SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu elektron qaydada aparılacaq
Cari ilin 8-9 sentyabr tarixlərində 2018-2019-cu tədris ili üçün Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə elektron sənəd qəbulu aparılacaq. Bu ilin sentyabrından etibarən müddətli müqavilə ilə müəllimlərin işə qəbulu Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun nəzdində İnsan Resursları Mərkəzi tərəfindən proqram təminatı tətbiq olunmaqla mərkəzləşdirilmiş qaydada həyata keçiriləcək. Müvafiq prosesdə iştirak etmək üçün müəllimlərin işə qəbulu üzrə builki müsabiqəyə qatılan namizədlər şəxsi səhifələrinə daxil olmaqla vakant yer seçməli və elektron ərizələrini təsdiq etməlidirlər. Bu tura həmçinin ötənilki müsabiqədə iştirak etmiş namizədlər də qatıla bilər. Onlar miq.edu.az saytı vasitəsilə yenidən qeydiyyatdan keçdikdən sonra vakant yeri seçərək ərizələrini təsdiqləməlidirlər. Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu zamanı namizədlər iki vakant yer seçmək hüququna malikdirlər. Müddətli müqavilə ilə işə qəbul zamanı həvəsləndirmə tədbirləri tətbiq olunan ümumi təhsil müəssisələrinə keçid balı 30, həvəsləndirmə tədbirləri tətbiq olunmayan ümumi təhsil müəssisələrinə isə musiqi, təsviri incəsənət və fiziki tərbiyə fənləri üzrə 42, digər fənlər üzrə 48 bal müəyyən edilib. Qeyd edək ki, yalnız Bakı şəhəri üzrə ümumi təhsil müəssisələrində ibtidai sinif üzrə müddətli müqavilə ilə müəllimlərin işə qəbulu Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən həyata keçiriləcək.
04/09/2018 10:00
Beynəlxalq İnformatika Olimpiadasına start verilib
Yaponiyanın Tsukuba şəhərində məktəblilərin 30-cu Beynəlxalq İnformatika Olimpiadasına (IOI) start verilib. Hər il iştirakçılarının sayının artdığı Beynəlxalq İnformatika Olimpiadasına bu il 85 ölkədən təxminən 340 nəfər şagird qatılıb. Olimpiadanın açılış mərasimi yapon “anime” mədəniyyəti ilə texnologiyanın birləşməsini əks etdirən süni zəka olimpiada simalarının əyləncəli təqdimatı ilə başlayıb. Tədbirin rəsmi hissəsində Yaponiyanın dövlət nümayəndələri, təhsil naziri və digər fəxri qonaqlar iştirak edib. Təhsil nazirinin müavini Firudin Qurbanov, Təhsil İnstitutunun direktoru vəzifəsini icra edən Emin Əmrullayev və digər nümayəndə heyəti də olimpiadanı izləmək üçün Yaponiyada səfərdədir. Yarışın ilk günündə komandalara informatika ilə bağlı suallar təqdim olunub və bu sualları cavablandırmaq üçün onlara 5 saat vaxt verilib. İlk pillədə ABŞ-ı təmsil edən Benjamin QI qərarlaşıb. İlkin göstəricilərə əsasən, Azərbaycanı təmsil edən Abutalıb Namazov minimum bürünc medalı qazandıracaq mərhələni keçməyə çox yaxın nəticə əldə edib. Beynəlxalq İnformatika Olimpiadasının növbəti və həlledici yarış günü sentyabrın 5-də keçiriləcək. Azərbaycanın 24-cü dəfə qatıldığı yarışda ölkəmizi Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin IX sinif şagirdi Abutalıb Namazov, Lənkəran şəhəri 4 nömrəli tam orta məktəbin IX sinif şagirdi Murad Eynizadə, akademik Zərifə Əliyeva adına liseyin XI sinif şagirdi Ziya Muxtarov, Bakı şəhəri 27 nömrəli tam orta məktəbin XI sinif şagirdi Rəfail Səddatimov təmsil edirlər. 2019-cü ildə 31-ci Beynəlxalq İnformatika Olimpiadasına Azərbaycan ev sahibliyi edəcək. Ölkəmizdə ilk dəfə keçiriləcək yarış “ADA” Universitetində təşkil ediləcək. Şagirdlər Respublika Beynəlxalq Olimpiadalara hazırlıq mərkəzində Təhsil Nazirliyi və "Azercell Telekom” MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin dəstəyi ilə hazırlaşıblar. Olimpiada sentyabrın 8-dək davam edəcək.
03/09/2018 18:00
Respublika rəngkarlıq müsabiqəsinin final mərhələsi
Təhsil Nazirliyinin birbaşa tabeliyində fəaliyyət göstərən 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin Təsviri Sənət Qalereyasında uşaq və gənclər arasında "İnkişafa aparan təhsil" mövzusunda rəngkarlıq müsabiqəsinin final sərgisi və təltifetmə mərasimi keçirilib. Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun dəstəyi ilə keçirilən müsabiqədə 7–17 yaş arasında olan respublikanın ümumtəhsil məktəblərinin şagirdləri və məktəbdənkənar müəssisələrinin dərnək üzvləri iştirak edib. Müsabiqənin keçirilməsində məqsəd uşaq və gənclərin yaradıcı təfəkkürünü aşkar etmək, istedadı və bacarığı ilə fərqlənən şagirdlərə dəstək olmaqdır. Müsabiqəyə təqdim olunmuş rəngkarlıq nümunələri 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi və Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun mütəxəssislərindən ibarət münsiflər heyəti tərəfindən 7-9, 10-12, 13-17 yaş kateqoriyası üzrə qiymətləndirilib. Qaliblər diplom və hədiyyələrlə mükafatlandırılıblar.
03/09/2018 17:16
Dərsliklərin paylanılmasına başlanılıb
Sentyabrın 3-dən şagirdlər dərslikləri təhsil aldıqları ümumi təhsil müəssisəsindən əldə edə bilərlər. Dərsliklərlə təmin olunmadıqda isə bu barədə məktəb rəhbərliyinə vaxtında məlumat verilməlidir. Dərsliklər hər şagirdə 1 tədris ilində istifadə edilmək üçün verilir. Hər dərsliyin istifadə müddəti onun buraxılış ilindən etibarən 4 ildir. Yeni tədris ilində dövlət ümumtəhsil müəssisələrinin I-XI sinifləri üçün 332 adda 6 726 029 nüsxə dərslik və müəllimlər üçün metodik vəsait çap edilib.
03/09/2018 13:03
Qəbul imtahanlarında 3.127 abituriyent 600 baldan yuxarı nəticə göstərib
2018-2019-cu tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanlarının ilkin nəticələri məlumdur. Statistik təhlilə görə, son beş ildə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul üzrə proqnoz yerlərinin sayı 20,8 faiz artıb. Eyni zamanda, son beş tədris ilində I-IV ixtisas qrupları üzrə müsabiqədə iştirak hüququ qazanmış abituriyentlərin imtahan ballarında xeyli artım olub. Bu dövrdə qəbul imtahanlarında müsabiqə şərtlərini ödəyən abituriyentlərin sayında da ciddi artım müşahidə edilib. Belə ki, ötən il müsabiqə şərtlərini ödəyən və tələbə statusunu qazanmaq hüququ olan abituriyentlərin (imtahanlarda 200 baldan artıq nəticə göstərənlər) sayı 35.790 nəfər olduğu halda, cari ildə bu göstərici 6,7 faiz artaraq 38.201 nəfər təşkil edib. Qeyd edək ki, cari ildə keçirilmiş qəbul imtahanlarının ikinci mərhələsinin nəticəsinə əsasən, I-V ixtisas qrupları üzrə 40.806 abituriyent tələbə adını qazanıb. Bununla yanaşı, son beş ildə I-IV ixtisas qruplarının hər biri üzrə və bütövlükdə tələbə qəbulunun keyfiyyət göstəricilərində (keyfiyyət göstəricisi qəbul imtahanlarında müsabiqə şərtlərini ödəyən abituriyentlərin sayına görə müəyyənləşdirilir) də nəzərə çarpacaq dərəcədə artım (18,2 faiz) müşahidə olunur. 2017-2018-ci tədris ilində 2014-2015-ci tədris ilinə nisbətən ali təhsil müəssisələrinə tələbə qəbulunun keyfiyyət göstəricilərində dayanıqlı artım dinamikası müşahidə edilir. Belə ki, son beş ildə qəbul imtahanlarında 300 baldan çox toplayanların sayı 26,5 faiz, 400 baldan çox toplayanların sayı 35,1 faiz, 500 baldan çox toplayanların sayı 51,5 faiz, 600 baldan çox toplayanların sayı isə 81,3 faiz artıb. Bu isə ali təhsil müəssisələrinin, eləcə də qəbul olunanların orta bal göstəricilərinin artması deməkdir. Cari ilin qəbul imtahanlarında 3.127 nəfər abituriyent 600 baldan yuxarı nəticə göstərib. Bu göstərici ötən il 2472 nəfər, 2016-cı ildə 2281 nəfər, 2015-ci ildə 2094 nəfər, 2014-cü ildə isə 1725 nəfər təşkil edib. Bu tədris ilində 29 abituriyent 700 bal toplayib. Ötən il bu göstərici 15 nəfər olub. AZƏRTAC
03/09/2018 12:23
“ASAN peşə” layihəsi üzrə boş qalan yerlərə sənəd qəbuluna start verilir
Sentyabrın 4-dən etibarən “ASAN Peşə” layihəsi çərçivəsində dövlət peşə təhsili müəssisələri üzrə boş qalan yerlərə sənəd qəbuluna start veriləcək. Dövlət peşə təhsili müəssisələrinə sənəd qəbulu “ASAN xidmət” mərkəzlərində və müvafiq təhsil müəssisələrində ödənişsiz formada həyata keçirilir. Sentyabrın 10-dək davam edəcək bu prosesdə müsabiqənin ilk mərhələsində uğur qazana bilməyənlər də iştirak edə bilər. Qeyd edək ki, dövlət peşə təhsili müəssisələrinə sənəd qəbulunun birinci mərhələsində 11017 nəfər qeydiyyatdan keçib. 9196 nəfər müsabiqəni müvəffəqiyyətlə keçərək peşə təhsili müəssisələrinə qəbul olunub. Təhsil Nazirliyi və “ASAN xidmət”in birgə həyata keçirdiyi “ASAN peşə” layihəsinin əsas məqsədi dövlət peşə təhsili müəssisələrinə qəbulun rahatlığını və obyektivliyini təmin etməkdir.
03/09/2018 10:48
4053 yeni müəllimin adı bəlli oldu
Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə 2018-2019-cu tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqə başa çatıb. Cari ilin iyul-avqust aylarında keçirilən müsabiqədə 46839 namizəd iştirak edib, 4053 nəfər müəllim adını qazanaraq işə qəbul olub. Müsabiqədən uğurla keçən şəxslər 5 sentyabr 2018-cı il tarixinədək müvafiq yerli təhsili idarəetmə orqanlarında qeydiyyatdan keçməlidirlər. Namizədlər müəllimlərin işə qəbulu müsabiqəsi ilə əlaqədar apellyasiya müraciətlərini sentyabrın 3-dək Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun İnsan Resursları Mərkəzinin elektron poçt ünvanına – irm@tipii.edu.az göndərə bilərlər. Sözügedən müraciətlərə sentyabrın 6-da İnsan Resursları Mərkəzində müvafiq apellyasiya komissiyası tərəfindən baxılacaq. Sentyabr ayının birinci yarısında isə müddətli müqavilə ilə müəllimlərin işə qəbulu prosesi həyata keçiriləcək.
01/09/2018 14:52
Uğur qazanan müəllimlər
2018-2019-cu tədris ili üçün ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənın birinci mərhələsi üzrə 3692 namizəd işə qəbul edilib. Müsabiqənin birinci mərhələsində yüksək nəticə göstərərək müəllim adını qazanmış namizədlərlə bağlı məlumatları təqdim edirik.
01/09/2018 06:02
Azərbaycanlı şagirdlər Beynəlxalq İnformatika Olimpiadasında
Sentyabrın 1-dən 9-dək Yaponiyanın Tsukuba şəhərində məktəblilərin 30-cu Beynəlxalq İnformatika Olimpiadası (IOI) keçiriləcək. Hər il iştirakçılarının sayının artdığı Beynəlxalq İnformatika Olimpiadasına bu il 85 ölkədən təxminən 340 nəfər şagirdin qatılacağı gözlənilir. Dünyada kompüter elmi sahəsində ən nüfuzlu yarışlardan hesab olunan Beynəlxalq İnformatika Olimpiadası beş beynəlxalq elm olimpiadasından biridir. Beynəlxalq İnformatika Olimpiadasının keçirilməsində məqsəd kompüter bilikləri sahəsində qabiliyyətli olan gəncləri tanıtmaq, informatika elminin önəmini gənclərə çatdırmaqdır. Olimpiadada ölkəmizi Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin IX sinif şagirdi Abutalıb Namazov, Lənkəran şəhəri 4 nömrəli tam orta məktəbin IX sinif şagirdi Murad Eynizadə, akademik Zərifə Əliyeva adına liseyin XI sinif şagirdi Ziya Muxtarov, Bakı şəhəri 27 nömrəli tam orta məktəbin XI sinif şagirdi Rəfail Səddatimov təmsil edəcəklər. Şagirdlər Respublika Beynəlxalq Olimpiadalara hazırlıq mərkəzində Təhsil Nazirliyi və "Azercell Telekom” MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin dəstəyi ilə hazırlaşıblar. Beynəlxalq olimpiadalara hazırlıq məqsədilə Bakı və Sumqayıt şəhərlərində hazırlıq qrupları təşkil olunub. Yuxarı yaş qrupu üzrə 6 şagird, aşağı yaş qrupu üzrə Bakı şəhərindən 12, Sumqayıtdan isə 10 nəfər məşğələlərə cəlb olunub. Dünya ölkələrində təhsilin və innovativ təhsil texnologiyalarının inkişafında mühüm rol oynayan Beynəlxalq İnformatika Olimpiadası ilk dəfə 1989-cu ildə keçirilib. Azərbaycan məktəbliləri ilk dəfə 1994-cü ildə İsveçrədə keçirilən bu elm yarışında iştirak edib. Ölkəmiz bu beynəlxalq tədbirdə 24 dəfə təmsil olunub. Ümumilikdə 55 azərbaycanlı məktəbli bu olimpiadada iştirak edib. Şagirdlərimiz Beynəlxalq İnformatika Olimpiadasından bu günə qədər 1 gümüş, 4 bürünc olmaqla 5 medal qazanıb. Növbəti Beynəlxalq İnformatika Olimpiadası 2019-cu ildə Bakı şəhərində keçiriləcək.
31/08/2018 17:42
“Yay məktəbi” başa çatıb
Avqustun 31-də “Məktəblinin dostu” layihəsi çərçivəsində reallaşdırılan “Yay məktəbi” nin bağlanış mərasimi keçirilib. “Yay məktəbi”nə şagirdlər arasında keçirilən “Brendini tanıt” adlı müsabiqənin final mərhələsi ilə yekun vurulub. Müsabiqənin final mərhələsinə Bakı şəhəri üzrə “Yay məktəbi”nin II mərhələsinin əhatə etdiyi 12 ümumi təhsil müəsssisəsinin VII-VIII sinif şagirdlərindən ibarət 5, 27, 57, 95, 166 saylı məktəblərin komandaları qatılıb. Həmin məktəblər öz brendlərini təqdim ediblər. Tədbirdə çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov iştirakçıları təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Nazir müavini layihənin şagirdlərin bacarıqlarının üzə çıxarılmasında, onlara sağlam həyat tərzinin aşılanmasında əhəmiyyətli rol oynadığını vurğulayıb. Sonra çıxış edən gənclər və idman nazirinin müavini Fərhad Hacıyev, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnsan resursları və təlim şöbəsinin müdir müavini Cahangir Hacıyev “Məktəblinin dostu” layihəsinin önəmindən danışıb, “Yay məktəbi” nin şagirdlərin asüdə vaxtlarını daha da səmərəli keçirmələri baxımından əhəmiyyət daşıdığını bildiriblər. Münsiflərin qiymətləndirməsinə əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 166, 5 və 95 saylı tam orta məktəblərin komandaları müvafiq olaraq I, II və III yerləri tutublar. Qalib komandalara hədiyyələr və diplomlar təqdim olunub. Qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nəzdindəki ümumi təhsil müəssisələrində reallaşdırılmış “Yay məktəbi”ndə iyulda V-VI, avqustda VII-VIII sinif şagirdləri iştirak ediblər. Bu müddətdə 1000-dən çox məktəbli üçün təlim, seminar, informativ sessiya, ekskursiya, idman yarışları və əyləncəli saatlar təşkil edilib. “Yay məktəbi”nin təşkil olunmasının əsas məqsədi yay istirahəti dövründə uşaqlara keyfiyyətli təhsil imkanları yaratmaq, əyləncəli proqramlar təşkil etməklə intellektual və sosial aktiv gənclərin-gələcəyin liderlərinin formalaşdırılmasıdır. Xatırladaq ki, “Məktəblinin dostu” layihəsi Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə tərəfdaşlığı ilə Bakı şəhərindəki 30 ümumi təhsil müəssisəsində həyata keçirilir. Layihənin əsas məqsədi müəllim və şagirdlər üçün təhlükəsiz mühit yaratmaq, fövqəladə hal baş verdikdə ilk tibbi və psixoloji yardım göstərmək, mütəmadi olaraq şagird, valideyn, təlim-tərbiyə müəssisələrinin kollektivi ilə maarifləndirmə və diaqnostik işlər aparmaqdır.
31/08/2018 15:14
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı