• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Tələbə-könüllülər “Bakı Marafonu-2017”də

İyunun 21-də Təhsil Nazirliyində  Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilmiş “Bakı Marafonu-2017”də iştirak edən tələbə-könüllülərlə görüş olub. Təhsil nazirinin müavini Firudin Qurbanov Azərbaycanın ev sahibliyi etdiyi mötəbər tədbirlərdə tələbə-könüllülərin xüsusi rolu olduğunu qeyd edib və onlara göstərdikləri fəaliyyətə görə təşəkkürünü bildirib. “Bir” Tələbə-Könüllü proqramının “Bakı Marafonu-2017”nin keçirilməsinə göstərdiyi dəstəyi diqqətə çatdıran nazir müavini bildirib ki, marafonda bu proqramın 400-ə yaxın tələbə-könüllüsü iştirak edib. Dövlət Bayraq Meydanından başlayan və Bakı Olimpiya Stadionunda başa çatan “Bakı Marafonu”nun bütün iştirakçıları tələbə-könüllülərin dəstəyindən faydalanıb. Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramı haqqında məlumat verən təhsil nazirinin müavini bildirib ki, proqram  ölkəmizin 7 şəhərində yerləşən 36 ali və orta ixtisas təhsili müəssisəsini əhatə edir. 11 000-ə yaxın könüllü bazasına sahib olan proqram Bakı, Sumqayıt, Gəncə, Şəki, Masallı, Lənkəran və Mingəçevirdə keçirilmiş 150-ə yaxın müxtəlif səviyyəli tədbirləri müşaiət edib, bir sıra aksiyalar təşkil edib.  Könüllüləri vahid məlumat bazasında birləşdirən və 2015-ci ilin dekabrından fəaliyyət göstərən proqram Azərbaycanda könüllülük fəaliyyətinin istiqamətləndirilməsinə kömək edir. Sonra “Bir” Tələbə-Könüllü proqramına  təşəkkür plaketi təqdim olunub. Qeyd edək ki, “Bakı Marafonu – 2017”nin icraçıları və tərəfdaşları ilə 11 ali təhsil müəssisəsində təqdimatlar keçirilib. May-aprel aylarını əhatə edən tədqimatlarda 3000-ə yaxın müəllim və tələbəyə “Bakı Marafonu-2017” yarışı, marafonun tarixi, qaydaları, qeydiyyat prosesi, marşrutu barədə məlumat verilib. “Bir” Tələbə-Könüllü proqramının əhatə etdiyi 30 ali və orta ixtisas təhsili müəssisəsində tələbələrin məlumatlandırılması üçün "Bakı Marafonu-2017“ posteri yerləşdirilib və marafonda iştirak etmək istəyən tələbələr üçün BİR könüllü-koordinatorları vasitəsilə birbaşa çıxış imkanı yaradılıb. Eyni zamanda "Bakı Marafonu-2017" yə hazırlıq məqsədi ilə keçirilən əyləncə və məşq günü tədbirində “Bir” tələbə-könüllülər də iştirak edib. Tədbirdə tələbə-könüllülər “Bakı Marafonu” üçün qeydiyyat, tədbir iştirakçılarının qarşılanması, məlumat verilməsi və digər işlərdə könüllü qismində fəaliyyət göstəriblər.  “Bir” Tələbə-Könüllü proqramının sosial şəbəkələrdəki səhifələrindən "Bakı Marafonu-2017" barədə paylaşılan məlumat, canlı yayım, şəkil və videolar 60 mindən çox insana çatdırılıb.

33 qızıl medal qazanmış Bakı məktəblisi

Bakı məktəblisi cüdo və sambo idman növləri üzrə iştirak etdiyi 80 yarışda fəxri kürsüyə qalxıb. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 13 nömrəli tam orta məktəbin VIII sinif şagirdi Orxan Məcidli beynəlxalq və respublika səviyyəli turnirlərdə 33 qızıl, 19 gümüş, 28 bürünc medala layiq görülüb. Orxan Məcidli qızıl medallardan 3-nü sambo, 30-nu isə cüdo idman növü üzrə keçirilən yarışlarda qazanıb. İstedadlı idmançı medallardan 12-ni Türkiyə, Rusiya, Gürcüstan və İranda təşkil olunan beynəlxalq turnirlərdə qazanıb. Həmin medallardan 4-ü qızıl, 3-ü gümüş, 5-i bürüncdür. Azərbaycanlı məktəbli Rusiya və Gürcüstanda keçirilən yarışlarda Ermənistandan olan iki həmyaşıdını məğlub edib.  Qeyd edək ki, Orxan Məcidli 5 yaşından idman turnirlərinə qatılır. Üç dəfə Bakı birinciliyinin qalibi olub. Çempion məktəbli idman sahəsində nailiyyətlər əldə etməklə yanaşı, dərslərində də fəallıq göstərir.

“Ən yaxşı yazı” müsabiqəsinin qalibləri mükafatlandırılıb

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə “Azərbaycan müəllimi” qəzeti redaksiyasının birgə keçirdikləri “Ən yaxşı yazı” müsabiqəsinə yekun vurulub. Bilik Fondunda qaliblərin mükafatlandırılması mərasimi keçirilib. Tədbirdə hər iki qurumun rəhbərləri, müsabiqə qalibləri, təşkilat komitəsinin və münsiflər heyətinin üzvləri, KİV nümayəndələri iştirak ediblər. Bilik Fondunun icraçı direktoru Oktay Səmədov, "Azərbaycan müəllimi" qəzetinin baş redaktoru Nurəddin Heydərov müsabiqənin gedişi və yekunları haqqında məlumat veriliblər. Qeyd olunub ki, Bilik Fondu ilə "Azərbaycan müəllimi" qəzeti redaksiyası arasında bağlanmış əməkdaşlıq haqqında müqaviləyə uyğun olaraq, keçirilən müsabiqəyə 2017-cı il martın 1-dən start verilib. Çıxış edənlər qalibləri təbrik edib, müsabiqənin əhəmiyyətini vurğulayıblar. Tədbirdə söz alan qaliblər belə bir müsabiqənin keçirilməsini təqdirəlayiq hal hesab edib və təşkilat komitəsinə minnətdarlıqlarını bildiriblər. Xüsusilə rayonlardan olan müəllimlərin belə müsabiqələrə qatılmasını və yüksək qiymətləndirilməsini iştirakçılar zəruri stimullaşdırıcı amil kimi dəyərləndiriblər. Müsabiqəyə müəllimlərin şəxsi iş təcrübəsinə əsaslanmaqla təhsilin və müasir dərsin aktual problemləri barədə metodik yazılar qəbul olunub. Məqsəd yaradıcı müəllimləri aşkara çıxarmaq, onları axtarışlara həvəsləndirməkdir. Müsabiqədə müəllimlərlə yanaşı, digər təhsil işçiləri iştirak edib. Yazıların qəbulu üçün ayrılmş bir ay ərzində təşkilat komitəsinə 82 iş daxil olub. Dəyərləndirmə iki mərhələdə aparılıb. Birinci mərhələdə yazılara fənlər üzrə təcrübəli müəllimlər, pedaqoq-metodist alimlər tərəfindən baxılaraq müvafiq qiymətləndirmə aparılıb. Seçilmiş 28 yazı ikinci mərhələdə münsiflər heyəti tərəfindən qiymətləndirilib. Nəticədə 1 yazı I yerə, 3 yazı II yerə, 5 yazı III yerə layiq görülüb, qalan 19 yazının müəlliflərinə isə həvəsləndirici mükafatın verilməsi qərara alınıb. Müsabiqəyə ölkənin 21 şəhər və rayonundan yazı göndərilib. Bakı, Sumqayt, İsmayıllı,  Şamaxı, Ağsu, Salyan, Astara, Sabirabad, Qubadlıdan olan müəllim və təhsil işçiləri “Ən yaxşı yazı” müsabiqəsində xüsusilə fəal iştirak ediblər.

İnformatika üzrə Beynəlxalq Olimpiadada Azərbaycan məktəblilərinin uğuru

İyunun 17-dən 21-dək Türkiyənin İzmir şəhərində İnformatika üzrə (YSK İnternational Olympiad in Informatics 2017) Beynəlxalq Olimpiada keçirilib. Olimpiadada  Türkiyə, Azərbaycan, Orta Asiya respublikaları və Makedoniyadan məktəblilər iştirak edib. Azərbaycanı təmsil edən Fizika-riyaziyyat və informatika təmayüllü liseyin VIII sinif şagirdi Abutalıb Namazov, akademik Zərifə Əliyeva adına liseyin XI sinif şagirdi Ələkbər Əskərov gümüş medala, X sinif şagirdi Ziya Muxtarov və Bakı şəhəri 27 nömrəli tam orta məktəbin X sinif şagirdi Rafael Saddatimov bürünc medala layiq görülüblər. Qeyd edək ki, bu nailiyyət cari ilin avqust ayında İran İslam Respublikasında keçiriləcək 29-cu Beynəlxalq İnformatika Olimpiadasında (İOİ-2017) iştirak edəcək şagirdlərimiz üçün ümidvericidir. Türkiyədən geri döndükdən sonra həmin şagirdlər yay olimpiada düşərgəsinə cəlb ediləcək və növbəti olimpiadalara hazırlıq davam etdiriləcək.

“Həyat bilgisi” fənnini tədris edən müəllimlərə sertifikatlar təqdim olunub

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində “Həyat bilgisi” fənnini tədris edən müəllimlərə sertifikatlar təqdim olunub. Sertifikatlar maliyyə savadlılığının artırılması istiqamətində həyata keçirilmiş təlimlərdə uğur qazanan müəllimlərə verilib. Maliyyə savadlılığının artırılması istiqamətində keçirilən təlimlər Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Azərbaycan Respublikası Mərkəzi Bankının birgə əməkdaşlığı çərçivəsində reallaşdırılıb. Təlimlərin keçirilməsinin əsas məqsədi müəllimlərin iqtisadi bilik və bacarıqlarının artırılması, həmçinin iqtisadi biliklərin tədrisi zamanı onların əyani vəsait və elektron resurslarla təmin edilməsindən ibarətdir.        Layihə çərçivəsində müxtəlif qruplar üzrə təşkil edilmiş təlimlərdə “Həyat bilgisi” və maliyyə savadlılığı, pul nişanları, istehlak büdcəsinin planlaşdırılması, mövcud resurslardan qənaətlə istifadə, qiymət, tələb və təklifin iqtisadiyyatda rolu, əmək və onun növlərinin iqtisadi proseslərdə rolu və istehsal infrastrukturları barədə təqdimatlar keçirilib, mövzular üzrə interaktiv oyunlara, çalışmalara yer verilib. “Həyat bilgisi” fənn müəllimləri üçün təlimlər Mərkəzi Bankın Tədqiqatlar və İnkişaf Mərkəzində təşkil olunub. Təhsildə maliyyə savadlılığına dair təlimlərin növbəti tədris ilində də keçirilməsi nəzərdə tutulur.

Tvinninq layihəsinin müzakirəsi keçirilib

İyunun 20-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Təhsil NazirliyiAvropa İttifaqının (Aİ) Tvinninq layihəsi tərəfindən “Ali təhsilin keyfiyyətinin yüksəldilməsi” mövzusunda konfrans keçirilib. Konfransda layihənin ekspertləri, pilot universitetlərin və qiymətləndirmə qruplarının nümayəndələri iştirak edib. Təhsil nazirinin müavini Ceyhun Bayramov bildirib ki, konfransın məqsədi ali təhsilin və tədqiqatın keyfiyyətinin yüksəldilməsilə bağlı Təhsil Nazirliyinin hazırladığı yeni planlarla universitetləri tanış etməkdir. Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard layihənin Aİ-nın ali təhsilə aid ilk layihəsi olduğunu deyib. Qeyd edib ki, layihə Azərbaycanla Aİ ölkələri arasında əlaqələrin daha da inkişafına təkan verəcək. Estoniyanın müvəqqəti işlər vəkili İnderek Kiverik isə icrası uğurla başa çatan layihəni finlandiyalı və estoniyalı ekspertlərlə azərbaycanlı həmkarları arasında təcrübə mübadiləsinin aparılması baxımından faydalı hesab edib. Verilən tövsiyələrin və əldə olunan nəticələrin ali təhsildə tətbiqi, beynəlxalq mobillik və əməkdaşlıq, universitetlər arasında əməkdaşlığın inkişaf etdirilməsi, universitetlərin müstəqilliyi kimi məsələlər də konfransda geniş müzakirə olunub. Tədbirdə Tvinninq layihəsinin ekspertləri, pilot universitetlərin və qiymətləndirmə qruplarının nümayəndələri təqdimatla çıxış ediblər. Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsi tərəfindən hazırlanan qaydalar şərh edilərək ali təhsil sahəsində çalışan əməkdaşlarla fikir mübadiləsi aparılıb. Layihəyə dair yekun konfrans avqustun 29-da keçiriləcək. İki illik dövrü əhatə edən pilot layihə Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Pedaqoji UniversitetiAzərbaycan Texniki Universitetində həyata keçirilib.

Xüsusi istedada malik uşaqların müsabiqəsinə start verilib

İyunun 20-də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəblərə 6 yaşı cari ilin sentyabrın 16-dan dekabrın 31-dək tamam olacaq uşaqların I sinfə qəbulu üzrə müsabiqəyə başlanılıb. Müsabiqə paytaxtdakı 42 nömrəli tam orta məktəbdə keçirilir. Azərbaycan Respublikası təhsil nazirinin “Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları”nın təsdiqi barədə əmrinin tələblərinə müvafiq olaraq, istedadlı uşaqların müsabiqədə iştirakı üçün qeydiyyat mektebeqebul.edu.az saytında aparılır. Qeydiyyatdan keçmiş valideyn müsabiqənin tarixi və vaxtı barədə məlumatın qeyd olunduğu buraxılış vərəqəsini çap edərək göstərilən zamanda övladını 42 nömrəli tam orta məktəbə gətirməlidir. Ümumilikdə, bu günədək müsabiqədə iştirak etmək üçün 6 yaşı tamam olmayan 2424 uşaq qeydiyyatdan keçirilib. Qeydiyyatdan keçən şəxslərə təsdiqləyici SMS göndərilir. Qeyd edək ki, məktəbəhazırlıq qruplarını uğurla başa vuraraq müvafiq sertifikat almış, 6 yaşı cari ilin 16 sentyabr-31 dekabr tarixlərində tamam olacaq uşaqlar isə I sinfə müsabiqədənkənar qəbul olunurlar. Cari ilin 16 sentyabr-31 dekabr tarixlərində 6 yaşı tamam olacaq, lisey və gimnaziyaların I sinfinə qəbul üzrə müsabiqədə iştirak edərək müvəffəq ola bilməyən uşaqlar da iyulun 1-dən 10-a kimi ümumi təhsil müəssisələrinə qəbul üçün müsabiqədə iştirak edə bilərlər. Bunun üçün valideynlər şəxsi kabinetlərinə daxil olub lisey və yaxud gimnaziyaya yerləşdirdiyi sorğunu silərək müsabiqəyə yazılmalıdırlar. Ümumi təhsil müəssisələrinə xüsusi istedada malik uşaqların müsabiqəsinin iyulun 10-da yekunlaşması nəzərdə tutulur.

Müəllimlərin yerdəyişməsi başa çatıb

İyunun 20-də Təhsil Nazirliyində nazirlik sisteminə daxil olan ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin eyni rayon (şəhər) daxilində, bir rayondan (şəhərdən) digər rayona (şəhərə) yerdəyişməsinin başa çatması ilə bağlı press brifinq keçirilib. Qeyd olunub ki, 26-30 may tarixlərində müəllimlərin iş yerinin eyni rayon (şəhər) daxilində, 8-12 iyun tarixlərində isə bir rayondan (şəhərdən) digər rayona (şəhərə) yerdəyişməsi üzrə elektron sənəd qəbulu aparılıb. Eyni rayon (şəhər) daxilində yerdəyişmə nəticəsində 650 nəfərə yaxın,  bir rayondan (şəhərdən) digər rayona (şəhərə) yerdəyişmə nəticəsində isə 1000 nəfərə yaxın müəllim elektron ərizədə göstərdikləri seçimlər üzrə yerləşdirilib. Yerdəyişmə prosesi proqram təminatı tətbiq edilməklə və sosial statusun bütün parametrləri nəzərə alınmaqla həyata keçirilib. Proqram təminatında hər bir namizəd öz sosial statusu ilə bağlı qeydlər apararaq iş yerinin dəyişdirilməsini müvafiq sənədlərlə əsaslandırıb və elektron ərizə ilə Təhsil Nazirliyinə müraciət edib. Həmin məlumatlar nazirlikdə fəaliyyət göstərən İşçi Qrup tərəfindən dəyərləndirilərək müvafiq qərar qəbul edilib. Bu dəyərləndirmədə müəllimlərin sosial statusu əsas götürülsə də, diaqnostik qiymətləndirmədə göstərdikləri nəticə də nəzərə alınıb. Yerdəyişmə müəllimin ailə vəziyyəti və yaxud səhhəti ilə bağlı olduqda əsas üstünlük məhz bu amilə verilib. Lakin bir neçə müəllim eyni vakant yeri göstərdikdə, bu zaman akademik göstəricilər, o cümlədən diaqnostik qiymətləndirmənin nəticələri nəzərə alınıb. Press brifinqdə bildirilib ki, Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqəyə 1-14 iyul 2017-ci il tarixlərində elektron ərizələrin qəbulu həyata keçiriləcək. Müəllimlərin işə qəbulu üzrə müsabiqə 4 mərhələdə (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə) təşkil edilir. Sonda media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.

İbtidai sinif müəllimləri üçün seminar

Bakıda ibtidai sinif müəllimləri üçün seminar təşkil edilib. "İbtidai siniflərdə demokratik vətəndaşlıq və insan hüquqlarının tədrisi metodikası" mövzusunda keçirilən tədbir Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun təşkilatçılığı ilə Avropa Birliyi və Avropa Şurasının birgə layihəsi çərçivəsində reallaşıb. Tədbirdə Avropa Şurasının ekspertləri Olena Stislavska və Majena Rafalska moderator kimi iştirak ediblər. Seminarın keçirilməsində əsas məqsəd ibtidai sinif müəllimlərini Uşaq Hüquqları Konvensiyası haqqında ətraflı məlumatlandırmaq və onların bu barədə şagirdləri maarifləndirməsinə kömək etməkdən ibarətdir. "İbtidai siniflərdə demokratik vətəndaşlıq və insan hüquqlarının tədrisi metodikası" mövzusunda bu ilin yanvar və may aylarında da seminar keçirilib. İyul, avqust və sentyabr aylarında da belə tədbirlərin təşkil edilməsi planlaşdırılıb. Sonda seminarlara qatılan müəllimlərə sertifikatların verilməsi nəzərdə tutulub.   

Respublika fənn müsabiqələrinin final mərhələsi keçirilib

VI-VII sinif şagirdləri arasında fizika, kimya, riyaziyyat, informatika və biologiya fənləri üzrə III Respublika fənn müsabiqələrinin final mərhələsi keçirilib. Müsabiqənin keçirilməsinin məqsədi istedadlı uşaqların aşkar edilməsi, aşağı sinif şagirdləri arasında fənlərə olan marağın artırılması, beynəlxalq olimpiadalara hazırlıq mərkəzlərinə namizəd şagirdlərin cəlb edilməsidir. Ölkənin bütün bölgələrindən 5 fənn üzrə 1400 nəfərə yaxın şagirdin öz bilik və bacarıqlarını nümayiş etdirdiyi müsabiqədə məktəblilərə test və açıq tipli tapşırıqların cavablandırılması üçün 2 saat vaxt verilib. Qeyd edək ki, suallar müvafiq olaraq şagirdlərin biliklərinin, analiz qabiliyyətlərinin və məntiqi təfəkkürlərinin inkişaf səviyyələrinin qiymətləndirilməsi üzrə hazırlanıb. Şagirdlər arasında fərdi nəticələrə görə qaliblərin müəyyən edilməsi ilə yanaşı, hər bir rayon (şəhər) məktəblilərinin nəticələri komanda hesabında ümumiləşdirilərək rayon və şəhərlərin reytinq cədvəli də müəyyən ediləcək. Xatırladaq ki, fənn müsabiqələrinin rayon (şəhər) mərhələsi cari ilin martında 14 000 şagirdin iştirakı ilə bölgələrdə keçirilib. Respublika fənn müsabiqələrinin nəticələri yaxın günlərdə  www.olimp.istedad.edu.az saytında elan olunacaq.  2015-ci il ildə keçirilən I fənn müsabiqələrinin nəticələrinə əsasən aşkar edilən istedadlı şagirdlər artıq ölkəmizi müxtəlif beynəlxalq fənn olimpiadalarında təmsil edərək nailiyyətlər qazanıblar.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı