• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

“Məktəbdə liderliyin inkişafı” adlı təlimlər davam edir

İyulun 13-dən start verilən “Direktorlar klubu” çərçivəsində “Məktəbdə liderliyin inkişafı” adlı onlayn təlimlər davam edir. Təlimlər strateji planlaşdırma, liderlik, məktəbdaxili monitorinq və keyfiyyətə nəzarət, təşkilati davranış, komanda işinin təşkili və motivasiya mövzularını əhatə edir.          Təlimlərdə “Direktorlar klubu”na üzv olan və müxtəlif bölgələri təmsil edən 60 məktəb direktoru iştirak edir.    Qeyd edək ki, kluba üzv olmaq istəyən məktəb direktorları müvafiq linkə keçid edə bilərlər:  https://forms.gle/1QVWonEzjMimNRNp9   Klubun əsas məqsədi ümumtəhsil məktəb direktorlarının kommunikasiyasını və təcrübə mübadiləsini təmin etmək, onlar arasında əməkdaşlığı inkişaf etdirmək, bu yolla onların bacarıqlarını təkmilləşdirmək, təhsilin idarəetməsində keyfiyyətin inkişafına töhfə verməkdir.

Magistratura səviyyəsinə qeydiyyatla bağlı alternativ mərkəzlər yaradılıb

İyulun 16-dan ali təhsilin magistratura səviyyəsi üzrə təhsil müəssisələrinə elektron qeydiyyat prosesinə dəstək olmaq üçün alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək.  Alternativ qeydiyyat mərkəzlərinin yaradılmasında məqsəd tələbələrə yaradılan imkanların genişləndirilməsidir.   Alternativ qeydiyyat mərkəzləri aşağıdakı ünvanlarda yaradılıb: * Bakı şəhər Nərimanov rayonu 39 nömrəli tam orta məktəb - Ünvan: A.Molla Cümə küç., 24; * Bakı şəhər Yasamal rayonu 53 nömrəli tam orta məktəb - Ünvan: Z. Xəlilov küçəsi 35; * Bakı şəhər Yasamal rayonu 225 nömrəli tam orta məktəb - Ünvan: Ə. Ələkbərov küçəsi 507/511; * Bakı şəhər Səbail rayonu 7 nömrəli tam orta məktəb - Ünvan: Ü. Hacıbəyov küçəsi 28; * Sumqayıt şəhər 36 nömrəli tam orta məktəb (yeni binası) - Ünvan: 20 Yanvar küçəsi 14/6; * Abşeron rayonu Xırdalan şəhər 3 nömrəli məktəb-lisey - Ünvan: Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi; * Gəncə şəhər 1 nömrəli tam orta məktəb - Ünvan: İ.Qayıbov küçəsi 2.   Alternativ qeydiyyat mərkəzlərinin bayram günlərində də fəaliyyəti nəzərdə tutulur.   Qeyd edək ki,  ali təhsilin magistratura səviyyəsi üzrə təhsil müəssisələrinə elektron qeydiyyat prosesi iyulun 22-dək davam edəcək. Müraciət üçün https://portal.edu.az/ portalında qeydiyyatdan keçdikdən və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçmək lazımdır.   Qeydiyyatla bağlı suallar yaranarsa, 146 "Qaynar xətt" nömrəsinə də müraciət etmək mümkündür.

Ali təhsil üzrə yeni layihələr planlaşdırılır

2021-2022-ci tədris ilindən ali təhsil müəssisələrinin tələbələri üçün müasir peşələr üzrə mütəxəssislərin hazırlanması ilə bağlı yeni layihələrin icrası planlaşdırılır.    Dövlət-özəl tərəfdaşlığına əsaslanacaq bu layihələrin reallaşması üçün hazırda yerli və xarici şirkətlərlə əməkdaşlıq imkanları dəyərləndirilir. Bu istiqamətdə qabaqcıl təcrübəni tətbiq edən "Code Academy" şirkəti ilə İT sahəsində müasir biliklərə malik mütəxəssislərin yetişdirilməsində əməkdaşlıq ediləcək.    Qeyd edək ki, təhsilalanların müasir ixtisaslara və peşə bacarıqlarına yiyələnməsi əsas fəaliyyət istiqamətlərindən biridir.

Test imtahanları davam edir

İyulun 16-da texnologiya və fiziki tərbiyə fənni üzrə müəllim olmaq istəyən namizədlər imtahan verir.    Qeyd olunan fənlər üzrə 2496 namizədin imtahanlarda iştirakı gözlənilir.   Təhsil Nazirliyi müəllimlərin işə qəbulu imtahanlarında iştirak edən bütün namizədlərə uğurlar arzu edir!

Müəllimlərin işə qəbulu imtahanlarında yüksək nəticə - 15 iyul

Təhsil nazirinin videoqəbulunda iştirak etmək istəyənlərin nəzərinə!

Təhsil naziri Emin Əmrullayev 23 iyul 2021-ci il saat 16:00-da Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonların sakinlərini videobağlantı vasitəsilə qəbul edəcək. Qəbulda həmin rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər.   Qeyd olunan rayonların sakinləri 12-17 iyul (saat 18:00-dək) 2021-ci il tarixlərində Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146-1 nömrəli telefonuna (yalnız iş günləri) zəng etməklə və ya nazirliyin rəsmi saytı (https://edu.gov.az/contact_us) vasitəsilə elektron müraciət edərək videoqəbula yazıla bilərlər.

Magistratura səviyyəsi üzrə təhsil müəssisələrinə elektron qeydiyyat davam edir

Ali təhsilin magistratura səviyyəsi üzrə təhsil müəssisələrinə elektron qeydiyyat prosesi davam edir. Qeydiyyat prosesi iyulun 22-dək davam edəcək.    Müraciət üçün https://portal.edu.az/ portalında qeydiyyatdan keçdikdən və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçmək lazımdır. Açılan səhifədə müvafiq qəbul xətti üzrə şəxsi məlumatların və qəbul məlumatlarının daxil edilməsi, sosial güzəşt üçün məlumatların təqdim olunması və təhsil haqqının icrası mümkündür. Qeydiyyat prosesi ilə bağlı daha ətraflı məlumat aşağıdakı təlimatda təqdim edilir.  Bununla yanaşı, qeydiyyatla bağlı suallar yaranarsa, portalda “Vətəndaş müraciətləri” bölməsinə və ya 146 qaynar xətt nömrəsinə müraciət etmək mümkündür.    Qeyd edək ki, müraciətlərin elektronlaşdırılması nəticəsində tələbələr təhsil müəssisəsinə getmədən sürətli qeydiyyat, təhsil haqqının onlayn ödənilməsi, sosial güzəşt üçün müraciət, eləcə də digər imkanlardan daha çevik və rahat faydalana biləcəklər.    Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qeydiyyat üzrə  e-müraciət sistemi təlimatı   Ali təhsilin magistratura səviyyəsi üzrə təhsil müəssisələrinə elektron qeydiyyatla bağlı ən çox soruşulan suallar

Fiziki tərbiyə və təsviri incəsənət fənni üzrə test imtahanları

İyulun 15-də təsviri incəsənət və fiziki tərbiyə fənni üzrə müəllimlərin işə qəbulu imtahanları keçirilir.   Ümumilikdə 2594 namizəd bu gün imtahanlara dəvət olunub.   Təhsil Nazirliyi müəllimlərin işə qəbulu imtahanlarında iştirak edən bütün namizədlərə uğurlar arzu edir!

Müəllimlərin işə qəbulu imtahanlarında yüksək nəticə - 14 iyul

Nazir müavini UNESCO-nun Qlobal Təhsil Görüşü 2021 tədbirində çıxış edib

İyulun 13-də təhsil nazirinin müavini Muxtar Məmmədov UNESCO tərəfindən təşkil olunmuş Qlobal Təhsil Görüşü 2021 – Nazirlər seqmentində iştirak edib.   "COVID-19” pandemiyasının təhsil sahəsinə təsiri, pandemiyaya qarşı cavab tədbirləri və Dayanıqlı İnkişaf Məqsədləri istiqamətində həyata keçirilmiş fəaliyyətlər mövzusuna həsr olunan virtual tədbirdə UNESCO-nun Baş direktoru Odri Azulay, UNESCO Baş direktorunun təhsil üzrə müavini Stefania Giannini və bir sıra ölkələrin təhsil üzrə rəhbər şəxsləri iştirak edib.   Tədbir zamanı çıxış edən Muxtar Məmmədov pandemiya dövründə ölkəmizdə təhsilin davamlılığının təmin edilməsi məqsədilə atılan addımlar, Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi istiqamətində təhsil sahəsində görülən işlər, əldə olunan nailiyyətlər barədə tədbir iştirakçılarını məlumatlandırıb.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı