SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Təhsil naziri YUNESKO-nun Təhsil üzrə Beynəlxalq Bürosunun rəhbəri ilə görüşüb
Mayın 4-də təhsil naziri Mikayıl Cabbarov Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəvəti ilə 4-5 may 2016-ci il tarixlərində ölkəmizə səfər edən YUNESKO-nun Təhsil üzrə Beynəlxalq Bürosunun (İBE) rəhbəri xanım M.Marope ilə görüşüb.
Təhsil üzrə Beynəlxalq Büro fəaliyyətə 1925-ci ildə Cenevrədə qeyri-hökumət təşkilatı kimi başlayıb və 1999-cu ildən YUNESKO-nun kurikulumların inkişaf etdirilməsi, təhsilin məzmunu, metodları və tədris strategiyalarına məsul institutudur.
Görüşdə Azərbaycan və YUNESKO İBE arasında təhsil sahəsində əlaqələrin gələcək perspektivləri müzakirə edilib.
Səfər çərçivəsində həmçinin, ADA Universitetində Azərbaycan ali təhsil müəssisələrinin nümayəndələri üçün “Təhsil sisteminin idarə olunması: 2030-cu ilə doğru” mövzusunda M.Maropenin çıxışı nəzərdə tutulur.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl