• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Yeni tədris ili təhsildə dönüş ilinə çevriləcək

Bu il respublika üzrə 165 min 780 şagird birinci sinfə gedəcək   2018-2019-cu tədris ilində 1-ci sinfə 165780 şagirdin qəbulu proqnozlaşdırılır. Ümumtəhsil müəssisələrində ümumilikdə 1 592 317 şagirdin təhsil alacağı nəzərdə tutulur.   Bölgələrdə 34 yeni məktəb tikilir   Hazırda ölkənin müxtəlif bölgələrində 34 yeni məktəb binası tikilir, 22 məktəb binasında isə əsaslı təmir-bərpa işləri aparılır. Bu il respublika ərazisində 137 modul tipli təhsil müəssisəsi istifadəyə veriləcək. Ümumilikdə Bakı şəhəri və ölkənin 54 rayonu olmaqla 193 obyektdə müvafiq işlər aparılır.   Təhsil Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, yeni dərs ilinə 332 adda 6 726 029 nüsxə dərslik və müəllimlər üçün metodik vəsait çap edilib.   Şagirdlər dərslikləri sentyabr ayının 3-dən etibarən təhsil aldıqları məktəbdən əldə etməyə başlayıblar.   11-ci siniflər üçün dərsliklər yeni məzmunda hazırlanıb. 2, 3 və 7-ci siniflər üçün isə dərsliklərin məzmununa əsaslı dəyişikliklər edilib. Hər dərsliyin istifadə müddəti onun buraxılış ilindən etibarən 4 ildir.   İyul-avqust aylarında müəllimlərin işə qəbulu ilə bağlı keçirilən müsabiqədə 46839 namizəd iştirak edib. Onlardan 4053 nəfər işə qəbul olunub.   Bakıdakı 263 məktəbdə 940 məktəbəhazırlıq qrupu fəaliyyət göstərəcək   Yeni tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində 442 147 şagird təhsil alacaq. BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərinin I sinfində 47 000-dən çox, IX sinfində 30 139, X sinfində 21 102, XI sinfində 20 379 şagird təhsil alacaq. Bakıdakı 263 ümumi təhsil müəssisəsində 940 məktəbəhazırlıq qrupunun fəaliyyət göstərməsi nəzərdə tutulub. Bu tədris ilində 5 yaşlıların 75 faizi məktəbəhazırlığa cəlb ediləcək. Yeni dərs ilində 217 məktəbdə 483 təmayül sinfin təşkil olunması nəzərdə tutulur. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində 307 ümumi təhsil məktəbi, 3 xüsusi tipli ümumi orta məktəb və 7 əyani-qiyabi axşam məktəbi fəaliyyət göstərir.   Paytaxtda 13 məktəb əsaslı təmir olunub, 4 yeni təhsil ocağı inşa edilib   Paytaxtın ümumi təhsil məktəblərində 2018-2019-cu dərs ilinə hazırlıq çərçivəsində BŞTİ-nin tabeliyində fəaliyyət göstərən 13 məktəbdə əsaslı təmir işləri aparılıb. Bundan əlavə, mövcud olan 2 məktəb binasının və ehtiyac olan ərazilərdə 2 yeni məktəbin inşası başa çatıb. Eləcə də 1 məktəbin qəzalı vəziyyətdə olan korpusunun sökülərək yenidən tikintisi həyata keçirilib. 1 məktəb üçün 1416 şagird yerlik yeni binanın tikintisi, 25 məktəbdə isə cari təmir və mühəndis-kommunikasiya işləri aparılıb. Belə ki, 2018-2019-cu dərs ilinə hazırlıq çərçivəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 8, 171, 180, 223, 227, 295, 300, 310 nömrəli tam orta məktəblərdə, 2 nömrəli Texniki Humanitar Liseydə əsaslı təmir, 78, 187, 192, 198 nömrəli tam orta məktəblərdə isə əsaslı təmir və bərpa-gücləndirilmə işləri aparılır. Binəqədi rayonu 306 nömrəli tam orta məktəbin, Xətai rayonu 171 nömrəli tam orta məktəbin əlavə korpusunun tikintisi həyata keçirilir. Şagird sıxlığının azaldılması məqsədilə Binəqədi rayonu 179 nömrəli tam orta məktəb üçün 1416 şagird yerlik yeni binanın, Nəsimi rayonu 11 nömrəli xüsusi məktəb üçün 264 şagird yerlik yeni binanın, Yasamal rayonu ərazisində Yasamal yaşayış kompleksində, Maştağa qəsəbəsi, Savalan yaşayış massivində 960 şagird yerlik yeni məktəblərin tikintisi aparılmaqdadır. Görülən işlərin yeni tədris ili başlanana qədər yekunlaşması nəzərdə tutulub.   İlk dərslər "Vətənim Azərbaycan”a həsr olunacaq   Yeni tədris ilində ilk dərslər ibtidai siniflərdə "Vətənim Azərbaycan”, V-IX siniflərdə "Dövlət rəmzləri - müstəqilliyimizin simvolu”, X-XI siniflərdə "Azərbaycan Xalq Cümhuriyyəti - dövlətçiliyimizin bayraqdarı” mövzularına həsr olunacaq. Təhsil nazirinin "Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə” əmrinə əsasən, təhsil müəssisələrinə tapşırılıb ki, ümumi təhsil məktəblərində müvafiq mövzular üzrə ilk dərs məşğələsinin səmərəli və yaddaqalan olması üçün zəruri təşkilati işlər görülsün, həmin dərslərdə aidiyyəti təşkilatların nümayəndələrinin, müharibə və əmək veteranlarının, məktəbin sabiq məzunlarının iştirakı nəzərdə tutulsun. Bütün ümumi təhsil müəssisələrində hər iş həftəsinə pedaqoji və şagird heyəti tərəfindən Azərbaycanın Dövlət himninin ifası ilə başlanması vətənpərvərlik nümunəsi kimi ümumi norma olaraq qəbul edilib.     "Azərbaycan” qəzeti

Prezident İlham Əliyev 2 nömrəli texniki-humanitar liseydə əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 12-də Bakının Səbail rayonunda Həbib bəy Mahmudbəyov adına 2 nömrəli texniki-humanitar liseydə əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub. Təhsil ocağının direktoru Bəkir Mustafayev burada aparılan işlər barədə dövlətimizin başçısına məlumat verdi. Qeyd olundu ki, liseyin yerləşdiyi binanın yaşı 100 ildən çoxdur. Təhsil ocağında əsaslı təmir işləri bu ilin mayında Prezident İlham Əliyevin tapşırığına əsasən aparılıb. Lisey binasında təmir işləri qısa müddətə və yüksək keyfiyyətlə görülüb. Ümumi sahəsi 2500 kvadratmetr olan üçmərtəbəli binada 31 sinif otağı və müxtəlif fənn kabinetləri var. Burada şagirdlər zəngin ədəbiyyat fondu olan kitabxanadan istifadə edəcəklər. Liseyin yeməkxanası tam yenilənib. Təhsil müəssisəsinin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində mühüm işlər görülüb. Lisey müasir avadanlıq və dərs ləvazimatları ilə təchiz edilib. Şagirdlərin nəzəri biliklərini laboratoriyalarda tətbiq etmələri üçün yeni avadanlıqlar quraşdırılıb. Məktəbin kimya, fizika, biologiya, informatika, ədəbiyyat, riyaziyyat, tarix kabinetləri də müasir avadanlıqla təchiz edilib. Liseydə yeni ekoloji kabinet də yaradılıb. Yeniyetmələrin hərbi biliklərinin artırılması məqsədilə Daxili İşlər Nazirliyinin Daxili Qoşunları tərəfindən xüsusi olaraq liseydə çağırışaqədərki hərbi hazırlıq kabineti yaradılıb. Təhsil ocağında idman və akt zalları müasir səviyyədə təmir olunub. Bir sözlə, burada şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün hərtərəfli şərait yaradılıb. Hazırda liseydə 506 şagird Azərbaycan və rus bölmələrində təhsil alır. Onu da deyək ki, Azərbaycanda ilk dünyəvi məktəb olan bu liseyin təməli 1887-ci ildə “Rus-müsəlman” məktəbi kimi görkəmli maarifçi Həbib bəy Mahmudbəyov tərəfindən qoyulub. Bu təhsil ocağı nəinki Azərbaycanda, ümumiyyətlə, Cənubi Qafqazda böyük şöhrət qazanıb. İlk vaxtlarda bu məktəbdə o dövrün tanınmış ziyalıları olan Süleyman Sani Axundov, Abdulla Şaiq və digər görkəmli maarifçilər dərs deyiblər. Prezident İlham Əliyevin ölkəmizdə təhsilə olan diqqət və qayğısının bariz nəticəsidir ki, son illər ərzində respublikamızın hər yerində olduğu kimi, paytaxtın mərkəzi rayonu olan Səbail rayonunda da təhsil müəssisələrinin əsaslı təmiri və təchizatı diqqət mərkəzində saxlanılıb. Prezident İlham Əliyevin tapşırıq və sərəncamlarına əsasən rayonda bir yeni məktəb və uşaq bağçası inşa olunub, iki orta məktəb və bir musiqi məktəbinin binası sökülərək yenidən tikilib, 5 orta məktəb üçün əlavə tədris korpusları inşa edilib. Ümumilikdə, digər orta və məktəbəqədər təhsil müəssisələrində də əsaslı təmir işləri aparılıb. Lisey binasında yaradılan şəraitlə tanış olan dövlətimizin başçısı kollektivə yeni tədris ilində uğurlar arzuladı.   www.president.az

Prezident İlham Əliyev 8 nömrəli tam orta məktəbdə əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 12-də Bakının Nəsimi rayonunda general-leytenant Kərim Kərimov adına 8 nömrəli tam orta məktəbdə yenidənqurmadan və əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub. Məktəbin direktoru Aytən Baxşəliyeva təhsil ocağında görülən işlər barədə dövlətimizin başçısına məlumat verdi. Diqqətə çatdırıldı ki, bu məktəbin binası 1900-cü ildə inşa edilib. Burada əvvəllər hərbi xəstəxana, sonralar isə Bakı Hərbi Məktəbi yerləşib. 1945-ci ildən binada 8 saylı tam orta məktəb fəaliyyət göstərir. Sovet İttifaqı Qəhrəmanı, general-leytenant Kərim Kərimovun adını daşıyan məktəbdə təmir işlərinə Prezident İlham Əliyevin təsdiq etdiyi layihəyə uyğun olaraq bu ilin mayından başlanılıb, yenidənqurma və təchizat işləri qısa vaxt ərzində və yüksək səviyyədə həyata keçirilib. Dövlətimizin başçısı məktəbdə yaradılan şəraitlə tanış oldu. Azərbaycan Prezidentinin Sərəncamı ilə 8 nömrəli məktəb 2010-2011-ci tədris ilində keçirilən “Ən yaxşı ümumtəhsil müəssisəsi” müsabiqəsinin qalibi olub. Bildirilib ki, məktəbin üçmərtəbəli binası əsas və yardımçı korpuslardan ibarətdir. Burada 780 şagird təhsil alır, 2016-2017-ci tədris ilindən məktəbəhazırlıq qrupları fəaliyyət göstərir. Məktəbdə tədris Azərbaycan və rus bölmələri üzrə aparılır. Yenidənqurma işləri zamanı bütün sinif otaqları, emalatxana, hərbi otaq, laboratoriyalar, yeməkxana, idman və akt zalları, eləcə də digər xidmət otaqları əsaslı şəkildə təmir edilib, əlavə 5 sinif otağı artırılıb. Təhsil müəssisəsində 70 nəfəri pedaqoji işçi olmaqla, ümumilikdə, 83 nəfər əməkdaş çalışır. Burada pedaqoji kollektivin fəaliyyət göstərməsi və şagirdlərin müasir tələblərə cavab verəcək səviyyədə təhsil almaları üçün hər cür şərait yaradılıb. Məktəb yüksək tələblərə cavab verən avadanlıq və müasir dərs ləvazimatları ilə təchiz edilib. Zəngin təbii sərvətləri olan Azərbaycanda, bu sərvətlərdən səmərəli istifadə etməklə, insan kapitalının daha da inkişaf etdirilməsi başlıca amilə çevrilib. Ölkəmizdə təhsilin inkişafına göstərilən diqqət və qayğı təsdiqləyir ki, bu mühüm amil dövlət siyasətinin əsas prinsiplərini təşkil edir. Son illərdə müasir məktəb binaları tikilir, təhsil müəssisələri üçün yeni korpuslar inşa olunur. Bu proses ölkəmizin bütün bölgələrini əhatə edir. Məktəblərin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində də mühüm işlər görülüb. Heydər Əliyev Fondu dövlət səviyyəsində həyata keçirilən bu fəaliyyət proqramına güclü dəstək verir. Yüksək şəraiti və müasir tədris-təlim avadanlıqları ilə diqqət çəkən bu təhsil ocaqlarından biri də 8 saylı tam orta məktəbdir.   www.president.az

Prezident İlham Əliyev 227 saylı tam orta məktəbdə yaradılan şəraitlə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 12-də Bakının Nizami rayonunun Keşlə qəsəbəsindəki 227 saylı tam orta məktəbdə əsaslı təmir və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub. Məktəbin direktoru Sevinc Hüseynova görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verdi. Bildirildi ki, 227 nömrəli tam orta məktəbin binası 1937-ci ildə tikilib. Binanın əsas korpusu İkinci Dünya müharibəsi illərində hospital kimi fəaliyyət göstərib. Sonra bina məktəb kimi fəaliyyətini davam etdirib. 2005-ci və 2007-ci illərdə məktəb üçün əlavə iki korpus tikilib və istifadəyə verilib. Yenidənqurma işləri yüksək səviyyədə həyata keçirilib. Hazırda məktəbdə ikinövbəli sistemdə 1176 şagird təhsil alır. Şagirdlərin təlim-tərbiyəsi ilə 82 müəllim məşğul olur. Məktəbdə 38 sinif otağı, informatika kabineti, laboratoriya, idman və akt zalları, hərbi otaq və yeməkxana var. Şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün sinif otaqları zəruri dərs vəsaitləri ilə təchiz edilib. Məktəbdə internet, mebel-inventar və digər zəruri avadanlıqlar müasir tələblər səviyyəsindədir. Təhsil müəssisəsinin həyətində abadlıq işləri aparılıb, yaşıllıqlar salınıb, müasir işıqlandırma sistemi quraşdırılıb. Qeyd olunub ki, məktəbin şagird və məzunları müxtəlif beynəlxalq bilik və idman yarışlarında, olimpiadalarda mühüm uğurlara imza atıblar. Bu təhsil ocağının məzunları ali məktəbə qəbul imtahanlarında yüksək nəticələri ilə seçilirlər. Son illərin statistikasına görə, məktəbi bitirən məzunların 60-70 faizi tələbə adını qazanıb. Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı qəbul edilən xüsusi Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlər planına uyğun olaraq bütün sosial sahələrdə olduğu kimi, təhsil müəssisələrinin əsaslı şəkildə yenidən qurulması, yeni məktəb binalarının, uşaq bağçalarının inşası prosesi də məqsədyönlü şəkildə uğurla həyata keçirilir. Paytaxt və ətraf qəsəbələrlə yanaşı, respublikanın hər yerində orta məktəb binaları yüksək standartlara uyğun şəkildə yenidən qurulur, lazımi avadanlıqla təchiz edilir, təhsil müəssisələrinin ərazilərində abadlıq işləri həyata keçirilir. Təhsil sahəsində görülən bütün bu işlər Azərbaycanda insan kapitalının daha da inkişaf etdirilməsi məqsədinə xidmət edir.   www.president.az

Modul dərsliklərin təqdimat mərasimi keçirilib

Sentyabrın 11-də “Meyvə ustası” və “Tərəvəz ustası” ixtisasları üzrə hazırlanmış 7 modul dərsliyin təqdimatı mərasimi keçirilib. Modul dərsliklər "BP" şirkətinin və tərəfdaşlarının maliyyə dəstəyi ilə “British Council” tərəfindən icra olunan “Kənd təsərrüfatı üzrə peşə təhsili: yeni ixtisasların yaradılması” layihəsi çərçivəsində  hazırlanıb. Təqdimat mərasimində təhsil naziri Ceyhun Bayramov, Böyük Britaniyanın ölkəmizdəki səfiri Karol Krofts, “BP” şirkətinin regional prezidenti Qeri Cons, “British Council”un Azərbaycan üzrə direktoru Summer Xia, Kənd Təsərrüfatı Nazirliyinin, Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin əməkdaşları və layihənin nümayəndələri iştirak edib. Tədbirdə çıxış edən təhsil naziri Ceyhun Bayramov son illərdə ölkədə peşə təhsilinin əsas prioritet istiqamətlərdən biri kimi müəyyən olunduğunu, bu sahədə aparılan islahatların və həyata keçirilən layihələrin əhəmiyyətini diqqətə çatdırıb. Bildirilib ki, peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsinin uğurlu icrası, “Peşə təhsili haqqında” Qanunun qəbul edilməsi peşə təhsilinin inkişafı üçün yeni imkanlar yaradıb. Nazir peşə təhsili sahəsində beynəlxalq təşkilatlarla, xüsusi ilə “BP” şirkəti və “British Council” ilə birgə əməkdaşlığın müsbət nəticələri barədə məlumat verərək əlaqələrin davam etdiriləcəyini vurğulayıb. Mərasimdə digər çıxış edənlər Təhsil Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələrdən danışıb, modul dərsliklərin peşə təhsilində tədrisin məzmununun və keyfiyyətinin yüksəldilməsində səmərəli olacağını vurğulayıblar. Qeyd edək ki, 2016-cı ildən icra olunan “Kənd təsərrüfatı üzrə peşə təhsili: yeni ixtisasların yaradılması” layihəsi çərçivəsində 19 modul dərslik hazırlanıb.  

Uğur qazanan müəllimlər

2018-2019-cu tədris ili üçün ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin birinci və ikinci mərhələsi üzrə 4053 namizəd işə qəbul edilib. Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu prosesinin birinci turunda isə 1178 nəfər müəllim adını qazanıb. Bu proses üzrə ikinci tur 14-15 sentyabr tarixlərində həyata keçiriləcək. Müəllimlərin işə qəbulu üzrə müsabiqədə yüksək bal toplayan müəllimlərlə bağlı növbəti məlumatları təqdim edirik.

Nostrifikasiya ilə bağlı sənəd qəbuluna başlanılıb

Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) ilə bağlı sənəd qəbuluna başlanılıb. Təhsil sahəsində aparılan islahatların tərkib hissəsi olaraq, nostrifikasiya prosedurunda da yeniliklər və vətəndaşların istifadə rahatlığı məqsədi ilə dəyişikliklər həyata keçirilib. Belə ki, sənədlərin yalnız elektron qaydada www.ani.edu.gov.az internet səhifəsi vasitəsi ilə rahat şəkildə təqdim olunması üçün sözügedən səhifədə müvafiq “Müraciət qaydaları” bölməsi yaradılıb, tələb olunan bütün sənədlər barədə ətraflı məlumat yerləşdirilib. Həmçinin vətəndaşları ən çox maraqlandıran sualları özündə əks etdirən “Mütəmadi verilən suallar” bölməsi istifadəyə verilib. Bununla yanaşı, elektron ərizə sistemində aparılan təkmilləşdirmə işləri davam etdirilməkdədir. Vətəndaşların diqqətinə çatdırırıq ki, nostrifikasiya proseduru ilə bağlı bütün rəsmi məlumatları www.ani.edu.gov.az internet səhifəsi vasitəsi ilə əldə etmək mümkündür. Təhsil Nazirliyi nostrifikasiya proseduru çərçivəsində sənəd qəbulu ilə bağlı heç bir şirkətlə əməkdaşlıq etmir və bu şirkətlərin fəaliyyətinə görə heç bir məsuliyyət daşımır.

Müəllimlərin işə qəbulu üzrə elektron yerləşdirmənin nəticələri məlum olub

2018-2019-cu tədris ili üçün Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə elektron yerləşdirmənin nəticələri açıqlanıb. Bu barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib. Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə elektron yerləşdirmə zamanı 1178 namizəd uğur qazanıb. Müəllim adını qazanmış şəxslər sentyabr ayının 12-dək zəruri sənədləri (şəxsiyyəti təsdiq edən sənədin, ali və ya orta ixtisas təhsili haqqında sənəd və ona əlavənin surəti, əmək kitabçasının əsli (olduğu təqdirdə), 3x4 ölçüdə fotoşəkil, sağlamlıq haqqında arayış, kadrlar uçotunun şəxsi vərəqəsi) aidiyyəti Ərazi Maliyyə Hesablaşma Mərkəzinə təqdim etməlidirlər. Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu zamanı boş qalan yerlərə ikinci tur həyata keçiriləcək. İkinci tura elektron sənəd qəbulu  isə 14-15 sentyabr tarixlərində aparılacaq.  

“ASAN peşə” layihəsi üzrə boş qalan yerlərə sənəd qəbulunun nəticələri açıqlanıb

2018-2019-cu tədris ili üzrə “ASAN peşə” layihəsi çərçivəsində dövlət peşə təhsili müəssisələrinə boş qalan yerlərə sənəd qəbulu başa çatıb. 4-10 sentyabr 2018-ci il tarixlərində keçirilən sənəd qəbulu zamanı 5134 nəfər qeydiyyatdan keçib. 3913 nəfər müsabiqədən keçərək peşə təhsili müəssisələrinə qəbul olunub.  İxtisas seçimindən uğurla keçən şəxslər aşağıdakı sənədləri 11-12 sentyabr 2018-ci il tarixlərində qəbul olunduqları peşə təhsili müəssisəsinə təqdim etməlidirlər: - Təhsil haqqında sənədin əsli; - Tibbi arayış; - Şəxsiyyət vəsiqəsi (surəti); - 3x4 sm. ölçüdə 4 ədəd fotoşəkil; - Hərbi mükəlləfiyyət barədə sənəd (hərbi mükəlləfiyyətlilər); - Güzəştli şərtlərlə qəbul edilən şəxslər üçün müvafiq təsdiqedici sənəd. Qeyd edək ki,  dövlət peşə təhsili müəssisələrinə qəbul şəhadətnamə və ya attestat üzrə müvafiq fənlərin orta balı nəzərə alınmaqla müsabiqə yolu ilə həyata keçirilir.   Peşə təhsili müəssisələrinə qəbul olan şəxslərin siyahısı  

Yaponiyada IOI 2019 bayrağı Azərbaycana təqdim olunub

Yaponiyanın Tsukuba şəhərində məktəblilərin 30-cu Beynəlxalq İnformatika Olimpiadası (IOI) başa çatıb. Bağlanış mərasimində iştirakçıların mükafatlandırılması ilə yanaşı, növbəti ildə yarışın Azərbaycanda keçiriləcəyi elan edilib. Təşkilatçılar tərəfindən Beynəlxalq İnformatika Olimpiadasının bayrağı təhsil nazirinin müavini Firudin Qurbanova təqdim olunub. Tədbirdə çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov olimpiadanın başa çatması münasibəti ilə iştirakçıları təbrik edib, olimpiadanın yüksək səviyyədə təşkil olunması ilə bağlı təşkilatçılara və Yaponiya hökumətinə təşəkkürünü bildirib. Nazir müavini iştirakçıları gələn il ölkəmizdə keçiriləcək 31-ci Beynəlxalq İnformatika Olimpiadasına dəvət edərək Azərbaycanla bağlı məlumatları onların diqqətinə çatdırıb. Daha sonra ölkəmiz haqqında qısa film nümayiş edilib. Tədbirdə Yaponiyanın təhsil, elm, mədəniyyət, idman və texnologiyalar Nazirliyinin məsul işçiləri, bir sıra nüfuzlu ictimai təşkilatların və şirkətlərin rəhbərləri iştirak edib. Beləliklə, 2019-cü ildə 31-ci Beynəlxalq İnformatika Olimpiadası Azərbaycanda təşkil olunacaq. Yaponiyada keçirilən olimpiadanın nəticələrinə gəldikdə isə  milli komanda üzvlərinin  nəticələri əvvəlki illərə nisbətən xeyli yaxşılaşıb. Şagirdlər Respublika Beynəlxalq Olimpiadalara hazırlıq mərkəzində Təhsil Nazirliyi və "Azercell Telekom” MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin dəstəyi ilə hazırlaşıblar.    Ölkəmiz bu beynəlxalq tədbirdə 24 dəfə təmsil olunub. Ümumilikdə 55 azərbaycanlı məktəbli bu olimpiadada iştirak edib. Şagirdlərimiz Beynəlxalq İnformatika Olimpiadasından bu günə qədər 1 gümüş, 4 bürünc olmaqla 5 medal qazanıb.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı