• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Məktəblilərin mini futbol üzrə Bakı şəhər çempionatı başa çatıb

Mayın 12-də Təhsil Nazirliyi və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının dəstəyi, “Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə keçirilən məktəblilərin mini futbol üzrə Bakı şəhər çempionatına yekun vurulub. Çempionatın keçirilməsində əsas məqsəd məktəblilər arasında mini futbol idman növünün təbliği və mini futbolun inkişaf etdirilməsi, perspektivli məktəbli futbolçuların aşkara çıxarılması, məktəblilərin sağlam həyat tərzinə cəlb olunması və məktəblilərin vətənpərvərlik ruhunda tərbiyə edilməsindən ibarətdir. Üç mərhələ üzrə keçirilən yarışların I mərhələsi rayondaxili qarşılaşmaları əhatə edib. Hər bir rayon üzrə məktəb komandaları “Olimpiya sistemi” ilə keçirilən rayondaxili mərhələdə iştirak edib və I, II yerləri tutan komandalar II mərhələyə vəsiqə qazanıb. II mərhələdə 12 rayon üzrə 24 komanda püşkatma yolu ilə 4 yarımqrupda mübarizə aparıb. Hər yarımqrupdan I və II yeri tutan komandalar III mərhələyə vəsiqə qazanıb. ABU arenada keçirilən final oyunlarında III yer uğrunda 35 və 277 nömrəli ümumi təhsil məktəblərinin komandaları güclərini sınayıblar. I və II yer uğrunda isə 6 və 80 nömrəli ümumi təhsil məktəblərinin komandaları mübarizə aparıblar. Gərgin mübarizə şəraitində keçən oyunlarda I yeri 6 nömrəli, II yeri 80 nömrəli, III yeri isə 35 nömrəli ümumi təhsil məktəbinin komandaları tutub. Qaliblər Təhsil Nazirliyinin kubok, medal, diplom və qiymətli hədiyyələri ilə təltif edilib.

“Muzey həftəsi”nə start verilib

Mayın 13-də “Multikulturalizm ili” çərçivəsində Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikasının Nazirlər Kabineti Yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin əməkdaşlığı ilə “Muzey həftəsi”nə start verilib. Tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, Azərbaycan Respublikasının Nazirlər Kabineti Yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin nümayəndəsi Anar Quliyev,  Prezident Yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev, ümumi təhsil müəssisələri və muzey rəhbərləri, şagirdlər iştirak ediblər.  Təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, proqramın məqsədi  məktəbliləri ölkənin böyük muzeylərinin kolleksiya fondunun elmi-mədəni, tarixi, ekoloji, davamlı inkişaf konsepsiyası və etnoqrafik aspektləri ilə tanış etməkdir. Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik, Respublika Gənc Turistlər və Diyarşünaslıq Mərkəzi ilə “Muzeylər və Multikulturalizm” proqramı çərçivəsində təşkil olunan məktəblilər üçün “Muzey həftəsi” mayın 12-dən 18-dək Bakı şəhərində və regionlarda 25 muzeyi əhatə edəcək. Ötən il layihə çərçivəsində 7 min məktəblinin Bakı şəhərində fəaliyyət göstərən 15 muzeyə ekskursiyası təşkil olunub. Tədbirdə, həmçinin 2015-ci ildə keçirilmiş “Muzey həftəsi”ndə fəallıq göstərmiş ümumi təhsil müəssisələri və məktəblilərə diplomlar təqdim edilib.  

"Arzularına çatmaq üçün dayanmadan çalışsınlar" - "Uğur formulu"

Təhsil Nazirliyi və Lent.az İnformasiya Agentliyinin "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” təqaüdçülərini tanıdan birgə layihəsi "Uğur formulu”nun qonağı Kanadanın Vaterloo Universitetinin tələbəsi Anar Xəlilzadədir.  Anar Xəlilzadə Kanadanın Vaterloo Universitetində kimya mühəndisliyi ixtisası üzrə bakalavr səviyyəsində təhsilini davam etdirir. - Xaricdə təhsil sizə nə verir? Ümidlərinizi doğruldurmu? - Xaricdə təhsil almaq imkanı mənim hələ uşaqlıqdan olan arzumun reallaşmasına imkan yaradıb. Xüsusilə seçdiyim kimya mühəndisliyi ixtisası üzrə Qərbdə olan inkişaf səviyyəsini nəzərə alsaq, xaricdə təhsilin mənə və mənim ölkəmə nə qədər faydalı ola biləcəyini görərik. İnanıram ki, xaricdə təhsil ölkəmizdə çox da populyar olmayan, ancaq olduqca vacib bir sahə üzrə əsl peşəkar kimi yetişib Azərbaycanda çalışmağıma yardımçı olacaq. Bundan əlavə, xaricdə təhsil almaq hər kəsə sərbəst yaşamağı, müəyyən məsələlər üzrə sərbəst qərar verməyi öyrədir və yekunda insanın tam bir yetkin fərd kimi öz cəmiyyətinə töhfə vermək prosesini sürətləndirir. Təhsil aldığım Kanadanın Vaterloo Universiteti mənim gözləntilərimi tam olaraq doğruldur. Burada seçdiyim sahə üzrə yüksək səviyyəli peşəkar olmağım üçün hər bir şərait yaradılıb. İstər təhsil, istər ictimai həyat baxımından burada keçirdiyim günlər hədsiz dərəcədə maraqlı və yaddaqalan hadisələrlə zəngindir.  - Fərqli ölkə və təhsil mühitini gördükdən sonra əvvəl oxuduğunuz ali məktəbdə nəyin dəyişməsini arzulayardınız? - Vaterloo Universiteti mənim təhsil aldığım ilk ali məktəbdir. Odur ki, bu barədə hər hansı bir fikir irəli sürməyim mümkün olmayacaq.  - Təhsil aldığınız ölkəyə Azərbaycanla bağlı hansı materialları aparmısınız? -Təhsil almağa yola düşərkən daha çox Azərbaycana aid materiallar və müxtəlif atributları özümlə götürdüm. Bunlara ölkəmizin bayrağı, Azərbaycan haqqında ingilis dilində olan broşürlər, disklər, milli şirniyyatlar və suvenirlər aiddir. Burada tanış olduğum hər kəsə bacardığım qədər ölkəmiz haqqında məlumat verməyə çalışıram. Tələbə yoldaşlarımın Azərbaycana marağı böyükdür.  - Azərbaycan gənclərinə, ölkəmizdəki dostlarınıza, həmyaşıdlarınıza nə demək istərdiniz? - Öz arzularına çatmaları üçün dayanmadan çalışsınlar. Müasir dünyada əldə olunmayacaq bir şey yoxdur. Sadəcə, nəyəsə nail olmaq üçün məqsədyönlü, çalışqan, dürüst olmaq lazımdır. Dövlətimiz tərəfindən arzularımızın reallaşması üçün hər bir şəraitin yaradılacağına inanaraq, irəliləməyi məsləhət görürəm. Sırf mühəndislik ixtisası üzrə təhsil almaq niyyətində olanlara məhz oxuduğum Vaterloo Universitetinin Mühəndislik fakültəsini seçməyi tövsiyə edirəm.  - Oxuduğunuz ali məktəbdə müəllim-tələbə münasibəti necədir? - Müəllimlərlə tələbələr arasında sərbəst və səmimi münasibətlər mövcuddur. Burada müəllimlərlə sıx interaktiv təmasda olmaq çox önəmlidir. Bunun üçün müəllimlər tərəfindən hər bir imkan yaradılır. Universitetin müəllim heyətinin əsas məqsədi tələbələrin hər bir sualını ətraflı şəkildə cavablandırmaq və səmimi akademik mühit yaratmaqdır.  - Universitetdə əcnəbi tələbələrə münasibətdən razısınızmı? - Vaterloo Universitetində çoxsaylı əcnəbi tələbə təhsil alır. Universitet rəhbərliyi və müəllimlər tərəfindən tələbələr heç bir halda yerli və ya əcnəbi olaraq fərqləndirilmir. Hər bir tələbəyə eyni dərəcədə şərait yaradılır. Universitetdə 50-dən çox azərbaycanlı tələbə təhsil alır. Çalışırıq hər zaman istənilən məsələdə biri-birimizə dəstək olaq.  - Xarici ölkədən Azərbaycan təhsilini necə görürsünüz? - Azərbaycanda ali təhsil almadığım üçün bu sualı cavablandırmağa çətinlik çəkirəm. Bununla belə, məndə olan məlumata əsaslanaraq, sırf mənim ixtisasım olan kimya mühəndisliyi sahəsində təhsilin daha da inkişaf etdirilməsinin və praktiki təcrübələrin artırılmasının vacib olması qənaətindəyəm.  - Çətinlikləriniz varmı? - Tələbəliyimin ilk ili olmasına görə təbii ki, vaxtaşırı müəyyən çətinliklərlə rastlaşıram. Bunlar əsasən, kiçik məişət problemləri, dərslərimin çox olmasına görə vaxt azlığı, ölkəmizdən fərqli olaraq Kanadaya xas soyuq hava və bu kimi digər amillərdir.  - Asudə vaxtınızda nə ilə məşğul olursunuz? - Təəssüf ki, dərslərimin çox intensiv olması səbəbindən asudə vaxtım çox azdır. Amma vaxt olanda çalışıram ki, idmanla məşğul olum. Universitetin nəzdində bunun üçün hər bir imkan yaradılıb.   Lent.az

Məktəblilərimiz 33-cü Balkan Riyaziyyat Olimpiadasından medalla qayıdıblar

5-10 may 2016-cı il tarixlərində Albaniyanın Tirana şəhərində 33-cü Beynəlxalq Balkan Riyaziyyat Olimpiadası keçirilib. Serbiya, Rumıniya, Makedoniya, Bolqarıstan, Türkiyə kimi Balkan ölkələrinin, həmçinin İtaliya, Fransa, İngiltərə, Qazaxıstan, Səudiyyə Ərəbistanı da daxil olmaqla, ümumilikdə 18 ölkədən 100-dən çox şagirdin qatıldığı olimpiadada Azərbaycan məktəbliləri uğurla çıxış ediblər. Olimpiadada ölkəmizi təmsil edən Gəncə şəhəri 26 nömrəli fizika-riyaziyyat təmayüllü liseyin eksperimental pilot  sinfinin şagirdi Anar Hüseynov gümüş və Bakı şəhəri akademik Zərifə Əliyeva adına liseyin eksperimental pilot  sinfinin şagirdi Məhəmməd Şirinov bürünc medal qazanıb. Qeyd edək ki, hazırda komanda rəhbərləri və şagirdlər riyaziyyat, fizika, kimya, biologiya və informatika fənləri üzrə iyul ayında müxtəlif ölkələrdə keçiriləcək beynəlxalq fənn olimpiadalarında daha yaxşı nəticələrin əldə olunması məqsədilə effektli hazırlıq prosesinə başlayıblar.

“Azərbaycan üçün öyrət” təhsil proqramı çərçivəsində ilk dərslərə start verilib

Təhsil Nazirliyi və Kapital Bankın tərəfdaşlığı ilə reallaşdırılan “Azərbaycan üçün öyrət” təhsil proqramı çərçivəsində bölgələrdə müvafiq tədbirlər həyata keçirilir. Proqram çərçivəsində Lənkəran, Quba rayonlarında, Şəki, Gəncə şəhərlərində ilk akademik dərslər və fərdi inkişaf təlimləri keçirilib. Ümumilikdə, 17 məktəbin əhatə olunduğu dərs və təlimlərdə 400-dən çox şagird iştirak edib. Akademik dərslər zamanı ingilis və Azərbaycan dili müəllimləri şagirdlərin mövcud biliklərini, mənimsəmə qabiliyyətini dəyərləndirmək üçün bir sıra mövzuları tədris edib və qrup oyunları keçiriblər. Təlimlər "ixtisas seçimi" və "oxumaq həvəsi" mövzuları üzrə tədris olunub. Təlimçilər şagirdləri bu mövzuların əsas anlayışları ilə tanış edib, şəxsi təcrübələrini onlarla bölüşüb. Təlimə xüsusi rəng qatan komanda oyunları şagirdlərə öyrəndiklərini daha dərindən dərk etməkdə yardımçı olub. Qeyd edək ki, ‘’Azərbaycan üçün öyrət’’ “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nı dəstəkləyərək, ümumi təhsil məktəblərində keyfiyyətli təhsil üçün bərabər imkanların yaradılmasını təmin edən təhsil proqramıdır. Proqram Təhsil Nazirliyi və Kapital Bankın tərəfdaşlığı çərçivəsində “İstək” liseyi, “London School” Dil Tədris Mərkəzi, “Headway Language and Development” şirkəti, AIESEC Azərbaycan təşkilatı,  “Şərq – Qərb” Nəşriyyat Evinin dəstəyi ilə həyata keçirilir. Proqramın məqsədi Korporativ Sosial Məsuliyyət çərçivəsində təhsilin keyfiyyətinin yüksəldilməsində ictimaiyyətin iştirakına imkan yaradılması, əlavə təhsil imkanları ilə şagirdlərin bilik və dünyagörüşünün artırılmasıdır.

“Hər kağızı bir yarpağa dəyişək” layihəsi davam edir

IDEA İctimai Birliyinin təşəbbüsü, Təhsil Nazirliyi və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşkilati dəstəyi ilə kağız tullantıların toplanmasına həsr olunmuş “Hər kağızı bir yarpağa dəyişək” layihəsi davam edir. Aksiyada Bakı şəhərində fəaliyyət göstərən məktəblər fəal iştirak ediblər. Toplanılan kağız tullantıları Nərimanov rayonundakı 178 nömrəli tam orta məktəbə təhvil verilib. Aksiyanın keçirilməsində əsas məqsəd ekoloji maarifləndirməyə diqqət çəkmək, kağız israfını azaltmaq, təkrar emalı təşviq etmək yolu ilə ağacların qorunmasına, təbiətin mühafizəsinə və ekoloji balansın saxlanılmasına nail olmaqdan ibarətdir. Qeyd edək ki, “Yaşıl Dağ” sosial aksiyasına Bakı şəhəri üzrə ümumi və ali təhsil müəssisələri qoşulub. Ənənəvi olaraq, hər il keçirilən “Yaşıl dağ” sosial aksiyası Sumqayıt, Sabirabad və Bərdə şəhərlərində reallaşdırılıb və ictimaiyyətin geniş marağına səbəb olub. Regionlarda başlayan “Yaşıl dağ” aksiyası bu dəfə Bakı şəhərində dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının və özəl sektorun nümayəndələrini, eləcə də vətəndaşları ətraf mühitin mühafizəsi naminə bir yerə toplayacaq. Aksiya mayın 14-də 5 saylı Bakı "ASAN xidmət" Mərkəzində (Nizami rayonu, Heydər Əliyev prospekti 115) baş tutacaq. Aksiyada simvolik yaradılan “dağ” insanların sosial məsuliyyətinin artırılması və ”yaşıl” gələcək üçün çağırış anlamını ehtiva edir. Təbiətin qorunmasına və ekoloji balansın bərpasına öz töhfəsini vermək istəyən şəxslər kağız tullantısı gətirərək aksiyaya qoşula bilərlər!  

Təhsil Nazirliyi “Vətən tarixi” seminarlarına start verib

Mayın 12-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə ilk “Vətən tarixi” seminarı Şuşa şəhər 1 nömrəli tam orta məktəbdə keçirilib. “Vətən tarixi” seminarlarının məqsədi müasir Azərbaycanın tarixi gerçəkliklərinin və ölkənin taleyində mühüm rol oynayan proseslərin interaktiv müzakirəsini, gənc nəslin vətənpərvər ruhda tərbiyə olunması istiqamətində həyata keçirilən tədbirlərin davamlı xarakter daşımasını təmin etməkdən və bununla əlaqədar pedaqoji kollektivlərin fəaliyyətini gücləndirməkdən ibarətdir. Tədbirdə millət vəkili Elman Məmmədov, Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Aydın Əhmədov, Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva, eləcə də AMEA-nın Qarabağ tarixi şöbəsinin müdiri Qasım Hacıyev, BDU-nun Azərbaycan tarixi kafedrasının müdiri Mehman Abdullayev, əməkdar müəllim Əyyub Şırlanlı və Təhsil Nazirliyinin əməkdaşları, Şuşa rayon təhsil ictimaiyyətinin nümayəndələri, şagirdlər və valideynlər iştirak ediblər. Öncə seminar iştirakçılarına “Şuşa öz tarixi, abidələri və övladları ilə” adlı videoçarx nümayiş olunub. Seminarda Azərbaycanın keçdiyi tarixi inkişaf yoluna nəzər salınıb, ölkəmizin məruz qaldığı hərbi müdaxilə və Ermənistanın işğalçılıq siyasəti barədə konkret faktlar sadalanıb. Hazırda Azərbaycanın sabit və qüdrətli dövlət kimi öz haqq işini zəfərlə başa çatdırmağa, ərazi bütövlüyünü bərpa etməyə qadir olduğu vurğulanıb. Qeyd olunub ki, gələcəyimiz olan bugünkü məktəblilər elmi biliklərə dərindən yiyələnməklə bərabər, eyni zamanda əsl vətəndaş kimi formalaşmalı və milli-mənəvi dəyərlərimizə qəlbən bağlı olmalıdırlar. Bu baxımdan ümumi təhsil müəssisələrində şagirdlərin vətənpərvərlik tərbiyəsi üzrə aparılan işlər daha sistemli və intensiv xarakter almalı, onlarda doğma torpağa sədaqət hissinin möhkəmləndirilməsi pedaqoji kollektivlər tərəfindən prioritet vəzifə kimi qəbul edilməlidir. Sonra mövzu ətrafında geniş müzakirələr aparılıb, seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb. Bildirilib ki, ümumi təhsil müəssisələrində ulu öndər Heydər Əliyevin Vətən və xalq qarşısındakı müstəsna xidmətlərinin izahına, Azərbaycanın dövlət rəmzləri haqqında şagirdlərin biliklərinin möhkəmləndirilməsinə, onlarda respublikamızın, eləcə də yaşadıqları ərazinin tarixi və mədəni abidələri, görkəmli şəxsiyyətləri, ölkəmizin dünya birliyində mövqeyi və son dövrlərdə qazandığı nailiyyətlər, Vətən uğrunda şəhid olmuş qəhrəmanlar barədə məlumatların artırılmasına xüsusi diqqət yetirilməsi mühüm əhəmiyyət kəsb edir. “Vətən tarixi” seminarı davamlı olaraq digər ümumi təhsil məktəblərində də keçiriləcəkdir.

SABAH tələbələri “Heydər zirvəsi”nə yürüş ediblər

SABAH qruplarının tələbələri ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə əlaqədar Şahdağ Milli Parkının ərazisində yerləşən “Heydər zirvəsi”nə təşkil olunmuş kütləvi yürüşdə iştirak ediblər. İştirakçılar 9-10 may tarixlərində əvvəlcədən müəyyənləşdirilmiş marşruta uyğun olaraq, bələdçilərin müşayiəti ilə “Heydər zirvəsi”nə doğru yürüş edib. Çətin keçidləri olan zirvəyə qalxmağa hazırlıq üçün yürüş iştirakçıları Qızıl Qaya massivinin ətəyində qurulmuş düşərgədə gecələdikdən sonra dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən zirvəyə qalxaraq Heydər Əliyevin xatirəsini yad edib. Sonda yürüşdə iştirak etmiş tələbələr sertifikatla təltif olunublar. Qeyd edək ki, 2014-2015-ci tədris ilindən etibarən 7 ali təhsil müəssisəsində yaradılmış, hazırda 11 ali təhsil müəssisəsində həyata keçirilən və tələbələrə daha üstün təhsil və inkişaf imkanları təklif edən SABAH  qrupları layihəsi ali təhsil sistemində ən aparıcı layihələrdəndir. Hazırda 2016-2017-ci tədris ili üçün SABAH qruplarına tələbə qəbuluna qeydiyyat davam edir.

Belarus Respublikasına işgüzar səfər

Belarus Respublikasının Təhsil Nazirliyi Respublika Ekologiya və Diyarşünaslıq Mərkəzinin dəvəti ilə  Azərbaycan Respublikası Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin direktoru və Respublika Gənc Turistlər və Diyarşünaslıq Mərkəzinin direktor əvəzi Firuzə Sultan-zadənin rəhbərlik etdiyi nümayəndə heyəti bu ölkədə işgüzar səfərdə olub. Belarusa işgüzar səfər çərçivəsində nümayəndə heyəti Minsk şəhərində keçirilən “Davamlı inkişaf naminə ekoloji təhsil: milli və beynəlxalq təcrübə” mövzusunda beynəlxalq elmi-praktik konfransda iştirak edib. Konfransın açılış mərasimində Firuzə Sultan-zadə “Azərbaycanda uşaq və gənclərin ekoloji təhsili sahəsində iş təcrübəsi” mövzusunda təqdimatla çıxış edib. Səfərin ikinci günü Azərbaycan nümayəndə heyəti ekoloji təhsil üzrə Respublika Forumuna qatılıb. Səfər çərçivəsində Firuzə Sultan-zadə Belarusun idman və turizm naziri A.İ.Şamko, təhsil nazirinin müavini V.V.Yakjik, sosial-tərbiyə və ideoloji işlər idarəsinin rəisi M.A.Sorotnik ilə görüşüb. Görüşlərdə uşaq və gənclərin ekoloji təhsili və turizm sahəsində birgə əməkdaşlıq əlaqələri müzakirə edilib. Minsk şəhərində yerləşən Ekoloji gimnaziyanın müəllim və şagirdləri ilə görüş zamanı ekoloji maarifləndirmə tədbirləri geniş müzakirə olunub. “Dudutki” qədim xalq sənətkarlığı və texnologiyalar muzey kompleksinə və “Nanosı” aqro-turizm kompleksinə səyahət zamanı milli-etnoqrafik dəyərlər barədə geniş məlumat verilib. Sonra Azərbaycan nümayəndə heyəti üçün Mirski və Nesvişskaya qəsrlərinə səyahət təşkil olunub. Muzey direktorlarının iştirakı ilə seminarda da maraqlı müzakirələr aparılıb və muzey pedaqogikası məsələlərindən bəhs olunub. Sonra Azərbaycan nümayəndə heyəti ”Zubryonok” Milli Uşaq Təhsil-Sağlamlıq Kompleksinin işi ilə yaxından taniş olub.

U-16 YUNİSEF qızlar liqası başa çatıb

 “Təhsil” Respublika İdman Mərkəzinin İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol Məktəbinin komandası U-16 YUNİSEF qızlar liqasının çempionu adına layiq görülüb. 2015-2016-cı il mövsümündə YUNİSEF qızlar liqası Azərbaycan çempionatı 2 region üzrə 10 komandanın iştirakı ilə 6 dövrədə keçirilib. “Təhsil” Respublika İdman Mərkəzinin İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol Məktəbinin komandası 1/2 final mərhələsində Zaqatala komandası ilə qarşılaşıb və 4:0 hesabı ilə qələbə qazanaraq, final mərhələsinə vəsiqəni təmin edib. “Binə” stadionunda keçirilən final qarşılaşmasında “Təhsil” RİM İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol Məktəbinin komandası “Qax” Uşaq-Gənclər İdman Məktəbinin yetirmələri ilə görüşüb. Oyunun əsas vaxtı 0:0 hesabı ilə başa çatıb. Əlavə vaxtda “Təhsil” RİM İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol Məktəbinin komandası 2:0 hesabı ilə qələbə qazanaraq, Azərbaycan çempionu olub. 2015-2016-cı il mövsümü U-16 YUNİSEF qızlar liqası Azərbaycan çempionatında 26 top  vuran “Təhsil” RİM İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol Məktəbinin yetirməsi Nərmin Həsənova “Ən  sərrast  oyunçu” mükafatına layiq görülüb.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı