SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
“Ümumdünya kosmos həftəsi” qeyd olunub
“Ümumdünya kosmos həftəsi” çərçivəsində “Tusi-Bohm” Planetariumunda məktəblilər arasında maarifləndirmə aksiyası keçirilib.
“Məktəblərdə astronomiya və kosmos elminin təbliği” layihəsi çərçivəsində təşkil edilən tədbirdə Bakı şəhəri üzrə ümumi təhsil müəssisələrinin şagirdləri interaktiv şou izləyib, gənc alimlərin mühazirələrini dinləyib və həvəskar astronomların çəkdiyi fotolardan ibarət sərgi ilə tanış olublar.
BMT tərəfindən hər il bütün dünyada qeyd olunan “Ümumdünya kosmos həftəsi” çərçivəsində keçirilən tədbir Təhsil Nazirliyinin Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun, “Tusi-Bohm” Planetariumunun birgə əməkdaşlığı ilə reallaşdırılıb.
Layihəyə uyğun olaraq 3 ay ərzində 3500 məktəblinin “Tusi-Bohm” Planetariumda təlim keçməsi nəzərdə tutulub.
9 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl