SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Yüksək ballı müəllimlərlə görüşdən fotoanlar
Yeni tədris ilində Masallı rayonunun ümumtəhsil müəssisələrinə yüksək balla işə qəbul olunan müəllimlərlə görüşdən fotoanlar
05/10/2018 14:01
El bilir ki, sən müəllimsən
05/10/2018 12:51
Parisdə Bakının “Ekspo 2025” Ümumdünya Sərgisinə namizədliyinə həsr olunan simpozium keçirilib
Parisdə Bakı şəhərinin “Ekspo 2025” Ümumdünya Sərgisinə namizədliyinə dair “İnsan kapitalını inkişaf etdirək, daha yaxşı gələcək quraq” mövzusunda simpozium keçirilib. Simpoziumda Beynəlxalq Sərgilər Bürosunun baş katibi Visente Lossertales, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi, ölkəmizin Beynəlxalq Sərgilər Bürosundakı nümayəndə heyətinin rəhbəri Elçin Əmirbəyov, təhsil naziri Ceyhun Bayramov, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, insan kapitalı üzrə beynəlxalq ekspert Peter Fisk, “Bakı Ekspo 2025” Ümumdünya Sərgisinin işçi qrupunun üzvü Məryəm Qafarzadə çıxış ediblər. Beynəlxalq Sərgilər Bürosunun nümayəndələrinin, üzv dövlətlərin səfirlərinin və təmsilçilərinin iştirak etdikləri tədbiri açan Elçin Əmirbəyov insan kapitalının Azərbaycanın inkişafındakı rolu, ölkəmizin qlobal dialoq platformasına çevrilməsi və beynəlxalq tədbirlərə ev sahibliyi etməsi, Bakıda “Ekspo 2025” üçün nəzərdə tutulan məkan haqqında ətraflı məlumat verib. Visente Lossertales “Bakı Ekspo 2025”in mövzusunun qlobal əhəmiyyətindən danışıb. O, mövzunun Beynəlxalq Sərgilər Bürosunun missiyasına, dövrümüzün çağırışlarına cavab verdiyini vurğulayıb. Peter Fisk insan kapitalının inkişafının əhəmiyyətinə toxunaraq təcrübəsini bölüşüb. O, yeni texnologiyaların tətbiqi ilə dövlət qurumlarının və özəl sektorun birgə fəaliyyətinin inkişafa töhfəsindən, innovasiya və tərəqqinin təşviqinin önəmindən danışıb. Simpoziumda “Bakı Ekspo 2025”in BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olan istedad, sağlamlıq və nailiyyət kimi alt mövzularına toxunulub. Ceyhun Bayramov istedad alt mövzusundan danışaraq gələcək nəsillərin inkişafı və onlara dəstəkdən söz açıb. O, bacarıqlar, tədqiqatlar, innovasiyalar sahələrində ideyaların bütün dünyada insanların rifahının yüksəlməsinə töhfə verəcəyini vurğulayıb. Nazir Azərbaycan gənclərinin xaricdə təhsil almaları ilə bağlı dövlət proqramlarından da bəhs edib. Nazir bildirib ki, “Ekspo” parkının girişində təşkil olunacaq “İstedad bulvarı” hər kəsin diqqətini cəlb edəcək. Real və virtual mühit yaradaraq yeni vasitələrə yiyələnmək və biliklərin mübadiləsini həyata keçirmək imkanı yaradılacaq. “İnsanın istedadı qığılcımdır və bu, böyük alova çevrilə bilər. “Bakı Ekspo 2025” sərgisində çoxlu alovların yaranacağını səbirsizliklə gözləyirik. Azərbaycan hələ qədim zamanlardan “Odlar Yurdu” kimi tanınır”, - deyə C.Bayramov vurğulayıb. Daha sonra Məryəm Qafarzadə sağlamlıq alt mövzusu üzrə çıxış edib. Sahil Babayev ölkəmizin insan kapitalına sərmayə yatıraraq inkişafa necə nail olmasından danışıb. O, hər bir ölkənin gələcəyinin səhiyyə, təhsil və məşğulluqdan asılı olduğunu söyləyib. S.Babayev bütün cəmiyyətlərin tərəqqisi üçün yeni texnologiyaların transformasiya gücünün istifadə edilməsinin önəmini diqqətə çatdırıb. Nazir vurğulayıb ki, Azərbaycan insan kapitalına sərmayə yatırımı sahəsində digər ölkələrə ən yaxşı nümunədir. O, son onillik ərzində ölkəmizdə yoxsulluğun azaldılması, yeni iş yerlərinin açılması, davamlı, hərtərəfli iqtisadi inkişafa nail olunması istiqamətində görülən işlərdən bəhs edib. Sonra iştirakçıların sualları cavablandırılıb. Sonda Elçin Əmirbəyov simpoziumun iştirakçılarına müraciət edərək deyib ki, biz bu gün “Ekspo 2025” Ümumdünya Sərgisi üçün seçdiyimiz mövzunun dünya ölkələrinin həyatına necə müsbət təsir edə biləcəyi barədə ətraflı təqdimat nümayiş etdirmək imkanı əldə etdik. Bakı “Ekspo 2025” sərgisinə möhtəşəm şəkildə ev sahibliyi etmək üçün bütün imkanlara, əlverişli coğrafi mövqeyə və milli dəstəyə malikdir. Biz dünya ölkələrini qlobal əhəmiyyətli bir mövzu ilə 2025-ci ildə Azərbaycanın paytaxtı Bakı şəhərində qəbul etməyə ümid edirik. AZƏRTAC
05/10/2018 12:09
Müəllim olmaq missiyası
Və yaxud şərəfli ad, dəyərli peşə Bu gün ölkəmizin çoxminli müəllim ordusu özünün peşə bayramını - Beynəlxalq Müəllimlər Gününü qeyd edir. Hər birimizin qəlbində, ruhunda müəllim zəhmətindən pay, müəllim nurundan zərrə olduğundan onların bayramı elə hamımızın bayramıdır. Müəllimlik dünyada ən gərəkli və dəyərli peşə sayılır. Çünki müəllim yetirmələrinə gizlədilməsi mümkün olmayan gözəllik bəxş edir, yəni bilik öyrədir, həyat üçün zəruri olan bacarıq və vərdişlər aşılayır. İnsanın kamilləşməsi, əqlinin, ruhunun və cisminin bərabər səviyyədə inkişafı onun aldığı təlim-tərbiyədən və bu prosesi düzgün diaqnozlaşdıran, layihələndirən və həyata keçirən müəllimlərdən asılıdır. Ona görə də müəllimin bütün zamanlarda və bütün cəmiyyətlərdə məqamı və sosial statusu üstün olub, o, ən hörmətli şəxs sayılıb. Dünyanın ən böyük şəxsiyyətləri, müdrik dövlət adamları, dahilər müəllim əməyini həmişə yüksək qiymətləndiriblər. Böyük yunan filosofu Platon "Mən müəllimi atamdan çox istəyirəm, çünki atam məni göylərdən yerə endiribsə, müəllimim məni yerdən göyə qaldırıb" deyib. Biz öz övladlarımızı-gələcəyimizi, işıqlı sabaha bəslədiyimiz ümid və arzularımızı həmişə müəllimə etibar edirik. Və bu gün-bu bayram günündə qeyd etmək xüsusilə xoşdur ki , müəllimlərimiz bu etimadı peşələrinə sədaqət, millətə sevgi ilə, yüksək peşəkarlıq və dərin məsuliyyət hissi ilə doğrulda bilirlər. Bu gün onların üzərinə daha böyük və məsuliyyətli vəzifə düşür: texnoloji tərəqqinin tamamilə dəyişdiyi yeni dünyanın vətəndaşlarını yetişdirmək. Həmişə öz missiyasının öhdəsindən peşəkarlıq və ləyaqətlə gələn Azərbaycan müəlliminin bu gün zamanın yeni çağırışlarına da adekvat cavab verə biləcəyinə şübhəmiz yoxdur. Tərəqqini təmin edən təhsilə, insan tərbiyəsinə cavabdehlik daşımaq böyük şərəf və məsuliyyət yüküdür. Bu məsuliyyəti anlayan Azərbaycan müəllimi bu gün ölkədə həyata keçirilən təhsil islahatlarının önündə gedir, onun aparıcı qüvvəsini təşkil edir. Bu da təsadüfi deyil. Çünki təhsil üçün yaradılan ən yaxşı şərait, ən mükəmməl maddi-texniki təchizat, ən müasir texnoiogiya və təlim üsulları belə, yalnız öz işinin ustası olan, yüksək intellektə, innovativ düşüncə tərzinə yiyələnmiş müəllim olduqda səmərə verə bilər. Son illər ölkəmizdə müəllim peşəsinin ictimai nüfuzu durmadan yüksəlir. Bunu ali məktəblərə qəbul imtahanlarında 500-dən çox bal toplayaraq müəllimlik ixtisaslarını seçən gənclərimizin, eləcə də müəllim işləmək arzusunda olanların sayının ildən-ilə artdığını göstərən rəqəmlər də sübut edir: 2018-2019-cu tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqədə 50 minə yaxın müəllim iştirak edib. Ötən illərlə müqayisədə müəllim işləmək arzusunda olanların sayında 3 dəfə artım müşahidə olunub. Son illər ərzində pedaqoji ixtisaslar üzrə sənəd verən abituriyentlərin peşəyə yararlılıq səviyyəsi əhəmiyyətli dərəcədə yüksəlib. 2014-cü ildə 500 və daha artıq bal toplayan 922 nəfər müəllimlik ixtisasını seçmişdisə, 2017-ci ildə bu rəqəm 1370 nəfər olub. Bu il keçirilən qəbul imtahanlarında itirak edərək 500 və daha artıq bal toplayan məzunlar arasında isə müəllimlik ixtisasını 2090 nəfər seçib. Başqa bir maraqlı fakt və müqayisə də müəllimliyə meylin gənclər arasında artdığına dəlalət edir: 2016-cı ilin qəbul imtahanlarında 500 və daha artıq bal toplayaraq ibtidai sinif müəllimliyini seçən cəmi 1 nəfər idisə, builki qəbul imtahanlarında belə abituriyentlərin sayı 235 olub. Diqqətəlayiq haldır ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev də sentyabrın 14-də Bakının Maştağa qəsəbəsindəki 28 nömrəli tam orta məktəbin açılış mərasimindəki çıxışında ölkədə müəllim olmaq istəyənlərin sayının və müəllim peşəsinin hörmətinin artdığını xüsus qeyd edib. Bütün bunlara səbəb isə ölkəmizdə davamlı olaraq aparılan məktəb tikintisi, məktəblərin maddi-texniki bazasının gücləndirilməsi, müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi nəticəsində əməkhaqqı artımı, pedaqoji kadrların işə qəbulunun şəffaf təşkili, bu istiqamətdə atılmış və atılmaqda olan digər addımlardır. Hər il onlarla müəllim dövlət başçısının xüsusi sərəncamları ilə təhsildəki xidmətlərinə görə orden və medallarla təltif olunur, fəxri adlara layiq görülür. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, hər il ucqar məktəblərdə işə qəbul olunan yüzlərlə müəllimə stimullaşdırıcı tədbirlər tətbiq edilir. Ötən dərs ili üzrə müsabiqə əsasında işə qəbul olunan 6000-ə yaxın müəllimin 3000 nəfərdən çoxu ucqar bölgələrdə fəaliyyətə başlayıb. Hazırda kənd məktəblərində işləyən 7500-dək gənc müəllimə stimullaşdırma tədbirləri tətbiq olunur. Bütün bunlar, təbi k, həm müəllimlik peşəsinin cazibədarlığını artırır, həm də müəllim olmaq missiyasının yeni üfüqlərini müəyyən edir. Müəllimlərimizi, bütün təhsil işçilərini bu əlamətdar gün münasibətilə ürəkdən təbrik edir, hər birinə möhkəm cansağlığı, fəaliyyətlərində davamlı uğurlar arzulayırıq. “Azərbaycan müəllimi” qəzeti
05/10/2018 10:12
Təhsil naziri Ceyhun Bayramovun 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə təbriki
Əziz müəllimlər! Əsrlər boyu xalqımızın şərəfli missiya daşıyıcıları olan müəllimlər tərəqqiyə, inkişafa, milli rifaha zəmin yaradıb, gələcəyin yolunu müəyyən ediblər. Müəllim sözü həmişə kamillik, ləyaqət, bütövlük simvolu kimi mənəvi keyfiyyətləri ifadə edib və bu dəyərlərin işığında yetişən nəsillər hər zaman öz layiqli müəllimlərinə bənzəməyə çalışıblar. Bu il YUNESKO Beynəlxalq Müəllim Gününü “Təhsil hüququnun təminatı hazırlıqlı müəllim tələb edir” şüarı altında keçirir. Ölkə başçısı cənab İlham Əliyev tərəfindən 24 oktyabr 2013-cü il tarixində təsdiq edilmiş və bu il 5-ci il dönümünü qeyd etdiyimiz “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” müəllim amilinə, müəllim hazırlığının təkmilləşdirilməsinə və müəllim peşəsinin ictimai nüfuzunun artırılmasına xüsusi önəm vermişdir. Bu gün Azərbaycan müəllimi ona verilən dəyəri hiss edərək öz peşəsinin əsl sahibi olmağa can atır. Bunun sayəsində son illər ölkəmizdə daha hazırlıqlı, daha istedadlı şəxslərin müəllim peşəsinə gəlməsi bizi bu hədəfimizi genişləndirməyə, gələcəyin memarı olan müəllimin inkişafına diqqəti daha da artırmağa səfərbər edir. Əziz müəllimlər, hər birinizi bu əlamətdar gün münasibətilə ürəkdən təbrik edir, fəaliyyətinizdə uğurlar arzulayıram. Peşə bayramınız mübarək! Azərbaycan Respublikasının təhsil naziri Ceyhun Bayramov
04/10/2018 17:35
Yüksək ballı müəllimlər Masallını seçiblər
Oktyabrın 4-də Cəlilabad və Masallı rayonlarına mediatur təşkil olunub. Mediaturun keçirilməsində məqsəd 5 oktyabr-Beynəlxalq Müəllimlər Günü ərəfəsində yüksək balla cari tədris ilində işə qəbul olunan müəllimlərlə görüşmək, eləcə də bu bölgələrdə yeni inşa edilən modul tipli məktəblərlə tanış olmaqdır. Əvvəlcə mediatur iştirakçıları Cəlilabad rayonunda yeni istifadəyə verilən Fərzili kənd ümumi orta məktəb ilə tanış olublar. Məktəbin direktoru Fuad Babayevin verdiyi məlumata görə, məktəb 6 sinif və 1 müəllimlər otağından ibarətdir. 73 şagirdin təhsil aldığı məktəbdə 19 müəllim çalışır. Müasir avadanlıqlar və mərkəzləşdirilmiş istilik sistemi ilə təmin edilən təhsil müəssisəsində 1 məktəbəhazırlıq qrupu, 9 sinif komplekti fəaliyyət göstərir. Ümumilikdə Cəlilabad rayonunda artıq 5 modul məktəb istifadəyə verilib, 10 belə məktəb isə bu tədris ilində təhvil veriləcək. Modul tipli məktəblərin üstünlüyü onların azməsrəfli olması ilə yanaşı, qısa müddət ərzində istənilən relyefdə quraşdırılması, asan daşınması, sinif otaqlarının sayının şagirdlərin sayına uyğun olaraq rahatlıqla azaldılıb-artırılmasıdır. Modul tipli məktəblərin tikintisində əsasən yerli istehsal məhsullarında istifadə edilir. Daha sonra iştirakçılar Masallı şəhəri Rafiq Əlihəsənov adına 1 nömrəli tam orta məktəbdə yeni tədris ilində işə qəbul olunan müəllimlərlə görüşüb. Media nümayəndələrinə məlumat verilib ki, bu il müsabiqədən uğurla keçən 87 nəfər gənc müəllim rayonun ümumi təhsil müəssisələrində fəaliyyətə başlayıb. Həmin müəllimlərdən 6 nəfəri isə Rafiq Əlihəsənov adına 1 nömrəli tam orta məktəbdə çalışır. Sonra media nümayəndələri Rafiq Əlihəsənov adına 1 nömrəli tam orta məktəbə yüksək balla yeni işə qəbul olunan Əli Alışlının, Rəfail Əzimovun, Araz Şahverdiyevin, Pərvin Babayevanın, həmçinin Ərkivan qəsəbə Z.Nəcəfov adına 2 nömrəli tam orta məktəbdə Aytac Kazımlının dərs prosesini izləyiblər. Qeyd edək ki, son illərdə müəllim peşəsinin nüfuzu getdikcə artmaqdadır. 2018-2019-cu tədris ilində müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak üçün 50 minə yaxın namizəd elektron ərizə ilə müraciət edib, 5000-dən artıq namizəd müəllim adını qazanaraq işə qəbul olunub. Ötən illərlə müqayisədə müəllim işləmək arzusunda olanların sayında 3 dəfə artım müşahidə olunub. Ali məktəblərə keçirilən qəbul imtahanlarında yüksək bal toplayan gənclərin müəllimlik ixtisasını seçməsi halı çoxalıb. Son illərdə pedaqoji sahə üzrə sənəd verən abituriyentlərin peşəyə yararlılıq səviyyəsi əhəmiyyətli dərəcədə yüksəlib. 2014-cü ildə 500 və daha artıq bal toplayan 922 nəfər müəllimlik ixtisasını seçmişdisə, 2017-ci ildə bu rəqəm 1370 nəfər olub. Bu il keçirilən qəbul imtahanlarında iştirak edərək 500 və daha artıq bal toplayan məzunlar arasında isə müəllimlik ixtisasını 2090 nəfər seçib. Bu göstərici 2014-2015-ci tədris ilinə nisbətən 2,3 dəfə və ya 126,7 faiz, ötən ilə nisbətən isə 1,5 dəfə və ya 53,6 faiz artım deməkdir.
04/10/2018 17:20
Beynəlxalq Riyaziyyat Olimpiadalarının nəticələri - IMO
Tarix Ölkə, şəhər İştirakçıların adı, soyadı Medal 1997-ci il Argentina (Mardel Plata) Quliyev Namiq Cəmiyyət oğlu Sumqayıt şəhəri,22 №-li orta məktəb, IXs. Bürünc 1998-ci il Tayvan (Taypey) Orucov Taleh Abdulxalıq oğlu Quba ÖTL X-s. Bürünc 1999-cu il Ruminiya (Buxarest Quliyev Namiq Cəmiyyət oğlu Sumqayıt şəhəri, 22 №-li orta ümumtəhsil, XIs. bürünc 2001-ci il ABŞ (Vaşinqton) Məlikov Fuad Elman oğlu Bakı ÖTL XI-s. Bürünc 2002-ci il Böyük Britaniya(Qlazqo) Axundov Çingiz Şaiq oğlu Lənkəran ÖTL XI-s. Bürünc 2003-cü il Yaponiya (Tokio) Həbibov Cavid Seymur oğlu Sumqayıt ÖTL XI-s. Gümüş 2003-cü il Yaponiya (Tokio) Sadıqov Tural Həsənağa oğlu Lənkəran ÖTL X-s. Bürünc 2004-cü il Yunanıstan (Afina) Həbibov Cavid Seymur Sumqayıt ÖTL XI-s. Gümüş 2005-ci il Meksika (Merida) Əmirov Tural Şahin oğlu Mingəçevir ÖTL XI-s. Bürünc 2005-ci il Meksika (Merida) Ağayev Fərhad Fuad oğlu Bakı ÖTL XI-s. Bürünc 2006-cı il Sloveniya Nəsirov Xəlil İlham oğlu Bakı ÖTL XI-s. Bürünc 2006-cı il Sloveniya Cəfərov Cəfər Şahin Aşdaş ÖTL X-s. Gümüş 2007-ci il Vyetnam (Hanoy) Cəfərov Cəfər Şahin Aşdaş ÖTL XI-s. Bürünc 2007-ci il Vyetnam (Hanoy) Müslümov Ruslan Telman oğlu Quba ÖTL X-s. Bürünc 2007-ci il Vyetnam (Hanoy) Qulamhüseynli Elyar Mübariz oğlu Lənkəran ÖTL X-s. Bürünc 2008-ci il İspaniya (Madrid) Müslümov Ruslan Telman oğlu Quba ÖTL XI-s. Bürünc 2008-ci il İspaniya (Madrid) Bədirli Sərxan Niyazi oğlu Gəncə ÖTL XI-s. Bürünc 2008-ci il İspaniya (Madrid) Qulamhüseynli Elyar Mübariz oğlu Lənkəran ÖTL XI-s. Bürünc 2009-cu il Almaniya-Bremen Şükürlü Altun Mehdi oğlu Bakı ÖTL IX-s. Gümüş 2009-cu il Almaniya-Bremen Ramazanlı İlqar Məhəmmədəli oğlu Bakı ÖTL XI-s. Bürünc 2009-cu il Almaniya-Bremen Cəfərli Emil Həşim oğlu Sumqayıt ÖTL X-s. Bürünc 2010-cu il Qazaxıstan-Astana Şükürlü Altun Mehdi oğlu Bakı ÖTL X-s. Gümüş 2010-cu il Qazaxıstan-Astana Mustafayev Elşad Rövşən oğlu Sumqayıt ÖTL X-s. Gümüş 2010-cu il Qazaxıstan-Astana Məlikov Kanan Rövşən oğlu Gəncə ÖTL XI-s. Gümüş 2010-cu il Qazaxıstan-Astana Cəfərli Emil Həşim oğlu Sumqayıt ÖTL XI-s. Bürünc 2010-cu il Qazaxıstan-Astana Rüstəmli Sübhan Mübariz oğlu Mingəçevir ÖTL XI-s. Bürünc 2011- ci il Niderland, Amsterdam Mustafayev Elşad Rövşən oğlu Sumqayıt ÖTL XI-s. Gümüş 2011- ci il Niderland, Amsterdam Bağırov Naib İbrahim oğlu Mingəçevir ÖTL XI-s. Bürünc 2012- ci il Argentina, Mardelplata Həsənzadə Həsən Ruslan oğlu Lənkəran ÖTL X-s. Bürünc 2012- ci il Argentina, Mardelplata şəhəri Əliyev İzmir Yalçın oğlu Mingəçevir ÖTL X-s. Bürünc 2013-cü il Kolumbiya, Santa-Marta Həsənzadə Həsən Lənkəran ÖTL, XI sinif. Bürünc 2013-cü il Kolumbiya, Santa-Marta Məhərrəmov Mehdi Şirvan ÖTL, X sinif. Bürünc 2014-cü il CAR, KeypTaun şəhəri Dumanov Fərman Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin Gəncə liseyi , X sinif. Bürünc 2015-ci il Tailand Fərid Həsənli Mingəçevir, Bürünc 2015-ci il Tailand Məhəmməd Şirinov Bakı, Bürünc 2016-cı il Honk - Kong Məhəmməd Şirinov Bakı, Bürünc 2017-ci il Braziliya, Rio de Janeiro Ramil Cəbiyev Bakı, Bürünc 2017-ci il Braziliya, Rio de Janeiro Anar Abbaslı Bakı, Bürünc 2017-ci il Braziliya, Rio de Janeiro Mirəli Əhmədli Gənc, Bürünc 2017-ci il Braziliya, Rio de Janeiro Anar Rzayev Bakı, Bürünc
03/10/2018 17:01
“Rəqəmsal bacarıqlar” pilot layihəsi uğurla davam etdirilir
Yeni tədris ilində Təhsil Nazirliyinin "İnformatika" fənninin yeni formatda tədrisi üzrə “Rəqəmsal bacarıqlar” pilot layihəsinin mərhələlər üzrə tətbiqi davam etdirilir. Layihə informasiya texnologiyaları (İT) sistemləri və proqramlaşdırmanın öyrədilməsi üzrə proqramlar hazırlayan "Alqoritmika" beynəlxalq təhsil şirkəti ilə birgə həyata keçirilir. Pilot layihə alqoritmik düşüncə və məntiqin, layihə işləmə bacarıqlarının inkişafı və proqramlaşdırmanın əsaslarının öyrədilməsi məqsədini daşıyır. Dünyanın bu sahədə özünü doğruldan ən innovativ metodikalarından istifadə edilməklə peşəkar metodist və pedaqoqlar tərəfindən hazırlanan proqram müvafiq sahə üzrə ən yaxşı təcrübələri özündə birləşdirir. Həmçinin fərdi təlim, nəzəriyyə və tətbiqi yanaşma, fənlərarası əlaqə və motivasiyanın artırılması prinsiplərinə əsaslanır. İnkişaf etmiş ölkələrin məktəb proqramlarının əsas trendi hesab olunan təhsilalanlara rəqəmsal bacarıqların öyrədilməsi zərurəti ölkəmizin ümumtəhsil şəbəkəsi üçün də mühüm əhəmiyyət kəsb edir. Azərbaycan MDB ölkələri arasında İT təhsil platformasını miqyaslı şəkildə ümumtəhsil sistemində tətbiqinə ilk imza atan ölkə olub. 2017-2018-ci tədris ilində layihə Bakı şəhərində 45 məktəb üzrə 6500 5-ci sinif şagirdini əhatə edib. Cari tədris ilində isə Bakı və Gəncə şəhərləri üzrə 71 məktəb üzrə 26 min 5-ci və 6-cı sinif şagirdi bu layihəyə cəlb olunub. Bakı şəhərində 65 məktəb üzrə 23500-ə yaxın, Gəncə şəhərində isə 6 məktəb üzrə 2500-ə yaxın şagird informatika fənnini yeni formatda öyrənir. Bu fənn üzrə dərsləri tədris edən 250-dən çox müəllim Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda (TİPİİ) təşkil edilən ixtisasartırma təlimlərində iştirak edir. Fənnin yeni məzmunu üzrə təlimlər “Alqoritmika” şirkətinin, müəllimlərin İKT bacarıqlarının artırılması təlimi isə "Təhsildə İnnovativ Texnologiyalar" Əlavə Təhsil Mərkəzinin peşəkar təlimçiləri tərəfindən keçirilir. Rəqəmsal sistemin uğurlu tətbiqi üçün məktəblərdə İKT infrastrukturunun əhəmiyyətli dərəcədə təkmilləşdirilməsi işləri həyata keçirilib və Azərbaycan Təhsil Şəbəkəsinə sürətli çıxış təmin olunub. Belə ki, 100 yeni kompüter otağı istifadəyə verilib, həmin otaqlar 1000-ə yaxın müasir kompüterlə təchiz edilib. Ümumiyyətlə, bu günədək "Rəqəmsal bacarıqlar" layihəsi çərçivəsində ölkə üzrə 230 kompüter otağı və təxminən 2500 yeni kompüter isitfadəyə verilib. Bu o deməkdir ki, layihədə iştirak edən 26 000 şagirdin hər birinin dərslərdə tapşırıqları fərdi qaydada yerinə yetirmələri üçün münbit şərait yaradılıb. Bu ildən layihədə iştirak edən bütün məktəblər yüksəksürətli internet bağlantısı ilə təmin olunub. Məktəblilər üçün ən məşhur proqramlaşdırma mühiti sayılan “Scratch 3.0” (son versiyası) Azərbaycan dilinə tərcümə olunub. Bu il həmçinin, bütün ölkə ərazisində “Kod Saatı” tədbirlərinin keçirilməsi nəzərdə tutulub. Tədbirin keçirilməsində məqsəd iştirakçılarda İT ilə əlaqədar olan peşə sahələrinə marağın artırılmasıdır. “Kod Saatı” dünyanın 180-dən çox ölkəsində yüz milyonlarla tələbə və şagirdi əhatə edən qlobal bir təşəbbüsdür.
03/10/2018 16:43
Peşə təhsili müəssisələrinin tələbələri arasında kulinariya yarışı keçiriləcək
Cari ilin oktyabrında Dünya Kulinariya Təşkilatının 90 illiyi münasibəti ilə dövlət peşə təhsili müəssisələrində təhsil alan tələbələrin iştirakı ilə kulinariya yarışı təşkil olunacaq. Yarışın keçirilməsində məqsəd peşə təhsili müəssisələrində kulinariya üzrə təhsil alan gənclərin peşəkarlığının artırılması və onların beynəlxalq müsabiqələrə hazırlanmasıdır. İştirakçılar milli mətbəx üzrə aşpazlıq məharətlərini və kulinariya sahəsində ən yeni istiqamətlərin tətbiqi üzrə bacarıqlarını nümayiş etdirəcəklər. Tədbir Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi, Azərbaycan Milli Kulinariya Mərkəzi və Assosiasiyasının birgə təşkilatçılığı, “Azərbaycanda peşə təhsili və təliminin inkişafına Avropa İttifaqının dəstəyi” texniki yardım layihəsinin dəstəyi ilə keçiriləcək. 5 gün davam edəcək yarışda peşə təhsili müəssisələrinin tələbə və təlim ustalarından ibarət komandalar iştirak edəcək və qaliblər mükafatlandırılacaq.
03/10/2018 16:21
“Təhsil Liqası”na start verilib
“Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə 2018-2019-cu il mövsümü üzrə 8 yaşadək (U-8) və 9 yaşadək (U-9) futbolçulardan ibarət komandalar arasında təşkil olunan “Təhsil Liqası”nın oyunlarına başlanılıb. Liqanın keçirilməsində məqsəd idman məktəblərinin futbol bölmələrində ibtidai hazırlıq qruplarının fəaliyyətlərinin gücləndirilməsi, kütləviliyin təmin olunması, uşaqların yarış təcrübələrinin artırılması, onlar arasında dostluq əlaqələrinin yaradılmasından ibarətdir. U-8 yaş qrupu üzrə keçirilən yarışlarda idman məktəblərindən və futbol klublarından 12, U-9 yaş qrupu üzrə 14 komanda mübarizə aparacaq. FİFA-nın mövcud qaydaları əsasında keçirilən yarışlar AFFA-nın Hakimlər Komitəsi tərəfindən təsdiq edilmiş hakimlər heyəti tərəfindən idarə olunacaq. Mövsümün sonunda liqalar üzrə I, II və III yeri tutan komandalar diplom, kubok, medal və qiymətli hədiyyələrlə mükafatlandırılacaq. 5 nominasiya üzrə seçiləcək futbolçular xüsusi mükafatlarla təltif olunacaqlar.
02/10/2018 15:16
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı