• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Beynəlxalq yarışda ölkəmizi təmsil edəcək şəxslərin seçiminə start verilir

"WorldSkills Azerbaijan" platforması ölkəmizi kiber təhlükəsizlik istiqaməti üzrə "WorldSkills Asia 2021" bacarıq yarışlarında təmsil edəcək şəxslərin seçim mərhələsinə start verir.    25-dək yaşı olan gənclər qeydiyyat prosesində iştirak edə bilərlər. Qeydiyyatdan keçmək  və seçim mərhələsinin tapşırıq layihəsi ilə tanış olmaq üçün müvafiq keçiddən (https://cutt.ly/tmDmhis)  istifadə edə bilərsiniz. Seçim mərhələsinə qatılmaq üçün son qeydiyyat tarixi 21 iyuldur.    Qeyd edək ki, ən yaxşı nəticə göstərən iki şəxs 28-31 iyul tarixlərində "WorldSkills Asia" tərəfindən  təşkil ediləcək kiber təhlükəsizlik yarışında Azərbaycanı komanda şəklində təmsil etmək hüququ əldə edəcəklər. Onlayn formatda təşkil ediləcək yarışlara 26 ölkədən təmsilçilərin qatılması nəzərdə tutulur.  

Xocasən qəsəbəsində 333 nömrəli tam orta məktəb istifadəyə verilib

İyulun 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Binəqədi rayonunun Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində iştirak edib.   Dövlətimizin başçısı şəhid ailələri və müharibə əlilləri ilə görüşüb.   Qeyd edək ki, yaşayış kompleksində 624 şagird yerlik  333 nömrəli tam orta məktəb də istifadəyə verilib.

Təhsilalanların könüllülük fəaliyyətinə təşviqi mövzusunda qrant müsabiqə davam edir

“Gənclərin öz potensialını üzə çıxarması, ölkədə və xaricdəki həmyaşıdları ilə qarşılıqlı əlaqələr qurulması, ölkə əhəmiyyətli tədbirlərdə iştirak edərək təcrübə qazanması məqsədilə təhsilalanların könüllülük fəaliyyətinə təşviqi” mövzusunda qrant müsabiqəsinə müraciətlərin qəbulu prosesi davam edir.   Müsabiqənin təşkilində məqsəd tələbələr arasında könüllülüyün təbliği, könüllülərin sayının və əhatəliliyinin artırılması, təşkilatlanma və özünü inkişaf tədbirlərinin genişləndirilməsindən ibarətdir.   Müsabiqədə iştirak üçün müraciət sənədləri  elektron formada  konullu@edu.gov.az  poçt ünvanına göndərilməlidir. Layihələrin qəbulu üçün son müddət 27 iyul 2021-ci il, saat 21:00 müəyyənləşdirilib.   Müsabiqə barədə ətraflı məlumatı elan vasitəsilə əldə edə bilərsiniz.

Test imtahanları davam edir

İyulun 14-də 2021-2022-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsi davam edir.   Bu gün riyaziyyat, kimya, Azərbaycan dili, rus dili və ədəbiyyatı fənləri üzrə müəllim olmaq istəyən namizədlər imtahan verir.   İmtahanlarda gün ərzində fənlər üzrə ümumilikdə 3186 namizədin iştirakı gözlənilir.   Təhsil Nazirliyi müəllimlərin işə qəbulu imtahanlarında iştirak edən bütün namizədlərə uğurlar arzu edir!

Müəllimlərin işə qəbulu imtahanlarında yüksək nəticə - 13 iyul

Təhsil naziri Lokman Hekim Universitetinin nümayəndə heyəti ilə görüşüb

İyulun 13-də təhsil naziri Emin Əmrullayev Türkiyə Respublikası Lokman Hekim Universitetinin rektoru Bülent Gümüşelin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.   Görüş zamanı təhsil naziri qonaqlara Azərbaycan və Türkiyə arasında ali təhsil sahəsində əməkdaşlıq çərçivəsində görülən işlər barədə məlumat verib.    Görüşdə iki ölkə arasında əməkdaşlıq perspektivləri də müzakirə edilib.

Veb proqramlaşdırma yarışının təltifetmə mərasimi

İyulun 13-də "WorldSkills Azerbaijan" platformasının təşkilatçılığı ilə ölkə səviyyəsində keçirilən veb proqramlaşdırma üzrə yarışın bağlanış və təltifetmə mərasimi keçirilib.  Mərasimdə qonaqlara veb proqramlaşdırma yarışı və ümumilikdə "WorldSkills Azerbaijan" platforması haqqında məlumat verilib.   Daha sonra Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Pərviz Yusifov, Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov, ADA Universitetinin icraçı prorektoru Fariz İsmayılzadə və “Microsoft Azerbaijan” şirkətinin təhsil proqramları üzrə meneceri Emin Axundovun iştirakı ilə “Təhsilin rəqəmsallaşması: Perspektivdə nə var?” mövzusunda panel müzakirə keçirilib. Çıxışçılar XXI əsrdə rəqəmsallaşmanın təhsilin ayrılmaz hissəsinə çevrildiyini və bu prosesin ölkəmizdə də təhsilin bütün sahələrində müşahidə edildiyini vurğulayıblar.   Tədbirin sonunda təhsil nazirinin müavini İdris İsayev yarışın qaliblərini mükafatlandırıb və onlara qiymətli hədiyyələr təqdim edib.   Qeyd edək ki, Təhsil Nazirliyi və Peşə Təhsili üzrə Dövlət Agentliyinin tərəfdaşlığı, “ATL Tech”, “ATL Academy” şirkətlərinin sponsorluğu, “AzEduNet” və Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin təşkilati dəstəyi ilə baş tutan veb proqramlaşdırma yarışı ölkəmizdə "WorldSkills" modelinə uyğun keçirilən ilk yarışdır. Yarışın qalibləri dünyanın ən nüfuzlu bacarıq olimpiadasında iştirak etmək və Azərbaycanı beynəlxalq müstəvidə təmsil etmək imkanı qazanacaqlar.     "WorldSkills Azerbaijan" peşəkarlığın və bacarıqların inkişafı üçün milli bir platformadır. Azərbaycan ötən ilin oktyabr ayında peşə bacarıqlarını beynəlxalq səviyyədə təbliğ edən "WorldSkills" hərəkatına qoşulub. Dünyada müxtəlif bacarıq istiqamətləri üzrə olimpiya yarışlarının təşkilatçısı kimi tanınan "WorldSkills" hərəkatı əmək bazarının tələblərinə və qlobal standartlara uyğun peşəkarlar yetişdirmək, həmin standartları təhsil sisteminə inteqrasiya etmək imkanı yaradır.  

SABAH tələbələrinin magistratura uğuru

SABAH qruplarından cari ildə məzun olan tələbələrin 63,2 faizi 2021-2022-ci tədris ili üçün magistratura səviyyəsinə qəbul imtahanında iştirak edib. Onlardan 95,8 nəfəri keçid balını toplayıb.   SABAH qrupları tələbələrindən 1 nəfəri məntiq  (50/50), 1 nəfəri informatika (25/25), 7 nəfəri isə ingilis dili (25/25) üzrə maksimal bal toplayıb.   Qeyd edək ki, 2020-2021-ci tədris ilində SABAH qruplarından 28 ixtisas üzrə 759 tələbə məzundur.

"BİR" tələbə-könüllülərdən müəllimlərin işə qəbulu prosesinə dəstək

İyulun 5-dən 2021-2022-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsi keçirilir.    Test imtahanı mərhələsində könüllü olmaq üçün 650-dən çox tələbə-könüllü müraciət edib. Bakı, Abşeron və Sumqayıt şəhərlərində keçirilən müsabiqədə seçimləri uğurla başa vuran və xüsusi təlimlərdən keçən 110-dan çox "BİR" tələbə-könüllü nəzarətçi, yönləndirmə, sosial izolyasiya qaydalarına riayət kimi işlərdə tədbirə dəstək göstərir.    Qeyd edək ki, "BİR" tələbə-könüllülər hər il nüəllimlərin işə qəbulu müsabiqəsinə könüllü dəstəyi verir.    Tələbələrin şəxsi inkişafı və asudə vaxtının səmərəli dəyərləndirilməsi üçün 6 istiqamətdə fəaliyyət göstərən proqram tərəfindən indiyədək 750-dən çox yerli və beynəlxalq tədbirə könüllü və təşkilati dəstək verilib. BİR könüllü olmaq istəyən tələbələr www.konullu.edu.az saytı vasitəsilə qeydiyyatdan keçə və proqrama qoşula bilərlər.  

Valideynlərin nəzərinə!

I siniflə bağlı apellyasiya müraciətlərinin qəbulu davam edir. Belə ki, Təhsil Nazirliyinin birbaşa tabeliyində olan ümumi təhsil müəssisələrinin birinci siniflərinə qəbulla bağlı övladının müsabiqə nəticəsindən narazı olan valideynlər iyulun 16-dək apellyasiya müraciəti edə bilərlər.   Müraciətləri Təhsil Nazirliyi tərəfindən yaradılmış mqtn-apellyasiya@edu.gov.az elektron poçt ünvanına göndərmək lazımdır.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı