SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Təhsil naziri Mikayıl Cabbarov Ankarada Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş beynəlxalq konfransda çıxış edib
Fevralın 22-də Türkiyənin paytaxtı Ankara şəhərində Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş “Xocalı soyqırımı, insanlıq əleyhinə cinayətlər və terrorizm” adlı beynəlxalq konfrans öz işinə başlayıb. Konfrans Türk Şurası və Hoca Ahmet Yesevi Beynəlxalq Türk-Qazax Universiteti tərəfindən təşkil olunub. Açılış mərasimində Türkiyə Böyük Millət Məclisinin sədr müavini Ahmet Aydın, Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov, Türkiyə Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğlu, Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov, Türk Şurasının Baş katibi Ramil Həsənov, Hoca Ahmet Yesevi Beynəlxalq Türk-Qazax Universitetinin Qəyyumlar Şurasının sədri Musa Yıldız çıxış edib. Mikayıl Cabbarov çıxışı zamanı Xocalıda ermənilər tərəfindən törədilmiş kütləvi qırğın, Azərbaycana qarşı həyata keçirilmiş cinayət və təcavüz, onun nəticələri haqqında məlumat verib, bu soyqırımın xalqımıza qarşı aparılan təcavüz, işğal və etnik təmizləmə siyasətinin aydın nümayişi olduğunu vurğulayıb. Təhsil naziri Xocalı həqiqətlərinin dünyaya çatdırılmasına, tarixi ədalətin bərpa edilməsinə və cinayətkarların ifşa olunmasına nail olmaqda təhsilin xüsusi rolunu qeyd edib, çıxışını Xocalıda və Azərbaycanın müstəqilliyi uğrunda həyatlarını itirmiş şəhidlərimizə rəhmət diləyərək yekunlaşdırıb.
22/02/2017 14:22
YUNİSEF-in nümayəndə heyəti ilə görüş
Təhsil Nazirliyində YUNİSEF-in nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə təhsil nazirinin müavini Firudin Qurbanov, De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin, Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin əməkdaşları, YUNİSEF-in ekspertləri iştirak edib. Təhsil nazirinin müavini Firudin Qurbanov son dövrlərdə təhsil sahəsində aparılan islahatlardan və inklüziv təhsillə bağlı görülən işlərdən danışıb. Nazir müavini təhsilalanlar arasında sağlam həyat tərzinin təbliği, onlarda idman və bədən tərbiyəsinə marağın artırılması məqsədilə həyata keçirilən layihələr barədə məlumat verib, bu sahədə YUNİSEF-lə Təhsil Nazirliyi arasında əməkdaşlığın əhəmiyyətini vurğulayıb. YUNİSEF-in beynəlxalq məsləhətçisi Kolin Hiqqs təhsil müəssisələrinin əlçatanlığı və inklüzivliyin qiymətləndirilməsi ilə bağlı görülən işlər barədə məlumat verib, əlilliyi olan, xüsusilə əlil arabalarından istifadə edən uşaqlar üçün məktəbə getməkdə fiziki maneələrin aradan qaldırılmasına dair fikirlərini bildirib. Görüşdə Təhsil Nazirliyi tərəfindən həyata keçirilən “TOPs-Fiziki tərbiyə üzrə müasir təhsil texnologiyasının yaradılması“ layihəsinin nəticəsinin YUNİSEF tərəfindən qiymətləndirilməsi imkanları, eləcə də hər iki tərəfi maraqlandıran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
22/02/2017 10:55
“Novruz mühazirələri”nə başlanılıb
Fevralın 21-də Təhsil Nazirliyi “Novruz mühazirələri”nə start verib. İçərişəhərdə- “Muğam klub”da keçirilən “Novruz mühazirələri”nin ilk görüşündə xalq yazıçısı Çingiz Abdullayev “Sözün təbiət və ədəbiyyat şəkli: zamanın gerisində, yoxsa...” mövzusundan bəhs edib. Tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, millət vəkilləri, təhsil ekspertləri, yazarlar, KİV nümayəndələri iştirak edib. Xalq yazıçısı həyat və yaradıcılığının maraqlı məqamlarından danışıb, gənclərin dövlətin gələcəyində əsas rol oynadığını, onların hərtərəfli inkişafında kitaba, elmə olan marağın dayandığını deyib. Müasir dünyada texnologiyaların sürətlə inkişaf etdiyini bildirən yazıçı gənclərdə dünyagörüşünün formalaşmasında təhsil və mütaliənin vacibliyini vurğulayıb. Sonra görüş iştirakçılarını maraqlandıran suallar cavablandırılıb. Təhsil nazirinin müavini Firudin Qurbanov xalq yazıçısına “Novruz mühazirələri”ndə iştirakına görə təşəkkürünü bildirib. “Novruz mühazirələri”nin keçirilməsinin əsas məqsədi təhsil və elmin bu və ya digər sahələrinə dair mövzuların gündəmə gətirilməsi və populyar dildə təqdim olunmasıdır. Təhsil Nazirliyi ötən ildən başlayaraq “Novruz mühazirələri” keçirir. Mühazirələrdə tanınmış alimlər, beynəlxalq və yerli təhsil ekspertləri davamlı inkişaf, startaplar üçün ən yaxşı təcrübələr, Azərbaycan iqtisadiyyatının uğurları, biliyin qiymətləndirilməsi fəlsəfəsi, səriştə əsaslı təhsil, Novruz bayramının tarixi kökləri, ölkəmizdə informasiya texnologiyaları sahəsinin inkişafı, postmodernizm və təhsil mövzularından bəhs ediblər.
22/02/2017 09:43
“Qış nağılı” tamaşa-konsert
Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında Uşaq Yaradıcılıq Mərkəzinin “Qış nağılı” adlı tamaşa-konserti keçirilib. Tədbirdə mərkəzin bədii kollektivlərinin 300-ə yaxın dərnək üzvü iştirak edib. “Çiçəyim” uşaq teatrının üzvləri nağıl qəhrəmanlarının obrazlarını əks etdirib, “Azəri inciləri” rəqs kollektivinin qrupları tərəfindən isə rəqslər təqdim olunub. Tədbirdə Təhsil Nazirliyinin Uşaq və gənclərin yaradıcılıq sektorunun müdiri Ayla Həsənova, Türkiyə Respublikasının Azərbaycandakı səfirliyinin təhsil məsələləri üzrə müşaviri Abdulqafur Böyükfırat və digər qonaqlar iştirak ediblər. Tamaşa barədə xoş təəssüratlarını bölüşən qonaqlar kollektivə uğurlar arzulayıblar.
21/02/2017 10:41
Qətər Dövlətinin təhsil və ali təhsil nazirinin Azərbaycana səfəri
Fevralın 20-də Qətər Dövlətinin təhsil və ali təhsil naziri Məhəmməd bin Əbdülvahid Əl-Həmmadini Azərbaycana səfəri çərçivəsində Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə gül dəstələri düzülüb. Qətərli nazir Şəhidlər xiyabanına gələrək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini anıb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub. Həmin gün Qətər Dövlətinin təhsil və ali təhsil naziri Məhəmməd bin Əbdülvahid Əl-Həmmadini təhsil naziri Mikayıl Cabbarovla görüşüb. Görüşdə Mikayıl Cabbarovun 2016-cı ilin may ayında Qətər Dövlətinə səfərinin nəticələrinə toxunulub və iki dövlət arasında təhsil sahəsində gələcək əməkdaşlığın perspektivləri müzakirə edilib. Daha sonra Qətər Dövlətinin təhsil və ali təhsil naziri Bakı Dövlət Universitetini ziyarət edərək, universitetin rektor və professor-müəllim heyəti, həmçinin şərqşünaslıq fakültəsinin ərəb filologiyası ixtisası üzrə təhsil alan tələbələri ilə görüşüb. Bundan sonra qətərli nazir “ADA” Universitetini ziyarət edib. Hər iki universitetə ziyarət zamanı qonaqlara universitetlərin bu ali təhsil müəssisələrinin fəaliyyəti barədə ətraflı məlumat verilib və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib. İki gün davam edəcək səfər çərçivəsində nümayəndə heyətinin bir neçə ali təhsil müəssisəsinə ziyarətlərinin təşkil olunması da nəzərdə tutulub.
20/02/2017 17:26
“Novruz mühazirələri”nə start verilir
Fevralın 21-də - baharın ilk çərşənbəsində Təhsil Nazirliyi “Novruz mühazirələri”nə start verir. İçərişəhərdə - “Muğam klub”da keçiriləcək “Novruz mühazirələri”nin ilk görüşündə xalq yazıçısı Çingiz Abdullayev “Sözün təbiət və ədəbiyyat şəkli: zamanın gerisində, yoxsa...” mövzusundan bəhs edəcək. “Novruz mühazirələri”nin keçirilməsinin əsas məqsədi təhsil və elmin bu və ya digər sahələrinə dair mövzuların gündəmə gətirilməsi və populyar dildə təqdim olunmasıdır. “Novruz mühazirələri”ndə iştirak etmək istəyənlər müvafiq məlumatları novruzmuhaziresi@media.edu.az elektron poçt ünvanına göndərməklə 21.02.2017-ci il saat 13:00-dək qeydiyyatdan keçə bilərlər (Qeydiyyat forması). Təhsil Nazirliyi ötən ildən başlayaraq “Novruz mühazirələri” keçirir. Mühazirələrdə tanınmış alimlər, beynəlxalq və yerli təhsil ekspertləri davamlı inkişaf, startaplar üçün ən yaxşı təcrübələr, Azərbaycan iqtisadiyyatının uğurları, biliyin qiymətləndirilməsi fəlsəfəsi, səriştə əsaslı təhsil, Novruz bayramının tarixi kökləri, ölkəmizdə informasiya texnologiyaları sahəsinin inkişafı, postmodernizm və təhsil mövzularından bəhs ediblər.
20/02/2017 17:21
Prezident İlham Əliyev Qətər Dövlətinin təhsil və ali təhsil naziri Məhəmməd bin Əbdülvahid Əl-Həmmadini qəbul edib
Dövlət başçısı Azərbaycan ilə Qətər arasında çox yaxın tərəfdaşlıq əlaqələrinin mövcud olduğunu bildirdi, bu əlaqələrin mümkün qədər çox sahələri əhatə etməsinin vacibliyini qeyd etdi. Prezident İlham Əliyev bu yaxınlarda Qətər Dövlətinin xarici işlər nazirini qəbul etməsinin, özünün Qətərə planlaşdırılmış səfərinin və Qətər Dövlətinin təhsil və ali təhsil nazirinin Bakıya gəlməsinin əhəmiyyətini qeyd edərək, qarşılıqlı səfərlərin ölkələrimiz arasında mövcud tərəfdaşlıq əlaqələrinin yaxşı göstəricisi olduğunu vurğuladı. Təhsilin gələcək nəsillər, eyni zamanda, ölkələrimizin inkişafında vacib rol oynadığını deyən Prezident İlham Əliyev bu sahənin həm Azərbaycanda, həm də Qətərdə inkişafın əsas prioritetlərindən biri hesab olunduğunu dedi. Təhsil sahəsində tərəfdaşlığın praktiki aspektlərinin araşdırılmasının vacibliyindən danışan dövlətimizin başçısı bunun nəticəsində uzunmüddətli əməkdaşlıq proqramının qurulacağına əminliyini ifadə etdi. Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Taninin ölkəmizə rəsmi səfəri zamanı Azərbaycan-Qətər Birgə İqtisadi, Ticarət və Texniki Komissiyasının yaradılmasının qərara alındığını deyən Prezident İlham Əliyev bu komissiyanın işi çərçivəsində nəinki iqtisadi, həmçinin əməkdaşlığımızın bütün sahələrini əhatə edəcək müzakirələrin aparılacağına ümidvar olduğunu bildirdi. Qətər Dövlətinin təhsil və ali təhsil naziri Məhəmməd bin Əbdülvahid Əl-Həmmadi Prezident İlham Əliyevin Qətərə səfərini səbirsizliklə gözlədiklərini bildirdi. Ölkələrimizin müvafiq qurumları arasında artıq görüşlər təşkil olunduğunu və səmərəli müzakirələr aparıldığını qeyd edən qonaq Azərbaycan Respublikası ilə Qətər Dövləti arasında təhsil sahəsində möhkəm əməkdaşlıq əlaqələrinin qurulacağına ümidvar olduğunu bildirdi. Hər iki ölkənin yüksək inkişaf yolunda olduğunu deyən Məhəmməd bin Əbdülvahid Əl-Həmmadi ölkəsində Qətər Dövlətinin Əmirinin rəhbərliyi ilə nəhəng layihələrin həyata keçirildiyini qeyd etdi, eyni zamanda, Azərbaycanın çox gözəl ölkə olduğunu və Prezident İlham Əliyevin səyləri nəticəsində böyük nailiyyətlər əldə edildiyini vurğuladı. www.president.az
20/02/2017 17:20
“Novruz mühazirələri”nə start verilir
Fevralın 21-də - baharın ilk çərşənbəsində Təhsil Nazirliyi “Novruz mühazirələri”nə start verir. İçərişəhərdə - “Muğam klub”da keçiriləcək “Novruz mühazirələri”nin ilk görüşündə xalq yazıçısı Çingiz Abdullayev “Sözün təbiət və ədəbiyyat şəkli: zamanın gerisində, yoxsa...” mövzusundan bəhs edəcək. “Novruz mühazirələri”nin keçirilməsinin əsas məqsədi təhsil və elmin bu və ya digər sahələrinə dair mövzuların gündəmə gətirilməsi və populyar dildə təqdim olunmasıdır. “Novruz mühazirələri”ndə iştirak etmək istəyənlər müvafiq məlumatları novruzmuhaziresi@media.edu.az elektron poçt ünvanına göndərməklə 21.02.2017-ci il saat 13:00-dək qeydiyyatdan keçə bilərlər (Qeydiyyat forması). Təhsil Nazirliyi ötən ildən başlayaraq “Novruz mühazirələri” keçirir. Mühazirələrdə tanınmış alimlər, beynəlxalq və yerli təhsil ekspertləri davamlı inkişaf, startaplar üçün ən yaxşı təcrübələr, Azərbaycan iqtisadiyyatının uğurları, biliyin qiymətləndirilməsi fəlsəfəsi, səriştə əsaslı təhsil, Novruz bayramının tarixi kökləri, ölkəmizdə informasiya texnologiyaları sahəsinin inkişafı, postmodernizm və təhsil mövzularından bəhs ediblər.
20/02/2017 14:37
SABAH Karyera Qış Məktəbində təlimlər başa çatıb
SABAH Karyera Akademiyası proqramı çərçivəsində Qubada keçirilən SABAH Karyera Qış Məktəbi layihəsi başa çatıb. Layihənin həyata keçirilməsində məqsəd sonuncu kursda təhsil alan SABAH tələbələrinə uğurlu karyera başlanğıcı üçün lazım olan bacarıqları aşılamaqdır. 100-ə yaxın tələbənin iştirak etdiyi təlimlərdə iştirakçılar şəxsi brendin yaradılması və onu inkişaf etdirməyin yolları, vaxtın düzgün qiymətləndirilməsi, karyera planlaşdırılması, CV və rezume yazılışı, müsahibə, təqdimat bacarıqları və s. mövzular üzrə məlumatlar əldə ediblər. Təlimlərdə iş həyatına yeni başlamağa hazırlaşan gənclərə biznes plan, müasir bazarın tələbləri, tələb və təklifin qiymətləndirilməsi, uğurlu karyera əldə etmək üçün praktik vərdişlər aşılanıb, fərdin özünü tanıması, iş dünyasına hazırlanması və iş həyatında uğur əldə etməsi ilə bağlı istiqamətlər verilib. Həmçinin tələbələr “Code Da Vinci” məntiqi intellektual komanda quruculuğu oyunu əsasında yaradılmış, milli oyun brendi olan “Code Tusi” oyununda iştirak ediblər. Maraqlı və gərgin keçən məntiqi intellektual oyunda cavabları ən tez tapan komandanın qaliblərinə “Code Tusi”nin medalları təqdim olunub. İki gün davam edən təlimlərin sonunda təlimçilərə SABAH qrupları layihəsi tərəfindən təşəkkürnamələr, tələbələrə isə sertifikatlar verilib. İlk SABAH məzunlarının gələcək peşəkar inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi və bu sahədə tələbələrə dəstək verilməsi məqsədilə yaradılan SABAH Karyera Akademiyası peşəkar karyera, magistratura təhsili, sahibkarlıq, elmi araşdırma olmaqla 4 istiqaməti əhatə edir. SABAH qrupları Təhsil Nazirliyinin təşəbbüsü ilə 2014-2015-ci tədris ilində 7 ali təhsil müəssisəsində yaradılıb. SABAH layihəsinin əsas məqsədi ali təhsildə keyfiyyətin yüksəldilməsi, yeni və fərqli mühitin yaradılması, müasir tələblərə uyğun kadr hazırlığının təmin edilməsidir. Hazırda SABAH qrupları 11 ali təhsil müəssisəsində fəaliyyət göstərməklə 45 ixtisas və 2300-dən artıq tələbəni əhatə edir. Bu tədris ilində 740-dan artıq SABAH tələbəsi məzun olacaq.
20/02/2017 11:50
Bakı Avropa Liseyində debat keçirilib
Fevralın 18-də Bakı Avropa Liseyində “Mətbuat azadlığı sosial məsuliyyətlə məhdudlaşdırılmalıdırmı?” mövzusunda şagirdlər arasında debat yarışması keçirilib. Şagirdlərin “Mətbuat azadlığı sosial məsuliyyətlə məhdudlaşdırmalıdırmı?” mövzusuna müraciət etməsi sosial məsuliyyət, cəmiyyətə obyektiv informasiyanın çatdırılması, qarşı tərəfin rəyinə hörmətlə yanaşılması kimi dəyərlərin media prizmasından araşdırılmasına xidmət edib. Məktəbin debat klubu üzvlərinin məqsədi jurnalist məsuliyyəti ilə bağlı mövcud problemləri göstərmək və eyni zamanda onlardan çıxış yolları üzərində birgə düşünmək olub. Şagirdlərin debatında təhsi naziri Mikayıl Cabbarov, millət vəkilləri, media kapitanları, müəllim, şagird və valideynlər iştirak edib. Debat alqışlarla qarşılanıb.
18/02/2017 16:18
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı