• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

“U-13 Qızlar Liqası Azərbaycan Çempionatı”nın qalibi müəyyənləşib

“Təhsil” Respublika İdman Məktəbi İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol Məktəbinin komandası “U-13 Qızlar Liqası Azərbaycan Çempionatı”nın qalibi olub. Final mərhələsinin 1-ci və 2-ci yerlər uğrunda qarşılaşmasında “Təhsil” RİM İOEUG Futbol Məktəbinin qızlardan ibarət U-13 komandası İsmayıllının “Babadağ” komandası ilə görüşüb. Oyunun əsas vaxtı 1:1 hesabı ilə başa çatıb və əlavə vaxtda da qalib müəyyənləşməyib. Penaltilər seriyasında Futbol Məktəbinin komandası (3:2) hesabı ilə qələbə qazanaraq, Azərbaycan çempionu adına layiq görülüb. “U-13 Qızlar Liqası Azərbaycan Çempionatı”nda ümumilikdə 46 komanda iştirak edib.

İnkişaf, müxtəliflik və dialoq naminə təhsil

BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çərçivəsində “Təhsil vasitəsilə zorakı ekstremizmin qarşısının alınmasına dair məqsədlər: İnkişaf, müxtəliflik və dialoq naminə təhsil” mövzusunda bölmə iclası keçirilib. İclasın moderatoru, ABŞ-ın Corc Meyson Universitetinin İslam elmləri üzrə professoru Əbdüləziz Sachedina cəmiyyətin inkişafında təhsilin rolundan, müasir dövrdə təhsil sahəsindəki çağırışlardan söz açıb, bu çağırışların əksər ölkələrdə oxşar xarakter daşıdığını diqqətə çatdırıb. O, Qlobal Bakı Forumunun səmərəli müzakirələr və fikir mübadiləsi üçün əlverişli məkan olduğunu qeyd edib. Bir sıra ölkələrdə insanların zorakı ekstremizmin qurbanına çevrildiyini söyləyən Ə.Sachedina təhsil vasitəsilə zorakı ekstremizmin qarşısının alınmasına dair məqsədlərdən söz açıb, bu istiqamətdə müxtəlif ölkələrin təcrübəsinin öyrənilməsinin, inkişaf, müxtəliflik və dialoq naminə təhsil ideyasının həyata keçirilməsi üçün səyləri birləşdirməyin vacibliyini vurğulayıb. Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov bildirib ki, təhsil qarşılıqlı anlaşma baxımından böyük əhəmiyyətə malikdir. Bu sahədə ardıcıl və qətiyyətli addımlar atmadan mədəniyyətlərarası dialoqa nail olmaq mümkün deyil. Nazir ölkəmizdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən islahatlardan və bu sahəyə dövlət qayğısından ətraflı söhbət açıb. Heydər Əliyev Fondu tərəfindən təhsil sahəsində çox böyük işlərin görüldüyünü vurğulayan M.Cabbarov bildirib ki, son 10 ildə minlərlə azərbaycanlı gənc dünyanın ən yaxşı universitetlərində təhsil almağa göndərilib. Ölkəmizdə təxminən dörd min xarici tələbə təhsil alır. Bu, təkcə təhsilə deyil, həm də mədəniyyətlərarası dialoqa, dəyərlərin mübadiləsinə töhfə verir. Qızların təhsili də çox vacib məsələdir. Təxminən yüz il əvvəl azərbaycanlı milyonçu, messenat Hacı Zeynalabdin Tağıyev Bakıda ilk qızlar məktəbini tikdirib. O deyirdi ki, bir oğlana təhsil verməklə təhsilli bir insan, bir qıza təhsil verməklə təhsilli bir ailə qazanırsınız. İnanırıq ki, təhsilli gənc yaxşı valideyn, vətəninə xidmət edən yaxşı əsgər olacaq. Hər şeydən əvvəl isə millətinin gələcəyi üçün düzgün qərarlar verə bilən vətəndaş olacaq. AFS Mədəniyyətlərarası Proqramının baş icraçı direktoru Vinçenso Morlini bu proqramın əhəmiyyətindən, onun gənclər üçün yaratdığı imkanlardan danışıb. Bildirib ki, AFS Proqramı təhsil metodologiyası əsasında hazırlanıb və tələbələrə təhsil təcrübələrini dünyada yaymaq imkanı verir. Proqram müddətində müsbət dəyişikliklərə nail olunduğunu söyləyən V.Morlini deyib ki, təhsil ən güclü silahdır. Biz bu silahla dünyanı dəyişə, Yer üzündə sülhü bərqərar edə bilərik. İspaniya Xarici İşlər Nazirliyində Sivilizasiyalar Alyansının səfiri xanım Belen Alfaro Hermandez Bakı Forumunun yüksək səviyyədə təşkili üçün Azərbaycan hökumətinə təşəkkürünü bildirib. Oxşar problemlərin mövcudluğunu və səmərəliliyin artırılmasına olan ehtiyacı nəzərə alaraq, müxtəlif ölkələrin təhsil islahatları sahəsində təcrübəsinin öyrənilməsinin əhəmiyyətindən bəhs edən ispaniyalı qonaq deyib ki, təhsil sahəsində ən yaxşı təcrübələrdən ibarət məlumat kitabçası çap olunmalıdır. Sivilizasiyalar Alyansı bunu həyata keçirə bilər. Bu təcrübələr çox sadə, lakin olduqca əhəmiyyətlidir və bunun üçün maliyyə vəsaiti tələb edilmir. Belen Alfaro Hermandez qeyd edib ki, bu gün təhsildə vətəndaşların iştirakı çatışmır. Biz vətəndaşları dialoqa dəvət etməliyik. Bu yolla ekstremizmin qarşısını almaq mümkündür. İnsan İnkişafı üzrə Beynəlxalq İnstitutun prezidenti xanım Emna Jeblaoui qeyd edib ki, biz cəmiyyətdə yeniyetmələrdən ibarət qrupların olduğunu bilirik. Onlar çox vaxt zorakı ekstremizmə meyil edirlər. Bu problemin həll olunması, yeniyetmələrin cəmiyyətə inteqrasiyası üçün proqramlar hazırlanmalıdır. Tanenbaum Dinlərarası Anlaşma Mərkəzinin baş icraçı direktorunun müavini Mark Faulerdeyib ki, biz dini reallıq kimi təqdim edirik. Bu, insanların seçimidir və əsrlər boyu davam etdirilib. Lakin bu seçimin qorxulu tərəfləri də var. İnsanlar dini etiqadlarına görə daim qorxu keçirirlər. İşdən qovulacaqlarını, təhdid olunacaqlarını düşünürlər. Zənnimcə, biz hər şeydən öncə, özümüzü dərk etməliyik. Məktəblərdə din haqqında, ekstremizm, zorakılıq barədə düzgün məlumatlar verilməlidir. İndoneziyanın Qaca Mada Universitetinin Dinlər və Mədəniyyətlərarası Elmlər Mərkəzinin icraçı direktoru Zainal Abidin Bagir belə mötəbər tədbirə dəvət olunduğu üçün minnətdarlığını bildirib, Forumun panel iclaslarında çox əhəmiyyətli məsələlərin müzakirə edildiyini söyləyib. O, təhsil vasitəsilə ekstremizmin qarşısının alınmasının mümkünlüyünü qeyd edərək vurğulayıb ki, məktəblərdə bununla bağlı vacib mövzuları tədris etməklə nailiyyət qazanmaq olar. Mövzu ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.   AZƏRTAC

Məktəblilər arasında Respublika şahmat festivalı

Aprelin 26-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş Respublika şahmat festivalının II mərhələsinə start verilib. Bakı şəhərindəki 12 saylı məktəbdə keçirilən festivala şahmat fənni tədris olunan pilot ümumi təhsil məktəblərinin şagirdləri qatılıb. Festivalın II mərhələsində I mərhələdə - rayondaxili yarışlarda I yeri tutan komandalar iştirak edir. Ümumilikdə, 63 komanda üzrə 400 nəfərə yaxın şagird final mərhələsində mübarizə aparacaq. Festivalın şəxsi və komanda xarakterli final mərhələsində II-IV sinif şagirdlərindən ibarət 6 nəfərlik (3 oğlan və 3 qız) komandalar iştirak edir. 9 turdan ibarət olan final mərhələsinə mayın 2-də yekun vurulacaq.

“Uşaqlar gələcəyimizin sığortasıdır” adlı sosial layihəyə start verilib

Təhsil Nazirliyinin dəstəyi, AXA MBASK sığorta şirkətinin təşəbbüsü ilə “Məktəb icmaları” layihəsi çərçivəsində Gəncə, Şəki, Lənkəran və Quba şəhərlərində “Uşaqlar gələcəyimizin sığortasıdır” adlı sosial layihəyə start verilib. “Uşaqlar gələcəyimizin sığortasıdır” layihəsi üçün “Məktəb icmaları”nın rəsmi saytında (www.community.az) müxtəlif mövzularda olan təlimlər üzrə müəllim, valideyn və şagirdlər arasında sorğu keçirilib. Sorğunun nəticələrinə əsasən, “Atam, anam və mən: bir-birimizi necə başa düşə bilərik?” və “Uşaqlarda davranış problemləri”  adlı aktual mövzular seçilib. Təlimlərdə 2000-dən çox valideyn, şagird və müəllimin iştirakı nəzərdə tutulub. Layihənin və təlimlərin əsas məqsədi valideynlərlə uşaqlar arasında effektiv ünsiyyət bacarıqlarının artırılması, aqressivlik, həyəcanlılıq, yalan danışma və digər davranış problemlərinin aradan qaldırılması, uşaqların fərdi xüsusiyyətlərindən asılı olaraq düzgün tərbiyə üsullarının və konstruktiv qarşılıqlı təsiretmə yollarının açıqlanmasıdır. Layihə çərçivəsində professional psixoloqlar tərəfindən 45 təlim keçiriləcək. Qeyd edək ki, “Məktəb icmaları”nın əsas məqsədi şagirdlər, valideynlər və müəllimlər arasında ünsiyyət qurmaqdan, hər bir uşağın hərtərəfli inkişafı üçün şərait yaradaraq, tədrisin səmərəliyinin artırılmasından ibarətdir. AXA MBASK sığorta üzrə dünya lideri AXA Qrupunun bir hissəsi olaraq, daima öz fəaliyyətini cəmiyyət qarşısında ictimai məsuliyyətinin bir hissəsi kimi vurğulayır. Şirkət belə layihələrin uşaq və gənclərin hərtərəfli dünyagörüşə malik vətəndaş kimi yetişdirilməsinə xidmət edəcəyinə ümid bəsləyir.

Təhsil naziri Fransa Xarici İşlər Nazirliyinin Avropa məsələləri üzrə dövlət katibi ilə görüşüb

Aprelin 26-da təhsil naziri Mikayıl Cabbarov BMT-nin Sivilizasiyalar Alyansının yeddinci Qlobal Forumunda iştirak etmək üçün Azərbaycana səfər edən Fransa Xarici İşlər Nazirliyinin Avropa məsələləri üzrə dövlət katibi Arlem Dezir ilə birlikdə Bakı Fransız liseyini ziyarət edib, liseyin pedaqoji heyəti və şagirdləri ilə görüşüb. Görüşdə Azərbaycan-Fransa arasında təhsil sahəsində görülən işlər və əməkdaşlıq istiqamətləri müzakirə olunub. Bakı Fransız Liseyi Azərbaycan və Fransa hökumətləri arasında bağlanmış “Azərbaycan Respublikasında Fransız Məktəbinin yaradılması və fəaliyyəti haqqında Saziş” əsasında yaradılıb. Təhsil kompleksinin təməli 2011-ci ilin oktyabrında Fransanın sabiq Prezidenti Nikola Sarkozinin Bakıya rəsmi səfəri çərçivəsində qoyulub. 11 may 2014-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ölkəmizdə rəsmi səfərdə olan Fransa Respublikasının Prezidenti Fransua Olland Bakı Fransız Liseyində aparılan tikinti işləri ilə tanış olublar. 12 sentyabr 2014-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakı Fransız Liseyinin rəsmi açılış mərasimində iştirak ediblər.  

Futzal üzrə Respublika birinciliyi çərçivəsində növbəti yarışlar keçirilib

Ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında futzal üzrə Respublika birinciliyi davam edir. 40-a yaxın komandanın qatıldığı Respublika birinciliyi AFFA, Azərbaycan Tələbə Futbol Federasiyasının təşkilatçılığı, Təhsil, Gənclər və İdman nazirlikləri, Futzal Futbol Federasiyasının dəstəyi ilə keçirilir. Çempionat çərçivəsində növbəti oyun Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə Əmək və Sosial Münasibətlər Akademiyasının tələbələri arasında keçirilib. Yarış 9:1 hesabı ilə Azərbaycan Memarlıq və İnşaat Universiteti komandasının qələbəsi ilə başa çatıb. Xəzər Universiteti və Azərbaycan Dillər Universitetinin komandaları arasındakı oyun da gərgin mübarizə şəraitində keçib. Azərbaycan Dillər Universiteti 6:4 hesabı ilə rəqibinə qalib gəlib. Azərbaycan Kooperasiya Universiteti və  Azərbaycan Texniki Universiteti komandaları arasında keçirilən oyun 4:1 hesabı ilə başa çatıb. Qalib komanda Azərbaycan Texniki Universiteti olub. Günün sonuncu oyunu isə Azərbaycan Maliyyə İqtisad Kolleci və Bakı Neft-Energetika Kollecinin komandaları arasında keçirilib. Yarışda 6:4 hesabı ilə Bakı Neft-Energetika Kolleci qələbə qazanıb.

Təhsil naziri YUNESKO-nun Baş direktorunun təhsil üzrə müavini ilə görüşüb

Aprelin 26-da təhsil naziri Mikayıl Cabbarov BMT-nin Sivilizasiyalar Alyansının yeddinci Qlobal Forumunda iştirak etmək üçün Azərbaycana səfər edən YUNESKO-nun Baş direktorunun təhsil üzrə müavini Qian Tanq ilə görüşüb. Görüşdə Azərbaycan və YUNESKO arasında əməkdaşlığın mövcud vəziyyəti müzakirə edilib, Azərbaycanın birinci xanımı, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondunun bu  əməkdaşlığa verdiyi dəstək xüsusi vurğulanıb. Müzakirələr zamanı Q.Tanq tərəfindən Azərbaycanda Peşə Təhsili Agentliyinin yaradılması yüksək qiymətləndirilib. Eyni zamanda, görüşdə təhsilin ekstremizmlə mübarizədə rolu barədə danışılıb. Daha sonra tərəflər Azərbaycan və YUNESKO arasında təhsil sahəsində əlaqələrin cari vəziyyətini və inkişafı perspektivlərini müzakirə ediblər.

“Gənclərin çağırışaqədərki hazırlığı” fənni üzrə nümunə dərslər

Aprelin 28-də Təhsil Nazirliyi və Təhsil Problemləri İnstitutunun təşkilatçılığı ilə Abşeron rayonu Xırdalan şəhər 2 və 3 nömrəli tam orta məktəblərdə “Gənclərin çağırışaqədərki hazırlığı” fənni üzrə nümunə dərsləri tədris olunacaq. “Hərb tariximiz. Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının tarixi və inkişafı” mövzusunda birinci dərs Xırdalan şəhər 2 nömrəli tam orta məktəbdə, “Mühəndis maneələri” mövzusunda ikinci dərs isə Xırdalan şəhər 3 nömrəli tam orta məktəbdə keçiriləcək. Sonra 3 nömrəli tam orta məktəbdə “Gənclərin çağırışaqədərki hazırlığı” fənninə həsr olunmuş “Dəyirmi masa” təşkil ediləcək. Tədbirdə Abşeron rayonunun ümumi təhsil məktəblərinin direktorları, hərbi rəhbərlər, Abşeron Rayon İcra Hakimiyyətinin, Sumqayıt şəhərinin ümumi təhsil məktəblərinin və digər qurumların nümayəndələri iştirak edəcəklər.

“Formula 1” Avropa Qran-Prisinə həsr olunmuş yarış

Bakı şəhərində keçiriləcək “Formula 1” Avropa Qran-Prisinin məktəblilər arasında təbliğinə həsr olunmuş kütləvi idman tədbirləri davam edir.     Təhsil Nazirliyinin dəstəyi, müvafiq federasiyaların tərəfdaşlığı və “Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə reallaşdırılan yarışın ilk günündə Qaradağ, Xətai, Nəsimi, Yasamal, Nərimanov rayonlarının ümumi təhsil məktəbləri arasında basketbol, atletika və veloidman üzrə qarşılaşmalar baş tutub. Hər rayon üzrə birinci yeri tutan komanda final mərhələsinə vəsiqə qazanıb.

“Təhsil Menecerlərinin Peşəkar İnkişafı” layihəsi üzrə müsabiqə davam edir

Təhsil Nazirliyi Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli 13 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq, təhsil sahəsində insan resurslarının inkişaf etdirilməsi və müasirləşdirilməsi məqsədilə mütəmadi olaraq müxtəlif layihələr həyata keçirir. Belə ki, Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu tərəfindən icra olunan “Təhsil Menecerlərinin Peşəkar İnkişafı” layihəsi çərçivəsində  təhsil sahəsində işləyən və ya gələcəkdə bu sahədə çalışmaq istəyən şəxslərin Təhsil Nazirliyi və Bakı şəhəri üzrə nazirliyə tabe qurumlarda bir il müddətinə təcrübə proqramı və təlimlərə cəlb olunması məqsədilə müsabiqə elan edilib. Müsabiqənin I mərhələsinin nəticələrinə əsasən, 550 nəfər namizəd növbəti mərhələdə iştirak etmək hüququ qazanıb. Bu mərhələdə 1 saat ərzində 30 sual təqdim olunmaqla namizədlərin məntiqi düşüncə bacarıqları qiymətləndiriləcək. 30 aprel 2016-cı il tarixində keçirilməsi nəzərdə tutulmuş müsabiqənin yeri və saatı haqqında məlumat hər bir namizədin şəxsi səhifəsinə göndəriləcək. Qeyd edək ki, sonuncu–müsahibə mərhələsindən uğurla keçən şəxslər müəyyən edilmiş aylıq əməkhaqqını almaqla, Təhsil Nazirliyi və Bakı şəhəri üzrə nazirliyə tabe qurumlarda 1 il ərzində təcrübə keçmək, eləcə də təlimlərdə iştirak etmək imkanı qazanacaqlar.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı