• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

SABAH Karyera Qış Məktəbində təlimlərə başlanılıb

SABAH Karyera Akademiyası proqramı çərçivəsində Qubada SABAH Karyera Qış Məktəbi layihəsi təqdim olunub. Layihənin həyata keçirilməsində məqsəd sonuncu kursda təhsil alan SABAH tələbələrinə uğurlu karyera başlanğıcı üçün lazım olan bacarıqları aşılamaqdır. Təqdimat mərasimində çıxış edən SABAH qrupları İcra Komitəsinin rəhbəri Şahin Seyidzadə bildirib ki, layihə SABAH Karyera Akademiyası proqramı çərçivəsində həyata keçirilir. İlk SABAH məzunlarının gələcək peşəkar inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi və bu sahədə tələbələrə dəstək verilməsi məqsədilə yaradılan akademiya peşəkar karyera, magistratura təhsili, sahibkarlıq, elmi araşdırma olmaqla 4 istiqaməti əhatə edir. SABAH Karyera Qış Məktəbində 100-ə yaxın tələbə iştirak edir. İlk təlim biznes məsləhətçi Fəxri Ağayev tərəfindən keçirilb.Təlimçi  şəxsi brendin yaradılması və onu inkişaf etdirməyin yolları, vaxtın düzgün qiymətləndirilməsi və diqqət yetirilməsi  vacib olan məqamlardan danışıb. Daha sonra təlimlər    qruplar şəklində davam etdirilib. SABAH Karyera Akademiyasının tərəfdaşı olan Azercell Telekom MMC-nin əməkdaşları tərəfindən keçirilən təlimlərdə tələbələr karyera planlaşdırılması, CV və rezume yazılışı, müsahibə, təqdimat bacarıqları və s. mövzular üzrə məlumatlar əldə ediblər. İki gün davam edəcək təlimin sonunda iştirakçılara sertfikatlar veriləcək. SABAH qrupları Təhsil Nazirliyinin təşəbbüsü ilə 2014-2015-ci tədris ilində 7 ali təhsil müəssisəsində yaradılıb. SABAH layihəsinin əsas məqsədi ali təhsildə  keyfiyyətin yüksəldilməsi,  yeni və fərqli mühitin yaradılması, müasir tələblərə uyğun kadr hazırlığının təmin edilməsidir. Hazırda SABAH qrupları 11 ali təhsil müəssisəsində fəaliyyət göstərməklə 45 ixtisas və 2300-dən artıq tələbəni əhatə edir. Bu tədris ilində  740-dan artıq SABAH tələbəsi məzun olacaq.  

“Sabahın alimləri” VI Respublika Müsabiqəsinin qalibləri mükafatlandırılıb

Fevralın 17-də “Sabahın alimləri” VI Respublika Müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Təhsil nazirinin müavini Ceyhun Bayramov gənclərin elmi potensialının inkişaf etdirilməsi məqsədilə keçirilən “Sabahın alimləri” müsabiqəsinə bu il təqdim edilən layihələrin daha innovativ və yaradıcı olduğunu bildirib. Nazir müavini şagirdlərin elmi yaradıcılığı, onların tədqiqat aparması baxımından elm və təhsil müəssisələri arasında əməkdaşlığın yaradılmasının əhəmiyyətini vurğulayıb. Münsiflər Heyəti tərəfindən 8 nominasiya üzrə seçilən qaliblər  təqdim olunub. Daha sonra bu ilin may ayında ABŞ-da keçiriləcək İntel İSEF-Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirak edəcək 3 layihə müəlliflərinin adları açıqlanıb. Kompüter elmləri kateqoriyaları üzrə Bakı şəhəri 291 nömrəli Ekologiya liseyinin şagirdi Elşən Nağızadə, Bakı şəhəri 299 nömrəli məktəb-liseyin şagirdi Elgün Alışev, mühəndislik kateqoriyaları üzrə Bakı Avropa Liseyinin şagirdləri Timur Kalyayev, Həmid Səlimov, Şirvan şəhəri “İstək” Liseyinin şagirdi Qüdrət Muradlı ən yaxşı layihə müəllifi olaraq seçiliblər. Qaliblərə diplom, medal və pul mükafatı təqdim olunub.  Müsabiqənin təşkilatçıları Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Heydər Əliyev Mərkəzi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsiİntel” şirkətidir. “Sabahın alimləri” müsabiqəsi riyaziyyat, fizika, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya, mühəndislik, kompüter elmləri üzrə keçirilir. 2012-ci ildən keçirilən müsabiqəyə bu günədək 730  nəfər şagird qatılıb, onlardan 30 şagird  Intel İSEF-də iştirak etmək hüququ qazanıb.

“Sabahın alimləri” VI Respublika Müsabiqəsinə start verilib

Fevralın 16-da “Sabahın alimləri” VI Respublika Müsabiqəsinin açılış mərasimi keçirilib. Təhsil Nazirliyinin əsas təşkilatçılığı ilə keçirilən müsabiqənin məqsədi yuxarı sinif şagirdlərinə tədqiqat aparmaq, öz elmi nailiyyətlərini nümayiş etdirmək imkanı yaratmaq və onların arasından hər il  ABŞ-da keçirilən İnteI İSEF – Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirak edəcək namizədləri müəyyənləşdirməkdir. Tədbirdə çıxış edən təhsil naziri Mikayıl Cabbarov təhsil sahəsində aparılan islahatların gənclərdə müasir düşüncə tərzinin formalaşmasına, onların tədqiqatyönlü fəaliyyətə cəlb edilməsinə istiqamətləndiyini vurğulayıb. Nazir qeyd edib ki, ötən il  ümumtəhsil məktəblərini qızıl və gümüş medalla bitirmiş 158 məzundan 38 nəfəri son dörd ildə keçirilmiş “Sabahın alimləri” müsabiqəsinin qalibləri və ya iştirakçıları olub. Hazırda onlar Azərbaycanın və xarici ölkələrin universitetlərində təhsil alırlar. “Sabahın alimləri” müsabiqəsinə ölkə miqyasında marağın və iştirakçı şagirdlərin sayının ildən-ilə artdığını deyən nazir bildirib ki, builki yarışmada ölkəmizin 13 şəhər və rayonunun ümumtəhsil məktəblərində təhsil alan 202 şagird 125 elmi layihə ilə iştirak edir.  AMEA-nın prezidenti Akif Əlizadə müsabiqə iştirakçılarına akademiyanın 40-dan çox elmi müəssisəsində, elmi-tədqiqat institutlarının laboratoriyalarında tədqiqat aparmaq üçün şərait yaradıldığını nəzərə çatdırıb. Gənclər və idman nazirinin müavini İntiqam Babayev, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Səttar Mehbalıyev çıxış edərək müsabiqə iştirakçılarına uğurlar arzulayıb, gənclərin elmə həvəsləndirilməsi, onların elmi fəaliyyətlərinin stimullaşdırılması məqsədilə keçirilən tədbirlərin əhəmiyyətindən danışıblar. Layihələrin qiymətləndirilməsi üçün aparıcı alimlərdən ibarət Münsiflər Heyəti yaradılıb. Qaliblərə təşkilatçılar tərəfindən pul mükafatı, diplom, medal və hədiyyələr təqdim olunacaq, 3 layihənin müəllifləri cari ilin may ayında ABŞ-da keçiriləcək İnteI İSEF-də iştirak etmək imkanı qazanacaq. Müsabiqənin təşkilatçıları Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Heydər Əliyev Mərkəzi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi və “İntel” şirkətidir. “Sabahın alimləri” müsabiqəsi riyaziyyat, fizika, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya, mühəndislik, kompüter elmləri üzrə keçirilir. 2012-ci ildən keçirilən müsabiqəyə bu günədək 730  nəfər şagird qatılıb, onlardan 30 şagird  Intel İSEF-də iştirak etmək hüququ qazanıb.  

Ümumi və ilk peşə-ixtisas təhsili müəssisələri müəllimlərinin diaqnostik qiymətləndirilməsi keçiriləcək

Cari ilin aprel-may aylarında ölkəmizin digər 26 şəhər və rayonunun dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçiriləcək. Qiymətləndirmədə Qax, Qəbələ, Şəki, Zaqatala, Balakən, Oğuz, Yevlax, Ağdaş, Xocalı, Goranboy, Mingəçevir, Naftalan, Göyçay, Kəlbəcər, Ağdam, Füzuli, Bərdə, Tərtər, Beyləqan, Laçın, Ağstafa, Tovuz, Qazax, Zəngilan, Xocavənd, Cəbrayıl şəhər və rayonlarının 50 minə yaxın müəlliminin iştirakı nəzərdə tutulur. Diaqnostik qiymətləndirmənin nəticələrinə əsasən ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıq səviyyələri müəyyənləşdiriləcək, onların dərs yükü norması və əməkhaqqı artırılmaqla maddi rifahı yaxşılaşdırılacaq. Həmçinin həmin müəllimlərin əlavə təlim ehtiyacları müəyyən olunacaqdır. Bununla yanaşı, ilk peşə-ixtisas təhsili müəssisələrinin müəllimləri də qiymətləndiriləcək. İlk peşə-ixtisas təhsili müəssisələrində çalışan müəllimlərin diaqnostik qiymətləndirilməsi daha peşəkar, yüksək bilik və bacarığa malik pedaqoji işçilərin müəyyən edilməsi məqsədi daşıyır. Bu proses “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq, Nazirlər Kabinetinin ilk peşə-ixtisas təhsili müəssisələri şəbəkəsinin rasionallaşdırılması ilə bağlı qərarına əsasən həyata keçirilir.  

Tələbələrin köçürülməsi ilə bağlı elektron sənəd qəbulu başa çatıb

Tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi  məqsədilə elektron sənəd qəbulu başa çatıb. 6-14 fevral tarixlərində keçirilən sənəd qəbulu zamanı transfer.edu.az elektron portalına 2076 nəfər müraciət edib. Onlardan 497 nəfər köçürülmək istədikləri universitetləri seçərək, sorğularını təsdiqləyib. 68 nəfər müraciətindən imtina edib. 307 nəfər tələbə Azərbaycanın, 122 tələbə isə  xarici ölkələrin ali təhsil müəssisələrindən köçürülmək üçün müraciət edib. 2016-2017-ci tədris ilindən tələbələrin köçürülməsində tətbiq olunan yeniliyə əsasən orta ixtisas təhsili müəssisələri tələbələrinin də transfer.edu.az elektron portalı vasitəsilə köçürülməsinə başlanılıb. Orta ixtisas təhsili müəssisələrinin 280 nəfər tələbəsi bu portala müraciət edib ki, onlardan 104 nəfər sorğularını təsdiqləyib. Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi ilə birgə fəaliyyət çərçivəsində yaradılan transfer.edu.az portalı tələbələrin köçürülməsi prosesinin sadələşdirilməsinə və şəffaflığın təmin edilməsi məqsədinə xidmət edir. Portal 2016-cı ilin avqust ayında istifadəyə verilib.

Təhsil naziri Yaponiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri ilə görüşüb

Fevralın 13-də təhsil naziri Mikayıl Cabbarov Yaponiyanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Tsuquo Takahaşi ilə görüşüb. Səfir Takahaşi Azərbaycanda diplomatik fəaliyyətinin başa çatdığını qeyd edib. Nazir səfirə fəaliyyəti ərzində iki ölkə arasında təhsil əlaqələrinin daha da genişləndirilməsində göstərdiyi səylərə görə təşəkkürünü bildirib. Görüş zamanı, həmçinin Azərbaycan və Yaponiya arasında təhsil sahəsində əlaqələrin mövcud vəziyyəti və inkişafı məsələləri müzakirə olunub.

Çinin ali məktəblərində təhsil üçün yerlər ayrılıb

“Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında 2016-2019-cu illər üçün təhsil sahəsində əməkdaşlıq haqqında Saziş”ə uyğun olaraq, 2017-2018-ci tədris ilində Azərbaycan Respublikası vətəndaşlarının Çinin ali məktəblərində təhsil alması üçün yerlər ayrılıb. Azərbaycan Respublikası vətəndaşlarının Çinin ali məktəblərində təhsil alması üçün ayrılan kvota çərçivəsində təhsil ödənişsizdir. Ali məktəbdə qeydiyyat, laboratoriya,  təcrübə (internship), yataqxana və aylıq yaşayış xərcləri, təhsil haqqı, tədris materialları və s. Çin tərəfindən qarşılanır. Əlavə olaraq, Azərbaycan tərəfindən tələbələr üçün hər tədris ilində bir dəfə gediş-gəliş bileti təmin olunur. Çinin ali məktəblərində təhsil almaq istəyən şəxslərin seçimi Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən həyata keçirilir, tələbələrin ali təhsil müəssisələrinə yerləşdirilməsi isə Çin tərəfindən aparılır. Sazişə uyğun olaraq hazırda 37 nəfər azərbaycanlı tələbə “Beynəlxalq əlaqələr”, “Beynəlxalq iqtisadiyyat və ticarət”, “Turizm”, “Mülki və ticarət hüququ”, “Politologiya və dövlət idarəçiliyi”, “Yeni və ən yeni çin ədəbiyyatı”, “Kommunikasiya və informasiya sistemləri”, “Neft və təbii qaz mühəndisliyi”, “Maşınqayırma mühəndisliyi”, “Beynəlxalq maliyyə və investisiya” və digər ixtisaslar üzrə Çinin yüksək reytinqli ali təhsil müəssisələrində təhsil alır. Təqaüd proqramı çərçivəsində təhsilə dair əlavə məlumatlarla elan vasitəsilə tanış ola bilərsiniz.

Müsabiqə qalibləri mükafatlandırılıb

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) və Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodik Mərkəzi ilə birlikdə keçirilən  “Təbiətin insanlara hədiyyəsi” adlı rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb. Mərkəzin Təsviri Sənət Qalereyasının dərnək üzvləri tərəfindən çəkilmiş rəsmlərdə ilin fəsilləri əks olunub. Əsərlərin hazırlanmasında müxtəlif texnikalardan və təsvir materiallarından istifadə edilib. Qaliblərin rəsm əsərlərindən ibarət təqvim hazırlanıb. İştirakçılar sertifikat və müxtəlif hədiyyələrlə təltif edilib.

SABAH Karyera Akademiyası təqdim olundu

Fevralın 9-da Təhsil Nazirliyində SABAH Karyera Akademiyasının təqdimat mərasimi keçirilib. Tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, SABAH qrupları layihəsinin əməkdaşları, akademiyanın rəsmi tərəfdaşları və KİV nümayəndələri iştirak edib. SABAH Karyera Akademiyası ilk SABAH məzunlarının gələcək peşəkar inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi və bu sahədə tələbələrə dəstək verilməsi məqsədilə yaradılıb. SABAH qrupları İcra Komitəsinin rəhbəri Şahin Seyidzadə akademiyanın peşəkar karyera, magistratura təhsili, sahibkarlıq, elmi araşdırma olmaqla 4 istiqaməti əhatə etdiyini bildirib. SABAH qrupları tələbələrin müxtəlif sahələrdə təcrübə topladığını diqqətə çatdıran Ş.Seyidzadə  ötən tədris ildən başlayaraq 44 ixtisas üzrə 600 nəfərə yaxın SABAH tələbəsinin 38 dövlət və özəl strukturda təcrübə keçdiyini deyib. Təhsil nazirinin müavini Firudin Qurbanov qeyd edib ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda qeyd olunan şəxsiyyətyönlü təhsilin məzmununun yaradılması, ali təhsilin keyfiyyətinin yüksəldilməsi SABAH qrupları layihəsinin fəaliyyətində öz əksini tapıb. Nazir müavini gənc məzunların uğurlu karyera qurması üçün yaradılan şəxsi və peşəkar inkişaf imkanlarından danışıb, dövlət və özəl strukturlarla əməkdaşlığın savadlı, bacarıqlı və hazırlıqlı kadrların yetişməsində əhəmiyyətini vurğulayıb. Azercell Telecom MMC-nin prezidenti Vahid Mürsəliyev, AMEA-nın Elm və təhsil idarəsinin rəisi Əminağa Sadıqov təmsil etdikləri qurumlarda Azərbaycan gənclərinin inkişafına dəstək göstərildiyindən, əmək bazarının tələblərinə uyğun mütəxəssislərin yetişdirilməsində görülən işlərdən və SABAH tələbələrinin istehsalat təcrübə keçmələri üçün yaradılan şəraitdən danışıblar. SABAH Karyera Akademiyası proqramı çərçivəsində 17-20 fevral tarixlərində Qubada SABAH Karyera Qış Məktəbi layihəsi təqdim olunacaq. Layihə sonuncu kursda təhsil alan SABAH tələbələrinə uğurlu karyera başlanğıcı üçün lazım olan bacarıqları aşılamaq məqsədi daşıyır. 100-ə yaxın tələbənin iştirak edəcəyi Qış Məktəbində karyera planlaşdırılması, şəxsi brendinq, CV və rezume yazılışı, müsahibə, təqdimat bacarıqları və s. mövzular üzrə təlim keçiriləcək.   Tədbirin sonunda tərəfdaş şirkətlərə, “Azercell”in təqaüdünə layiq görülmüş və Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin rezidenti olan SABAH tələbələrinə sertifikatlar təqdim olunub. SABAH qrupları Təhsil Nazirliyinin təşəbbüsü ilə 2014-2015-ci tədris ilində 7 ali təhsil müəssisəsində yaradılıb. SABAH layihəsinin əsas məqsədi ali təhsildə  keyfiyyətin yüksəldilməsi,  yeni və fərqli mühitin yaradılması, müasir tələblərə uyğun kadr hazırlığının təmin edilməsidir. Hazırda SABAH qrupları 11 ali təhsil müəssisəsində fəaliyyət göstərməklə 45 ixtisas və 2300-dən artıq tələbəni əhatə edir. Bu tədris ilində 740-dan artıq SABAH tələbəsi məzun olacaq.  

Fransanın Dövlət katibi UFAZ-da olub

Fevralın 9-da Fransa Respublikasının Baş naziri yanında dövlət islahatları və asanlaşdırma məsələləri üzrə Dövlət katibi, hökumətin üzvü və Ekologist Partiyasının sədri Jean-Vincent Plase Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) tələbələrlə görüşüb. Görüşdə UFAZ-ın direktoru Vazeh Əsgərov bu ali təhsil müəssisəsinin fəaliyyəti və universitetdəki tədris prosesi barədə ətraflı məlumat verib. Qeyd edilib ki, UFAZ layihəsi Azərbaycan Prezidenti İlham Əliyev və Fransa Prezidenti Fransua Ollandın birgə təşəbbüsü ilə reallaşdırılıb. Bildirilib ki, UFAZ-a 2016-2017-ci tədris ili üçün dörd ixtisas üzrə tələbə qəbulu aparılıb və 141 nəfər bu ali təhsil ocağında oxumaq hüququ qazanıb. Onlardan 120-si dövlət sifarişi, 21-i isə ödənişli əsaslarla təhsil alır. Tədris ingilis dilində həyata keçirilir. UFAZ-da təhsilini uğurla başa vuran məzunlara iki diplom veriləcək. Jean-Vincent Plase Azərbaycan-Fransa əlaqələrindən, o cümlədən təhsil sahəsində əməkdaşlığın əhəmiyyətindən danışıb. Prezident İlham Əliyevlə görüşünü xatırladan Fransanın Dövlət katibi Azərbaycanın inkişafı üçün uğurlu tədbirlərin reallaşdırıldığını söyləyib. Jean-Vincent Plase ölkələrimiz arasında əlaqələrin daha da genişlənəcəyinə əminliyini bildirib. Təhsil nazirinin müavini Ceyhun Bayramov bildirib ki, Azərbaycan ilə Fransanın digər sahələrdə olduğu kimi təhsil sahəsində də əməkdaşlığı sürətlə inkişaf edir. Ölkəmizdə fransız dilinə böyük marağın olduğunu qeyd edən nazir müavini 314 məktəbdə 40 minədək şagirdin bu dili öyrəndiyini diqqətə çatdırıb. Qeyd olunub ki, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 126 azərbaycanlı gənc Fransanın nüfuzlu universitetlərində təhsil almaq imkanı qazanıb. C.Bayramov Azərbaycan Prezidenti İlham Əliyev və Fransa Prezidenti Fransua Ollandın birgə təşəbbüsü ilə həyata keçirilən UFAZ layihəsinin əhəmiyyətini qeyd edib. ADNSU-nun rektoru, professor Mustafa Babanlı UFAZ-a göstərilən diqqətə görə minnətdarlığını bildirib. Sonra Jean-Vincent Plase tələbələri maraqlandıran sualları cavablandırıb. Sonra qonaq UFAZ-ın tədris şəraiti ilə tanış olub. Görüşdə Fransanın Azərbaycandakı səfiri xanım Orelia Buşez iştirak edib.   AZƏRTAC

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı