• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Tələbələrin köçürülməsi ilə bağlı sənəd qəbulunun nəticələri açıqlanıb

Tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələrində, magistratura səviyyəsində təhsilalanların köçürülməsi üzrə nəticələr məlum olub. Bu il bakalavriatura üzrə 908, magistratura üzrə 6, orta-ixtisas təhsili üzrə 101 nəfərin sorğusuna müsbət cavab verilib. Köçürülənlərdən 887 nəfəri yerli, 21 nəfəri isə xarici ali təhsil müəssisələrində təhsil alanlardır. Transfer.edu.az portalı 2016-cı ildə tələbələrin köçürülmə prosesinin sadələşdirilməsi və şəffaflığın təmin edilməsi məqsədi ilə istifadəyə verilib. Tələbələrin bir ali təhsil müəssisəsindən digər ali təhsil müəssisəsinə, yaxud bir ixtisasdan digərinə köçürülməsi Təhsil Nazirliyinin razılığı ilə qış və yay tətili dövründə həyata keçirilir.

Turizm üzrə təlimlərə start verilib

Sentyabrın 4-dən Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi, “British Council” və ölkədə fəaliyyət göstərən beşulduzlu mehmanxanalarla birgə əməkdaşlıq çərçivəsində həyata keçirilən “Turizm-xidmət sahəsi üzrə kadrların təkmilləşdirilməsi və iş yerində təcrübə proqramı” üzrə təlimlərə start verilib.  Təlimə Bakı və Gəncə şəhərləri, Qəbələ, İsmayıllı və Qusar rayonları üzrə peşə təhsil müəssisələrinin müvafiq ixtisas müəllimləri cəlb olunub. Təlimdə Birləşmiş Krallığın “People 1st” təşkilatının təlimçisi Jeyn Norman müəllimlər üçün turizm və xidmət sahəsi üzrə təlim keçəcək. 4 gün davam edəcək təlimin tədris materialları “People 1st” təşkilatı tərəfindən hazırlanıb. Tədbirin əsas məqsədi layihə çərçivəsində hazırlanmış kurikulumların 2018-2019-cu tədris ilində tətbiqi ilə bağlı müəllimlərin təlimləndirilməsidir.  Qeyd edək ki, 2016-2017-ci tədris ilindən icra olunan “Turizm-xidmət sahəsi üzrə kadrların təkmilləşdirilməsi və iş yerində təcrübə proqramı” layihəsi çərçivəsində peşə təhsili müəssisələrinin 240 məzununun 60 faizdən çoxu işlə təmin olunub.

Dövlət peşə təhsili müəssisələrində işləmək istəyənlər üçün sənəd qəbulu başlayıb

Sentyabrın 5-dən dövlət peşə təhsili müəssisələrində işləmək istəyən ümumtəhsil və ixtisas fənn müəllimlərinin, istehsalat təlimi ustalarının işə qəbulu üzrə müsahibə mərhələsi üçün sənədlərin qəbuluna başlanılır. Ümumtəhsil fənn müəllimləri üzrə vakant yerlərə son iki il ərzində Təhsil Nazirliyi tərəfindən keçirilmiş müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsində müvafiq keçid balı toplamış, ali təhsil müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli təhsil sənədi (diplom) almış şəxslər müraciət edə bilərlər. İxtisas fənn müəllimlərinin və istehsalat təlimi ustalarının işə qəbulu ali və ya orta ixtisas təhsili müəssisələrini müvafiq ixtisaslar üzrə bitirən təcrübəli mütəxəssislər arasında müsahibə yolu ilə aparılacaq. Namizədlər sənədləri (müraciət forması, şəxsiyyət vəsiqəsinin və təhsil sənədinin surəti) sentyabr ayının 10-dək Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinə (Nazim Hacıyev, 4) və ya office@vet.edu.gov.az elektron ünvanına təqdim etməlidirlər.   Müsahibədə iştirak etmək üçün təqdim ediləcək müraciət forması   2018-2019-cu tədris ilində respublikanın şəhər və rayonlarında yerləşən peşə təhsili müəssisələrinə işə qəbul üzrə vakant yerlər barədə məlumat  

Təhsil Nazirliyi diplomların tanınması sahəsində heç bir şirkətlə əməkdaşlıq etmir

Son dövrdə xarici dövlətlərin ali təhsil sahəsində ixtisas­larının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) üzrə aparılan islahatların davamı olaraq, nazirliyin Akkreditasiya və Nostrifikasiya İdarəsinin rəsmi internet səhifəsi (www.ani.edu.gov.az) yenilənib. Həmçinin müraciət qaydaları ilə bağlı bütün zəruri məlumatlar səhifədə əksini tapıb, “Mütəmadi verilən suallar” bölməsi yaradılıb və nostrifikasiya prosedurlarına dair vətəndaşları maraqlandıran bir çox suallar cavabları ilə birlikdə əlavə olunub. Vətəndaşların diqqətinə çatdırmaq istəyirik ki, Təhsil Nazirliyi tərəfindən Azərbaycan Respublikası ərazisində tanınan xarici ali təhsil müəssisələri ilə bağlı hər hansı siyahı müəyyənləşdirilməyib. Eyni zamanda Təhsil Nazirliyi diplomların tanınması sahəsində heç bir şirkətlə əməkdaşlıq etmir və bu şirkətlərin fəaliyyətinə görə məsuliyyət daşımır. Onu da bildiririk ki, iddiaçılara hər hansı şirkət və ya şəxs tərəfindən verilən vəd nostrifikasiya prosedurları çərçivəsində heç bir rol oynamır. Belə şirkətlərin vasitəçiliyi ilə Təhsil Nazirliyinə təqdim edilən sənədlər seçim zamanı xüsusi üstünlüyə malik olmur. Vətəndaşlardan bu cür hallarla qarşılaşdıqları halda Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti: 146 - 1) və ya info@ani.edu.gov.az elektron poçt ünvanına məlumat vermələri xahiş olunur.

Təhsil nazirinin müavini Firudin Qurbanov Yaponiyada səfərdədir

Yaponiyanın Tsukuba şəhərində məktəblilərin 30-cu Beynəlxalq İnformatika Olimpiadası (IOI) çərçivəsində bu ölkədə səfərdə olan təhsil nazirinin müavini Firudin Qurbanov bir sıra görüşlər keçirib. Səfər çərçivəsində təhsil nazirinin müavini Firudin Qurbanov Tokio şəhərində Yaponiyanın Təhsil, Mədəniyyət, İdman, Elm və Texnologiya nazirinin müavini Şinjiro Komatsu ilə görüşüb. Görüşdə Firudin Qurbanov Azərbaycanda təhsil sahəsində həyata keçirilən islahatlar və əldə olunan nailiyyətlər barədə məlumat verib. Yaponiyalı nazir müavini Yaponiya ilə Azərbaycanın Təhsil nazirlikləri arasında əlaqələrin gücləndirilməsində maraqlı olduğunu bildirib. Görüşdə hər iki ölkənin ali təhsil müəssisələri arasında akademik mübadilə ilə yanaşı, birgə elmi tədqiqatların aparılması, müəllimlər üçün təlimlərin keçirilməsi təklif olunub. Eyni zamanda azərbaycanlı tələbələrin Yaponiyada təhsil almaları üçün imkanların genişləndirilməsi istiqamətində müzakirə aparılıb. Yaponiyalı nazir müavini peşə təhsili ilə bağlı bir sıra layihələrin keçirilməsində maraqlı olduqlarını vurğulayıb. 2019-cu ildə 31-ci Beynəlxalq İnformatika Olimpiadasına ev sahibliyi edəcək ölkəmizə uğurlar arzulayıb. Səfər çərçivəsində nazir müavini Firudin Qurbanov Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin, Şərgi və Orta Asiya, Qafqaz Departamentinin Baş direktoru Koji Fujiya ilə görüş keçirib. Görüşdə Firudin Qurbanov peşə təhsili sahəsində aparılan islahatlar, əldə olunan yeniliklər barədə məlumat verib. Azərbaycanla bağlı əlaqələrdən danışan Koji Fujiya iqtisadi və sosial proqramlara, eləcə də insan resurslarının inkişafı, peşə təhsili istiqamətində layihələrin həyata keçirilməsində maraqlı olduğunu diqqətə çatdırıb.

Avqust ayında Təhsil Nazirliyinin Vətəndaşlarla iş bölməsinə 12 408 müraciət daxil olub

Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146) daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində 2018-ci ilin avqust ayında vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb. Qeyd olunan müddət ərzində həmin mərkəzlərə ümumilikdə 12 408 müraciət daxil olub. Statistikaya əsasən, Telefon Məlumat Mərkəzində 7 087 zəng qəbul edilib. Vətəndaşların Qəbulu Mərkəzində isə bu dövrdə 5 321 vətəndaşa xidmət göstərilib. Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. Vətəndaşların Qəbulu Mərkəzində 1 300 sənəd (878 ərizə, 405 məktub, 17 digər sənəd) qəbul olunub və qeydiyyata alınıb. Daxil olan müraciətlər daha çox müəllimlərin işə qəbulu və yerdəyişməsi, uşaqların ümumtəhsil məktəblərinin 1-ci siniflərinə qəbulu, ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul, ali təhsil sənədlərinin (diplomların) tanınması (nostrifikasiya), tələbələrin yerli ali və orta ixtisas təhsili müəssisələrinə köçürülməsi ilə bağlı məsələləri əhatə edib. Qeyd edək ki, Telefon Məlumat Mərkəzinə ötən ay ərzində ən çox həftənin cümə (1 739 müraciət) və çərşənbə (1 595 zəng) günləri, əsasən, saat 10:00-dan 13:00-dək və 14:00-dan 17:00-dək müraciət olunub. Vətəndaşların Qəbulu Mərkəzinə isə ən çox həftənin bazar ertəsi (1 300 müraciət) və cümə (1 270 müraciət) günləri, əsasən, saat 10:00-dan 13:00-dək və 14:00-dan 15:00-dək müraciət edilib.

Yeni işə qəbul olunan müəllimlər

2018-2019-cu tədris ili üçün ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin birinci və ikinci mərhələsi üzrə 4053 namizəd işə qəbul edilib. Müsabiqədə yüksək nəticə göstərərək müəllim adını qazanmış namizədlərlə bağlı məlumatları diqqətinizə çatdırırıq.

Məktəbəhazırlıq qruplarına 25 mindən çox uşaq qeydiyyatdan keçib

Respublika üzrə ümumi təhsil müəssisələrində məktəbəhazırlıq qruplarına sənəd qəbulu davam edir.  Məktəbəhazırlıq qruplarına şagird qəbulu www.mektebeqebul.edu.az elektron sistemi vasitəsilə həyata keçirilir. Ərizələrin onlayn qeydiyyatı Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan, Naftalan şəhərlərini və Abşeron, Yevlax, Samux rayonları üzrə ümumi təhsil məktəblərini, o cümlədən həmin şəhər və rayonlarda yerləşən məcburi köçkün məktəblərini əhatə edir. Sentyabrın 4-dək Sumqayıt şəhəri üzrə 2364, Abşeron rayonu üzrə 1765, Gəncə şəhəri üzrə 1745, Mingəçevir üzrə 447, Yevlax üzrə 932, Şirvan üzrə 393, Samux üzrə 459, Naftalan üzrə 107 nəfər olmaqla ümumilikdə 8212  nəfər elektron ərizələrini təsdiq edib. Paytaxt məktəblərindəki məktəbəhazırlıq qruplarına uşaqların qəbulu üçün elekton sistemdə 16 795 ərizənin onlayn qeydiyyatı (04.09.2018-ci il tarixinə saat 15:00-a olan məlumata əsasən) aparılıb.  Məktəbəhazırlıq qruplarının yaradılmasında məqsəd 5 yaşlı uşaqların məktəb təliminə hazırlığı ilə əlaqədar onların psixoloji dayanıqlığını artırmaq, əhatə olunduqları aləmə və təhsil mühitinə uyğunlaşdırmaq, ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnmələrini təmin etməkdən ibarətdir. Məktəbəhazırlıq qruplarına qəbulun elektron sistem vasitəsilə həyata keçirilməsi şəffaflığın təmin edilməsi, vaxt itkisinin aradan qaldırılması, informasiya texnologiyalarından istifadə vərdişlərinin artırılması baxımından olduqca əhəmiyyətlidir. Dövlət ümumi təhsil məktəblərində yaradılmış məktəbəhazırlıq qruplarına  5 yaşı həmin il tamam olmuş uşaqlar qəbul olunurlar. Məktəbəhazırlıq qruplarına qəbulla bağlı sual yarandıqda elektron ərizənin qeydiyyatı ilə əlaqədar hər bir rayon ərazisində fəaliyyət göstərən Alternativ Qeydiyyat Mərkəzlərinə, bütün digər hallarla bağlı Apellyasiya Komissiyalarına müraciət etmək olar. Məktəbəhazırlıq qrupları üçün tələb olunan sənədlərə uşağın şəxsiyyətini təsdiq edən sənədin əsli və surəti (uşağın şəxsiyyət vəsiqəsi olmadığı halda, doğum haqqında şəhadətnaməsi), uşağın mübadilə vərəqi (sağlamlıq haqqında arayış-forma 26U),  2 (iki) ədəd 3x4 ölçüdə rəngli fotoşəkil və məktəb direktorunun adına ərizə (qəbulu elektron sistem vasitəsilə həyata keçirilən rayon və şəhərlərdə  valideynin (qanuni nümayəndənin) www.mektebeqebul.edu.az saytında yaradılmış “Şəxsi kabinet”indən çap olunmuş “Ərizə” daxildir. Azərbaycanda vətəndaşlığı olmayanlardan isə əlavə olaraq müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsi (olduğu təqdirdə), Birləşmiş Millətlər Təşkilatının Qaçqınların İşləri üzrə Ali Komissarlığının Himayə Sənədi, xarici doğum haqqında şəhadətnamə (Azərbaycan dilinə tərcümə olunmuş variantda) tələb olunur. Məktəbəhazırlıq qruplarında gün ərzində 3 məşğələ, həftədə 4 gün olmaqla, ümumilikdə 12 məşğələ keçirilir. Bir məşğələnin müddəti 30 dəqiqə, məşğələlərarası fasilə 10 dəqiqə müəyyənləşdirilib. Qruplarda “Ətraf aləmlə tanışlıq”, “Savad təliminə hazırlıq və nitq inkişafı”, “Bədii təfəkkürün inkişafı”, “Məntiqi və riyazi təfəkkürün inkişafı”, “Təsviri fəaliyyət”, “Musiqi”, “Fiziki mədəniyyət” məşğələləri keçirilir.  Dövlət ümumi təhsil məktəblərində yaradılan məktəbəhazırlıq qruplarında dərs ili iki yarımilə bölünür. Məktəbəhazırlıq qruplarında məşğələlər oktyabrın 1-də başlayıb, mayın 31-də başa çatacaq. Xatırladaq ki, Azərbaycanda 2015-2016-cı tədris ilində məktəbəhazırlıq proqramı bütün 5 yaşında olan uşaqların 24, 2016-2017-ci dərs ilində 55, 2017-2018-ci tədris ilində 65 faizini əhatə edib. 2018-2019-cu dərs ilində həmin göstəricinin 75, 2019-2020-ci tədris ilində isə 90 faizə çatdırılması nəzərdə tutulur.  

Yeni tədris ilinin ilk dərsləri

Yeni tədris ilində ilk dərslər ibtidai siniflərdə “Vətənim Azərbaycan”, V-IX siniflərdə “Dövlət rəmzləri-müstəqilliyimizin simvolu”, X-XI siniflərdə “Azərbaycan Xalq Cümhuriyyəti-dövlətçiliyimizin bayraqdarı” mövzularına həsr olunacaq. “Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə” əmrə əsasən, təhsil müəssisələrinə tapşırılıb ki, ümumi təhsil məktəblərində müvafiq mövzular üzrə ilk dərs məşğələsinin səmərəli və yaddaqalan olması üçün zəruri təşkilati işlər görülsün, həmin dərslərdə aidiyyəti təşkilatların nümayəndələrinin, müharibə və əmək veteranlarının, məktəbin sabiq məzunlarının iştirakı nəzərdə tutulsun. Həmçinin, bütün ümumi təhsil müəssisələrində hər iş həftəsinə pedaqoji və şagird heyəti tərəfindən Azərbaycanın Dövlət himninin ifası ilə başlanması vətənpərvərlik nümunəsi kimi ümumi norma olaraq qəbul edilib.

“İqlimi deyil, özünü dəyiş” şüarı ilə tədbir keçirilib

Sentyabrın 1-də Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) Azərbaycan Nümayəndəliyi və KOICA Azərbaycanlı Məzunlar Assosiasiyasının (KOAZ) dəstəyi, Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə İqlim dəyişikliyi mövzusunda tədbir keçirilib. “İqlimi deyil, özünü dəyiş” şüarı ilə keçirilən tədbirin əsas məqsədi BMT-nin 2015-ci ilin sentyabr ayında keçirilən tarixi sammitində dünya liderləri tərəfindən qəbul edilmiş “2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”də əks olunan Dayanıqlı İnkişaf Məqsədləri (DİM) fonunda iqlim dəyişikliyi ilə mübarizə aparmaq, ətraf mühitin mühafizəsi, bərabər təhsil və sosial müdafiəni də nəzərdə tutan 17 məqsəd çərçivəsində uşaqların ekoloji biliklərinin artırılması, onlarda ekoloji mədəniyyətin və ətraf mühitin qorunması sahəsində xüsusi bacarıqların formalaşmasından ibarət olub. Təhsil Nazirliyi 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin Təsviri Sənət Qalereyasında keçirilən tədbirdə uşaq evləri və internat məktəblərinin şagirdləri həmçinin, mərkəzə üzv uşaqlar iştirak ediblər. İştirakçı uşaqların müxtəlif sosial statuslu seçilməsi valideyn himayəsindən məhrum uşaqların sosial inteqrasiyasına dəstək məqsədi daşıyır.     Tədbirdə KOICA tərəfindən müxtəlif illərdə Koreyada təlimlərə cəlb olunmuş dövlət qulluqçuları da iştirak ediblər. KOICA Azərbaycan Nümayəndəliyin Ölkə üzrə Direktoru Park Kumok, Təhsil Nazirliyi Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin sektor müdiri Ayla Həsənova, KOICA Azərbaycanlı Məzunlar Assosiasiyasının və Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun direktoru Vəfa Yaqublu, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Firuzə Sultan-zadə və Azərsu ASC-nın Təchizat Şöbəsinin aparıcı məsləhətçisi Nizami Osmanov ətraf mühitin qorunması, iqlim dəyişmələri üzrə maarifləndirmə mövzusunda çıxış ediblər. Tədbir çərçivəsində uşaqlar cizgi filmlərinin personajları ilə yaxından tanış olub, dayanıqlı inkişaf məqsədləri, ətraf mühitin qorunması mövzusunda qısa animasiya filmi izləyiblər. Eyni zamanda uşaqların ətraf mühitin qorunması ideyalarının rəsmə çevrilməsi, eko-çantaların rənglənməsi və təbiət mövzularını əks etdirən face art təşkil olunub. Daha sonra dizayn olunmuş eko-çantaların təqdimatını edən uşaqlar ətraf mühitin qorunmasının əhəmiyyəti mövzusunda çıxış ediblər. Tədbirin sonunda uşaqlara hədiyyələr təqdim olunub.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı