüd Macarıstan tərəfindən qarşılanır. Macarıstan ali təhsil müəssisələrində kvota çərçivəsində təhsil alacaq tələbələrin seçimi Azərbaycan Respublikası Təhsil Nazirliyi, tələbələrin ali təhsil müəssisələrinə yerləşdirilməsi isə Macarıstan tərəfindən həyata keçirilir. Təqaüd proqramı çərçivəsində təhsilə dair əlavə məlumatlarla elan vasitəsilə tanış ola bilərsiniz.

Olimpiada qalibləri ilə görüş

Fevralın 2-də Gənclər Günü münasibətilə təhsil naziri Mikayıl Cabbarov beynəlxalq fənn olimpiadalarının qalibləri ilə görüşüb. Görüş iştirakçılarını salamlayan təhsil naziri Mikayıl Cabbarov Gənclər Günü münasibətilə beynəlxalq fənn olimpiadalarının qaliblərini təbrik edib, onlara daha böyük nailiyyətlər arzulayıb. Nazir fənn olimpiadalarının ölkə üçün əhəmiyyəti, gələcək elmi potensialın inkişafı, elm və innovasiyanın tətbiqi, ölkənin beynəlxalq aləmdə tanınması, gənc alimlərin yetişməsi baxımından əhəmiyyəti haqqında fikirlərini bildirib. Beynəlxalq olimpiadalarda daha geniş təmsil olunmaq üçün respublika fənn olimpiadalarında şəffaflıq və ədalət prinsiplərinə əməl olunduğunu vurğulayan təhsil naziri 2014-cü ildən bu istiqamətdəki yeni yanaşmaların kütləviliyin artmasına təkan verdiyini nəzərə çatdırıb. Təsadüfi deyil ki, 2015-ci ildə Respublika fənn olimpiadalarında 22 000 şagird iştirak etmişdisə, 2016-cı ildə bu rəqəm 27 000-ə yüksəlib. Bu, təhsil tariximizdə rekord göstərici olmaqla bərabər, həm də şagirdlərin prosesə olan inamının təzahürüdür. Bilik yarışlarında qazanılan uğurların ilbəil artdığını söyləyən nazir 2015-ci ildə də beynəlxalq olimpiadalarda yüksək nəticələr əldə edildiyini bildirib. Riyaziyyat olimpiadasında 106 ölkə arasında 48-ci yeri tutmaq, Asiya Fizika olimpiadasında və beynəlxalq Biologiya olimpiadasında uzun fasilədən sonra yenidən medal qazanmaq da sevindirici haldır. Bu il də bu uğurlar davam etdirilməkdədir. Gənclərin elm olimpiadasında 2 gümüş və 3 bürünc, Qazaxıstanda keçirilmiş Jautıkov olimpiadasında 7 medalın qazanılması ölkəmiz üçün yaxşı nəticədir. Beynəlxalq olimpiadalara hazırlıq işinin genişləndiriləcəyini bildirən nazir gələcəkdə daha çox  medalların qazanılmasının hədəfləndiyini qeyd edib. Qeyd olunub ki, Təhsil Nazirliyinin bu istiqamətdə  gördüyü işlər çərçivəsində beynəlxalq olimpiadalara hazırlıq üzrə 3 mərkəz yaradılıb, şagirdlərin hazırlanmasına daha müfəssəl yanaşma ortaya qoyulub, ən yaxşı müəllimlər bu işə cəlb edilib. Sonra təhsil naziri məktəblilərlə söhbət edib, şagirdlərin gələcək barədə fikirləri, arzu və düşüncələri ilə maraqlanıb, onların suallarını cavablandırıb. Tədbirdə olimpiadalara hazırlıq işinin təşkili ilə bağlı bir sıra təkliflər səsləndirilib. Daha sonra beynəlxalq olimpiadalarda yüksək yerlər tutmuş gənclərə Təhsil Nazirliyinin təşəkkürnamələri və hədiyyələr təqdim olunub.

Peşə Təhsili və Təlimi üzrə Təlimçi Proqramı

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) Cənubi Qafqazda Özəl Sektorun İnkişafı  Proqramının “Peşə təhsilinin və məşğulluğun təşviqi” komponenti çərçivəsində Texniki Peşə Təhsili və Təlimi üzrə Təlimçi Proqramı təklif edir. 2016-cı ilin aprelindən 2017-ci ilin martınadək davam edəcək Beynəlxalq Liderlik Təlimi yüksək ixtisaslı texniki peşə təhsili və təlimi üzrə peşəkarlara səriştə, bilik və bacarıqlarını təkmilləşdirmək imkanı verəcək. Təlim kursunu uğurla başa vuran iştirakçılara Avropa Kredit Transferi Sisteminin (AKTS) kreditləri veriləcək. Maqdeburq Universitetində proqram başa çatdıqdan sonra AKTS kreditləri peşə təhsili ilə əlaqəsi olan akademik beynəlxalq Magistratura Tədqiqat Proqramları tərəfindən tanınanacaq. Bu da iştirakçıların universitetdə qısaldılmış təhsil müddətində magistr dərəcəsini qazanmasına imkan yaradacaq. Təlim kursunda iştirak üçün təhsil sahəsində, məktəblərdə və ya təhsillə bağlı layihə idarəçiliyində ən azı 3 illik peşəkar təcrübəsi olan, ingilis dilini mükəmməl bilən, bakalavr dərəcəsinə malik 45 yaşa qədər şəxslər iştirak edə bilərlər.   ELAN

“Olimpiya Hərəkatı” proqramı çərçivəsində təlim-məşqlər

“Olimpiya Hərəkatı” proqramı çərçivəsində badminton və atletika idman növləri üzrə təlim-məşqlər keçirilib. Beynəlxalq Olimpiya Komitəsinin və Olimpiya Oyunlarının Ümumdünya tərəfdaşı olan “Coca-Cola” şirkəti, Azərbaycan Milli Olimpiya Komitəsi (MOK), Gənclər və İdman Nazirliyi, həmçinin Təhsil Nazirliyinin dəstəyi ilə başlayan “Olimpiya Hərəkatı” adlı məktəblilərin idman proqramı çərçivəsində finala vəsiqə qazanmış komandalar üçün badminton və atletika idman növləri üzrə təlim-məşqlər keçirilib. Kütləvi fiziki tədbirlərin keçirilməsində əsas məqsəd komandaların peşakar idmançı və məşqçilərin köməyilə Bakı şəhər birinciliyinin final mərhələsinə həzırlanmasıdır. Tədbiri daha maraqlı etmək və uşaqları bu idman növünə həvəsləndirmək məqsədilə tədbirə yeniyetmələrdən ibarət milli yığma komandanın üzvləri də məşqlərə qatılıb. Proqram çərçivəsində baş tutan belə kütləvi təlim-məşqlərin keçirilməsində proqramın əsas tərəfdaşlarına Bakı Slavyan Universiteti,  Azərbaycan Badminton Federasiyası və  Azərbaycan Atletika Federasiyası köməklik edib. Eyni zamanda, tədbirdə iştirak edən MOK, Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Azərbaycan Badminton Federasiyası və Azərbaycan Atletika Federasiyasının nümayəndələri, habelə finala vəsiqə qazanmış məktəblilər, məktəb direktorları iştirak ediblər. Təhsil Respublika İdman Mərkəzinin direktoru Natiq Lahicov çıxış edərək bildirib ki, məktəblilərin “Olimpiya Hərəkatı” proqramına olan marağı gənclər arasında idman və sağlam həyat tərzinin təbliğinin nəticəsidir. Əminəm ki, 50 mindən çox məktəblinin iştirakı ilə reallaşdırılan bu proqram növbəti illərdə Azərbaycanın rayonlarını və daha çox məktəbləri əhatə edəcəkdir. Bu da öz növbəsində məktəblərdə fiziki tərbiyənin və idmanın inkişafına səbəb olacaqdır. Qeyd edək ki, “Olimpiya Hərəkatı” proqramı çərçivəsində paytaxtdakı 400-ə yaxın ümumi təhsil məktəbində təhsil alan 50 mindən çox şagird atletika, badminton, 3x3 basketbol və velosiped idmanı üzrə yarışlara cəlb olunub. Bu idman növləri üzrə məktəbdaxili və rayon yarışları başa çatıb. Yarışlara “Bakı 2015” Avropa Oyunlarının keçirildiyi idman arenalarının birində təşkil olunacaq final və idman festivalı ilə yekun vurulacaq.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı