• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Təhsil naziri YUNESKO-nun Təhsil üzrə Beynəlxalq Bürosunun rəhbəri ilə görüşüb

Mayın 4-də təhsil naziri Mikayıl Cabbarov Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəvəti ilə 4-5 may 2016-ci il tarixlərində ölkəmizə səfər edən YUNESKO-nun Təhsil üzrə Beynəlxalq Bürosunun (İBE)  rəhbəri xanım M.Marope ilə görüşüb. Təhsil üzrə Beynəlxalq Büro fəaliyyətə 1925-ci ildə Cenevrədə qeyri-hökumət təşkilatı kimi başlayıb və 1999-cu ildən YUNESKO-nun kurikulumların inkişaf etdirilməsi, təhsilin məzmunu, metodları və tədris strategiyalarına məsul institutudur. Görüşdə Azərbaycan və YUNESKO İBE arasında təhsil sahəsində əlaqələrin gələcək perspektivləri müzakirə edilib.    Səfər çərçivəsində həmçinin, ADA Universitetində Azərbaycan ali təhsil müəssisələrinin nümayəndələri üçün “Təhsil sisteminin idarə olunması: 2030-cu ilə doğru” mövzusunda M.Maropenin çıxışı nəzərdə tutulur.

U-17 Avropa Çempionatı Azərbaycan-2016 çərçivəsində görüşlər

“UEFA U-17 Avropa Çempionatı Azərbaycan-2016” turnirinin yerli Təşkilat Komitəsinin əməkdaşları Təhsil Nazirliyinin dəstəyilə Bakı şəhərində yerləşən ümumi təhsil məktəblərinin şagirdlərilə görüşlər keçirib. Görüşlərin keçirilməsində əsas məqsəd yetişməkdə olan gənc nəslin futbola marağını artırmaq, müvafiq təbliğat işləri aparmaq və U-17 çempionatı barəsində şagirdləri məlumatlandırmaqdan ibarətdir. Ümumilikdə, paytaxtın 46 ümumi təhsil müəssisəsində 3700 nəfərədən artıq şagirdlə görüş keçirilib. Görüşlərdə ölkə çempionatında və yığma komandada çıxış edən futbolçular, eləcə də U-17 çempionatında çıxış edəcək gənclər və Bakıda keçiriləcək U-17 Avropa Çempionatının səfiri, əməkdar artist Röya da iştirak edib. Görüşlər çərçivəsində çempionat barədə məktəblilərə məlumat verilib və onların sualları cavablandırılıb. Həmçinin, U-17 Avropa Çempionatı vasitəsilə uşaqların futbola, sağlam həyat tərzinə həvəsləndirilməsi, bu turnirə və komandamıza dəstək verməyin vacibliyi vurğulanıb.

Təhsil naziri Moldova Respublikasının səfirini qəbul edib

Mayın 3-də təhsil naziri Mikayıl Cabbarov Moldova Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri George Leukanı qəbul edib. Görüş zamanı ölkələrimiz arasında təhsil sahəsində əlaqələrin hazırkı vəziyyəti və əməkdaşlıq perspektivləri müzakirə olunub.

Müəllimlərin yerdəyişməsi üzrə müsabiqə

Təhsil Nazirliyi Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə (daimi əsaslarla) işləyən müəllimlərin yerdəyişməsi üzrə müsabiqə elan edib. Müsabiqə 3 mərhələdən (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı və müsahibə) ibarətdir. Müsabiqədə iştirak etmək istəyən müəllimlər 3-10 may 2016-cı il tarixlərində www.miq.edu.az/baku səhifəsi vasitəsilə elektron qaydada qeydiyyatdan keçə bilərlər. ELAN  

“Təbiətin sehrli rəngləri” adlı rəsm sərgisi keçirilib

Mayın 2-də Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodik Mərkəzinin Təsviri Sənət Qalereyasında “Təbiətin sehrli rəngləri” adlı sərginin açılış mərasimi keçirilib. Sərginin keçirilməsində əsas məqsəd tədris ili ərzində görülən işlərin  yekun hesabatını təqdim etməkdən, təbiət və onun mühafizəsi mövzusunun təbliğindən ibarətdir. Heyvanların yaşayış tərzi və mühafizəsinə dair maarifləndirmə, insan fəaliyyəti nəticəsində ətraf mühitə dəyən ziyanı göstərmək, həmçinin, bütün dünyada qeyd olunan Quşların Mühafizəsi Günü, Beynəlxalq Yer Günü, Ətraf Mühitin Mühafizəsi Günü, Ağac Günü kimi ekoloji tədbirlərə şagirdlərin diqqətini yönəltmək də sərginin əsas hədəfləri sırasındadır. Sərgidə 5-16 yaş uşaq və gənclərin rəngkarlıq, qrafika, aplikasiya, kollaj, vitraj və ipək parça üzərində rəsm – batika texnikalarında işlədikləri 140-a yaxın rəsm və əl işləri nümayiş olunub. Batika texnikasında yaradılmış quşların təsviri dərnək üzvlərinin geyimlərində nümayiş etdirilib. Sərgidə rəsm və əl işləri ilə yanaşı dərnək üzvlərinin iştirakı ilə  sərginin mövzusunu əhatə edən intellektual və əyləncəli oyunlar, musiqili proqram da təqdim olunub.   Sərgi iştirakçıları müxtəlif  hədiyyələr və diplomlarla təltif olunublar.

Respublika şahmat festivalının qalibləri təltif olunub

Ümumilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş Respublika şahmat festivalı başa çatıb. Təhsil Nazirliyinin dəstəyi, “Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə şahmat fənni tədris olunan pilot ümumi təhsil məktəblərinin şagirdləri arasında keçirilən festivalda 400-ə qədər şagird mübarizə aparıb. Festivalda komanda yarışları üzrə 1-ci yeri Ucar rayonu, 2-ci yeri Bakı şəhəri Nərimanov rayonu, 3-cü yeri isə Mingəçevir şəhərinin komandası tutub. Festivalın komanda, sinif və şəxsi yarışlar üzrə qalibləri Təhsil Nazirliyi tərəfindən diplom və qiymətli hədiyyələrlə təltif olunub.

Azərbaycan dili və ədəbiyyat, coğrafiya və tarix fənləri üzrə Naxçıvan MR –dən olan Respublika fənn olimpiadası qaliblərinin siyahısı

Azərbaycan dili və ədəbiyyatı Tarix Coğrafiya

Aprel ayında Təhsil Nazirliyinin Vətəndaşlarla iş bölməsinə 16075 müraciət daxil olub

                Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146) daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində 2016-cı ilin aprel ayında vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb. Qeyd olunan müddət ərzində 16075 müraciət qəbul edilib. Statistikaya əsasən, Telefon Məlumat Mərkəzinə 11701 zəng (2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 15,2 dəfə çox, 2014-cü il ilə müqayisədə 3 dəfə çox, 2015-ci il ilə müqayisədə isə 1,6 dəfə çox) daxil olub. Vətəndaşların Qəbulu Mərkəzində isə bu dövrdə 4374 vətəndaşa xidmət göstərilib. Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. Vətəndaşların Qəbulu Mərkəzində 1428 sənəd (794 məktub, 474 ərizə, 160 digər sənəd) qəbul olunub və qeydiyyata alınıb. Daxil olan müraciətlərdə daha çox ali təhsil sənədlərinin (diplomların) tanınması (nostrifikasiya), müəllimlərin işə qəbulu və yerdəyişməsi, ümumi təhsil məktəblərinin 1-ci siniflərinə qəbul, yerli ali təhsil müəssisələrinə köçürülmə və bərpa olunma, təhsil haqqından azad edilmə ilə bağlı məsələlər əksini tapıb. Qeyd edək ki, Telefon Məlumat Mərkəzinə ötən ay ərzində ən çox həftənin cümə (2669 zəng) və bazar ertəsi (2350 zəng) günləri, əsasən, saat 10:00-dan 12:30-dək və 14:00-dan 16:00-dək müraciət olunub. Vətəndaşların Qəbulu Mərkəzinə isə ən çox həftənin cümə (1014 müraciət) və bazar ertəsi (975 müraciət) günləri, əsasən, saat 11:00-dan 13:00-dək və 14:00-dan 15:00-dək müraciət edilib.

Təhsil naziri Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İrfan Siddiqi qəbul edib

Mayın 2-də təhsil naziri Mikayıl Cabbarov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri İrfan Siddiqi Azərbaycandakı fəaliyyətinin sona çatması münasibətilə qəbul edib. Görüşdə Azərbaycanla Böyük Britaniya arasında təhsil sahəsində görülmüş işlər və gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub. M.Cabbarov təhsil sahəsində qarşılıqlı əlaqələrin səviyyəsindən məmnunluğunu ifadə edərək, Təhsil Nazirliyinin bu əməkdaşlığın inkişafında maraqlı olduğunu vurğulayıb.

Təhsil naziri Latviya Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfirini qəbul edib

Mayın 2-də təhsil naziri Mikayıl Cabbarov Latviya Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Yuris Maklakovsı qəbul edib. Görüş zamanı ölkələrimiz arasında təhsil sahəsində əlaqələrin hazırkı vəziyyəti və “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın müəyyən etdiyi hədəflərə uyğun əməkdaşlıq perspektivləri müzakirə olunub.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı