• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Tələbə kreditlərinin verilməsində beynəlxalq təcrübə

Fevralın 8-də “Maarifçi” Tələbə Kredit Fondu, Təhsil NazirliyiDünya Bankı ilə birlikdə  “Maarifçi" Tələbə Kredit Fondunun fəaliyyəti və Azərbaycanda tələbə kreditləri proqramı” mövzusunda tədbir keçirilib. Tədbirdə təhsil naziri Mikayıl Cabbarov, millət vəkilləri, ali təhsil müəssisələrinin rəhbərləri,  dövlət və özəl qurumların nümayəndələri, yerli və beynəlxalq təhsil ekspertləri, KİV nümayəndələri iştirak edib. Tədbirin keçirilməsində məqsəd tələbə kreditlərinin verilməsi sahəsində beynəlxalq təcrübənin öyrənilməsi, bu sahədə əməkdaşlıq imkanlarının artırılmasıdır. Təhsil naziri Mikayıl Cabbarov ötən il fəaliyyətə başlayan “Maarifçi” Tələbə Kredit Fondunun təhsil kreditlərinin verilməsi sahəsində ilk təcrübə olduğunu və bu sahədə beynəlxalq qurumlarla əməkdaşlığın vacibliyini bildirib. Təhsil naziri universitetlərin bu təşəbbüsə qoşulması ilə ölkəmizdə ilk dəfə olaraq tələbə krediti mexanizminin yaradıldığından bəhs edib. Ötən müddət ərzində “Maarifçi” Tələbə Kredit Fondunun uğurla fəaliyyət göstərdiyini, tərəfdaş universitetlərin sayının artdığını bildirən Mikayıl Cabbarov yeni təcrübələrdən bəhrələnmək üçün tədbirin rolunu xüsusi vurğulayıb. Dünya Bankının Azərbaycan üzrə meneceri Navid Həsən Naqvi, təhsil üzrə eksperti Kristian Aedo tələbə kreditlərinin ali təhsildə əlyetərlik imkanları yaratdığını, qurumun hazırladığı müzakirə sənədində Azərbaycanda tətbiq edilən təcrübənin innovativ olduğunu bildiriblər. “Maarifçi” Tələbə Kredit Fondunun icraçı direktoru Rüfət Mahmud ötən il 103 tələbə ilə təhsil krediti müqaviləsinin imzalandığını və artıq 3-cü elan sessiyasına başlanıldığını deyib. Dünya Bankının və Beynəlxalq Maliyyə Kooperasiyasının ekspertləri Brüs Çapman və Alexandro Kabalero tələbə kreditləri sahəsində çeşidli modellərin mövcudluğunu və gələcəkdə Azərbaycanın bu təcrübədən yararlanması üçün təmsilçisi olduqları qurumların əməkdaşlığa hazır olduqlarını diqqətə çatdırıblar. Tədbirdə çıxış edənlər “Maarifçi” Tələbə Kredit Fondunun yaradılmasının ali təhsilə çıxış imkanlarının genişləndirilməsindəki rolunu qeyd ediblər. “Maarifçi" Tələbə Kredit Fondu 2016-cı ildə Təhsil Nazirliyinin təşəbbüsü ilə 10 dövlət ali təhsil müəssisəsi tərəfindən təsis edilib. “Maarifçi” Tələbə Kredit Fondu tələbələr üçün yaradılmış fonddur. Fondun missiyası aztəminatlı ailələrdən olan tələbələrə kreditlərin verilməsi vasitəsi ilə onlara ali təhsil almaqda bərabər imkanların yaradılmasıdır. Fond Azərbaycanın 14 ali təhsil müəssisəsi ilə əməkdaşlıq edir.

“Təhsilim həm həkim, həm də şəxsiyyət kimi formalaşmağıma səbəb oldu” - “Uğur formulu”

2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı” təqaüdçülərini tanıdan “Uğur formulu” layihəsinin budəfəki qonağı Nübar Rəsulovadır. Layihə Təhsil Nazirliyi 1news.az informasiya agentliyi ilə birgə həyata keçirilir. Nübar Rəsulova 1988-ci ildə Şəki şəhərində anadan olub. İlk təhsilini Şəki şəhər Nizami Gəncəvi adına 7 saylı tam orta məktəbdə alıb. Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsini bitirib. Azərbaycan Tibb Universitetində endokrinologiya üzrə rezidentura səviyyəsində oxuduğu zaman təhsilini xaricdə davam etdirmək qərarına gəlib. N.Rəsulova hazırda Türkiyənin Dokuz Eylül Universitetində tibbdə uzmanlıq təhsili alır. - Xaricdə təhsil sizə nə verir? Ümidlərinizi doğruldurmu? - Tibb gündən-günə yenilənən, bilgilərin sürətlə dəyişdiyi, eyni zamanda şəxsi təcrübənin də önəm kəsb etdiyi sahədir. Ona görə də dünya təcrübəsi ilə, yeni biliklərlə tanış olmaq hər bir həkim üçün vacibdir. Mən də savadlı, təcrübəli həkim olmaq, öz ixtisasım üzrə peşəkar olmaq üçün qarşıma xaricdə təhsil almaq məqsədi qoydum. Türkiyənin tibb üzrə ilk 10 ən yaxşı universiteti sırasında olan Dokuz Eylül Üniversitetində daxili xəstəliklər ixtisası üzrə təhsil alıram və seçimimdən də məmnunam. - Niyə məhz bu ixtisası seçdiniz? - Ailəmin istəyi və müəllimlərimin yönləndirməsi ilə Azərbaycan Tibb Universitetinə daxil oldum və təməl tibb təhsilimi sevə-sevə öyrəndim. 6 illik təhsilin sonunda özümü gələcəkdə daxili xəstəliklər və endokrinologiya uzmanı olaraq gördüyüm üçün bu ixtisası seçdim. - Fərqli ölkə və təhsil mühitini gördükdən sonra əvvəl oxuduğunuz ali məktəbdə nəyin dəyişməsini arzulayardınız? - Həkimlik, mərkəzində insan həyatı olan bir peşədir. Həkim yetişdirən bir ali təhsil müəssisəsinin də diplomunu alan hər kəsin bu adı tək öz ölkəsində deyil, dünyanın hər yerində doğrultması lazımdır. Təkcə tibbi bilgilərin yox, təcrübənin də tələbələrə öyrədilməsi lazımdır. Tibb tələbəsi həkimliyi parta arxasında deyil, xəstə başında öyrənməlidir. Bitirdiyim Azərbaycan Tibb Universitetində də tələbələrə həm tibbi biliklərin aşılanmasını, həm də hər tələbənin mütəxəssis həkim kimi yetişməsi üçün kifayət qədər təcrübi dərslərin olmasını istəyərdim. - Təhsil aldığınız ölkədə Azərbaycanla bağlı nələri tanıtmısınız? -Tanıdığım insanlara mümkün olduqca Azərbaycanın tarixi məkanları, təbiəti, yeməkləri, adət-ənənələri barədə məlumat verirəm. Dostlarım da Azərbaycanı görmək, maraqlı yerləri gəzmək istədiklərini bildirirlər. - Oxuduğunuz ali məktəbdə müəllim-tələbə münasibəti necədir? - Uzmanlıq təhsili aldığımız və burda həkim işlədiyimiz üçün professorlar, dosentlər, uzmanlarla həmkar kimi çalışırıq. Onlara xəstə ilə bağlı düşündüklərimizi rahatca deyə bilirik. Eyni zamanda müəllimlərin tələbələrlə münasibəti də həmkar kimidir. - Daha çox hansı çətinlikləriniz olub? - Yeni fəaliyyətə başlayanda nə qədər yaxın olsaq da türkcə danışmaq, Türkiyənin müxtəlif bölgələrindən gələn pasientlərin dilini anlamaq çətin idi. Həm də təcrübi biliklərimin az olması türk həmkarlarıma nisbətən mənim işə daha gec uyğunlaşmağıma səbəb olurdu. Həkimlik çətin, həm də maraqlı bir peşədir. Hər gün bir çox xəstəyə faydalı olmaq, etdiyimiz müdaxilələrin müsbət nəticələrini görmək çox maraqlı və sevindiricidir. - Universitetdə əcnəbi tələbələrə münasibətdən razısınızmı? - Burada azərbaycanlılardan başqa Serbiya, Myanma, Rusiya kimi ölkələrdən də müxtəlif əcnəbi tələbələr təhsil alır. Türk insanı da Azərbaycan xalqı kimi qonaqpərvərdir, bütün əcnəbilərə həm universitetdə, həm də kənarda öz dost münasibətlərini və sevgilərini nümayiş etdirirlər. - Xarici ölkədən Azərbaycan təhsilini necə görürsünüz? - Azərbaycan dövləti 26 illik inkişafda olan gənc dövlətdir. Ona görə də təhsilimiz də inkişaf mərhələsindədir. Çatışmayan cəhətləri olsa da, qürurverici tərəfləri daha çoxdur. Ümid edirəm, mənim də Azərbaycan təhsilinin inkişafına bir töhfəm olacaq. -  Asudə vaxtınızda nə ilə məşğul olursunuz? -Türkiyədə ən çox iş saatı olan peşə sahibləri həkimlərdir. Günaşırı gecə növbəsi, gündüz də istirahət etmə vaxtı olmadan işə davam edirik. Asudə vaxt tapdığımda da tibb sahəsi üzrə təşkil olunan konqreslərə gedirəm. Tətil günlərində isə Türkiyənin gəzməli yerlərini görməyə çalışıram. - Təhsilinizi başa vurduqdan sonra harada çalışmaq istəyərdiniz? Gələcək planlarınız necədir? - Azərbaycan səhiyyəsi və təhsili üçün çalışmaq məqsədimdir. Savadlı həkimlərin yetişməsi, Azərbaycanda tibb elminin inkişafı üçün universitetdə akademik fəaliyyətlə məşğul olmağı və  həkim-mütəxəssis kimi işləməyi düşünürəm. Həkim vəzifələri, dəyərləri ilə bağlı öz öyrəndiklərimi həmkarlarımla paylaşmaq istərdim. - Siz xaricdə təhsil almağa başladıqdan sonra özünüzdə nələri dəyişmisiniz? - Öz ixtisasım üzrə lazımi təcrübələri əldə etmişəm və öyrənməyə davam edirəm. Bütün bunlar özümə inam qazanmağıma, daha məqsədyönlü olmağıma, həm həkim, həm də şəxsiyyət kimi formalaşmağıma səbəb oldu. - Ölkəmizdəki dostlarınıza, həmyaşıdlarınıza nə demək istərdiniz? - Nə istədiyini bilmək və özünə inanmaq. Bunlar varsa, insan hər şeyə nail ola bilər. Önəmli olan insanlığımızı itirməyək.   1news.az

Məktəblilər arasında çempionat

Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında “Yunior liqa” Şən və Hazırcavablar Klubu (ŞHK) respublika çempionatının ikinci mövsümünə start verilib. Azərbaycan Şən və Hazırcavablar Klubu ilə Təhsil Nazirliyinin birgə keçirdiyi çempionatın əsas məqsədi ŞHK-nın ənənələrini yaşatmaq, yetişməkdə olan gənc nəslin bu istiqamətdə yaradıcı potensialını üzə çıxarmaqdan ibarətdir. Çempionatda Bakı şəhərinin 21 ümumtəhsil məktəbini və Dağıstan Respublikasını təmsil edən komandalar yarışıb. Komandaların çıxışları tanınmış incəsənət xadimlərindən, Şən və Hazırcavablar Klubunun Rusiyanın Ali liqasında çıxış edən peşəkar oyunçularından ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib. Bakı şəhərindəki 1, 7, 160, 26, 18, 189-190, 227, 16, 86, 145 nömrəli məktəb və liseylərin, həmçinin Təhsil Nazirliyinin tabeliyindəki akademik Zərifə Əliyeva adına liseyin, 6 nömrəli məktəb-liseyin, 23 nömrəli tam orta məktəbin, “Ankara məktəbi” məktəb-liseyin, 132-134 nömrəli təhsil kompleksinin,  Bakı Modern Məktəbin və Mahaçqala şəhərinin komandaları yarımfinal turuna vəsiqə qazanıblar.

Təhsil naziri Şabranda vətəndaşları qəbul edib

Fevralın 6-da təhsil naziri Mikayıl Cabbarov Şabran şəhərindəki Heydər Əliyev Mərkəzində Xızı, Siyəzən, Şabran, Quba, Qusar və Xaçmaz rayon sakinlərini qəbul edib. Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2017-ci ilin fevral ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq keçirilən qəbulda Xızı, Siyəzən, Şabran, Quba, Qusar və Xaçmaz rayonlarında müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edib. Qəbulda vətəndaşlar əsasən, müəllimlərin işə qəbulu və ya iş yerinin bir məktəbdən, həmçinin bir rayondan digərinə dəyişdirilməsi, işə bərpa olunma, gənc müəllimlər üçün həvəsləndirmə tədbirlərinin tətbiqi, məktəb binalarının tikintisi, təmiri, istiliklə təchizatı və digər məsələlərlə əlaqədar müraciət ediblər. Qəbulda vətəndaşların müraciəti dinlənilib, əksər məsələlər yerindəcə həllini tapıb. Bir sıra müraciətlərlə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib.

Tələbələrin köçürülməsində daha bir yenilik

Fevralın 6-dan tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi  məqsədilə elektron sənəd qəbuluna start verilir. Bu tədris ilindən etibarən tələbələrin köçürülməsində yenilik tətbiq olunub. Belə ki, fevralın 7-dən orta ixtisas təhsili müəssisələrinin tələbələri də transfer.edu.az elektron portalı vasitəsilə köçürülmək üçün müraciət edə bilərlər. Sənədlərin elektron qəbulu fevralın 14-dək davam edəcək. Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi ilə birgə fəaliyyət çərçivəsində yaradılan transfer.edu.az portalı tələbələrin köçürülməsi prosesinin sadələşdirilməsinə və şəffaflığın təmin edilməsi məqsədinə xidmət edir. Transfer.edu.az portalına müraciət edən şəxslər köçürülmək istədiyi təhsil müəssisəsini seçmək imkanına malikdir. Bunun üçün təhsilalanlar tələb olunan məlumatları daxil etməklə, köçürülmə meyarlarına uyğun gəlib-gəlmədiyini müəyyən edə bilərlər. Tələbələrin köçürülməsi Təhsil Nazirliyinin razılığı ilə qış və yay tətili dövründə həyata keçirilir. Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarında tələbənin topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmamalıdır. Həmçinin tələbənin qəbul olunduğu və köçürülmək istədiyi ixtisaslar Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən olunmuş eyni ixtisas qrupu daxilində olmalıdır. Xarici ölkələrin akkreditə olunmayan ali təhsil müəssisələri tələbələrinin Azərbaycanın ali təhsil müəssisələrinə köçürülməsinə yol verilmir. Bununla yanaşı, tələbənin təhsil aldığı ali təhsil müəssisəsinin dünyanın ən yaxşı ali təhsil müəssisələrinin reytinq siyahısında olması da nəzərə alınan göstəricilər sırasındadır. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin elektron köçürülmədə iştirak etmək hüququ yoxdur. 2016-cı ilin avqust ayında istifadəyə verilən transfer.edu.az portalına ümumi müraciət edənlərin sayı 241 nəfər olub ki, onlardan 83 nəfərə müsbət cavab verilib.

İdmançılarımız beynəlxalq turnirin qalibi olub

İtaliyanın Liqnano şəhərində cüdo idman növü üzrə ənənəvi "Alpe Adrea" beynəlxalq turnir keçirilib. Azərbaycanın yığma komandasının da iştirak etdiyi bu turnirdə Avropanın müxtəlif ölkələrindən 1000–dən artıq cüdoçu mübarizə aparıb. Gərgin mübarizə şəraitində iki gün davam edən turnirin nəticələrinə əsasən, Təhsil Nazirliyinin 13 saylı İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin yetirmələri yüksək nəticə qazanıblar. 55 və 81 kq çəki dərəcələrində Hacı Musayev, Naim Hüseynov I yeri tutaraq qızıl, 60 və 81 kq çəki dərəcələrində Tofiq Məmmədov və  Samir Məmmədov III yeri tutaraq bürünc medal qazanıblar.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin akademiyasının açılışı olub

Fevralın 2-də Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) mərkəzi ofisində könüllülük fəaliyyətinə dair yeni qurulan akademiyanın açılış mərasimi olub. Mərasimdə çıxış edən BŞH-nin İnsan resursları şöbəsinin və yeni təsis olunmuş akademiyanın rəhbəri İranə Əhmədova Bakı Şəhər Halqası akademiyasının açılmasında əsas məqsədin ölkəmizdə keçiriləcək Formula-1 yarışlarının təşkilatçılığında iştirak edəcək könüllülərin hazırlığının daha peşəkar səviyyədə reallaşdırmaq olduğunu bildirib. O, könüllülərin şəxsi inkişafının daim diqqət mərkəzində olduğunu qeyd edərək vurğulayıb ki, akademiyada hədəflərin müəyyən edilməsi, kommunikasiya bacarıqlarının artırılması, liderlik, layihələrin idarə edilməsi və başqa zəruri mövzularda təlimlər keçiriləcək. Mərasimdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov bildirib ki, könüllülərin hazırlığı prosesinə cəlb olunan kadrların hamısı yerli mütəxəssislərdir. Təhsil naziri Mikayıl Cabbarov bildirib ki, qarşıya qoyulan əsas məqsəd ölkənin gələcəyi üçün yüksək keyfiyyətlərə malik gənc nəsil hazırlamaqdır. Bu gün savadlı, innovativ, milli dəyərləri qorumaqla qlobal dünyaya hazır olan nəslin yetişdirilməsi ən başlıca vəzifəmizdir.   AZƏRTAC

Məktəb rəhbərləri üçün təlim

Təhsil İnstitutunun təşkilatçılığı ilə Avropa Birliyinin TAIEX proqramı çərçivəsində “Məktəb özünüqiymətləndirmə və təhsildə keyfiyyətin təminatı” mövzusunda  seminar keçirilib. Seminarın keçirilməsində məqsəd məktəblərdə keyfiyyət təminatını, məktəb özünüqiymətləndirmə sistemini və prosesini müzakirə etmək, uğurlu təcrübəni bölüşməkdir. İki gün davam edən seminarda Təhsil Nazirliyinin əməkdaşları, Bakı şəhəri üzrə 40-dan çox məktəb direktoru, ayrı-ayrı bölgələrdən təhsil menecerləri iştirak ediblər. Seminara Böyük Britaniyadan Donald Rolls, Niderland Krallığından Con Vierda, Maltadan Şarlot Kassar dəvət olunublar. Təhsil üzrə beynəlxalq mütəxəssislərlə birgə məktəb özünüqiymətləndirmənin əsas sahəsi kimi liderlik və idarəetmə, tədris və öyrənmə, keyfiyyət təminatı və nəzarət məsələləri ətrafında fikir mübadiləsi edilib. Məktəb rəhbərləri və müəllimlərin peşə standartları, onların qiymətləndirilməsi alətləri, məktəbin inkişaf planının hazırlanması, yoxlama prosesi, məlumatların toplanması və digər müxtəlif mövzular üzrə  işçi qruplarda müzakirələr aparılıb.

Yanvar ayında Təhsil Nazirliyinin Vətəndaşlarla iş bölməsinə 12 438 müraciət daxil olub

Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146) daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində 2017-ci ilin yanvar ayında vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb. Qeyd olunan müddət ərzində Vətəndaşlarla iş bölməsinə ümumilikdə 12438 müraciət daxil olub. Statistikaya əsasən, Telefon Məlumat Mərkəzində 9615 zəng qəbul edilib. Vətəndaşların Qəbulu Mərkəzində isə bu dövrdə 2823 vətəndaşa xidmət göstərilib. Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. Vətəndaşların Qəbulu Mərkəzində 1228 sənəd (586 məktub, 389 ərizə, 253 digər sənəd) qəbul olunub və qeydiyyata alınıb. Daxil olan müraciətlər daha çox ali təhsil sənədlərinin (diplomların) tanınması (nostrifikasiya), tələbələrin yerli ali təhsil müəssisələrinə köçürülməsi və bərpası, müəllimlərin diaqnostik qiymətləndirilməsi ilə bağlı məsələləri əhatə edib. Qeyd edək ki, Telefon Məlumat Mərkəzinə ötən ay ərzində ən çox həftənin bazar ertəsi (2450 zəng) və çərşənbə axşamı (2176 zəng) günləri, əsasən, saat 10:00-dan 12:00-dək və 14:00-dan 16:00-dək müraciət olunub. Vətəndaşların Qəbulu Mərkəzinə isə ən çox həftənin bazar ertəsi (769 müraciət) və çərşənbə axşamı (606 müraciət) günləri, əsasən, saat 10:00-dan 13:00-dək və 14:00-dan 16:00-dək müraciət edilib.

Təhsil Nazirliyində növbədənkənar kollegiya iclası keçirilib

Yanvarın 30-da Təhsil Nazirliyində növbədənkənar kollegiya iclası keçirilib. Kollegiyada Qafqaz Universitetinin ləğvetmə komissiyasının təqdim etdiyi təkliflər əsasında tələbə kontingentinin digər universitetlərdə yerləşdirilməsi məsələsi müzakirə olunub. Müzakirələr nəticəsində irəli sürülmüş bir neçə təklif arasında qış imtahan sessiyasından sonra bütün tələbələrin bir universitetdə - Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 8 noyabr tarixli sərəncamı ilə dövlət universiteti statusunda yaradılmış Bakı Mühəndislik Universitetində öz ixtisasları üzrə yerləşdirilməsi variantı qəbul edilib. Qərarda, həmçinin tələbələrin təhsil aldıqları tədris dilinin saxlanılması da vurğulanır. Sözügedən təklifin qəbul olunması zamanı Qafqaz Universitetinin təsisçisi - Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin Azərbaycan Hökumətinə və Təhsil Nazirliyinə universitetin ləğvindən sonra qalan tədris kompleksinin bütün əmlakının dövlət nəfinə qəbul edilməsi və onun təhsil məqsədləri üçün istifadə olunması barədə müraciəti nəzərə alınıb. Təhsil Nazirliyinin Kollegiyasının qəbul etdiyi qərarda digər ali təhsil müəssisələrində təhsillərini davam etdirmək istəyən tələbələrin müraciətlərinə yay tətili zamanı baxılacağı da qeyd olunur. 

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı