SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
“U-13 Qızlar Liqası Azərbaycan Çempionatı”nın qalibi müəyyənləşib
“Təhsil” Respublika İdman Məktəbi İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol Məktəbinin komandası “U-13 Qızlar Liqası Azərbaycan Çempionatı”nın qalibi olub.
Final mərhələsinin 1-ci və 2-ci yerlər uğrunda qarşılaşmasında “Təhsil” RİM İOEUG Futbol Məktəbinin qızlardan ibarət U-13 komandası İsmayıllının “Babadağ” komandası ilə görüşüb. Oyunun əsas vaxtı 1:1 hesabı ilə başa çatıb və əlavə vaxtda da qalib müəyyənləşməyib. Penaltilər seriyasında Futbol Məktəbinin komandası (3:2) hesabı ilə qələbə qazanaraq, Azərbaycan çempionu adına layiq görülüb.
“U-13 Qızlar Liqası Azərbaycan Çempionatı”nda ümumilikdə 46 komanda iştirak edib.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl