SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Tanınan diplomlarla bağlı yeni məlumat bazası
Azərbaycan Respublikası ərazisində tanınan və ekvivalentliyi müəyyən edilmiş (nostrifikasiya olunmuş) xarici dövlətlərin ali təhsil müəssisələrinin diplomlarını almış şəxslər barədə məlumat bazası istifadəyə verilib. Məlumat bazasına Təhsil Nazirliyinin saytındakı “Nostrifikasiya” bölməsinin “Tanınan diplomların sahibləri barədə məlumat bazası”(http://edu.gov.az/az/nostrification/search) keçidindən daxil olmaq olar.
Bazanın yaradılması Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” fərmanından irəli gələn vəzifələrin icrası işinin səmərəliliyinin artırılması məqsədlərinə xidmət edir.
Məlumat bazasında ilkin olaraq 13 may 2013-cü il tarixindən bu günə kimi ekvivalentliyi müəyyən edilmiş (nostrifikasiya olunmuş) xarici dövlətlərin ali təhsil müəssisələrinin diplomlarını almış şəxslər barədə məlumatlar yerləşdirilib. Axtarış panelində diplomu təsdiq olunmuş şəxsin soyadı, adı və atasının adı yazılmaqla onun təhsil aldığı ölkə, müəssisə, ixtisası və təhsil səviyyəsi barədə məlumatları əldə etmək mümkündür. Məlumat bazası mütəmadi olaraq yenilənəcəkdir.
Bazadakı məlumatlardan həm nostrifikasiya olunmuş diplomların sahibləri, həm də onları işəgötürənlər yararlana bilərlər.
9 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl