• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Məktəbdənkənar təhsil müəssisələrinin pedaqoji heyətinin qiymətləndirilməsi keçiriləcək

28 fevral – 2 mart tarixlərində regionlarda fəaliyyət göstərən məktəbdənkənar təhsil müəssisələrinin pedaqoji heyətinin bilik və bacarıqlarının qiymətləndirilməsi keçiriləcək.  Ölkə üzrə məktəbdənkənar təhsil müəssisələrinin sayının optimallaşdırılması zamanı işçilərin peşəkarlıq səviyyəsinin müəyyənləşdirilməsində qiymətləndirmənin nəticələrindən istifadə olunacaq.   Qiymətləndirmədə məntiqi düşünmə və pedaqoji qabiliyyət, peşə-ixtisas, informasiya-kommunikasiya texnologiyaları üzrə biliklər və psixoloji xüsusiyyətlər yoxlanılacaq. Pedaqoji heyətin 60 sualı cavablandıracağı qiymətləndirmənin müddəti 90  dəqiqə müəyyən edilib. Qiymətləndirmə Azərbaycan Memarlıq və İnşaat Universitetinin idman zalında keçiriləcək (Ünvan: Bakı şəhəri, Ayna Sultanova küçəsi, 5 (Elmlər Akademiyası metro stansiyasının yaxınlığı).   Qiymətləndirmənin bölgələr üzrə keçirilmə qrafiki

“Təhsil” Respublika İdman Mərkəzinin idmançıları qalib olub

Ağır atletika idman növü üzrə Azərbaycan birinciliyi keçirilib. Yarışda idman klubları, məktəbləri və cəmiyyətlərindən ümumilikdə 150-yə yaxın idmançı iştirak edib. Çempionatda çıxış edən “Təhsil” Respublika İdman Mərkəzinin ağır atletika üzrə yığma komandasının üzvləri ümumilikdə 4 qızıl, 2 gümüş və 4 bürünc medal qazanıblar. Birinciliyin keçirilməsində məqsəd perspektivli idmançıların aşkar edilməsi, bu idman növünə marağın artırılması olub.

Təhsil naziri Ağdaş şəhərində vətəndaşları qəbul edəcək

Ağdaş, Yevlax, Bərdə rayon və Mingəçevir şəhər sakinlərinin nəzərinə! Təhsil naziri Mikayıl Cabbarov 6 mart 2017-ci il tarixində saat 11:00-da Ağdaş şəhərindəki Heydər Əliyev Mərkəzində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2017-ci ilin mart ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Ağdaş, Yevlax, Bərdə rayon və Mingəçevir şəhər sakinlərini qəbul edəcək. Qəbulda Ağdaş, Yevlax, Bərdə rayonlarında və Mingəçevir şəhərində müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər. Qəbula gəlmək istəyən vətəndaşlar 27, 28 fevral və 1, 2 mart 2017-ci il tarixlərində Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) və ya http://edu.gov.az/az/contacts/request elektron poçt ünvanına müraciət edərək qeydiyyatdan keçə bilərlər. Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.

Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar Bakıda ümumxalq yürüşü keçirilir

Fevralın 26-da XX əsrdə bəşər tarixinə Xocalı soyqırımı kimi daxil olan qanlı faciənin 25-ci ildönümü ilə əlaqədar Bakıda ümumxalq yürüşü keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva yürüşdə iştirak ediblər. Paytaxtın Azadlıq meydanından Xətai rayonunda ucaldılmış abidəyə doğru hərəkətə başlayan və 40 mindən çox insanın iştirak etdiyi ümumxalq yürüşünün məqsədi Xocalı faciəsi qurbanlarının xatirəsini ehtiramla yad etmək, erməni faşistləri tərəfindən insanlığa qarşı törədilmiş bu vəhşi cinayəti yenidən dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdır. Ön sırasında Prezident İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın olduqları yürüş iştirakçıları Xocalı soyqırımı qurbanlarının xatirəsinə Bakının Xətai rayonunda ucaldılmış abidəyə doğru hərəkətə başladılar. Ümumxalq yürüşünün iştirakçıları əllərində qanlı qırğının günahsız qurbanlarının - xüsusi qəddarlıqla qətlə yetirilmiş uşaqların, qadınların və qocaların portretləri, 25 il bundan əvvəl törədilmiş hadisələrin dəhşətli səhnələrini əks etdirən fotoşəkillər, faciənin təqsirkarlarından cavab tələb etmək, onları cəzalandırmaq, bu soyqırımına beynəlxalq səviyyədə siyasi-hüquqi qiymət vermək barədə çağırışlar və soyqırımı qurbanlarının adları, soyadlarının əks olunduğu Azərbaycan, rus, ingilis, fransız dillərində plakatlar və transparantlar tutmuşdular. Marşrut boyunca yolların kənarlarındakı monitorlarda, binaların fasadlarında və balkonlarında “Dünya Xocalı soyqırımını tanımalıdır!”, “Xocalıya ədalət!”, “Xocalını unutmayın!”, “Rədd olsun erməni faşizmi!”, “Xocalı – XX əsrin soyqırımı”, “Cinayətkarlar cəzasız qalmayacaqlar!”, “Xocalı soyqırımı – 25 il” və s. çağırışlar və şüarlar nümayiş etdirilirdi. Xatırladaq ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə silahlı erməni dəstələri keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı motoatıcı alayının ağır texnikası və şəxsi heyətinin köməyi ilə Azərbaycanın qədim Xocalı şəhərinin üzərinə hücum edib və onun dinc əhalisinə amansızcasına divan tutublar. Xocalı soyqırımının qanlı statistikası belədir: Hücum zamanı şəhərdə olan 3 min nəfərdən 613-ü, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla öldürülüb, 487 dinc sakin ağır yaralanıb, 1275 nəfər girov götürülüb və insanı alçaldan işgəncələrə məruz qalıb, 197 nəfərin taleyi hələ də məlum deyil. Səkkiz ailə tamamilə məhv edilib. Həmin insanlar yalnız etnik mənsubiyyətlərinə - azərbaycanlı olduqlarına görə amansızcasına öldürülüb, işgəncələrə məruz qalıb və şikəst ediliblər.   AZƏRTAC 

Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş anım mərasimi

Fevralın 24-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib. Öncə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Anım tədbirində təhsil naziri Mikayıl Cabbarov, millət vəkilləri, dövlət qurumlarının və ali təhsil müəssisələrinin rəhbərləri iştirak edib. Mərasimdə yerli və xarici bəstəkarların əsərləri səsləndirilib.

Təhsil nazirinin Türkiyəyə səfəri

Fevralın 23-də təhsil naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyəti Ankaradakı Heydər Əliyev Parkında ümummilli liderin abidəsini ziyarət edib, önünə əklil qoyub. Nümayəndə heyəti Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərəni - Anıtqəbiri də ziyarət edib. Mustafa Kamal Atatürkün məzarının önünə əklil qoyulub. Təhsil naziri xatirə kitabına ürək sözlərini yazıb. Daha sonra təhsil naziri Mikayıl Cabbarov Ankarada yerləşən Heydər Əliyev məktəbinə baş çəkib, məktəbin fəaliyyəti ilə tanış olub və şagirdlərin önündə çıxış edib. Günün ikinci yarısında Mikayıl Cabbarov Türkiyə Respublikasının milli təhsil naziri İsmet Yılmazla görüşüb. Görüşdə Türkiyə və Azərbaycan arasında mövcud olan dostluq və qardaşlıq münasibətləri əsasında təhsil sahəsinin inkişafı haqqında fikir mübadiləsi aparılıb. İki ölkə arasında sıx əlaqələr çərçivəsində gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub. Bundan sonra təhsil naziri Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları ilə iş üzrə Baş İdarəsinin (YTB) sədri Mehmet Köse ilə görüşüb. Görüş zamanı iki ölkə arasında tələbə mübadiləsinin genişləndirilməsi, o cümlədən müxtəlif təqaüd proqramlarının tətbiq olunması və digər məsələlər müzakirə edilib.

“Rəngli dünyam” adlı tədbir keçirilib

Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodik Mərkəzinin Təsviri Sənət Qalereyasında Respublika Uşaq Yaradıcılıq Mərkəzinin təşkilatçılığı ilə “Rəngli dünyam” adlı tədbir keçirilib. Tədbirdə Təhsil Nazirliyinin, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının, Səbail Rayon İcra Hakimiyyətinin və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edib. Respublika Uşaq Yaradıcılıq Mərkəzinin dərnək üzvlərinin əl işləri ilə yanaşı, Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində Azərbaycan icmasının dəstəyi ilə fəaliyyət göstərən “My Way” Uşaq Yaradıcılıq Mərkəzinin istedadlı uşaqlarının çəkdikləri rəsm əsərləri nümayiş olunub. Qeyd edək ki, “My Way” Uşaq Yaradıcılıq Mərkəzi ABŞ-da Azərbaycan mədəniyyətinin təbliği, gənclərin və yeniyetmə uşaqların bədii yaradıcılığının inkişafına yardım məqsədilə yaradılıb. Mərkəz Respublika Uşaq Yaradıcılıq Mərkəzi ilə qarşılıqlı əməkdaşlıq əlaqələrinin qurulması və gələcək fəaliyyətində birgə layihələr həyata keçirmək üçün sərgiyə qoşulub.              

Təhsil naziri Bilkent Universitetini ziyarət edib və azərbaycanlı tələbələrlə görüşüb

Fevralın 22-də təhsil naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyəti Ankaradakı İhsan Doğramaçı Bilkent Universitetində olub. Türkiyənin aparıcı ali təhsil müəssisələrindən olan bu təhsil ocağının imkanları, bilik öyrətmə texnologiyaları, maddi-texniki bazası barədə ətraflı məlumat verilib. Qeyd edilib ki, Türkiyədə ən çox xarici ölkə vətəndaşı olan professor və müəllim heyətinin çalışdığı İhsan Doğramaçı Bilkent Universiteti elm və təhsil sahəsində böyük uğurlar qazanıb. İhsan Doğramaçı Bilkent Universitetinin idarə heyətinin sədri professor Əli Doğramaçı, universitetin rektoru Abdullah Atalar və bu təhsil ocağının digər rəhbər şəxsləri görüşdə iştirak ediblər. Daha sonra nümayəndə heyəti Azərbaycanın Türkiyədəki səfirliyində “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində təhsil alan bir qrup azərbaycanlı tələbə ilə görüşüb. Mikayıl Cabbarov tələbələr qarşısında çıxış edib. Ölkəmizdə həyata keçirilən təhsil islahatlarının mahiyyəti, təhsilin səviyyəsinin yüksəldilməsi istiqamətində görülən işlərdən danışan nazir qeyd edib ki, tələbəlik illərində zamandan səmərəli istifadə edərək yüksək təhsil almaq hər bir tələbənin başlıca vəzifəsidir. Ümummilli lider Heydər Əliyevin təhsilin inkişafına daim diqqət və qayğı göstərdiyini xatırladan təhsil naziri  bildirib ki, bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində son illər ölkəmizdə ali təhsil sahəsində böyük uğurlar qazanılıb. Dövlət vəsaiti hesabına nüfuzlu xarici ölkə məktəblərində azərbaycanlı gənclərin təhsil almasına şərait yaradılması xalqımız üçün tarixi qazancdır. Təhsil naziri  Mikayıl Cabbarov tələbələri maraqlandıran sualları cavablandırıb.

Tələbələr arasında futbol çempionatı

Fevralın 22-də ali və orta ixtisas təhsili müəssisələrinin  tələbələri arasında Futbol üzrə VII Respublika çempionatının açılış mərasimi keçirilib. Təhsil nazirinin müavini, Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin prezidenti Firudin Qurbanov çempionatı açıq elan edərək komandalara uğurlar arzulayıb. Nazir müavini qeyd edib ki, çempionatın keçirilməsində əsas məqsəd ölkəmizin ali  və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında futbolun kütləviliyinin təmin edilməsi, beynəlxalq yarışlarda iştirak etmək üçün respublikanın tələbələrdən ibarət yığma komandasına namizədlərin müəyyənləşdirilməsidir.  Sonra veteran futbolçu, UEFA-nın hakim-inspektoru Asim Xudiyev 60 illik yubileyi ilə əlaqədar Azərbaycan Tələbə Futbol Federasiyasının təsis etdiyi mükafat ilə təltif edilib. Daha sonra oyunlara start verilib. İlk oyun Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ADBTİA) və Azərbaycan Tibb Universiteti komandaları arasında keçirilib. Topa ilk zərbəni veteran futbolçu İsgəndər Cavadov vurub. Gərgin mübarizə şəraitində keçən oyun ADBTİA-nın qələbəsi ilə başa çatıb. Çempionat  Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin (ATFF) 2016-2020-ci illərdə fəaliyyət planına əsasən,  ATFF və Azərbaycan Futbol Federasiyası Assosiasiyasının təşkilatçılığı, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Sahə Futbol Federasiyasının dəstəyi ilə keçirilir. Yarımqrup oyunlarının  4-ü  Bakı şəhərində,   ikisi isə regionlarda (Şirvan şəhər və Göygöl rayonunda) keçiriləcək. FİFA-nın mövcud qaydaları əsasında keçiriləcək oyunlar AFFA-nın Hakimlər Komitəsi tərəfindən təsdiq edilmiş hakimlər heyəti tərəfindən idarə olunacaq. Çempionat aprelin 22-də başa çatacaq. Çempionatda I, II və III yerləri tutan komandalar diplom, kubok, medal və qiymətli hədiyyələrlə mükafatlandırılacaq. Həmçinin təsis edilmiş 5 nominasiya üzrə seçiləcək tələbə futbolçular xüsusi mükafatlarla təltif olunacaq.

Təhsil naziri Ankarada Türkiyə Böyük Millət Məclisində və Ali Təhsil Şurasında (YÖK) görüşlər keçirib

Fevralın 22-də təhsil naziri Mikayıl Cabbarov Türkiyə Böyük Millət Məclisində Milli təhsil, mədəniyyət, gənclər və idman komissiyasının sədr müavini Burhanettin Uysal ilə görüşüb. Görüşdə Türkiyə və Azərbaycan arasında mövcud olan dostluq və qardaşlıq münasibətləri əsasında təhsil sahəsinin inkişafı haqqında fikir mübadiləsi aparılıb. İki ölkə arasında sıx əlaqələr çərçivəsində gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub. Görüşdən sonra Mikayıl Cabbarov Parlament binasının 15 iyul 2016-cı il tarixində baş vermiş dövlət çevrilişinə cəhd zamanı zərər görmüş hissəsinə baş çəkib. Daha sonra təhsil naziri Mikayıl Cabbarov Türkiyə Respublikasının Ali Təhsil Şurasının sədri Yekta Saraçla görüşüb. Görüş zamanı Türkiyə ilə Azərbaycan arasında ali təhsil sahəsinin inkişafı üçün gələcək əməkdaşlıq istiqamətləri müzakirə edilib.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı