• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Ümumtəhsil məktəblərində “Son zəng” tədbirləri

İyunun 14-də ölkəmizin ümumi təhsil müəssisələrində “Son zəng” tədbirləri keçirilib.

 

Şabran şəhər 1 nömrəli tam orta məktəbdə keçirilən “Son zəng” tədbirində təhsil nazirinin müavini Firudin Qurbanov, Şabran rayon İcra Hakimiyyətinin başçısının müavini İlkin Ağayev, Şabran Rayon Təhsil Şöbəsinin müdiri Emin Mövsümov, müəllim və şagirdlər iştirak ediblər.

 

Tədbir Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

 

Tədbirdə çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov 2020-2021-ci tədris ilinə təsadüf edən Azərbaycanın tarixi qələbəsindən söz açıb. Təhsil işçilərinin Zəfərin qazanılmasındakı rolunu qeyd edən nazir müavini döyüşə yollanan bütün təhsil işçilərinə təşəkkürünü ifadə edib, şəhidlərə Allahdan rəhmət diləyib.

 

Gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsinin vacibliyini bir daha diqqətə çatdıran Firudin Qurbanov məzunları təbrik edərək, onlara öz tövsiyələrini çatdırıb.

 

Sonra Şabran Rayon Təhsil Şöbəsinin müdiri Emin Mövsümov çıxış edərək tədris ilinin yekunları barədə məlumat verib. Bildirilib ki, bu il rayon üzrə 500 XI sinif şagirdi məzun olur.

 

Mərasim şagirdlərin hazırladıqları “Son zəng” ədəbi-bədii kompozisiya ilə davam etdirilib.

 

 ***

 

Beyləqan rayonu Dünyamalılar kənd 1 nömrəli tam orta məktəbdə də “Son zəng” tədbiri keçirilib.

 

Tədbirdə təhsil nazirinin müavini İdris İsayev, Beyləqan rayon Təhsil Şöbəsinin müdiri Suliddin Əsgərov, müəllim və şagirdlər iştirak ediblər.

 

Tədbir Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

 

Tədbirdə çıxış edən təhsil nazirinin müavini İdris İsayev pandemiya dövründə tədrisin təşkilindən, təhsilə olan dövlət qayğısından danışıb. 2020-2021-ci tədris ilinin yadda qalan məqamlarını diqqətə çatdıran İdris İsayev çıxışının sonunda “Son zəng” münasibətilə məzunları təbrik edib, onlara uğurlar arzulayıb.

 

Beyləqan Rayon Təhsil Şöbəsinin müdiri Suliddin Əsgərov çıxış edərək rayon üzrə təhsilin inkişafına dair ümumi məlumat verib, məzunları təbrik edib.

 

Mərasim şagirdlərin ifasında ədəbi-bədii kompozisiya ilə davam etdirilib.

 

*** 

 

Bakı şəhəri 220 nömrəli 220 nömrəli məktəb-liseydə keçirilən “Son zəng” tədbirində təhsil nazirinin müavini Muxtar Məmmədov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Xəyalə Əhmədzadə, müəllim və şagirdlər iştirak ediblər.

 

Tədbir Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

 

Tədbirdə çıxış edən təhsil nazirinin müavini Muxtar Məmmədov əvvəlcə məzunları təbrik edib, onlara yeni həyat mərhələsində uğurlar arzulayıb. Muxtar Məmmədov gənc nəsildə təhsilə, elmə marağın daha da artırılması və geniş dünyagörüşünün formalaşdırılmasının ən ümdə məsələlərdən olduğunu bildirib. Nazir müavini pandemiya şəraitində təhsilin əlçatanlığı üçün atılan addımlara da toxunub.  

 

Çıxış edən digər qonaqlar da məzunlara xoş arzularını çatdırıblar.

 

Tədbir şagirdlərin ifasında “Zəfər” kompozisiyası ilə yekunlaşıb.


3 il əvvəl