SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Futzal üzrə Respublika birinciliyi çərçivəsində növbəti yarışlar keçirilib
Ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında futzal üzrə Respublika birinciliyi davam edir.
40-a yaxın komandanın qatıldığı Respublika birinciliyi AFFA, Azərbaycan Tələbə Futbol Federasiyasının təşkilatçılığı, Təhsil, Gənclər və İdman nazirlikləri, Futzal Futbol Federasiyasının dəstəyi ilə keçirilir.
Çempionat çərçivəsində növbəti oyun Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə Əmək və Sosial Münasibətlər Akademiyasının tələbələri arasında keçirilib. Yarış 9:1 hesabı ilə Azərbaycan Memarlıq və İnşaat Universiteti komandasının qələbəsi ilə başa çatıb. Xəzər Universiteti və Azərbaycan Dillər Universitetinin komandaları arasındakı oyun da gərgin mübarizə şəraitində keçib. Azərbaycan Dillər Universiteti 6:4 hesabı ilə rəqibinə qalib gəlib. Azərbaycan Kooperasiya Universiteti və Azərbaycan Texniki Universiteti komandaları arasında keçirilən oyun 4:1 hesabı ilə başa çatıb. Qalib komanda Azərbaycan Texniki Universiteti olub. Günün sonuncu oyunu isə Azərbaycan Maliyyə İqtisad Kolleci və Bakı Neft-Energetika Kollecinin komandaları arasında keçirilib. Yarışda 6:4 hesabı ilə Bakı Neft-Energetika Kolleci qələbə qazanıb.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl