SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
İlk peşə-ixtisas təhsili müəssisələri ilə bağlı brifinq
Oktyabrın 19-da Təhsil Nazirliyində ilk peşə-ixtisas təhsili müəssisələrinin rasionallaşdırılması ilə bağlı mətbuat üçün brifinq keçirilib. Brifinqdə məlumat verilib ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq Nazirlər Kabineti tərəfindən Bakı və Gəncə şəhərləri üzrə ilk peşə-ixtisas təhsili müəssisələri şəbəkəsinin rasionallaşdırılması ilə bağlı qərar qəbul edilib. Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Famil Mustafayev bildirib ki, rasionallaşdırma nəticəsində bir sıra strateji istiqamətdə fəaliyyətin həyata keçirilməsi nəzərdə tutulur. Bu prosesin həyata keçirilməsi ilk peşə-ixtisas təhsili sisteminin mövcud idarəolunma strukturunun bazar iqtisadiyyatı prinsipləri ilə uzlaşmasını təmin etmək, maddi-texniki və tədris bazasını yeniləmək məqsədi daşıyır. Ölkədə qeyri-neft sektorunun inkişafı ilə bağlı şaxələnmiş iqtisadiyyatın tələblərinə uyğun müxtəlif peşə istiqamətləri üzrə ixtisaslaşmış Dövlət Peşə Təhsil mərkəzləri yaradılacaq və həmin mərkəzlərdə müasir tələblərə uyğun idarəetmə tətbiq ediləcəkdir. Yeni Peşə Təhsil mərkəzlərinin fəaliyyəti dövlət-biznes tərəfdaşlığı prinsiplərinə əsaslanaraq, əmək bazarının dəyişən tələblərinə uyğun işəgötürənlərlə qarşılıqlı əməkdaşlıq çərçivəsində həyata keçiriləcək. Peşə təhsili sahəsində beynəlxalq təşkilatlarla (BMT, Avropa İttifaqı, Avropa Təlim Fondu, “British Council”, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti, Koreya İqtisadi Əməkdaşlıq Fondu, Asiya İnkişaf Bankı və s.) birgə mövcud olan qabaqcıl təcrübə öyrənilərək Peşə Təhsil mərkəzlərinin idarə edilməsi və ixtisaslı kadr hazırlığı prosesinin təşkilində istifadə olunacaq. Bildirilib ki, Peşə Təhsil mərkəzlərində təhsil almaq istəyənlərin asan qəbulu (“ASAN peşə” layihəsi) təmin olunacaq və uğurlu nəticələr əldə etmiş məzunların təhsilin varisliyi prinsipinə uyğun olaraq digər təhsil pillələrinə asan keçidi mexanizmi işlənəcək. Peşə təhsil mərkəzlərində əmək bazarının və cəmiyyətin tələblərinə uyğun ömür boyu təhsilin təmin edilməsi üçün yaşlıların təhsili, ixtisasartırma, yenidən hazırlanma kimi təhsil xidmətləri göstərilməklə təhsilin hamı üçün əlçatanlığı təmin ediləcək. Sonda media nümayəndələrini maraqlandıran çoxsaylı suallar cavablandırılıb.
19/10/2016 14:40
İbtidai sinif müəllimləri üçün “Peşəyə giriş” seminarları keçiriləcək
Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu (TİPİİ) və “Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzi tərəfindən bu il işə qəbul olunan ibtidai sinif müəllimləri üçün "Peşəyə giriş" seminarları keçiriləcək. Seçilmiş ibtidai sinif müəllimlərinə 3 gün ərzində "İbtidai təhsilin missiyası və xüsusiyyətləri", "Məzmun standartlarının şərhi; dərs icmallarının hazırlanması", "Uşaq psixologiyası; uşaqla ünsiyyət və əməkdaşlıq qurmağın konstruktiv yolları", "Sinifdə öyrədici mühitin yaradılması; şagird tədqiqatının təşkili" mövzularında seminarlar keçiriləcək. Seminarda iştirak üçün yalnız bu il işə qəbul olunan və daimi əsaslarla işləyən ibtidai sinif müəllimləri müraciət edə bilər. Seminarlar 27-29 oktyabr 2016-cı il tarixlərində keçiriləcək. Ərizələr 25 oktyabr 2016-cı il tarixinədək elektron (http://bit.ly/2exlxAT) formada qəbul ediləcək.
17/10/2016 16:24
26 rayonda müəllimlərin diaqnostik qiymətləndirilməsi keçiriləcək
2016-cı ilin noyabr-dekabr aylarında ölkənin 26 rayon və şəhərində dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçiriləcək. Diaqnostik qiymətləndirmədə Lənkəran, Astara, Lerik, Yardımlı, Biləsuvar, Salyan, Nefçala, Qusar, Quba, Siyəzən, Şabran, Xızı, Qobustan, Şamaxı, İsmayıllı, Ağsu, Kürdəmir, Ucar, Zərdab, Ağcabədi, Şəmkir, Göygöl, Daşkəsən, Samux, Gədəbəy və Şuşanın ümumi təhsil müəssisələrində müddətsiz və müddətli müqavilə ilə çalışan müəllimlər və gənclərin çağırışaqədərki hazırlıq rəhbərləri iştirak edəcəklər. Diaqnostik qiymətləndirmənin nəticələrinə əsasən müəllimlərin bilik və bacarıq səviyyələri müəyyənləşdiriləcək, onların dərs yükü norması və əməkhaqqı artırılmaqla maddi rifahı yaxşılaşdırılacaq, eləcə də həmin müəllimlər inkişafyönümlü təlimlərə cəlb ediləcəklər. 2015-ci ildə diaqnostik qiymətləndirmə keçirilən rayon və şəhərlərdə çalışan və müxtəlif səbəblərdən qiymətləndirmədə iştirak edə bilməyən və ya işə yeni qəbul edilən müəllimlər üçün də qiymətləndirmədə iştirak etmək məqsədilə şərait yaradılacaqdır. Ötən 2 il ərzində Bakı şəhərində və ölkənin 12 bölgəsində dövlət ümumi təhsil müəssisələrində çalışan 60 min nəfərə yaxın müəllimin diaqnostik qiymətləndirilməsi keçirilib və onların həftəlik dərs yükü norması 1.5 dəfə, aylıq vəzifə maaşı isə 2 dəfə artırılıb. Növbəti diaqnostik qiymətləndirmədən sonra əməkhaqqı artırılan müəllimlərin sayının 100 minə çatacağı nəzərdə tutulur.
17/10/2016 11:33
Bakıda Alt komitənin dördüncü iclası keçirilib
Oktyabrın 14-də Bakıda Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Komitəsi çərçivəsində Məşğulluq və sosial məsələlər, ictimai səhiyyə, təlim, təhsil və gənclər, mədəniyyət, informasiya cəmiyyəti və audiovizual siyasət, elm və texnologiya məsələləri üzrə Alt komitənin dördüncü iclası keçirilib. Azərbaycan tərəfindən Təhsil Nazirliyinin həmsədrlik etdiyi iclasda Xarici İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Gənclər və İdman Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Səhiyyə Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Milli Elmlər Akademiyasının əməkdaşları və Avropa İttifaqının (Aİ) nümayəndə heyəti iştirak edib. Bir gün ərzində keçirilən iclas zamanı təhsil, məşğulluq və sosial məsələlər, səhiyyə, gənclər siyasəti, mədəniyyət, tədqiqat və innovasiyalar, informasiya cəmiyyəti mövzularında qarşılıqlı müzakirələr aparılıb. Azərbaycan tərəfi sözügedən sahələrdə həyata keçirilən islahatlar və əldə olunan nəticələrlə bağlı məlumat verib. Aİ-nin nümayəndə heyəti isə öz növbəsində bu sahələr üzrə həyata keçirilən siyasət və nəzərdə tutulmuş dəyişiklərlə bağlı təqdimatlar edib. İclasın gedişində iki tərəf arasında əməkdaşlığın inkişaf etdirilməsi, yeni layihələrin həyata keçirilməsi məqsədilə qarşılıqlı fikir mübadiləsi aparılıb.
14/10/2016 17:08
Dövlət təltiflərinin təqdim olunması mərasimi
Oktyabrın 14-də Təhsil Nazirliyində dövlət təltiflərinə layiq görülən təhsil işçilərinə mükafatların təqdim olunması mərasimi keçirilib. Tədbirdən öncə təhsil naziri Mikayıl Cabbarov, rəhbər təhsil işçiləri, dövlət təltiflərinə layiq görülən müəllimlər Fəxri Xiyabana gələrək ümummilli lider Heydər Əliyevin və akademik Zərifə xanım Əliyevanın xatirəsini ehtiramla yad edib, məzarları önünə gül dəstələri qoyublar. Mərasimdə çıxış edən təhsil naziri Mikayıl Cabbarov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə təhsilin inkişafındakı xidmətlərinə görə fəxri adlara layiq görülən bir qrup təhsil işçisini təbrik edib. Nazir bu sərəncamların ölkə Prezidentinin təhsil sahəsinə olan diqqət və qayğısının bariz nümunəsi olduğunu bildirib. Artıq bir neçə ildir ki, müəllimlərin işə qəbulunun mərkəzləşdirilmiş qaydada aparıldığını diqqətə çatdıran Mikayıl Cabbarov müəllim peşəsinin nüfuzunun artırılması, onun yüksək biliyə sahib olması, habelə pedaqoji təhsilə bilikli gənclərin cəlb edilməsi ilə bağlı tətbiq olunan mexanizmlər barədə danışıb. Son dövrlərdə aparılan məqsədyönlü işlər nəticəsində müəllimlik peşəsini seçən yüksək ballı məzunların sayı xeyli artıb. Mikayıl Cabbarov müəllimlərin diaqnostik qiymətləndirilməsi prosesinin davam etdiriləcəyini, əməkhaqqısı artırılan müəllimlərin sayının 100 minə çatdırılacağını deyib. Təhsil sahəsində əldə edilən uğurlarda müəllimlərin danılmaz və aparıcı rolu olduğunu vurğulayan nazir bildirib ki, 2012-ci ilin buraxılış imtahanlarında şagirdlərin 50 faizi müsbət qiymət alırdısa, 2016-cı ildə bu göstərici 67 faiz təşkil edib. Mərasimdə təltif olunan müəllimlər təhsil işçilərinə göstərilən yüksək diqqətə görə dövlət başçısına minnətdarlıqlarını bildirib, şagirdlərin hərtərəfli bilik və bacarıqlara malik şəxsiyyət kimi yetişdirilməsi işində əzmlə çalışacaqlarını qeyd ediblər. Tədbirin sonunda təltif edilən təhsil işçilərinə medal və vəsiqələr təqdim olunub.
14/10/2016 15:05
Təhsil naziri Niderland Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfirini qəbul edib
Oktyabrın 13-də təhsil naziri Mikayıl Cabbarov Niderland Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Onno Kerversi qəbul edib. Görüş zamanı ölkələrimiz arasında təhsil sahəsində əlaqələrin hazırkı vəziyyəti və “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın müəyyən etdiyi hədəflərə uyğun əməkdaşlıq perspektivləri müzakirə olunub.
14/10/2016 13:01
“Media və təhsil dialoqu” mövzusunda təlim-konfrans keçirilib
Oktyabrın 13-də “Media və təhsil dialoqu” mövzusunda təlim-konfrans keçirilib. Konfransda Təhsil Nazirliyinin nümayəndələri, ali təhsil müəssisələrinin mətbuat xidmətlərinin rəhbərləri iştirak ediblər. Tədbirin keçirilməsində məqsəd ali təhsil müəssisələrinin media və təhsil əlaqələrinin möhkəmləndirilməsi, ictimaiyyətlə əlaqələr üzrə peşəkar vərdişlərin artırılmasıdır. Təlimdə Bakı Dövlət Universitetinin kafedra müdiri Aynur Kərimova PR strategiyası mövzusunda təqdimatla çıxış edib.Təqdimatda PR etikası və media-planların hazırlanması, daxili PR-ın təşkili məsələlərinə toxunulub, beynəlxalq təcrübədən nümunələr səsləndirilib. Avropa İctimaiyyətlə Əlaqələr İnstitutunun Ekspertlər Şurasının üzvü Vəli Əlibəyov “Böhran vəziyyətlərdə kommunikasiya” mövzusunda çıxış edib. Spiker böhran zamanı kommunikasiya münasibətlərinin başlıca tələbləri, böhran menecementinin strategiyaları ilə bağlı iştirakçılara məlumat verib. Təhsil Nazirliyinin əməkdaşları ali təhsil müəssisələrinin veb saytlarının monitorinqinin nəticələrini açıqlayıb, bu saytların təkmilləşdirilməsində yeni alətlərdən istifadə olunması qaydalarını iştirakçıların diqqətinə çatdırıblar. Eləcə də sosial mediada PR texnologiyaları mövzusunda təqdimatla çıxış ediblər. Konfransda Bakı Dövlət Universitetinin Mətbuat və informasiya şöbəsinin müdiri Pərvanə İbrahimova, UNEC-in Marketinq və kommunikasiya departamentinin direktoru Rasim Şərifov iş təcrübələrini bölüşüb, ali təhsil müəssisələrinin və media əlaqələrinin qurulmasından danışıblar. Konfransda media və təhsil dialoqunun daha da yaxşılaşdırılması ilə bağlı müzakirələr aparılıb. Sosial davranış qaydalarına dair platforma hazırlanması, ali təhsil müəssisələrinin mətbuat xidmətlərinin vahid şəbəkəsinin qurulması, universitetlərdə tələbə mərkəzlərinin yaradılması və digər məsələlərlə bağlı təklif və tövsiyələr səsləndirilib. Qeyd edək ki, təlim-konfrans Təhsil Nazirliyinin “Media və təhsil dialoqu” çərçivəsində keçirdiyi sayca beşinci konfransdır.
13/10/2016 16:30
“Ümumdünya kosmos həftəsi” qeyd olunub
“Ümumdünya kosmos həftəsi” çərçivəsində “Tusi-Bohm” Planetariumunda məktəblilər arasında maarifləndirmə aksiyası keçirilib. “Məktəblərdə astronomiya və kosmos elminin təbliği” layihəsi çərçivəsində təşkil edilən tədbirdə Bakı şəhəri üzrə ümumi təhsil müəssisələrinin şagirdləri interaktiv şou izləyib, gənc alimlərin mühazirələrini dinləyib və həvəskar astronomların çəkdiyi fotolardan ibarət sərgi ilə tanış olublar. BMT tərəfindən hər il bütün dünyada qeyd olunan “Ümumdünya kosmos həftəsi” çərçivəsində keçirilən tədbir Təhsil Nazirliyinin Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun, “Tusi-Bohm” Planetariumunun birgə əməkdaşlığı ilə reallaşdırılıb. Layihəyə uyğun olaraq 3 ay ərzində 3500 məktəblinin “Tusi-Bohm” Planetariumda təlim keçməsi nəzərdə tutulub.
12/10/2016 14:40
Futbol üzrə respublika birinciliyinin final mərhələsi başa çatıb
“Təhsil” Respublika İdman Mərkəzinin (RİM) futbol üzrə respublika birinciliyinin final mərhələsi keçirilib. Yarışın keçirilməsində əsas məqsəd Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən idman məktəblərinin futbol bölmələrinin 13-14 yaşlı perspektivli futbolçularını aşkar etmək və mərkəzin yığma komandasını formalaşdırmq olub. Final mərhələsində zona yarışları üzrə I və II yeri tutmuş 12 komanda yarışıb. Gərgin mübarizə şəraitində keçən final mərhələsində I yeri “Təhsil” RİM-in Gəncə filialının komandası tutub. “Vətən” Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol Məktəbinin (RİOEUGFM) komandası II, Təhsil” RİM-in Sumqayıt filialının komandası isə III yerə layiq görülüb. Qaliblər kubok və diplomlarla təltif ediliblər.
12/10/2016 14:08
Tanınan diplomlarla bağlı yeni məlumat bazası
Azərbaycan Respublikası ərazisində tanınan və ekvivalentliyi müəyyən edilmiş (nostrifikasiya olunmuş) xarici dövlətlərin ali təhsil müəssisələrinin diplomlarını almış şəxslər barədə məlumat bazası istifadəyə verilib. Məlumat bazasına Təhsil Nazirliyinin saytındakı “Nostrifikasiya” bölməsinin “Tanınan diplomların sahibləri barədə məlumat bazası”(http://edu.gov.az/az/nostrification/search) keçidindən daxil olmaq olar. Bazanın yaradılması Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” fərmanından irəli gələn vəzifələrin icrası işinin səmərəliliyinin artırılması məqsədlərinə xidmət edir. Məlumat bazasında ilkin olaraq 13 may 2013-cü il tarixindən bu günə kimi ekvivalentliyi müəyyən edilmiş (nostrifikasiya olunmuş) xarici dövlətlərin ali təhsil müəssisələrinin diplomlarını almış şəxslər barədə məlumatlar yerləşdirilib. Axtarış panelində diplomu təsdiq olunmuş şəxsin soyadı, adı və atasının adı yazılmaqla onun təhsil aldığı ölkə, müəssisə, ixtisası və təhsil səviyyəsi barədə məlumatları əldə etmək mümkündür. Məlumat bazası mütəmadi olaraq yenilənəcəkdir. Bazadakı məlumatlardan həm nostrifikasiya olunmuş diplomların sahibləri, həm də onları işəgötürənlər yararlana bilərlər.
11/10/2016 11:25
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı