• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Turizm xidmət sahəsi üzrə hazırlanmış kadrlara sertifikatlar təqdim olunub

İyunun 19-da “Turizm xidmət sahəsi üzrə kadrların təkmilləşdirilməsi və iş yerində təcrübə proqramı” layihəsi çərçivəsində Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində 2016-2017-ci tədris ilinin məzunlarına sertifikatların təqdim olunması mərasimi keçirilib. Qeyd edək ki, “Turizm xidmət sahəsi üzrə kadrların təkmilləşdirilməsi və iş yerində təcrübə proqramı” layihəsi Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi, “British Council” və Bakıda fəaliyyət göstərən mehmanxanalarla birgə əməkdaşlıqda həyata keçirilib. Tədbirdə Təhsil Nazirliyi yanında Peşə Təhsili üzə Dövlət Agentliyinin direktoru Famil Mustafayev və “British Council” təşkilatının ölkə üzrə direktoru Elizabet Vayt çıxış edərək məzunları təbrik edib, birgə əməkdaşlıq çərçivəsində icra olan layihənin uğurla başa çatdığını qeyd ediblər. Bildirilib ki, pilot layihə yeni bacarıqlara malik gənclərin, uğurlu kadrların işlə təminatına xidmət edir. Sonra Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Liseyinin 41 nəfər şagirdinə sertifikatlar təqdim edilib. Dövlət-biznes əməkdaşlığının və iş yerində öyrənmə modelinin bariz nümunəsi olan pilot layihənin məqsədi turizm xidmət sektoru üzrə əmək bazarının ehtiyaclarına uyğun və praktikaya əsaslanan dayanıqlı proqramlar yaradaraq məzunları işlə təmin etmək olub.   Layihə çərçivəsində Birləşmiş Krallığın “People 1st” təşkilatı tərəfindən “aşpaz”, “oteldə konsiyerj” və “mehmanxanada təsərrüfat işləri üzrə nəzarətçi” ixtisasları üzrə yeni kurikulum və tədris materialları hazırlanıb, müvafiq təlimlər keçirilib və proqramın nəticəsi olaraq  50 faizədək məzun Bakı şəhərinin 5 ulduzlu mehmanxanalarında işlə təmin edilib. Turizm xidmət sektoru üzrə “Abşeron Otellər Qrupu”, “JW Marriott”, “Four Seasons”, “Hyatt Regency”, “Fairmont”, “Hilton”, “Pullman” və “Gilan Turizm” şirkətlər qrupu mehmanxanaları layihəyə cəlb olunub. İşəgötürənlər əmək bazarının öyrənilməsi prosesində və buraxılış imtahanlarında iştirak edib, mehmanxanalardan təlimçilərin ilk peşə-ixtisas təhsili müəssisələrinə cəlb olunmasına mütəxəssis dəstəyi göstərilib. Gələcəkdə Azərbaycanın turizm üzrə ixtisaslaşmış digər ilk peşə-ixtisas təhsili müəssisələrinin bu layihə üzrə təcrübədən faydalanması nəzərdə tutulur.  

“Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik”

“Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik” mövzusunda məktəblilərin II Respublika müsabiqəsinin zona mərhələsi keçirilib. Müsabiqə Təhsil Nazirliyinin Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi, Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə təşkil olunub. “Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik” mövzusunda məktəblilərin illik maarifləndirmə proqramı Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq olunmuş “Kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nə uyğun olaraq ekoloji təmiz kənd təsərrüfatı istehsalının inkişaf etdirilməsi üzrə ekoloji maarifləndirmə ilə əlaqədar həyata keçirilir. Müsabiqənin əsas məqsədi ekoloji təmiz kənd təsərrüfatının inkişafı və Azərbaycanın aqrobiomüxtəlifliyinin qorunması sahəsində məktəblilərin bilik və bacarıqlarının artırılması, ekoloji təmiz yerli mədəni bitki sortlarının becərilməsi, yerli heyvan cinslərinin qorunub saxlanması, kənd təsərrüfatı sərvətlərinə dair maarifləndirilməsindən ibarətdir. Müsabiqədə “Meyvəçilik”, “Arıçılıq”, “Heyvandarlıq”, “Meşə məhsulları”, “Tərəvəzçilik”, “Subtropik bitkilər”, “Gülçülük”, “Dənli bitkilər”, “Balaca fermer” nominasiyaları üzrə ümumtəhsil məktəblərindən bu il 2000-ə qədər I - XI sinif şagirdi fərdi, kollektiv, sinif və ya ailəvi iştirak edib. Zona müsabiqələri Gəncə-Qazax, Aran, Lənkəran-Astara, Quba-Xaçmaz, Dağlıq Şirvan, Şəki-Zaqatala və Bakı zonası üzrə keçirilib. Münsiflər heyətinin qərarı ilə 276  məktəbli Respublika mərhələsində iştirak etmək hüququ qazanıb. Müsabiqənin üstün cəhəti ondan ibarətdir ki, keçən ilə nisbətən bu il daha çox məktəbli böyük maraq və həvəslə kənd təssərrüfatı təcrübəçiliyi ilə məşğul olub. Ölkənin müxtəlif regionlarında orta məktəb müəllimlərinin, valideynlərin iştirakı və mütəxəssislərin tövsiyələri üzrə məktəblilərin praktik fəaliyyəti elmi əsaslarla təşkil olunub. Zona mərhələsinin iştirakçıları il ərzində yetişdirdikləri ekoloji təmiz məhsul nümunələrini, təcrübə işlərinin nəticələrini, müşahidə gündəliklərini, təcrübə işinin bütün mərhələlərinin foto-şəkillərini münsiflər heyətinə təqdim ediblər. Azərbaycanda iki il ərzində keçirilən layihə çərçivəsində Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin nəzdində yaradılmış “Məktəb toxum bankı”na yerli məhsulların toxumları və tingləri təhvil verilib. Bakı-Abşeron zonası üzrə regional mərhələnin yekunu Milli Konservatoriyanın tərkibində İncəsənət Gimnaziyasında keçirilib. Münsiflər heyətinə Kənd Təsərrüfatı Nazirliyinin, AMEA Botanika İnstitutunun, Mərkəzi Nəbatat Bağının, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, WWF - Ümumdünya Təbiəti Mühafizə Fondunun, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) nümayəndələri daxil edilib.

Birinci sinfə qəbul üzrə müsabiqə

Bakı şəhərində I sinfə qəbul üzrə müsabiqə mərhələsi davam edir. Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyalara, eləcə də BŞTİ-nin tabeliyindəki 287 nömrəli “Zəkalar” liseyi və 160 nömrəli Klassik Gimnaziyaya I sinfə qəbul üzrə müsabiqə iyunun 6-dan başlayıb və iyunun 30-da yekunlaşacaq. Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyalara müsabiqə Nazirliyin müvafiq şöbəsinin nəzarəti ilə həmin lisey və gimnaziyalarda həyata keçirilir. 287 nömrəli “Zəkalar” liseyi və 160 nömrəli Klassik Gimnaziyaya müsabiqə isə BŞTİ-nin nəzarəti ilə müvafiq lisey və gimnaziyada aparılır. Bu barədə hər bir valideynin qeydiyyatdan keçdiyi mobil nömrəyə  (və yaxud elektron poçta) mesaj göndərilib. Eyni zamanda bu məlumat hər bir valideynin şəxsi kabinetində bildiriş şəklində yerləşdirilib. Valideynlər həmin bildirişi çap edərək, müsabiqə günü uşaqla (uşağın şəxsiyyətini təsdiq edən sənəd təqdim olunmaqla) birlikdə müsabiqə keçirilən məktəbə yaxınlaşmalıdırlar. BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinə 6 yaşı cari ilin 16 sentyabr-31 dekabr tarixlərində tamam olacaq xüsusi istedadlı uşaqların I sinfə qəbul üzrə müsabiqəsinin isə iyunun 20-dən başlayıb iyulun 10-da yekunlaşacağı nəzərdə tutulur. Cari ilin 16 sentyabr-31 dekabr tarixlərində 6 yaşı tamam olacaq, lisey və gimnaziyaların I sinfinə qəbul üzrə müsabiqədə iştirak edərək müvəffəq ola bilməyən uşaqların valideynləri şəxsi kabinetlərinə daxil olub lisey və yaxud gimnaziyaya yerləşdirdiyi sorğunu silib, müsabiqəyə yazılmalıdırlar. Həmin uşaqların ümumi təhsil müəssisələrinə qəbulu üçün müsabiqədə iştirak imkanı iyulun 1-dən 10-na kimi nəzərdə tutulub.  BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinə cari ilin 16 sentyabr-31 dekabr tarixlərində tamam olacaq xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu üzrə müsabiqə paytaxtdakı 42 nömrəli tam orta məktəbdə keçiriləcək. Məktəbəhazırlıq qruplarını uğurla başa vuraraq müvafiq sertifikat almış, 6 yaşı cari ilin 16 sentyabr-31 dekabr tarixlərində tamam olacaq uşaqlar isə I sinfə müsabiqədənkənar qəbul olunurlar.

"Tələbələr ali məktəbi 4 ildən tez bitirə bilərlər"

Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini, Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Yaqub Piriyevin Trend-ə müsahibəsi - Nazirlər Kabineti tərəfindən “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları"na dəyişikliklərin edilməsində əsas məqsəd nə idi? - Dəyişikliklərin əsas məqsədi ali təhsil müəssisələrinin müstəqilliyinin genişləndirilməsi, ali təhsil sisteminin Avropa Ali Təhsil Məkanına uyğunlaşdırılması və ən əsası tələbələrin təhsilalma imkanlarının genişləndirilməsidir. - Bəs tədrisə qismən cəlb olunma (parttime) nədir və bu təhsilin qiyabi təhsilalma formasından fərqi nədədir? - Tədrisə qismən cəlb olunma əyani təhsilalma formasının növüdür. Qiyabi təhsilalma formasından fərqli olaraq tədrisə qismən cəlb olunan tələbə ixtisasın tədris planına uyğun, hər semestrdə iki fəndən az olmamaqla, tədris qrafikini özü tərtib edir və fənnə qoyulan bütün tələbləri (dərslərdə iştirak və s.) ödəməlidir. - Parttime tələbə semestr ərzində neçə kreditə qədər fənn (fənlər) seçə bilər? - Bir semestrə, tədrisə qismən cəlb olunan (parttime) tələbəyə ixtisasın tədris planına uyğun, hər semestrdə iki fəndən az olmamaqla 20-yə qədər kredit müəyyənləşdirilir. - Bəs tədrisə tam cəlb olunan (fulltime) tələbəyə semestr ərzində maksimum neçə kreditli fənlər seçməyə icazə verilir? - Bir semestrə, tədrisə tam cəlb olunan (fulltime) tələbəyə 30-a qədər kredit müəyyənləşdirilir. Bu tələbələrə əlavə fənn də seçməyə icazə verilir. Bütün hallarda bir semestrdə tələbənin götürdüyü kreditlərin sayı 40-dan çox olmamalıdır.​ - Əgər tələbə bir semestrə 40 kredit götürəcəksə, bu, onun ali təhsil müəssisəsini tez qurtarmağa imkan verəcəkmi? - Bəli. Tələbə təhsil müddətində 240 kredit toplamalıdır. Bu səbəbdən tələbə tədris qrafikini düzgün tərtib etdiyi halda ali təhsil müəssisəsini 4 ildən tez bitirə bilər. - Fənni dinləmədən akademik borcu qalan tələbənin neçə fənn üzrə təkrar imtahan vermək hüququ var? - İmtahana buraxılan, lakin akademik borcu qalan tələbə hər semestrdə fənni dinləmədən ümumilikdə iki fənn üzrə (hər fəndən bir dəfə olmaqla) imtahanda iştirak edə bilər. Tələbə bu imkandan təhsil proqramı ilə müəyyən olunmuş müddət ərzində həmin fənn tədris olunduğu semestrdə (akademik borcu yaranan semestrdə imtahan sessiyasından sonra növbəti semestr başlayanadək və ya növbəti semestrlərdən birində imtahan sessiyası zamanı) istifadə edə bilər. - Təkrar imtahanlar ödənişli əsaslarla təşkil edilir? Əgər belədirsə, ödənişin məbləği nə qədərdir? - Üzrlü səbəbdən imtahanda iştirak etməyən tələbə həmin fənn üzrə təkrar imtahan üçün ödəniş etmir, digər hallarda isə tələbənin imtahan üçün ödəniş haqqı həmin fənn üçün müəyyən edilən məbləğin 25 faizindən çox olmamaq şərtilə ali təhsil müəssisəsinin ali idarəetmə orqanı tərəfindən müəyyənləşdirilir və həmin müəssisənin rəsmi internet səhifəsində yerləşdirilir. - Tələbələr istənilən halda təkrar təşkil olunmuş imtahan üçün ödəniş ödəyəcək? - Üzrlü səbəbdən imtahanda iştirak etməyən tələbə həmin fənn üzrə təkrar imtahan üçün ödəniş etmir, digər hallarda isə imtahan üçün ödəniş ödənilməlidir. - Əgər tələbə təkrar imtahandan yenidən kəsilərsə, bu zaman nə olacaq? - İstənilən halda akademik borcu yaranmış tələbəyə həmin fənn üzrə təkrar imtahan vermək və ya fənni (fənləri) yenidən dinləmək üçün şərait yaradılmalıdır. - Dəyişikliklərə əsasən, tələbə yay semestrində neçə kreditə qədər fənn seçə bilər? - Yay semestrində tələbənin götürdüyü fənlər üzrə kreditlərin cəmi 10-dan artıq olmamalıdır. - Tələbələrin dərsə davamiyyəti ilə bağlı ali təhsil müəssisələrinə hansı sərbəstlik verilib? - Fənn üzrə ayrılmış auditoriya saatlarının 25 faizindən çoxunda iştirak etməyən tələbə (Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Kollegiyası tərəfindən idman növləri üzrə təsdiq edilmiş milli yığma komandaların üzvləri olan idmançı-tələbələr istisna olmaqla) həmin fəndən imtahana buraxılmır. Bu hədd ali təhsil müəssisəsi tərəfindən azaldıla bilər. - Kimlər tyutor vəzifəsinə təyin oluna bilərlər? - Tyutorlar bu sahədə müəyyən təcrübəsi və səriştəsi olan ali təhsilli şəxslər arasından seçilirlər.

“Dostluq çələngi” hesabat konserti

Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin “Milli rəqs” dərnəyinin “Dostluq çələngi” adlı hesabat konserti keçirilib. Konsertdə dövlət və qeyri-hökumət təşkilatlarından, müxtəlif səfirliklərdən dəvət olunmuş qonaqlar iştirak ediblər. Konsertin birinci hissəsində milli rəqslər,  ikinci hissədə nağıl qəhrəmanlarına həsr olunmuş süjetli rəqslər nümayiş olunub. Üçuncü hissə isə dostluq motivində qurulub. Belə ki, uşaqlar dünya xalqlarına, həmçinin islam ölkələrinə məxsus rəqsləri ifa ediblər. Sonra qonaqlar tədbir haqqında təəssüratlarını bölüşüblər. Qırğızıstan Respublikasının ölkəmizdəki səfirliyinin nümayəndəsi mərkəzə xüsusi “Təşəkkürnamə” təqdim edib. Həmçinin Milli Olimpiya Komitəsinin nümayəndəsi IV İslam Həmrəyliyi Oyunları ilə bağlı “Zəfər günləri” layihəsi çərçivəsində keçirilən tədbirlərdə fəal iştirakına görə kollektivin üzvlərinə “Təşəkkürnamə” verib. Tədbirdə çıxış edən iştirakçılar Uşaq-Gənclər Yaradıcılıq Mərkəzi tərəfindən diplomlarla təltif olunub.

Təhsil naziri Corc Vaşinqton Universitetinin Təhsil fakültəsinin dekanı ilə görüşüb

İyunun 16-da təhsil naziri Mikayıl Cabbarov Bakıda səfərdə olan Corc Vaşinqton Universitetinin Təhsil fakültəsinin dekanı, təhsil siyasəti üzrə professor Maykl Föyer ilə görüşüb. Görüşdə tərəflər 13-16 iyun 2017-ci il tarixlərində Bakıda keçirilmiş “Beynəlxalq Təhsil Həftəsi” ilə bağlı təəssüratlarını bölüşüblər. Eyni zamanda, görüşdə səfər çərçivəsində Maykl Föyer tərəfindən bir sıra məktəblərə edilmiş ziyarətlərlə bağlı fikir mübadiləsi aparılıb, təhsil sahəsində birgə tədqiqatların və layihələrin həyata keçirilməsi müzakirə edilib.

Təhsil naziri kimya üzrə Nobel mükafatı laureatı Aziz Sancar ilə görüşüb

İyunun 16-da təhsil naziri Mikayıl Cabbarov Bakıda səfərdə olan kimya üzrə Nobel mükafatı laureatı Aziz Sancar ilə görüşüb. Görüşdə Azərbaycan ali təhsil müəssisələrinin potensialının yüksəldilməsi müzakirə edilib, həmçinin təhsil prosesində fundamental elmlərin inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.

ADNSU-da II Startap və İnnovasiya Festivalı

İyunun 16-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) II Startap və İnnovasiya Festivalı keçirilib. Tədbirdə təhsil naziri Mikayıl Cabbarov, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə, millət vəkilləri, universitet rektorları, xarici ölkələrin Azərbaycandakı səfirliklərinin nümayəndələri və şirkət rəhbərləri iştirak edib. Əvvəlcə Lazer Mərkəzinin açılışı olub. Qonaqlara lazer başlıqlı robotlar, onların iş prinsipləri və funksiyaları haqqında ətraflı məlumat verilib və bu, əyani olaraq nümayiş etdirilib. Bildirilib ki, Lazer Mərkəzi ilk mərhələdə təhsil mərkəzi kimi fəaliyyət göstərərək tələbələrə bu sahədə biliklərin verilməsini nəzərdə tutur. Daha sonra isə iqtisadiyyat və sənayenin müxtəlif sahələrində istifadə olunan avadanlıqların təmiri və bərpasının həyata keçirilməsi, eyni zamanda lazer başlıqlarının istehsalının təşkil olunması planlaşdırılır. ADNSU-nun rektoru Mustafa Babanlı “eazi START” Startap və İnnovasiya Mərkəzinin son iki ildə gördüyü işlərdən danışıb və gənclərin təqdim etdiyi layihələrin gələcəkdə böyük uğur qazanacağına inandığını bildirib. Onun sözlərinə görə, hətta bu layihələrin bəziləri dünya bazarlarına çıxa biləcək səviyyədədir: “Bizim əsas məqsədlərimizdən biri odur ki, gələcəkdə tələbələr öz buraxılış işlərini startap ideyaları ilə təqdim etsinlər. Növbəti illərdə biz universitet sərhədlərini aşıb bu cür buraxılış festivallarını daha geniş formada təşkil etməyi planlaşdırırıq”. Sonra universitetin “eazi START” startap məktəbinin “Smart Keyboard”, “Cam Touch”, “General Reporting Platform”, “Multivizor” və “KubiRub” layihələri festival iştirakçılarına təqdim olunub. Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə rəhbərlik etdiyi qurumun ölkədə informasiya texnologiyalarının inkişafına xüsusi önəm verdiyini bildirib. Nazir bu sahədə vacib istiqamətlərdən birinin müasir elmi nailiyyətlərə əsaslanan ideyaların dəstəklənməsi olduğunu qeyd edib: "Nazirliyin İKT Fondu, Yüksək Texnologiyalar Parkı, Biznes İnkubasiya Mərkəzində bu sahədə müəyyən işlər görülüb. İnnovasiya sahələrinin inkişafı üçün bir çox startap layihələrinə qrantlar ayrılır. Bu günədək İKT Fondu tərəfindən innovasiya sahələri üzrə 4 qrant müsabiqəsi keçirilib. 600-dən çox layihədən 100-ü maliyyələşdirilib”. Təhsil naziri Mikayıl Cabbarov ali məktəblərdə startap ideyalarının icrasının həm tələbələr, həm də təhsil müəssisələrinin özləri üçün yeni imkanlar yaratdığını deyib. Nazir bildirib ki, bu layihələrin həyata keçirilməsi gənclərin sahibkarlıq ruhunun inkişaf etdirilməsi, biznes potensialının artmasına xidmət edir: "Biz bu cür layihələri inkişaf etdirmək üçün birlikdə çalışmalıyıq. Startap layihələrinin icrası tələbələrin sahibkarlıq ruhunun inkişaf etdirilməsi ilə yanaşı, ali məktəblərin də əlavə qazanc əldə etməsində müəyyən rol oynaya bilər. Biz bu sahədə vahid milli platformadan çıxış etməliyik. İş adamları, dövlət və özəl şirkətlərlə müzakirələr bu sahəni daha məhsuldar edə bilər”. Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov festival iştirakçılarına uğurlar arzulayıb və "eazi START" startap məktəbinin “Smart Keyboard” layihəsinin müstəsna müəlliflik hüququnun ADNSU-ya aid olduğunu təsdiqləyən sənədi bu təhsil müəssisəsinin rektoru Mustafa Babanlıya təqdim edib. Çıxışlardan sonra ADNSU-nun startap məktəbinin daha 6 layihəsi təqdim olunub. Sonra tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

“Yeniyetmə və gənclərin həyati bacarıqlarının artırılması” üzrə təlim keçirilib

Məktəbdənkənar təhsil müəssisələrinin müəllimləri tərəfindən “Yeniyetmə və gənclərin həyati bacarıqlarının artırılması” mövzusunda təlim keçirilib. Təlim Mingəçevir və Şirvan şəhərləri, Bərdə, Masallı, Quba, Qazax, İsmayıllı, Qax rayonlarında təşkil olunub. Proqram çərçivəsində 6-9-cu siniflər əhatə edilməklə ümumtəhsil məktəblərinin 1500-dək şagirdi maarifləndirilib.                                                                                Təlim proqramına “Özünüdərk”, “Hüquqlarım və öhdəliklərim”, “Gender və sosial inklüzivlik”, “Faydalı vərdişlərin formalaşması”, “Qidalanma”, “İlk tibbi yardım”, “Fəlakət riskinin azaldılması–iqlim dəyişikliyi və fəlakət zamanı adaptasiya təminatı”, “Yaşam şərtləri-peşələr, peşə təhsili, planlama və büdcənin qurulması, sahibkarlıq”, “Reproduktiv sağlamlıq”, “Gender mənşəli zorakılıq-erkən nikah, məişət zorakılığı, insan alveri” kimi mövzular daxil edilib.    Təlimlər Avropa Komissiyasının DİPECHO Fondu tərəfindən maliyyələşdirilib və Təhsil Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, UNİCEF arasında 2016-2017-ci illəri əhatə edən “Azərbaycan Respublikasında Həssas Uşaqların və İcmaların Fəlakət Riskinə Davamlılığının Artırılması” layihəsi üzrə Fəaliyyət Planının müvafiq bəndi çərçivəsində keçirilib.

Kredit sistemi ilə tədrisin təşkili Qaydalarında dəyişiklik

İyunun 16-da Təhsil Nazirliyində “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli qərarında dəyişikliklər edilməsi ilə bağlı mətbuat konfransı keçirilib. Mətbuat konfransında məlumat verilib ki, əvvəlki qaydalardan fərqli olaraq təsdiq olunmuş dəyişikliklərə əsasən akademik borcu olan tələbələrə hər semestrdə ümumilikdə iki fənn üzrə fənni dinləmədən kreditləri qazanmaq (imtahanda iştirak etmək) imkanı yaradılıb. Üzrlü səbəbdən imtahanda iştirak etməyən tələbə həmin fənn üzrə təkrar imtahan üçün ödəniş etmir. Digər tələbələr isə imtahanda iştiraka görə həmin fənn üçün nəzərdə tutulan məbləğin 25 faizindən çox olmamaq şərtilə ali təhsil müəssisəsi tərəfindən müəyyən edilən vəsaiti ödəməli olacaq. Qeyd olunub ki, hazırda dövlət ali təhsil müəssisələrində sonuncu kursun təqribən 6 faiz tələbəsi 1-2 fənn üzrə akademik borcu olduğuna görə ali məktəbi bitirə bilmir. Bu qərarın qəbul olunması həmin tələbələrə ali təhsil müəssisəsini bitirmək üçün real imkan yaradır. Əvvəlki qaydalardan fərqli olaraq dəyişikliklərə görə, bir semestrdə tələbənin götürdüyü kreditlərin maksimal sayı 38-dən 40-a, yay semestrində tələbənin götürdüyü fənlər üzrə kreditlərin cəminin sayı isə 9-dan 10-a qədər artırılıb. Eyni zamanda əyani təhsilalma formasının yeni növləri – tədrisə tam cəlb olunma və tədrisə qismən cəlb olunma növləri tətbiq olunub. Tədrisə tam cəlb olunma– ixtisasın təhsil proqramı ilə müəyyən olunmuş normativ təhsil müddətinə uyğun, tədris qrafiki ali təhsil müəssisəsi tərəfindən planlaşdırılan, tədrisə qismən cəlb olunma isə– ixtisasın tədris planına uyğun, hər semestrdə iki fəndən az olmamaqla, tədris qrafiki tələbə tərəfindən planlaşdırılan əyani təhsilalma formasının növüdür. Tədrisə qismən cəlb olunma növünün tətbiqi aztəminatlı ailələrindən olan tələbələrə işləmək, işləyən şəxslərə isə təhsil almaq imkanı yaradacaq. Sonda media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı