SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
U-16 YUNİSEF qızlar liqası başa çatıb
“Təhsil” Respublika İdman Mərkəzinin İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol Məktəbinin komandası U-16 YUNİSEF qızlar liqasının çempionu adına layiq görülüb.
2015-2016-cı il mövsümündə YUNİSEF qızlar liqası Azərbaycan çempionatı 2 region üzrə 10 komandanın iştirakı ilə 6 dövrədə keçirilib. “Təhsil” Respublika İdman Mərkəzinin İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol Məktəbinin komandası 1/2 final mərhələsində Zaqatala komandası ilə qarşılaşıb və 4:0 hesabı ilə qələbə qazanaraq, final mərhələsinə vəsiqəni təmin edib.
“Binə” stadionunda keçirilən final qarşılaşmasında “Təhsil” RİM İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol Məktəbinin komandası “Qax” Uşaq-Gənclər İdman Məktəbinin yetirmələri ilə görüşüb. Oyunun əsas vaxtı 0:0 hesabı ilə başa çatıb. Əlavə vaxtda “Təhsil” RİM İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol Məktəbinin komandası 2:0 hesabı ilə qələbə qazanaraq, Azərbaycan çempionu olub.
2015-2016-cı il mövsümü U-16 YUNİSEF qızlar liqası Azərbaycan çempionatında 26 top vuran “Təhsil” RİM İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol Məktəbinin yetirməsi Nərmin Həsənova “Ən sərrast oyunçu” mükafatına layiq görülüb.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl