SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
“Coca-Cola məktəbli kuboku” turnirinə yekun vurulub
Təhsil Nazirliyi, AFFA və Coca-Cola şirkətinin birgə layihəsi olan “Coca-Cola Məktəbli Kuboku” turnirinin final mərhələsinə yekun vurulub. Final qarşılaşmasında Bakı şəhəri Suraxanı rayonu 141 nömrəli tam orta məktəbin komandası ilə Qaradağ rayonu 106 nömrəli tam orta məktəbin komandası qarşılaşıb. Rəqibini 7:3 hesabı ilə məğlub edən 141 nömrəli tam orta məktəbin komandası “Coca-Cola Məktəbli Kuboku” turnirinin 2016-2017-ci il mövsümünün qalibi olub. Turnirdə 3-cü yeri Gəncə şəhəri 24 nömrəli tam orta məktəbin komandası tutub. Final qarşılaşmasından sonra mükafatlandırma mərasimi keçirilib. Mükafatları təhsil nazirinin müavini, AFFA İcraiyyə Komitəsinin üzvü Firudin Qurbanov, AFFA-nın baş katibi Elxan Məmmədov və “Azerbaijan Coca-Cola Bottlers” şirkətinin baş direktoru Erdinc Güzel təqdim ediblər. Turnirin ən yaxşı oyunçusu Suraxanı rayonundakı 141 nömrəli tam orta məktəbin komandasının kapitanı Nicat Quliyev seçilib. Həmin məktəbin şagirdi Hüseyn Quliyev 11 qolla yarışın ən məhsuldar oyunçusu olub. Fair Play mükafatına isə Qaradağ rayonundakı 106 saylı məktəbin komandasının üzvü Ləman Həsənzadə layiq görülüb.
30/05/2017 17:26
“Məktəblinin dostu” Cocuq Mərcanlıda
Füzuli rayonunun Horadiz şəhərində 28 may - Respublika gününün 99-cu illiyinə həsr olunmuş “Yaşa Azərbaycan” adlı festival baş tutub. Festival çərçivəsində iştirakçılar Cəbrayıl rayonunun işğaldan azad edilmiş yeganə yaşayış məntəqəsi olan Cocuq Mərcanlıya növbəti dəfə səfər ediblər. Təhsil Nazirliyinin “Məktəblinin dostu” layihəsi, Füzuli Rayon İcra Hakimiyyəti, Cəbrayıl Rayon İcra Hakimiyyəti, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, "Eko Park” Ekoloji Tədqiqatlar Mərkəzi, “ASAN Könüllüləri” təşkilatı, ASAN Radionun birgə təşkilatçılığı ilə baş tutan səfərdə iştirakçılar Cocuq Mərcanlıda həyata keçirilən yenidənqurma və tikinti işləri ilə yaxından tanış olublar. İştirakçılar ilkin olaraq ön cəbhədə düşmənlə üz-üzə vətənin keşiyində dayanan əsgərlərlə görüşüb, onlara göstərdikləri şücaətə görə təşəkkür bildiriblər. Həmçinin "Əsgərə Məktub!" layihəsi vasitəsilə vətəndaşların, eləcə də “Məktəblinin dostu” layihəsi çərçivəsində məktəblilərin yazdıqları dəstək məktubları əsgərlərə təqdim olunub. Bundan başqa “Yaşıl ASAN” təşəbbüsü "Eko Park” Ekoloji Tədqiqatlar Mərkəzi ilə birgə “Qarabağa Doğru” ekoloji layihə çərçivəsində məktəblilərə təlim və ağacəkmə aksiyası keçirilib. Əsas mövzusu “Ekoloji marifləndirmə” olan bu görüş cəmiyyətin ekoloji problemlərlə mübarizədə bütün təbəqələrinin iştirakını təmin etmək və onları bu işə cəlb etmək, real ekoloji layihələr vasitəsi ilə insanlar arasında maarifləndirmə işini effektiv şəkildə artırmaq və ekoloji mühitə dəyən zərəri minimuma endirmək məqsədi daşıyıb.
26/05/2017 16:16
Müəllimlərin yerdəyişməsinə başlanılıb
Mayın 26-da Təhsil Nazirliyində nazirlik sisteminə daxil olan ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin eyni rayon (şəhər) daxilində, bir rayondan (şəhərdən) digər rayona (şəhərə) yerdəyişməsinin başlanılması ilə bağlı brifinq keçirilib. Brifinqdə bildirilib ki, yerdəyişmə prosesi proqram təminatı tətbiq olunmaqla cari ilin 26 may-15 iyun tarixlərində həyata keçiriləcək. İlkin olaraq müəllimlərin iş yerinin eyni rayon (şəhər) daxilində yerdəyişməsi 26-30 may, növbəti mərhələdə isə bir rayondan (şəhərdən) digər rayona (şəhərə) yerdəyişməsi 8-12 iyun tarixlərində aparılacaq. Müəllimlərin yerdəyişməsi zamanı müsabiqə və ya müsahibə keçirilməyəcək. İş yerini dəyişmək istəyən müəllimlər miq.edu.az saytına daxil olmaqla qeydiyyatdan keçə bilərlər. Müəllimlər şəxsi məlumatlar ilə yanaşı, iş yerlərinin dəyişdirilməsini əsaslandırmalı, səbəb olan amilləri qeyd etməli, sosial statusları haqqında məlumatları proqram təminatına yükləməlidirlər. Bundan sonra Təhsil Nazirliyi tərəfindən həmin müəllimin iş yerinin dəyişdirilməsinə münasibət bildiriləcək. Sonda media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.
26/05/2017 15:51
Təhsil naziri Yaponiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri ilə görüşüb
Mayın 26-da təhsil naziri Mikayıl Cabbarov Yaponiyanın Azərbaycan Respublikasına yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Teruyuki Katori ilə görüşüb. Görüş zamanı Azərbaycan və Yaponiya arasında təhsil sahəsində əlaqələrin cari vəziyyəti və “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın müəyyən etdiyi hədəflərə uyğun olaraq, gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.
26/05/2017 11:54
Respublika fənn olimpiadaları qaliblərinin mükafatlandırılması mərasimi
Mayın 25-də Respublika fənn olimpiadaları qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Tədbirdə təhsil naziri Mikayıl Cabbarov, millət vəkilləri, bir sıra dövlət və özəl qurumların, qeyri-hökumət təşkilatlarının və təhsil müəssisələrinin rəhbərləri, tanınmış ziyalılar, münsiflər heyətinin sədrləri və üzvləri, olimpiada qalibləri, təhsil ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Azərbaycan Respublikasının Dövlət himni səsləndirildikdən sonra Təhsil İnstitutunun direktoru Emin Əmrullayev Respublika fənn olimpiadaları qaliblərinin ali məktəblərə qəbul göstəriciləri ilə bağlı təqdimatla çıxış edib. Daha sonra olimpiada qalibi Eldar Əfəndiyev bu bilik yarışına hazırlaşmasından danışıb. Mərasimdə çıxış edən təhsil naziri Mikayıl Cabbarov Respublika fənn olimpiadalarının keçirilməsinin istedadlı uşaqların vaxtında müəyyən olunması, onlarla işin düzgün qurulması, ölkənin dayanıqlı inkişafına və işıqlı gələcəyinə xidmət etdiyini vurğulayıb. Şagirdlərin beynəlxalq olimpiadalardakı uğurlarından söz açan təhsil naziri son 4 il ərzində məktəblilərin 1 qızıl, 11 gümüş, 54 bürünc olmaqla 66 medal qazandıqlarını nəzərə çatdırıb. Nazir istedadlı uşaqların gələcək inkişafına verdiyi töhfələrə və Respublika fənn olimpiadalarının keçirilməsində göstərdiyi dəstəyə görə “Kapital Bank”ın rəhbərliyinə təşəkkür edib. Tədbirdə Respublika fənn olimpiadalarının keçirilməsi, olimpiada qalibləri haqqında video-çarx nümayiş olunub. Respublika fənn olimpiadalarının birinci-rayon (şəhər) mərhələsində 30 000 nəfərə yaxın şagird iştirak edib. Bu il Naxçıvan Muxtar Respublikasından şagirdlər də daxil olmaqla IX-XI və xüsusi istedada malik aşağı sinif şagirdlərinin iştirak etdiyi olimpiadada 8 fənn üzrə 263 qalib müəyyən edilib. 48 nəfər şagird qızıl, 85 nəfər gümüş, 130 nəfər isə bürünc medala layiq görülüb. Qaliblərə diplom və qiymətli hədiyyələr təqdim olunub.
25/05/2017 21:55
Təhsil naziri Rumıniyanın milli təhsil nazirinin müavininin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Mayın 25-də təhsil naziri Mikayıl Cabbarov Rumıniyanın milli təhsil nazirinin müavini Gigel Paraskivin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə Rumıniyanın milli təhsil nazirinin müavini Gigel Paraskiv Azərbaycan-Rumıniya Universitetlərarası Forumunun keçirilməsinə görə təhsil nazirinə təşəkkürünü bildirib. Görüş zamanı ölkələrimiz arasında təhsil sahəsində əlaqələrin hazırkı vəziyyəti və əməkdaşlığın daha da inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparılıb.
25/05/2017 20:09
Təhsil naziri Göyçay şəhərində vətəndaşları qəbul edəcək
Ucar, Zərdab, Göyçay və Ağcabədi rayon sakinlərinin nəzərinə! Təhsil naziri Mikayıl Cabbarov 5 iyun 2017-ci il tarixində saat 11:00-da Göyçay şəhərindəki Heydər Əliyev Mərkəzində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2017-ci ilin iyun ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Ucar, Zərdab, Göyçay və Ağcabədi rayon sakinlərini qəbul edəcək. Qəbulda Ucar, Zərdab, Göyçay və Ağcabədi rayonlarında müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər. Qəbula gəlmək istəyən vətəndaşlar 25, 26, 30, 31 may və 1 iyun 2017-ci il tarixlərində Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) və ya http://edu.gov.az/az/contacts/request elektron poçt ünvanına müraciət edərək qeydiyyatdan keçə bilərlər. Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.
25/05/2017 10:17
“Gücümüz həmrəylikdədir” adlı tədbir keçirilib
Təhsil Nazirliyi Respublika Uşaq Yaradıcılıq Mərkəzinin, Xətai Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Heydər Əliyev adına parkda “Gücümüz həmrəylikdədir” adlı tədbir keçirilib. Tədbirin keçirilməsində məqsəd 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsi ilə əlaqədar uşaqlarda dini tolerantlıq, əməkdaşlıq, dostluq, əmin-amanlıq hisslərini aşılamaq, islam mədəniyyətini, incəsənətini və tarixini təbliğ etməkdir. Tədbirdə Respublika Uşaq Yaradıcılıq Mərkəzinin dərnək üzvləri 13 ölkənin mədəniyyətini, incəsənətini, tarixini əks etdirən dekorativ tətbiqi sənət nümunələrini, milli rəqslərini, geyimlərini və mətbəxini nümayiş etdirib.
24/05/2017 17:37
Azərbaycan-Rumıniya Universitetlərarası Forumu işə başlayıb
Mayın 24-də “ADA” Universitetində Azərbaycan-Rumıniya Universitetlərarası Forumu işə başlayıb. Forumda iştirak etmək üçün Rumıniya milli təhsil nazirinin müavini Gigel Paraskivin rəhbərliyi ilə Rumıniya Təhsil Nazirliyinin rəsmiləri, 10 ali təhsil müəssisəsinin rəhbər şəxsləri və səlahiyyətli nümayəndələri ölkəmizə səfər edib. Təhsil nazirinin müavini Firudin Qurbanovun iştirakı ilə keçirilən foruma Azərbaycanın 16 ali təhsil müəssisəsinin rəhbərləri və nümayəndələri qatılıb. Azərbaycan ilə Rumıniyanın ali təhsil müəssisələrini bu miqyasda ilk dəfə bir araya gətirən forumda Rumıniya ali təhsil müəssisələrinin məzunları olan azərbaycanlı gənclər də iştirak edib. Açılış mərasimindən sonra forum panel müzakirələr ilə öz işini davam etdirib. Forum çərçivəsində ali təhsil müəssisələri arasında əməkdaşlıq sənədləri imzalanıb. Forumun növbəti günü ixtisaslaşmaya uyğun olaraq Rumıniya ali təhsil müəssisələrinin nümayəndələri Azərbaycan universitetlərini ziyarət edəcək və həmin təhsil müəssisələrinin mövcud resursları ilə tanış olacaqlar. Forum çərçivəsində Azərbaycan Respublikası təhsil nazirinin müavini Firudin Qurbanov və Rumıniya milli təhsil nazirinin müavini Gigel Paraskiv arasında görüş keçirilib. Görüşdə iki ölkənin ali təhsil müəssisələri arasında ikili proqramlar, tələbə və müəllim mübadiləsi və digər əməkdaşlıq perspektivləri müzakirə edilib.
24/05/2017 12:31
Balakən müəllimləri “Bizim müəllim” layihəsində
Azərbaycanın bütün bölgələrində fəaliyyət göstərən, peşəkarlığı ilə seçilən müəllimlərin media təqdimatı davam edir. “Bizim müəllim” layihəsinin növbəti təqdimatı Balakən rayonunda fəaliyyət göstərən müəllimlərə həsr olunur.
24/05/2017 11:25
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı